Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

111 
simizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün 
yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənə-
tin var olduğu məkandadır,  şairin içinin “sənətin qürbətindən 
sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqe-
yindədir. Vətənlə bağlı  işıqlı  və kövrək hisslər onun misra-
larında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.  
 
Gedərsən, məchula yol gedər gedən,  
Qürbət, bir açılmaz sirdən başlıyar. 
Burnunun ucunu göynədən vətən 
Yadına düşdüyü yerdən başlıyar. 
 
Gedərsən, vətənin qalar vətəndə, 
Içinin içində köz vətən olar. 
Dərdinə, sərinə vətənsən sən də
Qürbətdə sənə də söz vətən olar. 
 
* * * 
Çağdaş Azərbaycan  şeirimizin mənzərələri içrə  gəzişmələ-
rim bu qədər. Uğurlu hesab etdiyim şeir nümunələrini bacardı-
ğım qədər analiz etməyə çalışdım. Amma unutmayaq ki, dün-
yaya da, təbiətə də, sözun poetik gücü və estetik siqləti ilə bağlı 
düşüncələrə də ən dəqiq analizi elə poeziyanın özü edir. “Söz 
imiş hər nə var aləmdə” nəticəsini hasil etməklə...
*
 
 
 
 
 
                                                 
*
 Məruzə 11 aprel 2011-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 
səsləndirilib. 


 
112 
ÇAĞDAŞ AZƏRBAYCAN POEZİYASINDA 
FEMİNİZM ÇALARLARI 
 
1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əl-
də etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiy-
yətin müxtəlif sferalarında fəaliyyət göstərmələrinə  zəmin 
yaratdı. Əlbəttə, bu azadlıq tarixin özü ilə gətirdiyi dalğa olsa 
da, ilk növbədə,  ədəbiyyat və  fəlsəfədən bəhrələnirdi. Çünki 
yeni oriyentir, yeni təfəkkür qatı öncə ədəbiyyatdan və fəlsəfi 
ideologiyalardan rişələnir. Bu gün çox müasir və cəsarətli möv-
qe nümayiş etdirən qadınlarımızı da ədəbiyyatımızda vaxtilə 
yaradılmış obrazların prototipi hesab edə bilərik. İ.Əfəndiyevin 
«Körpüsalanlar»ındakı Səriyyə, Anarın «Ağ liman» əsərindəki 
Təhminə yarandığı dövrlər üçün çox cəsarətli, ətrafında böyük 
ajiotaj yaradan xarakterlər idilər.  İndi cəmiyyət daha sürətlə 
irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları daha çox bə-
rabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium 
və konfranslar gender problemlərinə həsr olunur. Ədəbiyyat da 
cəmiyyət üçün yeni qəhrəmanlar yaratmağa, yetişdirməyə çalı-
şır. O zaman üçün revanşist ovqat yaradan, hissləri və ağılları 
coşdurub tənqid obyektinə çevrilən Səriyyə və Təhminələrlə bu 
gün kimi təəccübləndirə bilərik? Hər zaman öz maraqlarını 
diktə eləməyə çalışır. Dəyişən zamana dəyişməyən dəyərlər və 
meyarlarla yanaşanda gələcək perspektiv hasil olmur. Hətta de-
yərdim zaman üçün o qəhrəmanlar maraqlı və nəticəverən olur 
ki, öz istək və arzuları, əməl və əqidəsi ilə çağından bir addım 
irəlidə durur. Zaman onu deyil, o zamanı arxasınca apara bilir. 
Sovet ideologiyası yalnız sənəti,  ədəbiyyat və  mədəniyyəti 
deyil, insanı, hətta zərif cins adlandırdığı qadını belə öz siya-
sətinin təkərciyinə, vintciyinə çevirmişdi. Qadını pambıq, taxıl 
tarlalarında işləməyə təhrik eləməklə onu bütün mənəvi dünya-
sından, bir qadın olaraq həyatın dadını yaşamaq hissindən məh-
rum eləmişdi. Təsadüfi deyil ki, həmin ideologiyanın hökm 


113 
sürdüyü ən sərt vaxtlarda yaradılan əsərlərdən birinin adı sim-
volik olaraq «Erkək Tükəzban» (B.Talıblı) adlanırdı. Qadın 
adına epitet kimi erkək sözü seçilirdi və bu təyin ona başucalığı 
gətirən nəsnə kimi xarakterizə olunurdu. 
Qüdrətli  şairimiz Hüseyn Cavidin “Qadın!” adlı  şeirində 
belə misralar var: 
 
“O lətafət, o nəcabətlə sana 
Bu əsarət, bu həqarət nə rəva!? 
Sən nəsin?..Kəndini bil, zəfi bıraq! 
Həp nəsibinmi sənin sillə, dayaq? 
..Kimsədən gözləmə yardım əsla; 
Yalnız kəndinə kəndin ağla!” 
 
Böyük Cavidin bu çağırış, üsyan xarakterli misralarının poe-
ziyada geniş intişar dövrü 1990-cı illərdə yetişdi. Müstəqillik 
dövrünün yazarları qadın dünyasının, qadın yaşamının ekzis-
tensiyasını yaratdılar, natur-fəlsəfi məqamlara diqqət yönəlt-
məklə onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müs-
təviyə çıxartdılar. Azərbaycan qadını istər poeziyada, istərsə də 
nəsrdə öz daxili dünyası ilə baş-başa qaldı. N.Kamal, G.Möv-
lud, S.Pərvanə kimi gənc xanım yazarların şeirlərində kişi ob-
razının deformasiyasının başlıca səbəbi poeziyada qadın baş-
lanğıcını gücləndirmək ehtirasından, feminist mövqedən irəli 
gəlirdi. Qadın milli mentalitet standartlarından imtina edır, 
köhnə  dəyərlərin məqbul saydığı,  ənənəvi  əxlaqla motivləşən 
cəmiyyət qanunlarına üsyan edirdi. Bütün dünya səviyyəsində 
gedən bu proses, yəni cəmiyyətin kişi və qadın kombinasiya-
sının pozulması qütbləşmə ilə (maskulin və feminen) nəticə-
lənirkən çağdaş  şeir bu sırada gərəyincə açıq qalan feminen 
mövqeyi qabartdı. Son illərin poetik mətnlərinə  nəzər salanda 
bu tendensiyanın funksional olduğunu görürük.  
Çağdaş poeziyada feminizm dalğası bir neçə kontekstdə-
daha çox azad sevgi, azad düşüncə, bir sözlə azad insan anla-


 
114 
mında üzə  çıxır. Məsələn, gənc  şairlər N.Kamal, G.Mövlud, 
S.Pərvanə ekzistensional məqamlara həssasdırlar, bu sırada 
onlar üçün qadın da elə əks cins kimi hər növ gücə və statusa, 
mövqe və nüfuza layiqdir:  
 
qadınlığıyla barışanları 
heç sevmədim 
daha sonra yazığım gəldi onlara, 
çünki uşaq kimidilər lap 
ovcunda ağlayır qadınlar 
gözləri ovuclarının içindədi...(S.Pərvanə)  
 
Bu məqam məhz 1990-cı illərdən qabarır və düşüncə selinin 
qabağına Azərbaycan qadınının milli obrazını, onun dünənini, 
durumunu, aqibətini gətirir. Hər bir halda hədəfdə “vətən 
qadınları”dır və  gənc nəsil qadının hər növ-məişət, sosial-
ictimai, psixoloji səviyyədə özgürlük qatına israrlıdırlar:  
 
bağışla məni, ana 
mən qürbətdə anladım 
vətən qadınları necə mənasızdır. (G.Mövlud) 
 
Bu mətnlər yeni sosial ierarxiyada qadına kişidən bir pillə 
öndə yer ayırır, sosial kateqoriya baxımından qadını kişidən 
zəif hesab eləmir. Ancaq bunun ifadəsi hər yazarda nə  qədər 
alınır? Yəni bu yanaşmaların hər birində  fərdi – fərqi iç du-
yumlarının mənalanması var, bəs bu mənalanmalar nə  qədər 
ədəbiyyat istedadı zəminində yetişir? Yaxud, belə deyək, poe-
ziya bu kontekstdə Azərbaycan qadınını necə, nə qədər dərin-
likdə, gerçəklikdə, gücdə aça bilir? 
Çağdaş poeziyamızda güclənən qadın başlangıclı şeirlər bu 
yöndə artıq sabitləşmiş olan qadın təmayülündən danışmağa 
əsas verir. E.Eyvazlının “Kişi etirafı”, S.Çılğının “Alaçarpa”, 
Feyziyyənin “Mesaj”, X.Hüseynzadənin “Ağ atlı Avropa” kita-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə