Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

 
140 
Şərif yeni dünya düzəninə qarşı qoyduğu qaçaq obrazını 
bitkin yaratsa da, bəzi cəhətlərini sanki köhnə dövrün, möv-
zunun sələfi olan əsərlərin qəhrəmanlarından proyeksiyalayır. 
Cahandar ağanın qadına münasibətdə yol verdiyi xətanı Şərifin 
qəhrəmanı yenidən təkrarlayır. Belə bir təkrar müəllifə niyə 
lazim olur? Qaçaqlığın atributu kimi, yoxsa qəhrəmanın ölü-
münü hazırlayan səbəb kimi? Bir qədər də bunlar çaşdırır bizi-
milli insan beləmi olmalıdır-gözü tutduğu qadını arvadının üs-
tünə  gətirməli, oğurluqla məşğul olmalı, anasını söyməli, heç 
nəyin ağına-bozuna baxmadan qarşısındakına qolunun gücünü 
göstərməli, hərbə-zorba gəlməlidir -Şərif sanki zamanları qa-
rışdırır, yəni zamanlar əsərdə onsuz da qarışıqdır, söhbət qəh-
rəmanın zamanından gedir. Səməndərin faciəsini  şərtləndirən 
amil onun xarakterinin öz mühitində olmamasıdır. Onun yaşam 
tərzi yalnız kənar dünya üçün yox, elə  ətrafi, çevrəsi, doğma 
ailəsi üçün də  qəbul edilmir. Səbəbini müəllif özü deyir: 
“Səməndər vaxtından çox-çox gec gəlib dünyaya.” 
Əsərdə “iki Səməndər” surəti var. Qaçaq Səməndər - harada 
yaşamasından asılı olmayaraq öz kişilik qanunlarına sadiqdir, 
atını dördnala çapıb istədiyini yeridir-gözü tutduğu qadınları 
evinə gətirir, oğlu Şiruyəni yanan alovun içinə göndərəcək qədər 
sərt davranır. Amma bu mənin içində bir özgə “mən” də var. 
Eşitdiyi sazın səsindən gözündən yaş damcıları süzülən-“O saza 
qulaq asa-asa ağlayırdı. ...O, hər dəfə kirpiklərini çalanda 
üzüm giləsi boyda yaş yanağına dəymədən birbaş enli 
sinəsinin üstünə tökülürdü. Bir anlı  Səməndərin ürək 
döyüntüsünün  əynindəki köynəyi qaldırıb-endirdiyini hiss 
etdim. Onun bütün kor-kobud görkəminin içində heyrətamiz 
dərəcədə incə cizgilər gördüm birdən-birə”, uşaqlarına qoşulub 
qabaqlarında oynayan saf, kövrək, uşaq təbiətli Səməndər var. 
Səməndərin içindəki ikinci “mən”, ikinci Səməndər onun 
ətrafında heç kəsə, hətta ailəsinə-həyat yoldaşı Xalidəyə, oğlu 
Şiruyəyə, yaxını Eyvaza məlum olmadığı halda Rüstəm bu 
ayrıntını tuta bilir, ondakı gizlini duyur. Həm də hiss edir ki, 


141 
bütün azmanlığına və azadlığına rəgmən o, həddən artıq tək və 
tənhadır. Səməndər tənhadır və müəllif onun tənhalığını da, 
xarakterindəki qabalığı  və  sərtliyi də yurdundan ayrı düşməsi 
ilə  mənalandırır:  ”Səməndərin üstündən kotan kimi keçib 
gedən və getdikcə daha çox çirkinliklərə, əclaflıqlara bula-
şan zaman ona əzab verirdi. Laçında bu ziddiyyətləri 
Haramıdıakı  qədər çətin yaşamazdı  Səməndər. Dağların 
sərtliyi onun təbiəti ilə ilahi bir harmoniya yaradar, içinə 
rahatlıq gətirərdi. Bəlkə, elə buna görə  hər dəfə ürəyi yu-
xalanda üzünü Kirs dağına çevirirdi.” 
Səməndərin içindəki tufanın, xarakterindəki ipə-sapa 
yatmamaq  ədasının səbəbi budurmu? Həyat yoldaşı Xalidənin 
də dediyi kimi müharibədir, onun doğma yurdundan ayrı 
düşməsidirmi? “Allah erməninin belini qırsın, nə oldusa bu 
qaçqınlıqda oldu. Hərə dağıldı bir tərəfə...Öz rayonumuzda 
olanda ərim də belə hərəkətlər eləmirdi”. Yoxsa uşaqlıqdan 
düşdüyü mühitin pozucu təsiridir? Təbii ki, yurdundan, 
böyüdüyü el-obadan uzaq düşməsi, Haramı düşündə  məskən 
salması onun taleyinə  də, ovqatına da təsirsiz qalmır. Müha-
ribənin Səməndərin içində boy verən acısı əsərin bir neçə epi-
zodunda xəsis lövhələrlə sərgilənir. Kiçik oğlunun adını Laçın 
qoyur, dinlədiyi sazın səsindən kövrəlib ağlayır, üzünü dağlara 
tutub hansısa səhv  əməlindən peşmanladığını dilə  gətirir. 
Amma bununla belə yurd yerindən ayrı düşmək acısını Səmən-
dərin xarakterinin əsas amili kimi götürmək düzgün deyil. 
Əvvəla Qarabağla bağlı  məqamlar bu əsərdə fon səciyyəsi 
daşıyır. Digər tərəfdən, Səməndərin tərcümeyi-halı ilə bağlı 
təsvir olunan on iki hekayət bəlli edir ki, bu onun xarakteridir, 
harada yaşamasından, istər ucqar dağ yeri olsun, istərsə  də 
şəhərin ən geniş prospekti –Səməndərin mahiyyətcə dəyişəcəyi 
mümkünsüz və  ağlasığmaz bir şeydir. Hər yerdə o eyni qay-
ğılarla üzləşəcək,  ətrafi üçün böyük bir təhlükə  mənbəyi ola-
caq, çeşidli kolliziyalarla rastlaşacaqdı. Çünki problem zaman-
da idi, Səməndər bütün ruhu, yaşam tərzi, kişilik ədası, hədsiz 


 
142 
azad fikir və  əməl sahibi olmasıyla ondan bir pillə yuxarıda 
dayanırdı. Zaman isə “altıncı mərtəbə”də olanları başa düşmür, 
onunla müxalif davranır.  “Qədimliyinə  rəgmən zəmanədən 
baş çıxarmağı bacaran insan idi Səməndər. Sadəcə, zaman-
la uyuşa bilmirdi. Zamanla uyuşmazlıq isə böyük komedi-
yalar və ya dəhşətli faciələr yaradır. Səməndər faciələrlə 
yaşayan birisi idi”.  Ş.Ağayar zamana müxalif davranan ob-
razlar sırasında komediya qəhrəmanının iç dünyadüyumuna, 
onun mühakimə  və tutumlarına (əsərdəki Rəcəb  İvedik nüan-
sı!) köklənsə də faciə qəhrəmanının obrazını yaradır. 
Səməndərin ölümü əsərdə seçilən xarakterin labüd sonluğu 
kimi təqdim olunur. Hətta sona qədər açıq qalan “qatilin kimli-
yi” məsələsi də  məntiqi sonuc kimi mənalanır: Nə  fərqi var 
kimin əliylə törədilib bu qətl. Həyat yoldaşı Xalidənin, ya başqa 
birinin? Səməndər kimi insanların ölümünə  fətva verən zaman 
deyilmi?! Seçilmişlərə qarşı daim amansız davranan zaman... Bu 
məqam həm də əsərdəki bədbin fəlsəfəni ehtiva edir: Səməndər 
kimi insanlara bəşəriyyətdə daha yer yoxdur, əgər insanlıq və 
mənəviyyat deqradasiyaya uğrayıbsa onda Səməndər kimi 
insanların fəci sonunu, sonluğunu həyat özü labüdləşdirir. 
“Haramı”dakı  əsas ideya da budur: cəmiyyət və insanlar 
mənəvi tənəzzül keçirir, müharibə xalqın iradəsini sıxışdırır, 
bütün bu kataklizmlər içərisində özgürlüyü, sabit yaşayış tərzi, 
milli xarakteri ilə seçilən insanlar öz məzmunu və mahiyyəti 
etibarilə  təkliyə  və anlaşılmazlığa urcah olurlar. “Haramı” ki-
şilik dəyərləri ilə “son magikan” olan belə insanlardan birinin-
Səməndərin qurduğu patriorxal dünyanı  və onun necə puç ol-
masını, fənaya uğramasını göstərir. Əsərin uğuru da məhz milli 
yaddaşla bağlı məqamları əsərə gətirmək, bu məqamalrı müxtə-
lif situasiyalar zəminində açmağa müvəffəq olmasıdır. 
Romanda Səməndər obrazı bitkin yaradılıb. Hər kiçik detal, 
hər epizod onun xarakterindəki müəyyən bir cizgini açmağa 
yardımçı olur. Qəhrəmanın həm zahirən təsvir olunan portreti
həm daxili keyfiyyətləri  əsərdə real, canlı boyalarla inikasını 
tapıb. Romanın əvvəlində müəllif qeyd edir: “əsərdə əsas hadi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə