Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

 
90 
Jurnalda eyni zamanda Leyla Şərifovanın tərcüməsində 
“Göy gurultusu” (R. Bredberinin) hekayəsi,Ülkər Nəsibbəyli-
nin tərcüməsində “Mən nə üçün yazıram” (Corc Oruel) yazısı 
və Fərid Hüseynin Orxan Pamukdan etdiyi tərcümələr yar alıb. 
Tərcümələrdə dilə münasibətdə müəyyən qüsurların olmasına 
rəgmən ümumən gənclərin zövqü və faydalı olanı sezib prosesə 
ötürmək çabasının özü təqdirəlayiq haldır. Bu fikri publisist 
yazılara münasibətdə  də eyni vurğu ilə söyləmək olar. Ümu-
miyyətlə, Gənc Ədiblər Məktəbinin təmsilçiləri tərcümə prose-
sində  fəallığı ilə seçilirlər. Yeganə Cansailin “Ürək ovçuları” 
məqaləsində, Ülviyyə Heydərovanın “Mircavad Mircavadov: 
Ölümlə söhbət” yazısında isə tanış  şəxsiyyətlərin tanımadı-
ğımız tərəfləri sərgilənir. Birinsi müəllif V.Hüqonun, S.Yeseni-
nin, F.Kafkanın yaşadıqları sevgi macəralarını çözələyirsə, 
ikinci müəllif, Ülviyyə Heydərova rəssam Mircavad Mircava-
dovun yaradıcılığının məhcul, işlənməyən qatlarını təqib qılır, 
onun rəsm sənətindəki özəlliyi söz sənətindəki fərqli duyumu 
ilə müvazi verilir.  
 
* * * 
Gənc  ədiblər məktəbini təmsil edən yazarlar haqqında qə-
naətlərimiz bu qədər.  Əlbəttə, onları  hələlik bir nəsil kimi 
təsnif etmək bir qədər çətindir. Nədən ki, yeni ədəbi nəsil artıq 
formalaşmış bədii-estetik konsepsiya, oturuşmuş dəyərlər siste-
mi deməkdir. Hal-hazırda onun funksionallığını stimullaşdıran 
amillər sırasında gərgin üslubi axtarışlar, hələ yalnız bədii-es-
tetik təcrübə xarakteri daşıyan  şeir və  nəsr nümunələr, habelə 
ənənəvi forma və məzmunda ifadə olunan mətnlər yarandısa da 
gələcək perspektiv keçmişin dərinliyi və gələcəyin yüksəkliyi-
nə yönələn poetik baxışın vüsəti ilə hasil olacaqdır.  İnanıram 
ki, bu gənclər içlərindəki ruhsal enerjini, yeni məzmun qatını 
yeni poetik formaya bürüyərək gələcəkdə daha böyük uğurlara 
nail olacaqlar.
*
 
                                                 
*
 Məruzə 6 mart 2011-cu ildə Azərbaycan Yazıçılar Birliyində səsləndirilib. 
 


91 
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİ  
İÇRƏ GƏZİŞMƏLƏR 
 
İlk baxışda belə görünə bilər ki, bu gün yaranmış  nəsr bu-
munun içində sanki şeir bir qədər zəifləyib, onun ədəbi pro-
sesin irəliyə doğru təkamülündə rolu arxa plana keçib. Bu 
həqiqətən belədirmi, yəni doğrudanmı “elə bir dövrdəyik ki, 
nəzm olub xar?” Ötən ilin poeziya nümunələri ilə tanışlıq bu-
nun heç də belə olmadığını sərgiləyir. Dövri mətbuatda, ədəbi 
portallarda, müxtəlif dərgilərdə yer alan saysız-hesabsız şeirlər, 
o cümlədən  şeir kitabları poeziyanın öz əzəli funksionallığını 
saxladığı  qənaətini doğurur. Hətta qürbətdə yaşayan  şairimiz 
M.İsmayıl  ən son müsahibəsində milli şeirimizin intibah döv-
rünü yaşadığını da deməkdən çəkinmir. Təsadüfi deyil ki, digər 
şair V.B.Önər də öz müsahibəsində “nəsr  şeiri arxada qoy-
dumu” sualına belə cavab verir: “Bu heç vaxt ola bilməz. Şeir 
ədəbiyyatın  ən xalturasız janrıdır. Orda nəinki artıq bir sözə, 
heç artıq bir nəfəsə də ehtiyac yoxdur.” Elə bu fakt da təsadüfi 
deyil ki, 2011-ci ilin Nobel mükafatını  şair-isveçli yazıçı, 
tərcüməçi Tomas Tranströmer aldı.  
Zaman dəyişir, gərginliklər artır, bütün dünya sanki bir xaos 
içindədir. Amma dünyanı düşünən aydınlar həyəcanı, nara-
hatlığı  dəf etməkdə yenə poeziyaya köklənir, zamanın har-
moniya və mənəvi kamillik axtarışlarında şeirin nəfəsi ilə xao-
su dəf etməyə, üstələməyə çaba göstərirlər. Ötən il sentyabrın 
24-də yüzə yaxın ölkədə eyni anda ilk dəfə olaraq “Dəyişiklik 
üçün 100 min şair” poeziya festivalı  təşkil olundu. Bu 
münasibətlə Azərbaycan Yazıçılar Birliyində  də “Dünya şeir 
bayramı günü” keçirildi. Hər halda poeziya sahəsində müəyyən 
ətalət yaranıbsa belə deməli, bu artıq bütün dünya səviyyəsində 
narahatlıq doğurur və aparılan bu kimi şeir hərəkatları onun 
əzəli gücünün bərpasına pozitiv qida verir.  
Bu gün elə bir informasiya açıqlığında yaşayırıq ki, bütün 
dünya  şeirini tanımaq  şansımız var. Amma bu, təbii ki, 


 
92 
məsələyə birtərəfli baxışdır. Önəmli olan bizim özümüzün də 
kifayət qədər seçilən sözümüzün, poetik yaşamımızın dünya 
informasiya məkanına çatdırılması, onun oxunması, tanınması 
üçün çaba göstərilməsidir. Bu baxımdan, 2011-ci ildə nail 
olduğumuz bir-neçə fakt var ki, həmin yöndə atılan müqtədir 
addımlardandır. Ötən il Tehranda “Məxməri inqilab” Moder-
nist Azərbaycan Poeziyası antologiyası çap olundu. “Yaşmaq” 
kitab seriyasından olan və iki min nüsxə ilə çap olunan kitabda 
Ə.Kür, T.Abdin, S.Babullaoğlu və b. şairlərin şeirləri çap olu-
nub. Bu sıradan, daha bir məqam-gənc  şairlər Qismət və  Əli 
Əlioğlunun Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi Vaja 
Pşavela adına Ümumqafqaz Poeziya müsabiqəsinin qalibləri 
sırasında yer almaları bu yöndəki uğurlarımız sırasındandır. 
 
* * * 
Poeziya daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub 
və  məna çalarlarına imza atıb? Yəni, bu dəyişikliklərə, fərqli 
düşüncə kontekstinin parametrlərinə  əsaslanıb poeziyamızın 
tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kon-
tekstdə fikirlərimizə izah etməyə çalışaq. Bəzi şeirləri oxuyan-
da hiss edirsən ki, dəyişən sadəcə sovet dövrünün imperativ-
ləridir, əmək qəhrəmanlarının, qırmızı bayraqların tərənnümü-
nə, rejimin tərifinə,  şəxsiyyətə  pərəstişin təqdirinə, gülün-
bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsi-
nə formal olaraq son qoyulub. Yəni,  əvəzində eyni patetik 
formada çılız vətənpərvərlik hisslərini təsvir etməklə, ilin-gü-
nün bu vaxtında cəmiyyətdəki ictimai-siyasi proseslərə  fəal 
müdaxilə yolu tutmaqla deyil, gözlərimizi və qulaqlarımızı ya-
ğır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi 
böyük məqsədə çevirməklə. Halbuki, ənənəvi ritmi və intona-
siyanı özündə daşıyan köhnə şeir müəllifləri var ki, şeirlərinin 
təravəti  əzəli poetik gücünü və siqlətini qoruyub saxlamaqda-
dır. Bu mənada, ötən ilin poeziya nümunələrini izlədikcə yaxşı 
mənada heyrətləndim, bir daha fərqinə vardım:  şeirin uğurlu 
alınmasında yaş senzi yoxdur. Biz nədənsə, yaxşı, təzə-tər şeiri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə