93
gənclikdən oxumağa öyrəşmişik, halbuki, yaşlı nəsildə də
poetik yaşam öz gücü və siqləti ilə seçilir, lirik duyğularla oxu-
cu qəlbinə hakim kəsilə bilir. Musa Yaqubun, Məmməd İsma-
yılın, Sabir Rüstəmxanlının, Füruzə Məmmədlinin, Mehman
Qaraxanoğlunun, Rafael Tağızadənin, Nazir Rüstəmin, Sabir
Sarvanın son illər yaradıcılığı bu qənaəti hər dəfə təsdiqləyir.
1960-80-ci illər şeirinin bioqrafik ölçüləri bu şairlərin poetik
qəhrəmanlarının birbaşa “mən”ində ifadə olunur. Onları oxu-
duqca istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan:
“Desələr şeirimin avazı köhnə,
Od kimi, su kimi köhnəyəm, bala”
Musa Yaqub əvvəlki kimi poeziyasını təbiət rübabı üstə
kökləyib. Bütün yaradıcılığı boyu biz M.Yaqubu belə gördük,
belə tanıdıq. Təbiət daim şairin hisslərinin tərcümanı oldu,
içindəki yanğıyla qara daşa can verməyə çalışdı. Musa Yaqub
təbiətə aşinalığını gənclik illərindən bu günədək quruyub
saxlayıb. Onun yaradıcılığında sözlə təbiətin təması ruhla canın
vəhdəti kimidir, biri digərinin məhəbbət, ilham qaynağıdır.
Budur, artıq ömür qüruba enib, şair “yol üstündə qoca dərvişə”
çevrilib, fəqət onun lirik-romantik poeziyasında təbiət yenə də
əvvəlki kimi canlı və qüdrətli obraz səciyyəsindədir.
Söz padşahın, dağlar hələ bizimdi,
Orda izim, amma köhnə izimdi.
Yoxuşlarda gücdən düşən dizimdi,
Ayaqlarım daş cığırı tuturmu...
Daha mənə gül verərmi yaylağım,
Göz-göz olub buludundan mən yağım.
Palıd kökü qayalarda qarmağım
Qövsi-qüzeh göyə qurşaq atırmı?
Sabir Rüstəmxanlının “kulis.az”saytında yer alan yeni şeir-
ləri müəllifinin bir çox mətləblər haqqında poetik düşüncələrini
94
sərgiləyir. Qarabağ mövzusundan tutmuş təbiət lövhələrinin
təsvirinə, kənd nisgilinə, istimai-siyasi gündəm mövzularına və
o cümlədən, sevgi duyğularının çözümünə qədər...
Nəfəsim gəlib-gedir
Ağlım da başımdadır.
Bir yol var keçmişimdə
Bir yol da qarşımdadır.
Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.
Bu şeir həyatın meditativ çözümünə köklənməklə yanaşı
Sabir Rüstəmxanlının yaşam kredosu kimi də səslənir. S. Rüs-
təmxanlının şeirləri müəllifinin vətəndaşlıq mövqeyinin fəallı-
ğının göstərisidir. Bu coşğu, savaş əzmi şairin demək olar ki,
bütün şeirlərinə hakimdir, vətən mövzulu şeirlərində qisas,
ictimai-siyasi mövzularda etiraz, təbiət, kənd lövhələrinin
təsvirində heyrət, sevgi duyğularının çözümündə isə həsrət
şəklində üzə çıxır:
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
Sabir Rüstəmxanlının sevgi şeirlərində lirik ovqat yaşanmış
duyğuların təzahürü kimi canlı, poetik alınır. Düzdür, şair
bəzən bu şeirlərdə sevgi əvəzinə sevgi effekti yaradır, lirik
düşüncə poetik yaşamın nəticəsi kimi mənalanmır. Məsələn, bu
şeirdə olduğu kimi:
95
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə.
Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə.
Dolsun gözləriməAy işığıtək
Qoxlayım sübhədək çiçək yerinə.
Yanğımı soyudan sərin suyumsan,
Ya da bərəkətim-çörək yerinə.
Daha taleyindən danışma mənə
Toxunma qəlbimin kövrək yerinə.
Qeyd edək ki, şeirimizin yaşlı qanadında seir rübabı əzəli
gücünü və poetik siqlətini saxlayıbsa belə ümumilikdə pessi-
mist ovqat, ruhi düşkünlük, küskünlük duyğusu onların şeir-
lərinin aparıcı xəttinə çevrilib. Bunu həm yaşın gətirdiyi ovqat
dəyişimi – “nəslin yarpaq tökümünün”, xatirəsi yaddaşlara
köçənlərinin nisgili ilə, həm də arzu və istəklərin zamanın sərt
işləkləri önündə fiaskoya uğramasıyla əlaqələndirmək olar.
Məsələn, Musa Yaqub fəal ictimai mövqeyini, eləcə də
aşinası olduğu təbiəti vəsv məqamlarını şeirlərində sərgiləməyi
təqib qılsa da onların canına hopan ağrı, nisğil şairin demək
olar ki, bütün şeirlərindən boy verir. Musa Yaqubun son illər
yazdığı şeirlərə küskünlük, yorğunluq, zamandan şikayət kimi
məqamlar hakim kəsilib. Şairin şeirlərinin hətta adları belə bu
ovqatı sərgiləyir: “Nə olacaq, olacaq”, “Payıza gedir ürəyim”,
“Ümidin sarı qanadı” vəs, və i.
96
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim sovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Yaxud:
Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömrüm qürubumda qan ağlar.
M.İsmayıl, F.Məmmədli, C.Yusifzadə, S.Sarvan, Z.Qafarlı,
Ə.Mədətoğlu və başqa şairlərin son dövr yaradıcılığı üçün də
pessimist əhval-ruhiyyə xarakterikdir.
Qardaşlar! Bizi sevməyən günlər gəldi,
Ağızda diş seyrələn kimi sıramız seyrəldi.
...Gözəl günlərimiz xəzandı indi.
Bağban fələk od vurub yandırır; tüstüsü zil qara.
O tüstünün gölgəsində yazdım bu şeiri.
Bir nüsxəsi sizə çatacaq,
O biri –torpaq olmuş dostlara...
(Sabir Sarvan)
* * *
Şair Ramiz Rövşənin 1965-ci ildə yazdığı “Onbirlik üs-
tündə” şeiri bu misralarla başlayırdı: “Gəlir təzə şeir, hecasız
şeir, O “gül”süz, “bülbül”süz, hicransız şeir”. Həmin illərdə bu
misraların poeziyada səslənişi “yeni hava”ya işarə olmağla ya-
naşı ardınca poetik yeniliklər gətirəcəyini vəd edirdi: Bəs bu
gün necə? Ötən ilin şeiri nümunələri ilə tanışlıq göstərir ki,
milli şeirin bioqrafiyasını daşıyan heca vəzninin meydanı get-
dikcə daha çox daralmağa başlayır. Bunu yalnız gənc ədəbi
qüvvələrin deyil, elə yaşlı nəslin ifadə tərzində də görməmək
Dostları ilə paylaş: |