Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

101 
2011-ci ildə “Ulduz” jurnalında B.Sadiqin “ömrün gəraylı 
çağları” silsiləsindən gəraylıları çap olunub. “Ömrümü su bas-
dı”, “Ömrümün əsəl yeri”, “Həyat bir əlçim məktubdu”, “Bir 
payız nağılı”, “Göz yaşımı sər” vəs., və i.- bütün şeirlərdə hə-
yatın, ömrün faniliyinə, puçluğuna köklənmək kimi bir mövzu, 
məzmun monotonluğu varsa da, uğurlu poetik ifadələr bu 
qədim janrı  fərqli biçimdə  bədii müstəviyə  gətirir. Məsələn, 
“Qəbirlər torpaq çəpərdi,/ Həyat-ölüm arasında”; “Səp ömrün 
söz qoxusunu,/ Alın qırışın altına”; “Üzürəm bir göz yaşım-
da,/İçimdəki sözə sarı”; “Kipriklərim dar ağacı,/ Asıb özünü 
göz yaşım”; “Ana, bir dəsmal  əvəzi,/ Gözlərimə sözü sarı”. 
Şair bir növ şair ömrün ahıllıq kürsüsündə  əyləşib həyat, za-
man, insan haqqinda meditativ düşüncələrini bölüşür, amma 
dünəndən bu günə, keç(il)miş zaman(ın)dan indilərə varmaqla- 
axı bunlar “ömrün gəraylı çağları”nın məqamlarıdır. 
 
* * * 
Qeyd elədik ki, yenilik, daxili təzələnmə ədəbiyyata daha çox 
gəncliyin, gənc nəslin qədəmləri ilə daxil olur. Burada bir zaman-
nəsil asılılığına, təsirlənməsinə ehtiyac hiss olunur. Nədən ki, 
şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun 
yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Yəni, 
mübadilə qarşılıqlıdır: “ Hər dövr və nəsil öz şairini elə ona görə 
böyük poeziyaya gətirir ki, əvəzində  şair də öz nəslini, dövrünü 
böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik 
qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və 
fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu 
pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar 
Qarayev. Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35) 
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki 
şeirləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differen-
siallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsu-
siyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziya-
sının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş 
şeirdə bu iki hissin parametrlərini ayırd etmək və  şeirə onlar-
dan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq ol-


 
102 
mur. Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellek-
tuallıq arasındakı  təzad, fərq aradan çıxmaqdadır.  İllərdir ki, 
milli  şeirimizin canına hopmuş pafos, patetika daha sürətlə 
düşünər, intellektual məcraya yönəlir. Xüsusilə, poeziyaya ye-
nicə qədəm qoyan gənclər fikir buxovunu daha çox sərbəstdə, 
düşündürücü kontekstdə  mənalandırmağa çalışırlar. Gənc 
şairlərin şeirlərinə zamanla barışmaz mövqedə dayanan şair ob-
razı gəlir. Hətta vətən, şəhər, torpaq anlayışları belə bu şairlər 
üçün zamanı  dərkin dərinlik ölçüsü kimi mənalana bilir. Bir 
qism şairlərdə bu qəlb iztirabları şəklində, bir qismində isə za-
manın acı gerçəklərini qəlbindən daha artıq zehnindən keçirə-
rək ifadə eləməsiylə  sərgilənir. Niyə belədir? Bəlkə ona görə 
ki, gənclərin yaradıcılığında ömrün uşaqlıq fəsli artıq yoxdur. 
Rojdestvenskinin məqalələrinin birində belə bir fikirlə rastlaşı-
rıq: “Uşaqlıqdan savayı deyiləsi nə var ki...”. Birdən birə böyü-
mə, vaxtından tez müdrik olmağa çalışma sanki poeziyamıza 
bir ağırlıq gətirib. Abstrakt mühakimələr, fəlsəfi dramatizm və 
sərt psixologizmlə süslənmiş  şairlərimizdə  bəlkə çatışmayan 
nəsnə  də elə bu məqamla bağlıdır: uşaqlığın nağıl kimi şirin 
aldanışı əvəzinə “daha nağıllara inanmayacaq qədər” böyümə-
yin anlamaq dərdi. Hətta ən son gəncliyi təmsil edən yeni im-
zaların  şeirləri belə dünyanın meditativ çözümünə, seyrçi-
fəlsəfi inikasına köklənib. Məsələn, onlardan birinin, Aqşin 
Evrənin “Həqiqətin iç üzü”, “Öyrəndikcə qocalıram” şeirlərinin 
adlarından artıq müəllifin ehtiva elədiyi fəlsəfi mündəricə 
məlum olur.  
 
Həyatdan iki əlli yapışmışıq, 
əziz dost, 
Salam verməyə də boş əlimiz qalmayıb… 
Nə gülər gözlərimiz var, 
nə çatılmış qaşlarımız 
Həqiqəti hayqırmağa da dilimiz qalmayıb… 
Zamanın dəyirman daşları 
üyüdür cizgiləri… 
 


103 
Gənclərin modernizə axtarışları, eksperimentləri davam 
edir. Onlar daha çox qərb cərəyanlarının təsirinə düşərək həyat, 
zaman, fərdi əhval-ruhiyyələri ilə bağlı məqamlara varırlar. Bu 
şeirlərdə kanonik şeir təsəvvürlərini qırıb da fərqli duyğular 
vasitəsilə yeni zamanın düşüncələrinə, durumuna varmaq meyli 
qabarıqdır. Bəzi məqamlarda bu şeirlərlə poetik fikrimizdəki 
sözün sərt həqiqətləri, fakt və detalın bədii emosiyası bir qədər 
də güclənir, estetik fəallığını artırır, bəzən də bu cəhd “beyin-
dən də, ürəkdən də  əli üzülmüş absurd mətnlər” (A.Məm-
mədov) şəklində meydana çıxır. Detallara varaq. 
Əli Əlioğlu həyatın sərt işləkləri altında təzyiqə düçar olan 
insanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və 
onu öz keçmişinə layiq şəkildə davranmağı  təlqin edir: “Ata-
nızı şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə Əli in-
sanı bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə 
bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq 
qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi 
üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır. 
A.Əlioğlunun şeirlərində ilk baxışda, sevgi də var (məs., “İza-
bellaya yazdığım şeir”) lirik həyat lövhələri də, cəmiyyət hadi-
sələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə 
hüdudlarının var-gəl etdiyi müstəvilər də (“Uşaq səsi”, “Yetim-
lər”). Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi, 
tənhalığı və ruhi sərgərdanlığı dayanır: 
 
Tarix kitabını eşələdim, 
Mən yox idim... 
Xəritəyə baxdım,  
tapammadım... 
ağacların dalına girdim 
budaqların arasında  
gizlənib dayandım: 
hardansa uşaq səsi gəldi, 
çıx, tapdım... 
 
O  şeirlərdə ki, gənc  şairin fəlsəfi düşüncələri hadisənin, 
predmetin mənalandırılmasından nəşət edir, o zaman onlardakı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə