Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

83 
getdin, öldü qonşumun böyük qızı 
dəm qazından boğuldu. 
mən də hər gecə boğuluram, Adilə, 
hər gecə... 
hardasan?  
dəyişməyib buralarda heç nə 
mən yenə gecəylə gündüzü qarışdırıram 
həmişəki kimi yuxusuz və yorğunam 
həmişəki qədər  
günahkaram Adilə! 
 
Nərminin  şeirlərində çatışmayan nəsnələr çoxdur: məzmu-
nun formanı yenməsi, məzmunun təsirinə, onun nəqlinə qapılıb 
poetik ritmi, intonasiyanı üstələmək çatışmazlıqları  və s., v.i. 
Amma Nərminin  şeirlərində ehtiva olunan insan ağrısı, insan 
üçün həssaslıq, qəlb narahatlığı fərdi, şəxsi duyğulardan başla-
yıb planetar düşüncə hüdudunu, dünya insanının yaşadığı ağrı-
nı, hüznü çevrələyə bilir. Bu günkü poeziya “bum”unun içində, 
şeirin daha çox dünya kontekstinə köklənməsi prosesinin la-
büdlüyü məqamında Nərminin “İrana səfər edən dostum Sa-
diqə mesaj...” şeiri mənə elə ona görə maraqlı göründü ki, bö-
yük Sabirin şeirlərində  tənqid predmeti olan İran neqativləri 
XXI  əsrin ilk çərəyində yenə  də  hədəfdədir, poeziya müasir 
insanın dili, düşüncəsi ilə ona əzəli etirazını bildirir: 
 
Ordakı yalançı şeyxlərin üzünə tüpür, dostum, 
tüpür üzlərinə mənim əvəzimə 
vur onları 
...oralar ölümə daha yaxın 
nə deyirlər, nə danışırlar axirətdən, 
gəlibmi, yetişibmi zamanı? 
Yoxsa hələ... 
Sən bilərsən 
kədərlidimi Arazın o tayından baxmaq 
ya boşuna yazılıb bunca şeir? 
toxuna bildinmi tikanlı məftillərə 


 
84 
qanatdımı əllərini 
yoxsa o da yalan?... 
...tüpür ordakı silahlara 
sarıl cocuqlara 
bir də ki 
Sən de o niqablı qadınlara, 
de ki... 
 
Feyziyyənin  şeirləri bizi fərdi dünyaduyumuna malik şair 
“mən”i ilə üz-üzə qoyur. Bu şeirlər semantik-struktur təhlil tə-
ləb edən mətnlərdir, onlardakı  məzmun və intonasiya, poetik 
obraz və fiqurlar, hissin, duyğunun inikas və  mənalandırılma 
bacarığı özəl düşüncə tipinin məhsuludur. Feyziyyənin şeirləri 
konstruksiya əsasında yazılmış şeirlərdir, bu mənada şeirlərdən 
hər hansı parçanı ayırmaq onu vahid tamdan, orqanik hissədən 
məhrum etmək deməkdir. Çünki Feyziyyə  şeiri hansısa həyat 
lövhəsinin alternativ çözümü kimi poetik təsvirə çəkir. Sevgili-
sinin yanına üzrünü yumağa gələn insan-kilsədə etirafları söy-
ləyən şəxs kimi, ön cəbhədə əsir düşən əsgərlə zorən istəmədiyi 
adama  ərə verilən qızın analoji təsviri, yaxud şəhid duyğuları 
şəhid əsgərin ekvivalenti kimi xarakterizə edən bu şeirlərin alt 
qatında ruhsal enerjinin varlığını dana bilmərik. Hətta qeyd 
etməyə bilmərəm, bizdə müharibə haqqında sayagəlməz nü-
munələr yazılıb, poetik yaşamdan, duyğudan məhrum. Feyziy-
yənin  şeirləri belə bir missiyada bulunmağa çalışmasa belə 
müharibə ovqatı ilə bağlı  ən həssas nöqtələrə  işıq sala bilir. 
Məsələn, onun “Gördünmü, dost, gördünmü?” şeiri dedikləri-
mizə sübutdur. Şeir poetik uzaqlıqlar arasında məna oxşarlıq-
larının tapılması, bir araya gətirilməsi baxımından maraq doğu-
rur. Amma qeyd edim ki, bəzən bu oxşarlıqlar, məna  əlaqə-
lərinin tapılması  cəhdi məzmunda fikir sürüşmələri yaradır, 
hansısa söz, ifadə sanki bilərəkdən, süni şəklidə  məzmuna 
müncər edilir. Müəllifin vətən-qürbət qarşılaşmasını sərgiləyən 
şeiri isə mənə daha uğurlu göründü. Burada sanki əlacsızlığın 
portreti yaradılır, iki yol ayrıcında qalan ruhun narahatlığı lirik 
“mən”in səssiz fəryadı şəklində üzə çıxır: 


85 
qurbətlərin, vətənlərin arasında qalan balam, 
nə qürbəti, nə vətəni olan balam. 
qalmısan yolayrıcında, 
arzu ayrıcında. 
kimin doğma, kimin yaddı seçəmmirsən, 
nə doğmandan, nə yadından keçəmmirsən. 
haça yollar qollarında uyuyanım, ovunanım, 
qalmısan, ağlaya-ağlaya 
önündə doğma yadların, 
arxada yad doğmaların. 
 
* * * 
Göründüyü kimi, gənc  şairlərin  şeirlərində  təqdirəlayiq po-
zitiv çalarlar var: maraqlı metafora polifoniyası yaratmaq, 
fərqli, təzadlı görüntülərə orijinal, məcazi yük, simvolik məna 
siqləti aşılamaq və s. Bu şerlərin bir qismində həyata .və dün-
yaya baxışımıza yeni rənglər, çalarlar əlavə olunur, onların ye-
ni biçim və ahəngdə sərgilənməsinə yol açır.  
Amma təbii ki, qüsurlar və çatışmazlıqlar da var. Ümumi 
halda çatışmazlıqlara varsaq, deyə bilərik ki, təsirlənmə əlamət-
ləri, eyni model içrə hərəkət, öz fərdi hisslərini yara bilməmək 
kimi xüsusiyyətlər Gənc Ədiblər Məktəbinin təmsilçilərinin bir 
qisminin şeirləri üçün xarakterik xüsusiyyətdir. Gənclərin şeir-
lərində bəzən semantik harmoniya itir, zahirən bir-birinə uygun 
olmayan sözlər arasında assosiativ bağlılıq belə görünmür, yeni 
formada yeni məzmun qatı yaratmaq cəhdi hiss olunmur. Belə 
hallarda şeirlərdəki fikri əlaqələr yarımçıq, predmetə münasibət 
bəsit və  məzmunsuz təsir bağışlayır. Eləcə  də, fikir məhdud-
luğu, poetik fikrin ifadəsində zəiflik, yaxud bədii ümumiləşdir-
mələrin zəifliyi bu şeirlərin bir çoxunu öz kölgəsinin üstündən 
üçmağa imkan vermir. 
 
* * * 
Jurnalda gənc  ədiblərin bir-neçə hekayəsi yer alıb. Bu heka-
yələrdən danışarkən mövzu paralelliyindən bəhs etmək lazımdır. 
Gənc yazarların içində bir Malena sevdası var. Təsadüfi deyil ki, 


 
86 
səkkiz hekayədən üçü Malena məqamına vurğuludur. C.Zey-
nallının “Qolsuz qırmızı don”, M.Mövludun “Son zəng” və 
Nahidin “Gecə saat 12-dən sonra” hekayələri mövzusunu yüngül 
sevgi hekayətləri üzərində kökləyir, yeniyetməlik dövrünün çılğın 
sevgi macəraları hekayələrdə romantik-sentimental bir pafosla 
ifadə olunur. Bu hekayələrdə gəncliyin ruhu, coşğusu ilə onların 
mənalanması arasında oxşarlıq var. Mövludda problemin poezi-
yası ehtiva olunursa, Nahiddə bu məqam fəlsəfi çalar alır. Ç.Zey-
nallıda isə problemə yanaşma sırf proza müstəvisindədir. 
Pərvinin “Fiona”, G.Eminlinin “Qəribə qız” hekayəsi qadın 
yaşamının ekzistensiyasına köklənir. Bu hekayələrdə  təklik 
mövzusu yeni təzahür məqamına yüksələ bilməsə də qadın ya-
şamının səmimi mənalanması baxımından maraqlıdır. Pərvində 
bu iç dünyaduyumunun çözümünə ayna tutursa, “Qəribə qız”da 
bu məqam “içəyıxılma”nın başqa-hamıdan fəqli yaşam ger-
çəklərinə söykənmiş tərəflərini görükdürmək, fərdi-fərqli olma-
ğa çaba etmək məqamı ilə çevrələnir.  
Jurnalda daha bir hekayə Sahilənin “Dörd plastmas ağ qab” 
hekayəsidir. Mən Sahilənin “Zemi” povestini oxuyarkən on-
dakı fərqi dünyaduyumu hiss eləmiş və müəllifin realizmindəki 
dolğun ifadəni dəyərləndirmişdim. Təbrizlə bağlı miniatür löv-
hələr, tarixi gerçəklərin, tarixin Azərbaycan məkanı üçün görk 
etdiyi taleyüklü məqamların canlı  təsvir olunması bu yazarın 
düşüncə hüdudlarının genişliyini sərgiləyirdi. Hələ bir qədər də 
əminliklə deyim ki, Zemi bizim ədəbiyyatımız üçün yeni qadın 
obrazı idi, düşüncə  mədəniyyəti, həyata yanaşma və yaşam 
fərqliliyi ilə. Sahilənin “Dörd plastmas ağ qab” hekəyəsində isə 
predmet başqadır: dünyasını dəyişən bir qızın orqanlarının ona 
ehtiyacı olan dörd şəxsə köçürülməsi və bu situasiyada atanın 
kövrək duyğuları, acı nisgili. Hekayə dünya nəsrində artıq isti-
fadə edilmiş hazır model əsasında yazıldığı təəssüratı doğurur, 
müəllif daha çox bədii montaj effektindən yararlanmaqla oxu-
cunu hər addımda gərginlikdə saxlamağa, onu heyrətləndir-
məyə çalışır. Amma hekayədəki psixoligizm dərinə  işləmir, 
hekayə daha çox zahiri - sosial-ictimai məqamlara toxunub 
keçməklə, nominal səviyyə ilə məhdudlaşır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə