Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

67 
Həm aşiqəm,həm dərvişəm, həm dəli 
Canim gözəllərin yol qurbanıdır. 
 
Bu beytdə  dədə ozanımız kamil aşiqliyin, gözələ can nisar 
eləməyin sadə formulunu yaradıb. Yəni sevdiyin gözəlin yo-
lunda aşiqə, dərvişə çevrilməklə bərabər həm də dəliyə dönmə-
lisən. Bəlkə  də ilk öncə  dəliyə, Məcnuna dönməlisən ki, bu 
səni aşiqə, dərvişə çevirsin. Çünki gözəllikdən vəcdə  gəlmə-
dən, ona yetmək təşnəliyi ilə alovlanmadan yarın aşiqinə, dər-
vişinə çevrilmək mümkün deyil. M.Astanbəylinin  şerindəki 
dəlilik isə sevgilinin yox, həyatın, yaşamağın dəlisinə dönməyi 
nəzərdə tutur və insanın ilahi mənşəyinə bağlılığı, məhrəmliyi 
ilə bərabər onun yerlə, torpaqla əlaqəsini də uğurlayır. Və elə 
bu məqam M.Astanbəyli şerlərinin daha bir əlamətdar cəhətini 
üzə  çıxardır. Bu şerlərdə türk-təsəvvüf baxışı, ilahi, mistik 
düşuncə ilə gerçəkliyin təbiiliyi, ruhsal abstraksiya ilə canlı 
yaşam stixiyası arasında qanunauyğun bir bağlılıq, rabitə  və 
sintez var. Yəni  şair  İlahi, Tanrı ilə  əlaqəli səmavi dəyərlərə 
aludəliyini, aşinalığını sərgiləməklə bərabər, bu dünyanın reali-
yasına da bir yaşam ehtirası təlqin edir. Bu baxımdan, M.Astan-
bəylinin lirik “mən”i ayağını yerdən üzmədən səmanı fəth edən, 
özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edən obrazdır: 
 
Varmı xumarlandıqların 
gecələrli, gündüzlərli?.. 
Arasında nazlıqların 
Tənhalarlı, yalqızlarlı. 
 
İçərin göy, eşiyin yer. 
Er, bu yolun sonuna er! 
Bir nəfəs al, bir nəfəs ver 
Nanələrli, yarpızlarlı. 
 
Çiyinsizlə daşınmağı, 
Sifətsizlə oxşamağı, 
Al ovcuna yaşamağı 
Günəşlərli, gündüzlərli. 


 
68 
* * * 
Çağdaş poeziyamızda  ən son gəncliyi təmsil edən  şairlərin 
şerləri üçün xarakterik olan keyfiyyətlər bir-neçə istiqamətdə özü-
nü göstərir. Bunlardan biri avanqard şerin qanunları çərçivəsində, 
düşüncə  tərzini bu model içrə buxovlayaraq bədii təsvirə  gətir-
məkdir ki, bu təmayülü təmsil edənlər üçün poetik zəmin R.Qa-
raca, M.Köhnəqala, Z.Əzəmət, Aqşin, Ş.Ağayar və b. şairlərdir.  
Cəmiyyətə  və dünyaya kəskin münasibət, həyat hadisələ-
rinin aqressiv formada mənalandırılması, epizmə meyl, sərt 
dramatizm, hadisəçilik, süjetlilik, kəskin pafos, ironiya v.s. 
Hətta  ədəbiyyata yeni qədəm qoyan gənclərin-  Əli  Əlioğlu, 
Qismət, Feyziyyə, Anar Amin, Fərid və b-nın şerlərində insan 
və cəmiyyət problemlərinə münasibət sadalanan bu keyfiyyət-
lərdən yan ötmür. Bu şairlərin yazıları sosial mənzərələrin təs-
virinə açılır, sosial-ictimai təzyiqlərdən mənəvi təbəddülatlara 
uğramış insanın ovqatını, ruhi sarsıntılarını  sərgiləyir.  Əlinin 
“Gəncliyin üsyanı”  şerinə diqqət edək, bunu həm də onların-
gənc eksperimentçilərin gerçəkliyə yanaşma tərzi və onu məna-
landırmaqla bağlı poetik kredosu kimi də qəbul etmək olar: 
 
Dayandırın yağışı 
Günəşi susdurun 
Biz köpəkləri təpiklə vurub öldürən 
Amansız adamların arasında doğulmuşuq... 
Qoruyun özünüzü... 
 
Atanızı şah, 
övladınızı kölə olmağa qoymayın 
 
Yaxud Qismətin şerinə baxaq: 
 
Oksigensiz tunellərdə keçir ömür. 
Ömür dedikləri ölümə qədərki tunel. 
Ölüm-depoya gedən qatardan düşməmək kimi bir şey. 
-Qardaş, düşmürsənsə icazə ver düşək... 


69 
Mən Vaqif Yusiflinin o fikri ilə razıyam ki, “bu uşaqlar 
qaranlıqla çox əlləşirlər”(“Yolun başlanğıcı” məqaləsi.”Ulduz” 
jurnalı,  №5, s.11) Bu, Sovet dövründə  şairdən tələb olunan 
missiyanın –həyatın ancaq ağ üzünü, sevincini qələmə almaq 
yeknəsəkliyinin əks formada təkrarıdır, “ələmdən nəşəyə” im-
perativinin antitezasıdır. Əlbəttə, ələm və kədəri, həmçinin sərt 
və kəskin psixologizmi gənclərin keçib gəldikləri və bu gün də 
içində yaşadıqları zaman diktə eləyir. Sadəcə şerin ritmini eyni 
lada kökləyəndə, xüsusən həmin meyl sistemli şəkildə  həyata 
keçirilirsə, poeziyada monotonluq hakim olur, bu isə şerimizin 
üslub və intonasiya axtarışlarında yeni istiqamətin formalaşma-
sına, hər şairin öz içi ilə görünməsinə maneçilik törədir.  
Rəbiqə Nazimqızının, Vüsal Nurunun, Ramin Cahangirza-
dənin  şerləri də istisna təşkil edən  şerlər sırısındadır, özünə-
məxsus poetik çalarları ilə yolun uğurlu başlanğıcından xəbər 
verir. Daha çox lirizm və emosionallıq, hissin, duyğunun psi-
xoloği ladda gərginliyi, lirik xarakterin faciə ilə sonuclanan 
həyat tərzi kimi əlamətlər bu gənclərin  şerlərində  əsas üslubi 
keyfiyyətlər kimi özünü göstərir.  
 
Bulvarda portretə dönür bu gün: 
Sahildə adamlar üzür, 
Gəzir dənizdə balıqlar. 
Sahildə uçur 
özünü qağayılara bənzədən yarpaqlar 
Qağayılar dənizə tökülür. 
Ağaclar sahildə lövbər salıb. 
Bitib dənizdə gəmilər 
Dənizdə günəş var bu gün. 
Sahildə günəşi batmış bir adam. 
 
Vüsal Nurunun bu şerinin  əsasında yaxşı  mənalandırılmış 
real həyat faktı durur: dənizdə günəşi batmış insan və harmo-
niyası pozulmuş, nizamı itmiş təbiət obrazı. Antitezamı, qanu-


 
70 
nauyğunluqmu? Göründüyü kimi, müəllif  əsas mahiyyətə ça-
tana qədər fikri müxtəlif instansiyalardan keçirir, maraqlı meta-
fora polifoniyası yaradır, fərqli, təzadlı görüntülərə orijinal, 
məcazi yük, məna siqləti, simvolik çalar verə bilir. Ən əsası isə 
bu absurd təsvirlər göydəndüşmə, fors-major təsir bağışlamır, 
mətnin öz içindən doğulur, təbiiliyi ilə inandırır. 
Belə bir təbiilik və  səmimiyyət Ramin Cahangirzadənin 
şerlərinə də xasdır. Bu şairin “Alatoran” jurnalının 13-cü sayın-
da çap olunmuş aşağıdakı şeri mənə son illərin maraqlı nümu-
nəsi təsirini bağışladı.  
 
Şırıldayır adın 
əsən yellərə 
Lal baxışından qasırğalar qopur 
Alışır suların dalğası 
Lillənirsən 
Əllərindən sətirlər axır. 
Cəsarətini qorusan  
Əzilməyəcək bəyazlığın 
Varaqlandıqca gözəlləşəcəksən 
Alacağını olacağından alacaqsan 
Nurlan misralarında 
Şırıldat kəlmələrini 
İztirablı kağızlara 
Romantik olacaqsan, inan! 
 
İlk baxışda təsvir və  tərənnüm təəssüratı yaradan bu şerin 
mahiyyətində  həyata və dünyaya baxışımıza yeni rənglər, ça-
larlar əlavə edən, onları yeni biçim və ahəngdə sərgiləyən mo-
tivlər var. Müəllif poetik səciyyəli obrazların pafos, ahəng və 
şeriyyət axarına mənalı bir baxış, romantik bir ruh əlavə edir, 
yeni formada yeni məzmun qatı yaratmağa müvəffəq olur. 
Qeyri-adi qafiyə, bənzətmə və ifadə sistemi şairin lakonik üslu-
bunun göstəricisi kimi çıxış edir. Şerdəki vəzn, musiqilik sözün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə