119
dünyanın insanı kimi qədəm qoydu,
burada öz ruhunun, yaşan-
tılarının, iç dünyasının şəklini gördü, ona tapındı, mehrab kimi
sığına bildi. Bu ülviyyəti qoruyub saxlayan poetik nümunələr
çağdaş poeziyada istənilən qədərdir. Fərqli olan həm də möv-
zunun qadın nəzərlərində yeni modikikasiyalara uğraması
deyil, ümumən sevən, sevilən, incə, zərif kimi gördüyümüz və
tanıdığımız Azərbaycan qadınının
revanşist ovqat sərgiləyən
simasıdır. Bu qadın artıq “qadınlığıyla barışanları heç sevmə-
dim” (S.Pərvanə) deyərək daşıdığı adda ehtiva olunan zəriflik
və gücsuzlük anlayışına üsyan edir, həmcinsinə mütilik əley-
hinə inqilabi ovqat, güc və möhkəmlik hissi aşılayır. Amma bu
güc və möhkəmlik ehtirası sosial-ictimai təzyiqlərdən mənəvi
sarsıntılara uğraya biləcək qadına cəmiyyətdə yaşamağa hazır
olmaq naminə aşılanır. Məsələn, Xuraman Hüseynzadənin “Ağ
atlı Avropa” kitabı bizi tam fərqli qadın
rakursu ilə üzbəüz
qoyur. Burada da qadın ekzistensiyası naturadan poeziyaya
trasfer olunur. Bütün məişət, sosial yaşam içrə bir qadın qəlbi
sızlayır, “Eşq mənim Allahımdı” deyir.
Xuramanın şeirlərdə aktiv qadın obrazı təsvir olunur və bu
qadın onu məngənəyə salan hər şeyə qarşı usyankar ruhdadır.
Qadın azadlığına çağırış, revanşist ovqat baxımından feminist
ünsürlər Xuramanın şeirlərinin əsasını təşkil edir. Müəllif “axı
niyə/ Azad qadın heykəli kimi başımı dik tuta bilmirəm???”
etirazı ilə bunun cavabını ictimai-psixoloji-mənəvi gündəm
basqısına tabe tutub şikayət etdiyi məqamları cəmiyyət psixo-
lojisində arayır:
Ah, Azad qadın...
Bu məhbəs məmləkətdə
Elə heykəl olaraq qalacaqsan...
-deyir.
Poeziyada feminizm dalğası S.Çılğının şeirlərində də qa-
barıq, epataj səciyyəlidir. Bu şeirlərdə qadın qadının
gözü ilə
açılır.
120
Cəmiyyət içrə rast gəldiyimiz qadın mənzərələri onun poezi-
yasının predmetidır. Və bütün bu mənzərələr, təzadlar, basqılar
içrə “giriftari-qəfəs” olan həmcinslərini S.Çılğın “qadın mar-
şı”nı oxumağa çağırır:
adam kimi yaşamaq üçün
özündən qaç
lazımsa
özünə yox deməyi məşq et...(sına)
süpür keçmişini
üflə hisslərinin tozunu
yaşamağa davam!
yaşamağa davam!
Əlbəttə, bu şeirlərdə poeziyadan
çox ideoloji çalarlar, pub-
lisistika var. Poetik-estetik bütövlük hiss olunmur. “Sənət iç
söhbətidir, yeni qəhrəman, yeni insan, onu görükdürə bilən təzə
dil, estetika istəyir.” (T. Əlişanoğlu) Qadın yazarlarsa bəzən
için yaşam konkretliyinə qane olub: məsələn, “Səni sevmək öl-
çü meyarıdı bütün duyğulara, qalanı boş şey” (Rəbiqə), daha
çox psixoloji tona önəm verirlər:
Mən
səni ona görə sevdim ki,
Boş yer vardı yanımda.
Ona görə sevdim ki,
yerdən qalmayasan nigaran.
(A.Əlizadə)
123
ELÇİN NƏSRİNİN YENİ UĞURU
Görünür, qanlı-qadalı müharibə illlərindən uzaqlaşdıqca
onun ağrılarına
mənəvi cəhətdən daha həssas, daha yaxın ol-
mağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatiz-
mi artdıqca müharibənin bəlalarını daha real şəkildə bədii
idrakın obyektinə çevirə bilirik. Peşəkar nasir olan Elçin «Bay-
raqdar» kitabında müraciət etdiyi mövzunu Qarabağ mühari-
bəsinin əzablarını, insan həyatında yaratdığı təbəddülatı göstər-
mək naminə qələmə almış, ömürləri yarıda qırılan obrazların
talelərini, onların keçirdikləri mənəvi-psixoloji sarsıntıları əks
etdirməklə oxucuya təsir edə bilmişdir.
«Bayraqdar» Elçinin Qarabağ faciəsini, ağrılarını dərindən
əks etdirən ilk kitabıdır. Bura yazıçının iki əsəri daxildir:
«Qarabağ şikəstəsi» və «Bayraqdar» povestləri (fərqli olaraq,
müəllif özü birinci əsəri «hekayə» kimi təqdim edir – red.).
Bunları bir-birinin ardı olan eyni bir əsərin hissələri də saymaq
olar.
Təsadüfi deyil ki, povestlər ümumi bir ad – «Qaçqınlar
silsiləsindən» başlığı altında təqdim olunur. Hər ikisində qaç-
qın həyatı təsvir olunur, yurdundan, evindən didərgin düşən in-
sanların başına gələn vaqiələrdən danışılır. Elçin ağrının ən
ekstaz səviyyəsini təqdim edir, onun insan mənəviyyatında ya-
ratdığı ruhi düşkünlüyün miqyaslarını əks etdirir. Ağrının, dər-
din böyüklüyündən ağlını itirmiş insan soruşur: «Adam dəli
olanda özü bilmir ki, dəli olub?» (Gözlə Gəlirəm Məmməd kişi);
hayqırır: «Ay Allah!.. Bizim camaat burda
niyə milçək kimi
qırılıb gedir?!.» (kor Solmaz) və son anda yenə də doğma yur-
duna qovuşmaq üçün haray çəkir: «Şuşanı ver mənə!.. Şuşanı!..»
Elçin müasirliyi ilə seçilən yazıçılardandır. «Bayraqdar»
kitabında o, dövrün, zamanın vacib problemlərinə nüfuz etmiş,
həssas bədii düşüncənin obyektinə çevirmişdir. Burada müa-
sirlik yalnız mövzu-məzmun qatında deyil, əsərlərin bədii
strukturunda, estetik komponentlərində də ehtiva olunur. Belə
ki, müəllif süjet xəttində qırıqlıq yaradaraq, hadisələri ardıcıl