Microsoft Word Yeni kitab A5-son docx


  mühitin hansı fərqli, fərdi qanunları ilə yaşadığı: “Bu şəhərdə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

 
130 
mühitin hansı fərqli, fərdi qanunları ilə yaşadığı: “Bu şəhərdə 
Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmir-
dilər; Bura gələn vəzifəlilər Sovet qanunları ilə deyil, bu 
şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin qanunları 
ilə yaşamaq istəməyənlər, sinəsinə döyüb “bu şəhərdə qay-
da-qanun yaradacam” deyənlər də olmuşdu. Amma be-
lələri günlərin birində ya kabinetində  ağzından vurulmuş-
du, ya camaatın gur yerində mal kimi döyülmüşdü, ya da 
evi yandırılmışdı; Bu şəhərin öz Fantoması vardı, Zorrosu, 
Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan qaçaq 
nəbiləri də”, inancları  :”Bu camaat üçün Seyid Lazım 
Ağanın sözü “Qur’an” ayəsi kimiydi, heç kim keçə bilməz-
di”, qonaqpərvərliyi (Komandirin həbsxanada belə  şahmatı 
xarici qonaqlara bağışlaması), dar ayaqda olana son qəpiyini 
belə  əsirgəməmək (Musanın anasının  əməliyyatı üçün əsgər-
lərin pul yığması faktı) kimi keyfiyyətləri ümumi planda bütün 
milli, mental keyfiyyət özəllikləri zəminində açılır.  Ənənəvi 
sovet mühitində onlar düşüncələri, davranışları, özünəməxsus 
qanunları ilə  fərqlənir və  təbəddülat doğururdular, müharibə 
dövründə isə bu insanları torpaq uğrunda mübarizənin başında 
görürük. Qeyd edək ki, müəllif bu obrazların natural cizgilərini 
təsvir etməyə, onların təhlükəli sınaq məqamındakı bütövlü-
yünü göstərməyə, bu məqamların psixoloji sirayətediciliyinı və 
nəticələrini təhkiyənin mərkəzinə  çəkməklə ümunu sujet xət-
tində birləşdirməyə müvəffəq olur. Hətta bu sırada daha bir 
motiv- erməni qızının zorlanmasına imkan verməyib azad edən 
azərbaycanlı  əsgər bu kişiliyi ilə – “Komandir, mən arvad 
davası eləmirəm, torpaq davası eliyirəm”- bizə M.Cəlilin 
erməni aşığını öldürməyib azad edən qəhrəman yüzbaşısını 
xatırladırsa da- “ Dəxli yox idi ki, bəlkə də günün birində bu 
qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu 
vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad 
diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə  də  uşaqlar bu 
qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını 
qəbul edə bilməmişdi.”-  həməncə milli xarakterimizə ayna 


131 
tutmaqla ironik çaları  təqib qılır: hə, T.Əlişanoğlunun “Qu-
qark”  əsəri ilə bağlı qeydlərində dediyi kimi, “bu bizik”, heç 
dəyişməmişik. Özümüzün özümüzə  və düşmənimizə qarşı  hər 
bir halda göstərdiyimiz iltifat budur. Orda-cəbhədə milli hey-
siyyatımızı itirməyəcək qədər ali, geridə, arxa cəbhədə onu qoru-
mayacaq qədər təzadlı. Əsər bu iki bir-birinə zidd mövqeni insan 
amili kontekstində qabardır. Biz müharibədə torpaqlarımızdan 
daha öncə insanlığımızı itirdik və bəlkə insanlığımızı itirdiyimiz 
nədənindən torpaqlarımızı itirdik. Əsərdə Komandir itməyən, 
itirilməyən yaddaş kimi mənalanır. Müharibə acısı sona qədər 
tək bu insanın içində, yaddaşında yaşayır. Elə onu tanıyan 
digərləri üçün də bu insan müharibənin təhlükəli portpetidir, 
yalnız ona baxanda müharibəni də xatırlamağa məcbur olurlar. 
Əsərdəki bütün digər hadisələr də məhz onun ətrafında cərəyan 
edir, bu və ya digər şəkildə bu obrazla əlaqələnirlər.. 
Romanda ilk baxışda sanki qəhrəmanlığın vəsfi ilə bağlı mə-
qamlara köklənmək hissi yoxdur, biz müharibədə uduzmuş, 
torpaqlarını itirmiş bir məmləkətin övladlarıyıq və bu vəziy-
yətdə  qəhrəmanlıqdan dəm vurmağa haqqımız varmı? Amma 
yox,  əsər həm də  cəmiyyətə mesaj ünvanlayır: Qarabağı onu 
qorumağa gücü, cəsarəti yetən qəhrəman  əsgəri olmadı deyə 
itirmədik, Qarabağı  səbatsız siyasətin, Ağ evlərdə  xəbərsiz 
yazılan ssenarilərin, icraçı rejissorların ucbatından itirdik. 
Məlum həqiqətdir, amma bir də əsərdə təsvirinə varmaq: ”Bu 
dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin 
Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovski-
nin də, Tofiq Tağızadənin də  həsəd aparacaqları rejissor-
lara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlət-
lərin Böyük Saraylarında oturub çəkməkdə olduqları 
kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu 
Kinonun iştirakçılarının isə  nə ssenaridən, nə  də rejissor 
işindən xəbərləri yox idi”. 
Əsərin  əvvəlində müəllif mövzunu dünya problematikası 
yönündə müstəviyə  çıxarsa da, sonradan hadisələr lokal milli 
məcrada davam edir. Ümumiyyətlə, romandakı real hadisələr 


 
132 
iki zamanda, müharibədən  əvvəl və sonrakı zamanlarda təsvir 
olunub. Komandirin həbsxana dövrü-bunlar arasında aralıq 
zaman vahidi kimi səciyyələnir. Həbsdən o yanda Müharibə 
illəri dayanır- dəhşət və sarsıntılarla dolu, hər anı ölüm olan 
müharibə. Azərbaycanın portreti təhlükədədir, millətin taleyi 
təhlükədədir. Həbsdən bu yana atəşkəsin razılıq verdiyi sakit-
likdir, çal-çağırdır, hər  şey harmoniyası ilə davam edir. Düz-
dür, bu sakitlik müharibə illərində belə paytaxtda hakim idi, 
ora, cəbhə bölgələrinə, Dünyanın ən varlı şəhərinə yağan dolu-
ların-qrad yağışının səsi bura- paytaxta gəlib çatmırdı. “Şəhər o 
biri üzündən xəbəri olmayan medalyon kimiydi” (Z.Şəfi). 
Qeyd edək ki, bu iki zidd əhvalın, psoxoloji ovqatın  əksi 
çağdaş  nəsrimizdə, müharibə mövzusunda yazılan  əsərlərdə 
ironik üslub çaları ilə aktuallıq kəsb edir. Yaşlı  nəslin nüma-
yəndələrindən tutmuş-(məsələn, A.Abdullanın “Çavuş” heka-
yəsi) gənc yazarlaradək (məsələn, Z.Şəfinin “Heykəltəraş” 
hekayəsi) meydana çıxan əsərlərdə bu məqamın sərt dramatiz-
mi ilə qarşılaşırıq. “Dolu” əsərində də bu disharmoniyaya qarşı 
bir aqressivlik var, müəllif dəyərlərin devalvasiyasını qabart-
maq nöqteyi-nəzərindən çağdaş həyatın neqativlərini, deqrada-
siyaya uğramış dəyər faktorunu önə xəttə çıxardır. Toxunduğu 
mövzu sferası isə, istənilən qədər, ictimai-mənəvi kontekstlərdə 
bu və ya digər tonlarla çevrələnir. Cəmiyyətin şou xəbərlərinə 
marağına istehzasından tutmuş-“Qarabağ camaatının yorğan 
davası bitmiş  və dünya qayıdıb öz əvvəlki məhvərinə düş-
müşdü və dünya... bir şouya çevrilmişdi. Bu şounun 
qəhrəmanları onun kimi müharibə qəhrəmanlarını çoxdan 
unutdurmuşdu. Həm baldızı ilə, həm qaynı arvadıyla yaşa-
yan, qayınanasının sevgisinə isə biganə qalan Xose Antuan 
Rodrigesin qayınanasının iztirabları bir tərəfdən, aşnası ilə 
qəzaya düşmüş Diananın ölümünün acısı bir tərəfdən, 
“Aşka sürgün”dəki qızın göz yaşları bir tərəfdən - adamları 
elə  təsirləndirib üzmüşdü ki...”, yazarların belə  həmin ağır 
məqamlarda “müsəlləh  əsgər” ola bilməməsi kimi məqamlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə