Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

137 
qarşısında güzəşt edir, onun ənənə  və mühafizəkarlıq meyar-
larının cəmiyyətdə dayanıqlılığına çaba göstərir.  
Özü də bu mövzu o zaman təsvirə  çəkilir ki, cəmiyyətdə 
xaos nizamı, disharmoniya harmoniyanı  əvəz edir. O zaman 
nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq 
salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin, 
ünsürlərin qovuşmasına etiraz edir.  
İ.Şıxlının “Ölən dünyam” əsərində belə bir epizod var. 
”Troyka”nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü 
kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki, 
kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman 
Qeybalı kişi acı-acı gülümsünür və deyir: 
“-Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb 
ki, meydana çıxsın? 
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.” 
Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun 
ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik 
çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi, 
“Cahandar” ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli 
cılızlığın igidliyə meydan oxuduğu zəmanə  gəlirdi. Müəllifin 
həyəcanı da mənəvi cəngavərliyimizin yoxa çıxması, cılızlığın 
onu üstələməsi qorxusu ilə bağlı idi. Xalq öz keçmişindən bu 
günə hansı dəyərləri gətirib çıxarır, qürur doğuracaq hansı milli 
keyfiyyəti, kişilik heysiyyatını mühafizə edir?!.. 
“Haramı” romanı da milli yaddaşın məhz bu çalarlarına ay-
na tutur, əsərdəki hadisələr qaçaqlıq mövzusunun davamı kimi 
qələmə alınır. Faktura və problematika müasirlikdən, keçib 
gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktu-
allığından nəşət edir. Əsərdə  həm də qloballaşan dünyamızın 
təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair 
fikirlər var. “Keçmişdən imtina bir çox qiymətli dəyərlərin 
itirilməsi ilə müşayiət olunur və  cəmiyyət sabahları bu 
dəyərlərə qurban vermək fikrində deyil. Fəqət belə  səf-
səfələrin fərqinə varmadan, sadəcə, bildiyin, anladığın kimi 
həyat sürmək insanların ilgisini çəkir və onların mənəvi 


 
138 
dünyasında dərin izlər buraxır.” Müəllif yeni dünya həqiqət-
lərinə, həyat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini 
qoyur və bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə 
müqavimət hissi aşılayır.  
“Kişi təbiətən aqressivdir, daima liderlik, müvəffəqiyyət və 
hökmranlıq uğrunda mübarizə aparır. Kişi bu dünyada görmək 
istədiyini görür və götürür”(R.Censen). Ş.Ağayar yeni sosial iea-
rarxiyada kişini, kişilik dəyərlərini, maskulinist mövqeyi daha önə 
çıxardır. “Haramı” bu məramın daşıyıcısı olaraq hasilə gəlib. 
Əsər qəhrəmanın ölümü səhnəsi ilə başlayır və elə ilk sətir-
lərdən, oxucunu narahatlıqda saxlayan həyəcanlı  təsvir və 
təhkiyə ilə nəql olunur. Əsərin içərilərinə doğru irəlilədikcə sü-
jetin inkişaf dinamizmi daha da artır. Səməndərin Haramı dü-
zündə özü üçün müəyyənləşdirdiyi qanunlar, ailəsindəki gər-
ginlik, çevrəsi ilə ziddiyyətli münasibətləri, müxtəlif kolliziya-
ların, situasiyaların təsviri  əsəri mühüm sosial, əxlaqi-mənəvi 
məzmunla dolğunlaşdırır. 
Romanın bədii konfliktinin bütün şaxələri Səməndər sürəti 
ilə  əlaqəlidir.  İ.Şıxlının “Dəli Kür” əsərində  qəhrəmanın-Ca-
handar ağanın həyat yolu romanda bədii obraz səciyyəsi alan 
Dəli Kürlə müqayisədə verilir, Kürün axarına mane olan bar-
yerlər Cahandar ağanın həyat yolunundakı maneələrlə müvazi 
mənalandırılırdı.  Ş.Ağayarın romanında isə  qəhrəmanın həyat 
yoluna müvafiq məkan Haramı düzü olur. “Adam yaxşı atın 
üstündə olanda elə bil üzür Haramıda, balıq kimi hər tərəfə 
gedə bilir. Bəlkə, elə  bəlli bir yolu-ərkanı, maneəsi, dalanı 
yoxdu deyin gözlənilməz hərəkətləri çox olur Haramının, 
göz qırıpımında məsrası  dəyişir, biri-birinə qarışır, idarə 
olunmaz, müdaxilə edilməz şəkil alır”. Haramını səciyyələn-
dirən bu sözlər həm də romanın əsas obrazı Səməndərin öz xa-
rakterinə -ondakı şəxsiyyətin azadlığını və ruhun intəhasızlığını 
ifadə eləmək baxımından uyğun gəlir.  
“Haramı”da təsvir olunan mühitin ictimai-sosial mənzərəsi 
necədir? Xalq Qarabağ faciəsi ilə üzləşmiş, öz dədə-baba yur-
dundan perik düşüb müxtəlif məkanlarda sığınacaq tapmışlar. 


139 
Belə  ağır vaxtlarda qaçqınlıq zillətinin girdabında boğulan 
Rüstəmin ailəsinə  Səməndərin yatağına köçüb orda çobanlıq 
etməsi təklifi vəziyyətdən ən yaxşı çıxış yolu olur. Onların hər 
ikisi Qarabağ qaçqınıdır, amma Səməndər həm də qaçaqdır, 
sözünü deyə bilən, bütün qaçaqlar kimi mərdlik qanunları ilə 
yaşayan insandır. Roman boyu biz bu obrazın xarakterinə bələd 
olur, müxtəlif situasiyalarda açılan tipik əlamətlərini görə 
bilirik.  Əsərdəki hadisələr üç mətndə ehtiva olunur. Rüstəmin 
(əsərdəki hadisələr onun dili ilə nəql olunur) Səməndərin ölü-
mündən sonra fermadan şəhərə  gəlib yaşadığı dövr-indiki za-
man-ki, hadisələr məhz bu rakursdan müstəviyə gətirilir; müəl-
lifin söylədiyi on iki hekayət əsasında Səməndərin tərcümeyi-
halını, xarakterinin açılmasına yardımçı olan səhnələri sərgilə-
yən məqamlar-keçmiş zaman- ki, yalnız Səməndərin ömür ta-
rixçəsi, onun müharibəyə  qədər, Haramı düzündə  məskunla-
şanadək keçdiyi yol nəql olunur və  əsas vaqeələrin cərəyan 
etdiyi, Rüstəmlə Səməndərin ortaq zamanı və məkanı bölüşmə-
lərini görükdürən məkan-Haramı düzündəki cərəyan edən va-
qeələrin zamanı. Bütün vaqeələr indiki zaman qatında nəql 
olunsa da, əslində mətnlərdə sərgilənən hadisələr oxucunu vir-
tual olaraq öz zamanına aparır. Maraqlısı da elə budur, öz za-
manına dönən insan Səməndərin düzənlədiyi həyatdan nəyi əxz 
edir? Hansı  təkrarsız milli çaları ki, onu bu mövzuda daha 
bitkin yaradılan Cahandar ağadan fərqləndirsin?! 
Əsərdə  Səməndər qaçaqlığın-kişiliyin, bəyliyin son nüma-
yəndəsi kimi mənalanır. Müəllifin onunla bağlı danışdığı on iki 
hekayət (on iki boy!), eləcə də günün sosial-mənəvi təzadlarını 
sərgiləyən məqamlar –yeddi gündəlik sanki bununla igidliyin 
sona vardığını işarə edir: ”İgidliyə bir qoz”. Bu da İ.Şıxlı rakur-
sumu, yoxsa daha fəci reallıq? Var olan, hələ sıradan çıxmayan 
milli cahangirliyimiz bu zamanda belə özünə güclü arxa tap-
mır. Amma tərəddüd doğurur: yaxşı, günbəgün dəyişən və milli 
keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, 
zəmanə qəhrəmanı beləmi olmalıdır?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə