Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   22   23   24   25   26   27   28   29   ...   111

 
77 
 
 
 
§ 2. Ali dövlət hakimiyyəti orqanları və türk əyanları 
 
 Səfəvi dövləti tarixinə  həsr edilmiş bir çox əsərlərin dövlət 
quruluşunda «əmarət» institutunun rolu ilə bağlı  bəhslərində 
əmirlərin saray əmirləri (üməraye dövlətxane-ye mübarək, yaxud 
üməra-ye dərgah), qoşun  əmirləri (üməra-ye ləşkər) və  sərhəd 
əmirlərindən (üməra-ye sərhəd) ibarət üç zümrəyə bölündükləri və 
dövlət idarəçiliyində nüfuzlarına görə «yüksək  əmirlərə» böyük, 
əzəmətli, alimiqdar, alitəbar kimi fəxri ünvanlarla müraciət olun-
duğu qeyd edilir. Bu əsərlərdə  «əmarət» və xüsusilə qoşun  əmir-
lərinin ikinci qrupa daxil olmaları ilə bağlı ziddiyyətli fikirlərə  də 
təsadüf olunur. «Təzkirət  əl-müluk» da Səfəvilərin dövlət və idarə 
quruluşunda əmirlərin rolu və statusları ilə bağlı məsələləri araşdırıb 
təhlil etməklə qeyd olunan bu ziddiyyətli məqamlara aydınlıq gətir-
mək mümkündür.  
Mirzə Səmianın yazdığına görə Səfəvi dövlətində əmirlər iki 
zümrədən ibarət idilər ki, onlardan biri «üməra-ye qeyri dövlət», 
yəni sərhəd əmirləri adlanırdı. Sərhəd əmirləri valilər, bəylərbəyilər, 
xanlar və sultanlardan ibarət dörd qrupa bölünürdülər. Valilər 
vəzifələrinə görə bəylərbəyilərdən yüksəkdə dayanır və bəylərbəyi-
lər isə rütbələrinə görə xanlardan üstün idilər. Bəylərbəyinin baş-
çılıq etdiyi inzibati vahiddəki hakimlərin hamısı ona tabe olmaqla 
onun məsləhəti  əsasında vəzifəyə  təyin olunur və  vəzifədən azad 
edilirdilər. Hər bir əyalətdəki sultanlar da öz növbələrində  həmin 
əyalətə başçılıq edən xanlara tabe idilər (132, 4, 12, 76-77). 
Səfəvi dövlətində ali hakimiyyətin irsi mahiyyət kəsb etmə-
sinə baxmayaraq, mərkəzi və yerli idarə orqanlarında vəzifə, titul, 
rütbələr atadan övlada irsən verilmirdi. Qısa zaman kəsiyində 
Səfəvi dövlətinin idarə quruluşunu dərindən öyrənən Adam Oleari 
yazırdı ki, igidliyi və digər  şücaəti ilə seçilən insanlara xan titulu 
verilib vilayətlərə göndərilirlər. Şaha və vətənə sədaqətli xidmətlərə 
görə  də böyük titul əldə etmək olur. Elə buna görə  də, müharibə 
çağlarında yüksək məqama çatmaq arzusunda olanlar fədakarlıq 
göstərib, xan titulu  qazanırlar. Məsələn, I Şah Abbas (1587-1629) 


 
78 
 
 
qacarlardan adi çoban oğlu olan Əmirgünəyə igidlik və 
fədakarlığına görə xan titulu verib Çuxur Sədə hakim təyin etmişdi. 
Yaxud I Şah Səfi (1642-1666) dövründə Şirvan hakimi Sərablı Ərəb 
xan da adi kəndli oğlu olub şəxsi keyfiyyətinə görə xan titulu ilə 
yüksək bir vəzifəyə göndərilmişdi. Ancaq əvvəl qeyd olunduğu 
kimi, titul və rütbə qan qohumluğu ilə ailənin digər üzvlərinə irsən 
keçmirdi. Baxmayaraq ki, xanların övladları xüsusi ehtirama layiq 
olub, hətta atalarının mülklərinə sahib çıxırlar, ancaq onlara nə 
atalarının vəzifəsi, nə  də titulu şamil edilmir və bu məqam onlara 
özlərinin igidlik, fədakarlığına görə verilə bilərdi (139, 884, 887). 
Ölkədə on üç bəylərbəyi və dörd vali vardı ki, onlardan 
Ərəbistan valisi şəxsi  şücaəti və elinin nüfuzuna görə  şan-şöhrətli 
olub, həm də yüksək rütbə sahibi idi. Ondan sonra ikinci yerdə 
duran Luristan valisi isə müsəlman olduğuna və dövlət qarşısında 
xidmətlərinə görə Gürcüstan valisi ilə müqayisədə etibarı daha çox 
idi. Nüfuzuna görə isə Gürücstan valisindən sonra dördüncü yerdə 
Kürdüstan valisi dayanırdı (132, 5). 
Mirzə Səmia yazır ki, digər zümrəyə daxil olan əmirlər isə bir 
qayda olaraq mərkəzdə  şahın xidmətində olan xüsusi vəzifə 
sahibləri olub, onlar «üməra-ye dövlətxane-ye mübarək» mübarək 
dövlətxana  əmirləri adı ilə  məlumdurlar. Onlardan qorçubaşı, qul-
larağası, eşikağasıbaşı, tüfəngçiağasından ibarət dörd nəfər dövlətin 
əsas dayaqları hesab olunurdu. Qeyd olunan bu dörd nəfərlə birlikdə 
vəzir-i  əzəm (baş  vəzir), divanbəyi, vaqiyənəvis, yəni cəmi yeddi 
nəfər  əski çağlardan bəri «üməra-ye canqi» adlanırdı. Bir çox 
qaynaqlarda moğollar və teymurluların dövründə dövlətin məşvərət, 
yəni gənəşik şurası «Canqi və məsləhət» şəklində verilmişdir ki, bu 
da Səfəvilər dövrünün qaynaqlarında da «canqi» istilahının 
gənəşiyə sinonim olaraq işlədildiyini deməyə əsas verir. Şah Sultan 
Hüseynin zamanında nazir, mustoufi əl-məmalik və əmir-e şikarbaşı 
da canqi əmirləri tərkibinə daxil olmuşdular.  Əgər «Canqi», yəni 
Gənəşik  şurası  məmləkətin hər hansı bir tərəfinə sipəhsalar 
göndərmək istədikdə, bu məsələnin müzakirəsi ilə bağlı onların 
toplantısında sipəhsalar özü də mütləq iştirak etməli idi (132, 5; 
103, 78; 77, 244). 


 
79 
 
 
Sanson yazır ki, məmləkətin bütün işləri Dövlət şurasında həll 
edilir ki, bu şura bərabər sayda məzhəbi, hüquqi və  hərbi müşa-
virlərdən ibarətdir. Onlar ağıllı, təcrübəli adam arasından seçilmiş, 
hamısı bacarıqlı, düşüncəli, çevik, nüfuzlu və fəaldırlar (106, 170). 
Sansonun Dövlət şurası, yaxud dövlət heyəti adlandırdığı bu orqan 
«gənəşik şurası», yəni Ali məclis olub, dövlət əhəmiyyətli məsələlər 
bu məclisdə müzakirə edilir və  əcnəbi ölkələrdən gələr səfirlər də 
şuranın üzvlərinin iştirakı ilə  rəsmi qaydada qəbul olunurdular. 
Məclis baş  vəzirin çıxışı ilə açılır və burada vəzifələrə  təyinat, 
müəyyən yüksək vəzifəli məmurların maaşının artırılması, müka-
fatlara təqdimata, ərizə və  şikayətlərə də baxılırdı (96, 33, 34). 
Hakimiyyətin irsi xüsusiyyəti və hökmdarın qeyri-məhdud 
səlahiyyəti ilə yanaşı, mərkəzi idarə sistemində  məşvərətçi orqan 
olan məclisi əla (ali məclis) fəaliyyət göstərirdi. Dövlət əhəmiyyətli 
mühüm məsələlərin on iki nəfər üzvü olan bu məclisdə müzakirə-
sinə baxmayaraq son sözü Şah deyir, yəni onun rəyi  əsasında 
qərarlar qəbul olunurdu. Müqavilə bağlamaq, müharibə elan etmək, 
ölkə qanunlarında dəyişikliklər  şahın qeyri-məhdud səlahiyyəti 
olub, bu məsələlərdə onun qarşısında heç bir maneə yox idi (107, 
220-221; 89, 33, 34, 35). 
Baş  vəzir dövlət  şurasının, yəni məşvərətçi orqan olan ali 
məclisin (məclisi  əla) üzvü olub onun iclaslarında  əmir-i  əzəm 
statsu ilə iştirak edir və burada son sözü şah desə də, əslində iclası o 
aparırdı. Engelbert Kempfer bu barədə yazırdı ki, dövlət  şurası 
iclası  Şah salona daxil  olub salam verdikdən sonra baş  vəzirin 
ölkənin ümumi durumu ilə bağlı nitqi ilə açılırdı. O, iclasda ölkə 
əhalisinin yazdıqları müxtəlif  ərizələri  Şahın nəzərinə çatdırdıqdan 
sonra, Şaha əhalinin rifahı haqqında da məlumat verirdi. Baş vəzir 
müxtəlif adamların vəzifə tutmaq haqqındakı müraciətlərini, 
məvaciblər, mükafatlar və bir çox siyasi məsələləri məclisin müza-
kirəsinə çatdırırdı (96, 33-34). Bütün bunlar onun dövlətin idarə 
quruluşunda səlahiyyət bölgüsü baxımından  Şahdan sonra ikinci 
yerdə dayandığını  və faktiki olaraq əmir-i  əzəm statusuna malik 
olduğunu təsdiq edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə