Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

119 
dünyanın insanı kimi qədəm qoydu, burada öz ruhunun, yaşan-
tılarının, iç dünyasının şəklini gördü, ona tapındı, mehrab kimi 
sığına bildi. Bu ülviyyəti qoruyub saxlayan poetik nümunələr 
çağdaş poeziyada istənilən qədərdir. Fərqli olan həm də möv-
zunun qadın nəzərlərində yeni modikikasiyalara uğraması 
deyil, ümumən sevən, sevilən, incə, zərif kimi gördüyümüz və 
tanıdığımız Azərbaycan qadınının revanşist ovqat sərgiləyən 
simasıdır. Bu qadın artıq “qadınlığıyla barışanları heç sevmə-
dim” (S.Pərvanə) deyərək daşıdığı adda ehtiva olunan zəriflik 
və gücsuzlük anlayışına üsyan edir, həmcinsinə mütilik əley-
hinə inqilabi ovqat, güc və möhkəmlik hissi aşılayır. Amma bu 
güc və möhkəmlik ehtirası sosial-ictimai təzyiqlərdən mənəvi 
sarsıntılara uğraya biləcək qadına cəmiyyətdə yaşamağa hazır 
olmaq naminə aşılanır. Məsələn, Xuraman Hüseynzadənin “Ağ 
atlı Avropa” kitabı bizi tam fərqli qadın rakursu ilə üzbəüz 
qoyur. Burada da qadın ekzistensiyası naturadan poeziyaya 
trasfer olunur. Bütün məişət, sosial yaşam içrə bir qadın qəlbi 
sızlayır, “Eşq mənim Allahımdı” deyir.  
Xuramanın  şeirlərdə aktiv qadın obrazı təsvir olunur və bu 
qadın onu məngənəyə salan hər  şeyə qarşı usyankar ruhdadır. 
Qadın azadlığına çağırış, revanşist ovqat baxımından feminist 
ünsürlər Xuramanın şeirlərinin əsasını təşkil edir. Müəllif “axı 
niyə/ Azad qadın heykəli kimi başımı dik tuta bilmirəm???” 
etirazı ilə bunun cavabını ictimai-psixoloji-mənəvi gündəm 
basqısına tabe tutub şikayət etdiyi məqamları cəmiyyət psixo-
lojisində arayır: 
 
Ah, Azad qadın... 
Bu məhbəs məmləkətdə  
Elə heykəl olaraq qalacaqsan... 
-deyir. 
Poeziyada feminizm dalğası S.Çılğının  şeirlərində  də qa-
barıq, epataj səciyyəlidir. Bu şeirlərdə qadın qadının gözü ilə 
açılır. 


 
120 
Cəmiyyət içrə rast gəldiyimiz qadın mənzərələri onun poezi-
yasının predmetidır. Və bütün bu mənzərələr, təzadlar, basqılar 
içrə “giriftari-qəfəs” olan həmcinslərini S.Çılğın “qadın mar-
şı”nı oxumağa çağırır: 
 
adam kimi yaşamaq üçün 
özündən qaç 
lazımsa 
özünə yox deməyi məşq et...(sına) 
süpür keçmişini 
üflə hisslərinin tozunu 
yaşamağa davam! 
yaşamağa davam! 
 
Əlbəttə, bu şeirlərdə poeziyadan çox ideoloji çalarlar, pub-
lisistika var. Poetik-estetik bütövlük hiss olunmur. “Sənət iç 
söhbətidir, yeni qəhrəman, yeni insan, onu görükdürə bilən təzə 
dil, estetika istəyir.” (T. Əlişanoğlu) Qadın yazarlarsa bəzən 
için yaşam konkretliyinə qane olub: məsələn, “Səni sevmək öl-
çü meyarıdı bütün duyğulara, qalanı boş  şey” (Rəbiqə), daha 
çox psixoloji tona önəm verirlər:  
 
Mən səni ona görə sevdim ki,  
Boş yer vardı yanımda. 
Ona görə sevdim ki, 
yerdən qalmayasan nigaran. 
(A.Əlizadə)  
 
 
 


121 
 
 
 
 
 
 
 
 
 
NƏSRDƏ QARABAĞ  
DİSKURSU 
 
 
 


 
122 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu mövzuda ədəbiyyatımızda bir boşluq var, 
indi bir-birinin ardınca yazılan nəsr kitabları, 
onların müzakirəsi, təhlili, ilk növbədə boşluq-
ları doldurmaq yönündə bir addımdır. Sadəcə 
bir addım...Nədən ki, ona yetməyin, gizli qatla-
rını çözməyin realizəsi hələ qarşımızdadır.  
 


123 
ELÇİN NƏSRİNİN YENİ UĞURU 
 
Görünür, qanlı-qadalı müharibə illlərindən uzaqlaşdıqca 
onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın ol-
mağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatiz-
mi artdıqca müharibənin bəlalarını daha real şəkildə  bədii 
idrakın obyektinə çevirə bilirik. Peşəkar nasir olan Elçin «Bay-
raqdar» kitabında müraciət etdiyi mövzunu Qarabağ mühari-
bəsinin əzablarını, insan həyatında yaratdığı təbəddülatı göstər-
mək naminə  qələmə almış, ömürləri yarıda qırılan obrazların 
talelərini, onların keçirdikləri mənəvi-psixoloji sarsıntıları  əks 
etdirməklə oxucuya təsir edə bilmişdir. 
«Bayraqdar» Elçinin Qarabağ faciəsini, ağrılarını  dərindən 
əks etdirən ilk kitabıdır. Bura yazıçının iki əsəri daxildir: 
«Qarabağ  şikəstəsi» və «Bayraqdar» povestləri (fərqli olaraq, 
müəllif özü birinci əsəri «hekayə» kimi təqdim edir – red.). 
Bunları bir-birinin ardı olan eyni bir əsərin hissələri də saymaq 
olar. Təsadüfi deyil ki, povestlər ümumi bir ad – «Qaçqınlar 
silsiləsindən» başlığı altında təqdim olunur. Hər ikisində qaç-
qın həyatı təsvir olunur, yurdundan, evindən didərgin düşən in-
sanların başına gələn vaqiələrdən danışılır. Elçin ağrının  ən 
ekstaz səviyyəsini təqdim edir, onun insan mənəviyyatında ya-
ratdığı ruhi düşkünlüyün miqyaslarını əks etdirir. Ağrının, dər-
din böyüklüyündən ağlını itirmiş insan soruşur: «Adam dəli 
olanda özü bilmir ki, dəli olub?» (Gözlə Gəlirəm Məmməd kişi); 
hayqırır: «Ay Allah!.. Bizim camaat burda niyə milçək kimi 
qırılıb gedir?!.» (kor Solmaz) və son anda yenə də doğma yur-
duna qovuşmaq üçün haray çəkir: «Şuşanı ver mənə!.. Şuşanı!..» 
Elçin müasirliyi ilə seçilən yazıçılardandır. «Bayraqdar» 
kitabında o, dövrün, zamanın vacib problemlərinə nüfuz etmiş, 
həssas bədii düşüncənin obyektinə çevirmişdir. Burada müa-
sirlik yalnız mövzu-məzmun qatında deyil, əsərlərin bədii 
strukturunda, estetik komponentlərində  də ehtiva olunur. Belə 
ki, müəllif süjet xəttində  qırıqlıq yaradaraq, hadisələri ardıcıl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə