Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

143 
sələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb”. Bu-
rada ikinci qat-yəni, əsərin publisistik üslubda yazılan hissəsi-
gündəliklər  əsas hadisələrin  əleyhinə  işləyir, yəni, o ideyanı, 
konsepsiyanı ki, müəllif  əsas süjet xəttində qoyur və onu mə-
nalandırmağa çalışır, gündəliklər sanki bu düzəni dağıdır. Ona 
görə yox ki, iki ayrı üslublar bu koloritə təsir edir, yox, sadəcə 
gündəliklər  əsərin bədii qatının gizlinlərini, sıxdığı ruhsal 
enerjini parçalamaqla hadisələrin sirayətedici həzzini azaldır, 
oxucu üçün düşünməyə imkan, təsirlənməyə duyğu yeri qoy-
mur. Belə ki, realist üslubla postmodernizmin qovuşuğu kimi 
ərsəyə  gələn romanın diaxron xətti təsirini göstərir, müəllif 
ciddi planda qoyduğu nəsnələri  əsərdə  həm də postmodern 
kinayə obyektinə çevirir (məsələn, “İgidliyə bir qoz” dediyi, 
Koroğlunu cinayət məcəlləsinin maddələri ilə haqqın divanına 
çəkdiyi məqamlar). Eləcə  də tez-tez Səməndərlə bağlı “elə 
adamlar üçün bu zəmanədə yaşamaq çox çətin olur” qəbildən 
ifadələr işlədib  əsərdəki mətləbi çılpaqlaşdırmaq bədii siqlətə 
xələl vurur. Əsərdə yer alan informasiyanı oxucuya əsər yox, 
müəllif çatdırmağa çalışır. Romanda qəhrəman və zaman proble-
mini situasiyalar bəlirtirsə, əlavə ritorikaya ehtiyac olmamalıdır.  
“Haramı” romanında dastan strukturu var, bir çox nəsnələrin 
etnoqrafik cizgiləri məharətlə açılır: Haramı düzünün yaranma 
tarixindən tutmuş qaçaqlıq həyatının özəlliyi, çoban həyatı  və 
bir sıra başqa məsələlər haqqında ətraflı məlumat verilir. Əsə-
rin təhkiyəsi də bu məqamlarda sanki dastan poetikasına köklə-
nir, bir-birini əvəz edən rəvayətlər, hekayətlər axıcı və rəvanlı-
ğı ilə romanı oxunaqlı edir.  
Ş.Ağayar işarələrlə  işləməyi bacarır. Bu əsərdə  də adların 
əksəriyyəti rəmzi xarakter daşıyır. Səməndərin ən yaxın silah-
daşının Eyvaz olması bizə Koroğlunun ən yaxın adamını yada 
salır. Səməndərin oğlu Şiruyə iran şahı Xosrovun oğlu ilə həm 
xarakterlərindəki oxşarlıq, həm də atasının evə gətirdiyi qadına 
özünün də laqeyd olmaması baxımından səsləşirlər. Və Herakl. 
Əsərin digər əsas qəhrəmanı Rüstəm unutduğu mail parolunun 
gizli  şifrəsini açmaq üçün bir sıra adları, rəmzləri sınaqdan 


 
144 
çıxararkən yalnız bu ad kara gəlir. Bu ki elə öz qadınının əli ilə 
öldürülən mifik qəhrəmanın adıdır?! Təsadüfidirmi? Yox, am-
ma işarə heyrətləndirmir. Nədən ki, yazıçı bu məqama çatana 
qədər tarixdə qadınlarının əli ilə ödürülən bir sira adlar təqdim 
(tədqiq) edib tapıntının sətiraltı  mənasını  bəsitləşdirir.  Əvə-
zində  Səməndərin atı  Qəmər öz adı ilə daha çox eyhamlara 
işarə edir. Məsələn, bəlkə elə bu Cahandarın ölən Qəmərinin 
yeni doğuluşudur -ki, yeni cahangirini tərkinə alıb çağdaş za-
manı  və  məkanı dolandırmaqla sələfinin missiyasını qaldığı 
yerdən davam etdirir?! 
Ş.Ağayarın “Haramı” romanı haqqında danışmağa rəvac 
verən  əsərdir və sözsüz ki, çağdaş  nəsrin uğurlu nümunə-
lərindən biri kimi ciddi münasibətin predmeti olacaqdır. 
 
 
 


145 
YOLLARDA KEÇƏN ÖMÜR 
 
Bu yazının adı müəllifin şəxsi istəyindən hasilə gəldi. Sey-
mur Baycan “Quqark” romanında qeyd edir: “Hər ömrün öz 
adı var. Əgər kimsə nə vaxtsa mənim haqqımda yazsa, həmin 
yazının adını ya “vağzallarda keçən ömür”, ya da “yollarda ke-
çən ömür” qoymalıdır.”  Əslində,  əsərin ümumi ruhu, ritmi, 
düşüncə sırası ümumən yol simvolikasına tabedir. Məhəmməd 
Peyğəmbər (s) necə demiş: “Ev doğulmaq və ölmək üçündür. 
Həyat yoldadır.” “Quqark” romanında həyat da, yaşamaq 
sevdası də əsərin qəhrəmanı üçün mənasızlıqdan başqa bir şey 
deyil və  yəqin, elə buna görə  də o yolsuzluq içindədir. Bu 
yolsuzluq həm də uzun, incə bir yolşuluqdur ki, onun vasitəsilə 
müəllifin təqdim etdiyi özünəməxsus həyat materiallarına, 
gerçəklərə yanaşma təsəvvürlərinə vaqif ola bilirik.  
Mən də o fikirdəyəm ki, müharibə gerçəkləri haqqında əsəb-
lə, coşğu ilə, qışqıra-qışqıra deyil, ona soyuq bir əda ilə, kənar 
baxışla yanaşmaq, hadisələrin, gerçəklərin fövqünə qalxıb 
danışmaq lazımdır. Yəni,  ən azı  nəsrin fəzasına yetməkdən 
söhbət gedirsə burda hadisələrin xronolojisini verən tarixçidən
pafosla, patetika ilə süslənmiş poeziya aləmindən fərqin elə 
bununla (bunda) olmalıdır. Seymur Baycanın “Quqark” romanı 
bu baxımdan seçilir. Bizdə müharibə ilə bağlı yazılmış həcmli 
əsərlərdə müxtəlif yanaşma mövcuddur. Ki, hansınısa oxuyub 
müharibə  səhnələrinin yaşatdığı  gərgin məqamları, savaş 
lövhələrinı görə bilirik (A.Abbas. “Dolu” romanı), yaxud eləcə 
kənarda dayanıb müharibə insanının içində boy vermiş ağrıları, 
acıları bir də zaman qarşısına çıxarıb məzmun, mündəricəsini 
arayırıq (Ağayar “Haramı” romanı). “Quqark” əsərində müha-
ribənin portretini özündə gəzdirən talelər və yaşantılar qalere-
yası var. Bir insanın yaddaşında, nəqlində oyadılan duyğular, 
təəssüratlar polifoniyasında keşmiş- daha çox müharibə ilə 
bağlı keçmiş bütün dərinliyi və reallığı ilə mənalana bilir.  
“Quqark” müharibə romanıdır, çünki birbaşa müharibə ger-


 
146 
çəkliyini –dövrün paradoksları  və xaotik məzmunu ilə  təsvirə 
çəkməyi təqib qılır. Bu təsvirlər müxtəlif rakurslu mövzuları 
içinə almaqla bir neçə istiqamətə şaxələnir. Müəllifin əsər boyu 
daldığı yurd hostaljisi, uşaqlığı ilə bağlı xatirələri - əsərdə  ən 
təsirli və maraqlı lövhələr sırasında yer alan qəhrəmanın çörək 
dalınca getdiyi zaman yaşadığı dramatik situasiya, dayısının 
yazdıqları  məktubların sonucda onu yazıçı kimi formalaşdır-
ması, özünün doğma ocaqlarını  tərk edib şəhərdəki xalasının 
birotaqlı mənzilində yerləşmələri və s., ikinci xətt-birbaşa mü-
haribə acıları yaşayan insanları, onların qəmli hekayətlərini, mü-
haribə gerçəkliyinin fəci qanunları-bu sıradan  əsirlik həyatı, 
onlara verilən işkəncələr,  şəhidlər,  şəhid anaları, və.s haqqında 
qənaətləri və s., o cümlədən, cəmiyyətin ictimai-siyasi-sosial mə-
qamlarına varmaq, onları  təsvirə  çəkmək çabası- burada artıq 
yazıçı içinin çöküşü, cəmiyyətdəki disharmoniya, müharibə  işti-
rakçısı olmuş insanın soyğunçuluqla məşqul olması, anasının ona 
hədiyyə, mükafat kimi verilən suvenirləri satması  və s. Yəni, 
əslində bu xəttləri bir qədər uzatmaq da olar, nədən ki, romanın 
çevrələdiyi düşüncə məkanları çoxşaxəli, polifonik spektrlidir. 
Təbii ki, gerçəklər müəllifin təsvir elədiyindən daha artıq 
fəci və dramatikdir. Bunu müəllif də etiraf edir: “...baş verən-
lər yazdıqlarımdan yüz dəfə, min dəfə  ağır və acı olub.” 
Seymur sadəcə, neytral yazıçı mövqeyi tutub hadisələri hissə 
qapılmadan verməyə çalışır. Bu mənada, onun qəhrəmanının 
obrazının sanki gününü yaşamağa çalışan yazıçı kimi təsvir 
olunması təbiidir. Bu məqam müəlliifn həm müharibə faktoru-
na loyal münasibət göstərməsinə, həm də sosioloji məqamlara 
varmasına-cəmiyyətdəki qüsurları, real yazıçı, yazar insanının 
durumunu səciyyələndirməyə imkan yaradır.  
Əsərin qəhrəmanı darıxır, bu darıxmaq, yeknəsək həyatdan 
usanmaq onu intihar məqamına belə çatdırır. Amma xarici do-
nor təşkilatların dəstəyi ilə keçirilən konfransa dəvət alan ya-
zıçı qəfil aldığı məktubla fikrindən daşınır və o, ruhlar aləminə 
deyil, Ermənistanın Quqark istirahət mərkəzinə gedəsi olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə