Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

115 
bı, G.Mövludun, N.Kamalın, Jalə İsmayılın, Rəsmiyyə Sabirin
Gülnarə Cəmaləddinin, Sonanın, G.Xəzəlin, Rəbiqənin, Günel 
Şamilqızının, A.Əlizadənin şeirləri poeziyada qadın təmayülü-
nün güclənməsinin göstəricisidir. İstedadının gücündən, poetik 
həssaslığının dərəcəsindən asılı olmayaraq bu müəlliflərin şeir-
lərini daha çox bir əlamət birləşdirir. Bu kitabların hər birində 
qadın yaşamının ekzistensiyası yaradılır, sevgi duyğularının əl 
dəyilməyən, mübhəm qalan gizlinlərinə diqqət yönəldilir. O 
məqamlar ki, insanın ancaq özü ilə paylaşmağa rəva bildiyi, iç 
dünyasının ən həssas, “toxunsan indicə hönkürəsi və qaynayıb 
daşası” (Z.Əzəmət) mətləbləridir.  
Elnaz Eyvazlının “Kişi etirafı” kitabında bu mövqe sırf sev-
gi münasibətləri zəminində açılır. Bu şeirlərə  əslində, bir qa-
dının etirafları, onun iç dünyasının  şəkli demək daha doğru. 
Kitabda yaradılan sevgi tablosu o qədər əhatəli və zəngindir ki, 
burada müəllifin toxunduğu bütün digər mövzular, onun ya-
ğışa, yazı masasına, bomja, həyat və ölümə  həsr etdiyi şeirlər 
sevən bir ürəyin həssaslıqla təqib qıldığı  həyat lövhələri kimi 
mənalanır. Elnaz sevən qadının obrazını daha koloritli, psi-
xoloji nüans səhihliyi ilə poeziyaya gətirir. 
 
Ölmüş ümidləri bağrıma basıb 
heç kimin eşitməyəcəyi tərzdə ulamaq. 
Qollarımı sinəmdə 
bir-birinə bağlamaq, 
büzüşmək, yığılmaq. 
Gözlərim yuxuya gedincə 
xısın-xısın ağlamaq. 
 
Elnazın  şeirlərində  əks cincdən narazılıq bütüb həyatdan 
küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qə-
dər loyal mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayə-
ti, bəxtsiz qadın taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəq-
qətinin gücü savaşa deyil, sevməyə  və onu kişi kimi etiraf 
eləməyə çatır.  


 
116 
Getməyin üstünə, 
baxmayın dediyinə, 
çəkməyin yanında nifrətin adın. 
sevmək üçün doğulub 
bu Qadın!  
 
Elnaz Eyvazlı hər növ qatlar-ictimai, mənəvi-mədəni, psixo-
loji durum mürəkkəbliyi arasında sevən qadının obrazını yara-
dır. Onun nəzərlərindən bu dünya necə olur, hansı etiraf, etibar 
hüdudlarına söykənir və  ən nəhayət, sevən qadın olaraq hansı 
yolu seçir: ağrıları yenməyin, sabaha atılan inamlı addımlama-
ğın kişi kimi etirafımı, yoxsa yenə  də sevən qadın olaraq 
ehtiyacında olduğu kişisizliyin etirafı?! Hər iki halda yaşantılar 
eynidir, eyni sızıltı, göz yaşı, kədər, məyusluq... 
 
Səhərəcən buz kimi yataqda  
it kimi ulayıram. 
Qonşum deyir ki,  
Bu gecə bir köpək biiz yatmağa qoymayıb. 
Qayıt, məni saçlarınla yuvama zəncirlə. 
Həsrətindən köpək olduğumu  
biləcəklərindən qorxmuram. 
Bu gec-tez hamıya çatacaq. 
Sahibsiz olduğumu bilsələr, 
hərə bir daş atacaq. 
 
İlk baxışda bu şeirlərdə  məzmun baxımından yeni bir şey 
yoxdur deyib keçmək olar, ənənəvi sevgi mövzusudur, bu dəfə 
xanım lirikin dünyaduyumunda əksini tapıb. Füzulidən bu yana 
poeziyamız eyni mövzuda yazmaqda nə zaman səngimiş? Bü-
tün dünya ədəbiyyatından beləsinə sevginin dili birdir, yazıl-
mamış qanunları Şərqdə necədirsə, elə Qərbdə də elədir. Yetər 
ki, sevməyi bacarasan, axı bilirik, heç nə olmasa da şairlik 
sevgidən, sevmək istedadından başlayır. Bu məqamda mövzu-
ya digər rakursdan nəzər yetirək. 


117 
Mövzuya kişi nəzərlərindən yanaşsaq, burada məhəbbətin 
melanxolik çözümündən, ülvi məhəbbət duyğusallığından tut-
muş intim-bioloji çalarlara, epataj səciyyəyə  qədər hər növ 
mövqenin olduğunu görərik. Bir tərəfdən düşündürür, sanki 
subardinasiyası pozulmuş cəmiyyətin bir çox dəyərlərinin itdi-
yi, qarışdığı bu zamanda sevgi anlamı da öz dəyərini itirmiş, 
onu önəmsəməyə hacət qalmamış. Məsələn, Elvin Bakiroğlu-
nun  şeirləri bəşərin  əbədi sevgi, məhəbbət mövzusunu hədəf 
alır. Amma burada məhəbbətin melanxolik çözümü ilə deyil, 
cılız, bir qədər də yüngül oyun simvolikası ilə rastlaşırıq: 
 
Sevgiyə aid nə var- 
Pəncərədən at çölə. 
Qorxma yemərəm səni, 
Gəl bizə elə-belə. 
 
Allah bilir səhərə 
Hansı kökdə çıxarıq... 
Səni sevəcəyəmmi- 
Buna sonra baxarıq. 
 
Elvinin “Vətəndaş nigahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri 
də bu cür macəra-sərgüzəşt çözümlərinə köklənir. Ümumiy-
yətlə, gənclərin sevgiyə münasibətində  fərqli baxış hakimdir. 
Bu  şeirlər tam gənclik illərinin gətirdiyi coşğu və  əylənmək 
sevdası, psevdo aşiqlik görüntüsü ilə  təğyiri-libas olub günün 
müasir qəhrəmanının obrazını  cızmaq imkanı yaradır, bir növ 
romantik uslubla postmodern həzzin təmas nöqtəsi kimi 
doğulurlar. 
Daha bir gənc yazarın - Vüsal Nurunun “Sevgi operetdası” 
şeirinə diqqət edək: 
 
Mən ayağına yenəcək qədər 
İzini öpəcək qədər, 
Tanrı biləcək qədər sevirəm səni 
Sevirəm səni söyəcək qədər, 


 
118 
Döyəcək qədər. 
Öldürəcək qədər, 
Mən bir az dəli oğlanam axı. 
Bax belə sevirəm səni 
manyakcasına.  
 
Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək 
üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır. Bəzi hallarda 
sevgi haqqında yazılan şeir sevgini bəlirtmək, yaşanan duyğu-
sallığı ehtiva eləmək əvəzinə sanki sevgi effekti yaradır. Gənc-
lər  şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapılırlar 
ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək kölgə-
də qalır. Aşağıdakı şeirdə olduğu kimi:  
 
Sevgi ikilikdə alınmır nəsə, 
Azalıb “iki”nın tamı dünyada. 
Üçüncü adamam mən də kiməsə, 
Üçüncü adamdı hamı dünyada... 
 
“Dünya köhnə dünyadır, sevgiləri təzədir”(N.Kəsəmənli). 
Köhnə dünyanın sevgiləri bir də o zaman dirilik qazanır ki, ona 
yönələn baxış, ifadə  və  mənalanma üsulu, onu təsvir vasitəsi 
sevgi ilə dolu olsun. Duyumun yaddaşını tərpətsin, sevən ürə-
yin təravəti, yazan əlin titrəyişi hiss olunsun. Sevgidən yazan 
bir əlin titrəyişini hiss elətdirməyən şeir oxucunu necə ehtizaza 
gətirə bilər? 
 
Bu dünyanın köhnəlmişdi rəngləri
Sevdim səni, məhəbbətlə boyadım. 
 
Bir vaxtlar bu missiyanı Nüsrət Kəsəmənli öz üzərinə gö-
türdü sanki, təzə-tər duygulardan, real yaşanmış hisslərdən yeni 
bir dünya qurdu, bu dünyanın rəng çalarlarından bəhrələnib 
bütöv bir sevgi qalereyası yaratdı. Oxucu da bu dünyaya yeni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə