21
Mümkün olan ən optimal variant bu prosesə hər bir etnosun
milli-mənəvi “Mən”ini dərk edərək qoşulmasıdır. Bəlkə də, bu
zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi
qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən
dönüşü ilə də xarakterizə olunur. Bu da cəmiyyət tarixinin
inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğur
(17, s.8-9).
Dünya xalqlarının hər birində kökünə, soyuna, ilkin maddi-
mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar bir qədər də
güclənməkdədir. Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə
çalarlarını və özəlliklərini qoruyub saxlayan milli-mənəvi dəyər-
lər bu qayıdışa rəvac verən sönməz idrak, solmaz təfəkkür,
orijinal dünyaduyumudur. Məhz bu səbəblərdən də mənəvi
dəyərləri də özündə ehtiva edən mədəniyyət məfhumu ilə bağlı
tədqiqatlar və müzakirələr bu gün də səngimək bilmir, yəqin ki,
hələ neçə-neçə onilliklər də bitib-tükənməyəcəkdir. BMT-nin
təhsil, elm və mədəniyyət məsələləri üzrə niazmnaməsində
deyilir: “İnsan ləyaqətini qorumaq üçün mədəniyyət və təhsil
ədalət, azadlıq və sülh əsasında bütün insanlar arasında geniş
yayılmalıdır; ona görə də, bu baxımdan bütün xalqların üzərinə
qarşılıqlı əməkdaşlıq ruhunda yerinə yetirilməli olan müqəddəs
vəzifələr qoyulur. Buna görə də onlar dünyanın bütün
xalqlarının təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı
yolu ilə tədricən beynəlxalq sülhə və bəşəriyyətin rifahına nail
olmaq məqsədi” (75, s.9) güdür.
XX əsrin ikinci yarısından başlayaraq mədəniyyət siyasəti
Qərb ölkələrinin fəaliyyətində tədricən mühüm yer tutmağa
başlayır. Sonralar isə Avropa Şurası mədəniyyət siyasətinə
demokratik inkişaf siyasəti kimi ciddi diqqət yetirir. 1986-cı ildə
Avropa Şurası Avropa ölkələrində geniş yayılmış “Mədəniyyət
siyasətinin qısa proqramı”na başlanğıc verdi. Bu proqran
Mədəniyyət Nazirlikləri tərəfindən milli hesabatların
hazırlanmasını nəzərdə tutur. Sonra bu hesabatlar Avropa
Şurasının ekspertləri tərəfindən qiymətləndirilərək müvafiq
22
tövsiyyələr hazırlanır. Bu tövsiyyələr məhsuldar fəaliyyət
proqramının işlənməsi məqsədi ilə Strasburqda və ayrı-ayrı
ölkələrdə müzakirə edilir. 1997-ci ildə Avropa Şurasının
mədəniyyət siyasəti şöbəsinin fəaliyyətini yaxşılaşdırmağa
xidmət edən “Mədəniyyət siyasətinin sistemləşdirilməsi və
istehsalı ittifaqı” yarandı. İttifaq mədəniyyət siyasəti üzrə
materialların yığılması, sistemləşdirilməsi və istehsalı, onların
çoxaldılaraq müxtəlif ölkələrin dövlət və qeyri-hökumət
strukturları arasında yayılması ilə məşğul olur. O, müxtəlif
ölkələrdə mədəniyyət siyasəti sahəsində işləyənlər üçün təmas
şəbəkəsi müəyyənləşdirir. Avropada mədəniyyətin inkişafı və
mədəniyyət siyasəti üzrə diskusiyaların keçirilməsi və
informasiya mübadiləsi məqsədi ilə 1998-ci ildə 40-dan çox
mədəniyyət şəbəkəsi və təşkilatını özündə birləşdirən Forum
yaradılmışdır. O, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı
anlaşma körpüləri, dostluq və sülhün qurulmasında, dünya
ölkələrində demokratik mədəniyyətin inkişaf etdirilməsində
mühüm rol oynayır.
Mədəniyyət siyasəti mədəniyyətin inkişafında böyük rol
oynayır, çünki mədəniyyət siyasi amillərdən, dövlətin mədəni
inkişafına təkan verən və ya tormozlayan siyasi sistemindən
asılıdır (18, s.28-29). Ona görə də mədəniyyət siyasətinin
mahiyyətini açmaq üçün ilk növbədə kulturoloji fikirdə
“mədəniyyət” məfhumuna olan münasibətə aydınlıq gətirmək
lazımdır.
Dünya elmi fikrində mövcud olan bəzi təriflərdə
“mədəniyyət” məfhumu əsasən belə izah edilir ki, bu fenomen
varlığın və
şüurun bütün sahələrində
bəşəriyyətin
predmetləşdirmə (sərvətlər, normalar, işarə sistemləri
yaradılması və s.) və predmetsizləşdirmə (mədəni irsin
mənimsənilməsi) proseslərinin dialektik vəhdətindən ibarət,
gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin
şəxsiyyətin daxili zənginliyinə çevriləmsinə, insanın mahiyyət
qüvvələrinin hər vasitə ilə aşkara çıxarılmasına və inkişaf
23
etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyətidir.
Məhdud mənada əsasən maddi mədəniyyət (texnika istehsal
təcrübəsi, maddi sərvətlər), mənəvi mədəniyyət (elm, incəsənət
və ədəbiyyat, fəlsəfə, əxlaq, maarif və s.), həmçinin siyasi
mədəniyyət (cəmiyyətin, sinfin, qrupun, fərdin fəaliyyətinin
ictimai münasibətlərin dəyişdirilməsinin subyekti kimi
şəxsiyyətin sosial inkişafının meyarını səciyyələndirən
məqsədləri, nəticələri) haqqında danışmaq qəbul olunmuşdur
(39, s.276) Uzun illərdir ki, təriflərin bəzilərində qeyd olunur ki,
mədəniyyət – ictimai-iqtisadi formasiyaların bir-birini əvəz
eməsindən asılı olaraq inkişaf edən tarixi hadisədir. Mənəvi
mədəniyyəti maddi əsasdan ayıran və onu “elita”nın (fr. elite –
ən yaxşı, seçilmiş) mənəvi məhsulu kimi izah edən idealist
mədəniyyət nəzəriyyələrinin əksinə materializm maddi
nemətlərin istehsalı prosesini mənəvi mədəniyyətin inkişafının
əsası və mənbəyi kimi nəzərdən keçirir; belə çıxır ki,
mədəniyyət bilavasitə bütün xalqların fəaliyyətilə yaradılır.
Qeyd etmək lazımdır ki, maddi şəraitdən asılı olan mənəvi
mədəniyyət maddi əsas arxasınca avtomatik dəyişmir, əksinə
nisbi müstəqilliyi ilə (inkişafda varislik, müxtəlif xalqların
mədəniyyətlərinin bir-birinə təsiri və s.) səciyyələnir (39, s.24).
Ümumiyyətlə, mədəniyyətin mahiyyətinə müxtəlif
mövqelərdən yanaşan çoxsaylı təriflər mövcuddur. Bu
terminoloji problemlər içərisində maraqlı olan anlayışlar kifayət
qədərdir. Adətən, mədəniyyət dedikdə ictimai qrup, fərdi varlıq
və şüurun vəziyyəti, həmçinin həmin vəziyyətin dəyişilməsi
sahəsində fəaliyyət başa düşülür. Varlığın vəziyyəti, onun
dəyişilməsindəki fəaliyyət adətən maddi vəziyyət adlanır. Varlıq
haqqında təsəvvürlərin dəyişilməsinə aid fəaliyyəti və həmin
fəaliyyətin nəticələri çox vaxt mənəvi mədəniyyət adlanır.
Maddi və mənəvi mədəniyyət bir-birilə sıx surətdə əlaqədardır.
“Varlıq şüuru müəyyən edir” fikri qədər, “şüur varlığı müəyyən
edir” fikri də fəlsəfi və kulturoloji diskussiyaların müzakirə
obyektidir (138, s.151). Tanınmış tədqiqatçı Y.M.Lotmanın:
Dostları ilə paylaş: |