Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

147 
Əsərin müqəddiməsi bu görüşdən nəsə uman oxucunu bəri 
başdan arın-arxayın edir: bu insan düşmən düşərgəsində fərqli 
heç bir jest, fədakarlıq eləməyəcək. Amma oxucu ona da inanır 
ki, qəfil gələn məktub müharibədə döyüşə çağırsaydı belə qəh-
rəman eyni çaba ilə ora da gedərdi. Ona görə yox ki, içindəki 
patriotizm ona bu addımı atmağa sövq elətdirəcəkdi, yox, sa-
dəcə, əsərin qəhərəmanı darıxırdi və darıxmaq hissini dəf elə-
mək üçün hərdən məsələn, bulvardakı qarımış şairə xanımlarla 
elədiyi söhbəti cəbhə xəttindəki əsgərlərlə təzələyərdi, o qədər. 
Əsərdə “ümummilli eyforiya dövrü” olan 1990-cı illər, hə-
min dövrə xas səciyyəvi görüntülər –həm siyasi-ictimai, həm 
də psixoloji çalarları ilə  təsvirini tapıb. Bir-birini əvəz edən 
tarixi dövrlərin insan talelərinin yaşantısında doğurduğu gərgin 
emosiyalar hiss edilir. Burada müəllif mürəkkəb və fəci hadisə-
lərin səbəblərini, köklərini göstərmir, hansısa amal və mübarizə 
əzmi də yoxdur. Müəllif sadəcə ömrünün anılarına  əsaslanır, 
həmin anıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yara-
dır. Onun uşaqlığı da, qayğıları da, istəkləri ilə həyat reallıqları 
arasındakı ziddiyyətlərin doğurduğu hisslərin ifadəsi də- bir 
sözlə keçmişinə dair nə varsa bu xatirələrdədir.  “Mənim gü-
cüm ancaq xatırlamağa çatır. Arzulamaq, xəyal qurmaq 
mənlik deyil. Xatırlamağı heç kim mənə qadağan edə 
bilməz. Dünyada elə bir adam tapılmaz ki, keçmiş onun 
üzərində  mənim üzərimdəki qədər hakim ola bilsin.Mən 
heç bir şeyi unuda bilmirəm. Heç bir şeyi. Ona görə də mən 
özümü həddən artıq qoca hiss edirəm.” 
Romanda xatirə motivi, müəllif tərcümeyi-halından alınan 
təfsilatlar onu avtobioqrafiq əsər kimi səciyyələndirməyə  əsas 
verir. Çünki müəllif tərcümeyi-halının daşıyıcısı kimi görünən 
və  əsərin  əsas qəhrəmanı Seymurun həyatının çox qismi 
romanda ehtiva olunur.  
Burada təsvir edilən həyatın tarixi-məntiqi doğruluğuna bə-
dii təminat verən müəllifin uşaqlıq dövrünün nostalji çalarıdır, 
həmin qarışıq 1990-cı illərin bədii təcəssümünü təmin edən 


 
148 
qəhrəmanın uşaq yaddaşına çokmüş  zəngin təəssüratıdır. Bu 
“xatiratım”da  əsas yeri qəhrəmanın vağzallarda keçirdiyi mə-
qamları, anıları təşkil edir- Qroznı vağzalı, Krasnodar, Aktobə 
dəmiryol vağzalı, Samara vağzalı və s., və i., -qəhrəman öz dü-
şüncə qanadlarında vağzallarda o baş-bu başa adlayır. Amma 
qatarlar onu yeknəsək həyatın  əlindən alıb dünya kontekstinə 
qovuşdursa da özündən, öz keçmişindən qopara bilmir. 
Keçmiş, uşaqlığı, gəncliyi hər yerdə onunla baş-başadır. Bu 
mənada, onun sərgilədiyi müxtəlif hekayətlərin içindən qeyri-
ixtiyarı olaraq şəxsi yaşantıları boy verir. 
Müharibə mövzusunun geniş şəkildə işləndiyi bir zamanda, 
həmçinin yeni qəhrəmanlar, bu qəhrəmanlığın yeni kultu yara-
dılmasına çaba göstərildiyi bir vaxtda S.Baycan müharibə 
faciəsinin qəhrəmanı kimi özünü seçir, öz içini, öz yaşantısını 
qələmə alır. Təkcə bu cəhət müəllifin ideya və dünyagörüş izti-
qamətini tanımaq üçün çox şey deyir. Əsərin mərkəzində 
müharibənin qaynar səhnələri, fəci və dramatik situasiyaları 
deyil, mənəvi psixoligiyası ilə insan(lar) durur. S. Baycan mü-
haribəni təsvir etmək üçün müharibə  əhval-ruhiyyəsini hərəsi 
bir cür keçirmiş insanları təsvir edir. Hadisələrin, müharibənin 
mənzərəsi psixologiyaların müstəvisində görünür. 
Əsərin qəhrəmanı olan yazıçı Quqark düşərgəsinə  gəlir və 
oradakı meşədə geriyə dönüb keçib gəldiyi ömür yolunun 
xatirələrinə dalır. Bu xatırlama fonunda biz müharibə dövrü
onun insan talelərində qoyduğu izlərlə, qəhrəmanın tale yolu 
ilə tanış oluruq. Etiraf edək ki, bu təhkiyədə hadisələr, təsvirlər, 
bir sözlə həyat canlı və səmimidir. “Rayon klassiki” haqqında, 
taxta qutular düzəldən və çaxnaşma zamanı öz düzəltdiyi qutu-
ların arxasında gizlənən dülgər Karapetlə, paçtalyon qadının 
həyatı, qarapaltarlı erməni anasının yaşantıları ilə bağlı heka-
yətlər  əsərdə  təsvir olunduğu faciəvi-dramatik çalarlarında 
görünə bilirlər. Romanda ciddi tutalğa tapan bu təsvirlərin hər 
birində yığcam, koloritli hekayə süjeti var. Bu yığcam süjetdə 
insan psixologiyasının dərin təcəssümündə müharibə  həqiqət-
ləri məharətlə sərgilənə bilir. 


149 
Bəs əsərin əsas motivlərindən olan Seymur-Anuş xətti burda 
hansı yerdədir? Ümumiyyətlə, bu ideya əsərdə nə dərəcədə alı-
nıb? Məsələn, mənə görə müəllifin kifayət qədər ayıq yanaş-
dığı digər məqamlara, məsələlərə nisbətən  əsərdəki Seymur-
Anuş xətti zəifdir, predmetini nədən alır, dərin deyil. Deyək ki, 
əsərin bir neçə yerində, nəql olunan hekayətlərdə kifayət qədər 
səxavətlə paylanan cəmiyyət-yazar problemi (xüsusilə, əsərdə-
ki Mehdi Bəyazid nüansı), yazar içinin dekadansının sərgilən-
məsindən sonra belə bir məhəbbət motivini süjetə əlavə etmək 
əsərə nə qazandırır? Sosiallığın rəngini, boyasını daha da qatı-
laşdırmaq, yaxud cəmiyyət ziddiyyətlərini daha da çılpaqlaş-
dırmaq səciyyəsi?  “Sevən bir qadın kişidən bütün varlığını 
tələb eləməkdə haqlıdır. Mən isə  sənə heç nə verə bilmə-
rəm. Bakıda borca yemək yediyim kafelər var. Başa düş
mənim üçün sevgisiz yaşamaq borca yemək yediyim kafe-
nin sahibi Şirzadsız yaşamaqdan daha asandır.” Bu 
mənada,  əsərdəki Seymur-Anuş  xəttini Bahadır və Sona, Əsli 
və  Kərəm kimi birgəliklərlə anoloji müstəvidə  dəyərləndiril-
məsi (üstünlüyü, sələflərə vermiş olsalar belə) özünün doğrult-
mur.  Əvvəla, burda iki gəncin sevgisindən deyil, Anuşun 
birtərəfli sevgisindən söhbət gedə bilər. Seymurun Anuşa mü-
nasibəti isə həqiqi sevgi duyğusu kimi mənalanmır. Onu rədd 
üçün gətirdiyi əsas isə təbii və səmimi təsir bağışlayır və əsərin 
öz ritmindən, ahəngindən, inkişaf qanunauyğunluğundan do-
ğur.  Əgər bu birgəliyə mane olan nəsnə kimi iki dövlət ara-
sındakı uçurum göstərilsəydi, təbii ki, səmimiyyəti ilə inandır-
mazdı. Nədən ki, bütün əsər boyu müəllifin belə bir yük daşı-
yıcısı olması, mənən bu ağrını yaşaması nəzərə çaprmır. Əsərin 
tək bircə yerində belə bir səbəb sızdırılır:  “Mühafizəçinin 
bayıra çıxması Anuşun bütün həvəsini öldürdü. Onun sifə-
tinə birdən-birə adamı diri-diri öldürən kədər çökdü. Ara-
mızdakı uçurumu mühafizəçinin bayıra çıxması ilə görmüş-
dü. Bu uçurumun adı düşmənçilik, müharibə, nifrət,  əsir 
düşənlər, girov götürülənlər, davam edən qeyri-müəyyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə