Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

79 
Bu  şeirdə naturfəlsəfi məqamlara önəm vermək təşnəsi
təbiət hadisələrinin dünya ilə, gərdişlə əlaqəli şəkildə, vəhdətdə 
mənalanması var. Burada yağan yağışa verilən məna çox incə 
və maraqlıdır, sosial ağrılardan yorulmuş ruhun mənəvi sığı-
nacaq çevrəsini simvolizə edir. 
Bu gün çağdaş poeziyada dominant olan qadın yaşamının 
qüvvəsini, qadın iç dünyasının sərgilənməsini jurnalın ümumi 
mənzərəsi də ehtiva edir. Nədən ki, çağdaş poeziyada bu təma-
yülü formalaşdıran prioritet yazarların bir qismi elə Gənc Ədib-
lər Məktəbinin təmsilçiləridir. Rəbiqə, A.Əlizadə, Feyziyyə, 
N.Hüseynzadə, G.Şamilqızı və b. ədiblərin şeirləri qadın taleyi, 
qadın həqiqəti problemini özündə ehtiva edir. Sosial məam, 
qadının ictimai-sosial mövqeyi bu şeirlərdə fonu təşkil edir.  
Sözə  həssas yanaşan, son illər  ədəbiyyatımıza yeni poetik 
ruh aşılayan Rəbiqənin jurnalda yer almış hər iki vəzndə-həm 
sərbəst, həm də hecada yazdığı  şeirləri, eləcə  də digər mətbu 
orqanlarda izlədiyim onlarla digər başqa  şeiri onu öz esteti-
kasını yaradan, sözlə incə rəftar edən şair kimi səciyyələndirir. 
Diqqət edək: 
 
Yaman yağdı həyəcan, 
çox guruldadı maraq. 
Dedik ki, belə leysan 
bir də heç olmayacaq... 
İslandı üst-başımız- 
tər, bir az da göz yaşı... 
Payız deyildi hələ, 
qabaqladıq yağışı... 
 
Əvvəl sən soyuqlaşdın, 
sonra mən havalarla. 
Bir az uzandı payız 
mənasız davalarla  
 


 
80 
Buludlar gəldi-getdi, 
içimiz aydınlaşdı. 
Sonra yenə yağışlar- 
hava bir də qarışdı... 
 
Qəfil yatdı içində  
sənin həyəcan seli. 
Mən özümü aldatdım 
guya sevirdim səni... 
 
Yay gününə yağmışdı 
həyəcanın yağışı.. 
Payız gəldi, qurudu 
həm tər, həm də göz yaşı... 
 
Heca vəznində  qələmə alınan bu şeirdə hisslər təbiətin bir 
nişanı-yağış ilə analoji kontekstdə  təsvirə  çəkilməklə maraqlı 
assosiasiya yaradılır. Burada xəfif bir eşq oyunu səmimiyyət və 
emosionallıqla təsvirə çəkilir, sanki lirik bir təbiət lövhəsi sər-
gilənmiş olur. Maraqlı metafora yaradılır, insanın poetik duy-
guları  təbiətlə müqayisə olunur, təbiətlə eyniləşir və onda 
əriyir, itir. Burada lirik qəhrəmanın aləmi psixoloji paralelizm 
vasitəsilə ifadə olunur. S.Norovçatov insanın həyəcanlarının, 
hisslərinin zahirən bənzər təbiət hadisələri ilə müqayisəli  şə-
kildə ifadə olunmasını psixoloji paralelizmin əsası sayır. Yəni 
bu təsvir sadəcə peyzaj deyil, hissin, duyğunun təbiət faktura-
sına dayanıqlı olması prosesidir. Ümumiyyətlə, Rəbiqənin şeir-
lərində dünyaya, reallıqlara baxışında dodaqqaçıran yumor, 
xəfif bir istehza hakimdir və etiraf edim ki, bu şeirləri oxu-
duqca onlarda ehtiva olunan pozitiv enerji sövq-təbii insanın 
içinə, gözünə-könlünə dolur. Məsələn, onun yazdığı “Dostların 
şeiri”nə diqqət edək: 
 
Sən işıq göstərirsən  
mən içimdə itəndə 


81 
Ipimi bərk çəkirsən 
qəfil amansız sevda 
Məni sola çəkəndə... 
 
Səninlə bir keçirəm 
tale adlı meydanı. 
Yanımdasan, bilirəm, 
bir futbol topu kimi  
fırladıram dünyanı... 
 
Aysel  Əlizadənin  şeirlərində daha çox qadın dünyasının, 
qadın yaşamının ekzistensiyası yaradılır, naturfəlsəfi məqam-
lara diqqət yönəltməklə qadının mənəvi sarsıntı  və yaşantısı 
ictimai-psixoloji müstəviyə çıxarılır. 
 
Mən səni ona görə sevdim ki,  
Boş yer vardı yanımda. 
Ona görə sevdim ki, 
o yerdən qalmayasan nigaran. 
 
Ayselin  şeirləri daha çox lirik mənin iç dünyaduyumuna 
köklənir, ağrının sirayət gücü nəfəs kəsəcək qədərdir:  
 
Getdin. 
Hər yerim ağrıdı... 
Səssizliyində batdım ağrının... 
Bu dəfə hər şeydən çox oldu itkim.. 
dinə də bilmədim 
Deyə də bilmədim ki, 
Getmə. 
Bu boyda dünyayla barışdım 
Bu qədər olaya öyrəşdim 
Tək çabalamaq deyil ayrılıq 
Dünyaya dayanmaq deyil yalnızlıq 
ən dəhşətlisi həqiqətdir 
gerçəklikdir 
sənsizlik... 


 
82 
Ramiz Rövşən “çətini dünyayla barışmaq imiş” deyirdi. Ay-
selin “bu boyda dünyayla barışdım” əzabı sevgi ayrılığının ya-
ratdığı ağrı qarşısında belə yenilir, onun dəhşətli həqiqəti önün-
də ram olur. Bu ovqat, vahid qəmgin notlar şairənin bütün şeir-
lərinin canına hopub. Aysel nədən yazır yazsın, hansı məzmun-
da nəsnəni dilə gətirir gətirsin ruhsal dünyasının çöküşü, ayrılıq 
gerçəkliyinin doğurduğu dekadans onun lirik yaşamının aparıcı 
xəttini təşkil edir. Hətta gənc qızın düşüncələri dünyanın medi-
tativ çözümünə, sərt və fəci reallıqlarına köklənəndə belə hiss 
olunur: bu dalğınlıq, ümidsizlik sevgisizlik boşluğunun yaratdı-
ğı durumdur. Maraqlıdır ki, Ayselin şeirlərinindəki yorğunluq, 
susqunluq, tənhalıq, qocalıq və s., və i. kimi ifadələr mənəvi 
dünyanın depresyon halını  sərgiləyən vasitələrdir: Sanki Kaf-
kanın cızdığı obrazdır: “o, anadan qoca və yorğun doğulub” 
 
Heç nə dəyişmir, ata 
Xoşbəxt olmur bir nəfər 
Hamı dərdli, hüznlü 
hamı bizdən beş betər. 
Ümid tapmadı heç kim 
Ümidlər harda axı? 
Damarlardan qəm axır... 
Gözlərdədir cəhənnəm. 
Mən də ki, yaman sənsiz... 
Mən də ki..boş ver, 
şərhsiz...  
 
Ayselin şeirlərinin zəif nöqtəsi də elə bu məqamla bağlıdır. 
Bəzən hissin, həyəcanın təsirinə o qədər aludə olur ki, poetik 
forma öz uyarlığını itirir. Şeirin effekti zəifləyir, poetik yaşam 
hiss olunmur, yerdə qalan müəllifin acı fəryadı olur. 
Bu üzgünlük, küskünlük çaları N.Hüseynzadənin  şeirləri 
üçün də xarakterikdir. Qadın yazarlar içlərini, duyğularını çöz-
mək, çatdırmaq üçün konkret ünvana, ada, üçüncü şəxsə istinad 
edirlər. Bu üçüncü şəxs deyilənlərin boşluğa dəymədiyini bə-
lirtməklə bahəm, həm də bir ümid işığı kimi mənalanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə