Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

 
104 
poetik yaşam da real, canlı təsir bağışlayır. Əks halda, müəllifin 
lirik qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, 
belə məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, 
mühakimələr və sillogizmlər şəklində meydana çıxır.  
 
Sökük divarlardı vətən, 
Qazılmış yerdi torpaq... 
Soyuqqanlı qadındır ana, 
Küçələrə tökülmüş  
ölü göyərçinlərdi yollar... 
...Məzar torpaqdan başqa bir şey deyil, 
Şəhid də məzardan başqa... 
 
Ümumilikdə, bu hər şairdə nə qədər alınır, milli ölçilərin izi, 
təcrübəsi burda nə  qədərdir, düşündürür. Məsələn, deyək ki, 
yuxarıda nümunə  gətirdiyimiz Alik Əlioğlunun impressionist 
şeirləri bu güc qarşısında durum (davam) gətirə bilirsə, digər 
gənc eksperimentçi yazarı- Mətləb Muxtarovun sürrealistik 
baxışları fiaskoya uğrayır: 
 
Bizi həbs etdilər yağışlı oktyabr gecəsi 
məni, Pablonu və azadlıq heykəlini 
ayaqqabısı cırılmışdı gecənin, 
su keçirirdi başımıza, islanmışdıq. 
Azadlığın əlində yanırdı molotov kokteyli 
yağış onu söndürməmişdi, 
yağış onu söndürə bilməzdi, 
çünki yağış bizim dostumuz idi. 
 
Yəni, burda şairin nə demək istədiyi tam aydın olmur. Mü-
əyyən nəzərəçarpan detallara rast gəlsək də ümumən, poetik 
mexanizm bütün gücüylə işləmir. Şeirin yaranmasına təkan ve-
rən impuls, enerji yetərincə deyil, çünki ilk əvvəl şairin ruhu-
nun dayaqlandığı milli mündəricə  zəifdir və bu təəssüf ki, 
çağdaş poetik təsərrüfatı  təklik edən yüzlərlə  şeir nümunə-
lərinin səciyyəvi xüsusiyyətidir.  


105 
Ötən ilin poeziyasında modernizə  cəhdlərini uğurla realizə 
edən gənclərdən Qismətin adını  çəkmək olar. “Onun şeirləri 
modernist forma axtarışları ilə diqqəti çəkir- istər qrafik, istər 
struktur, istərsə  də obrazlar sistemi baxımından. Bu şeirlərlə 
poeziyaya yeni nəfəs daxil olur, intellektual şair obrazı yaranır, 
həm də ...təhqirsiz, hər çür vulqarizmlər, yardımçı vasitələrə üz 
tutmadan. Bunu görmək üçün təkcə elə onun bəzi  şeirlərinin 
adına baxmaq yetərlidir- “Eşqin gözləri Vanqa”, “Panelopa və 
ümid”...(Ə.Cahangir) 
 
Bəzən dünyadakı 
təkrar səhərlərdən, 
yorğun axşamlardan bezib, 
bütün, bütün adamlardan bezib 
dəli bir axtarılmaq həsrətiylə 
itmək istəyir adam. 
 
“Getməyin qeyri-mümkünlüyü” şeirindəki bu sərgərdanlıq, 
bir qədər əvvəl bəhs etdiyim için çöküşü, dekadans ovqatı Qis-
mətin də  bəzi  şeirlərində  sərgilənir və bu təbiidir. Digər ya-
şıdları kimi bu gənc də üzərinə çox böyük yüklər götürür, 
“dünyanı düşünmək yükü”nün yorğunluğu isə  hərdən ona da 
özündən, içindən qaçış diqtə eləyir. Amma gənc yazar bununla 
belə “getməyin qeyri-mümkünlüyü”nü hiss edib (bizə tanış 
olan “bu Ramizi kim aparar, bu Ramiz olmayan yerə” misrala-
rının sərgilədiyi həmən rakursdur) ruhun nəhayətsizlik sevda-
sına tapınaraq dünyaya, yaşamağa ehtiraslı bir ümid işığı axı-
dır. “Bağışlanma” şeiri bu məzmundadır: 
 
Özünə məhkum olduqca 
özün cavab verdikcə öz suallarına 
çəpərlərin böyüyər, hasarların ucalar 
adamlar o tayda qalar, 
sən eynəklərin arxasında... 
 
 


 
106 
* * * 
Ötən il poeziyada hansı mövzular qabarıb, yaxud belə de-
yək, hansı mövzularda yeni çalarlara varılaraq poetik yaddaşı-
mız təzələnib.Vaxtilə poetik fikri zəbt edən kənd, el-oba, doğ-
ma ocaq məfhumları indi öz yerini daha çox şəhər, vətən anla-
yışlarının təsvirinə verib. Bu ifadələr əlbəttə, daim poetik sözün 
təcəssümünə çevrilmiş, bu və ya digər  şəkildə  şeirimizin  əsas 
qanadını  təmsil etmişlər. Ötən ilin poeziyasına nəzər saldıqda 
onun şəhər həyatına həssaslığını, bu mövzunun şeirimizin apa-
rıcı qollarından biri olduğunu görürük. İstər köhnə Bakının 
əzəli mahiyyətinə, əxlaq prinsirlərinə sadiq qalan yaşlı nəsil, is-
tərsə də paytaxtın gördüklərindən daha çox eşitdiklərinə, oxu-
duqlarına rəğmən nostaljisinə dalan gənc nəsil eyni çaba ilə 
onun dünənindən ayrılmaq tendensiyasını  tənqid edirlər. 
S.Rüstəmxanlı “Xarici”yə etiraz edir, B.Sadiq “Hələ də mazu-
ta bulaşmış  əllərimi axtarıram, dostum ingilisin ciblərində...” 
deyir,  Salam Sarvan “Belə  də ölkə olar, ərazisi neft quyula-
rının dərinliyindən, məscid minarələrinin hündürlüyünəcən”- 
deyə heyrət edir, X.Hüseynzadə “bu şəhərin göydələn burnu 
/havalarda, dostum... /Göz oxşayan parklar da/ yabançı bizə. 
/Daha ot da kökü üstə birmir / bu şəhərdə. /Xaricdən gətirirlər... 
/Burası bizə görə deyil, dostum, /Gedək burdan...” təklifini 
edir,  Sabir Sarvan “Hər  şey yenidir şəhərimizdə /Qabaq 
dişləri çoxdan çürüyən,/ Durmadan çörək dalınca yürüyən 
/Fəhlələrdən savayı” misralarında kinayə, qəzəb, ittiham tonu 
ilə düşüncələrini bölüşür. Bir sözlə, Bakının obrazı, onun yad-
laşan, yaddaşsızlaşan görkəmi şeirimizə gəlməyə başlayır, özü 
də necə varsa eləcə: haşiyəsiz-boyasız, sərt neqativləri və mü-
rəkkəbliyi ilə. Bu mövzu poeziyamızın ictimai-sosial məqam-
lara mövqeyinin güclənməsinə  təsir göstərməklə yanaşı, onun 
axtarışlarına yeni istiqamət aşılamışdır. Bu şeirlərdə əsas, fərqli 
olan nəsnə  şəhər, vətən anlayışlarının dünəndən fərqli  şəkildə 
sərgilənməsidir. Onlarda şəhər, daha geniş kontekstdə  vətən 
anlayışının  şeirə  gətirilməsi məqamı daha çox üsyan, etiraz 
xarakteri daşıyır. Hətta bu etirazı bir qədər  əvvəlki dövrün, 
müstəqillik dönəminin ilk on ilinin poeziyasındakı revanşist 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə