Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 

Milli Kitabxana  

 

 



 

188


оlmayacaq. Gəlsənə bir bunun barmağını dişləyəsən hə? Hеç 

оlmazsa başqalarına da ibrət dərsi  оlar». Pələng  оğlanın 

barmağını dişləməyə hazırlaşırdı ki, sarısaç, qırmızıköynək 

оğlan əlini оnun ağzından çəkdi. 

Bəli, düz yüz əlli iki ildir ki, bu pələng uşaqları 

qоrхutmaq üçün fürsət aхtarır, hеyf ki, bеlə bir fürsət hələ də 

əlinə düşməyib. Yüz əlli iki ildir ki, оnun ağ  mərmərdən 

düzəlmiş ağzı açıla qalıb. Bu pələng nə qədər bеləcə qalacaq? 

Оnu bilən yохdur. Mən isə  оnu bilirəm ki, pələng uşaqları 

qоrхutmaq üçün məqam gözləyir. Uşaqlarsa  оndan bir damcı 

da qоrхmur. 

 

 




Milli Kitabxana  

 

 



 

189 


 

 

AĞACLARIN SUYA DÜŞƏN KÖLGƏSİ 



 

 

ğacların suya düşən kölgəsi dərin fikrə getmişdi. 



Hətta onlar demək olar ki, tərpənmədən fikirləşir-

dilər ki, görəsən nə dadırlar və  nə üçün balıqlar 

yosun yemək üçün onları tapdalayıb keçir, amma bu 

gözəllikdə söyüd kölgəsinə  əhəmiyyət belə vermirlər. Bu, 

əlbəttə tam ədalətsizlik idi və  yəqin kı, belə  bır özbaşınalığa 

dözmək olmazdı. 

—Ehey, Xəşəm, bəlkə bir mənim də dadıma baxasan 

hə?! — deyə salxım söyüdün kölgəsi dilləndi. 

Xəşəm isə onun yanından elə sürüşüb keçdi ki, eləbil bu 

boyda ağacın kölgəsi ondan heç nə soruşmamışdı. 

Bu zaman külək başladı. Külək söyüdə  nə deyirdisə, 

ağac qəti etiraz edərək başını bulayırdı. Bundan hirslənən külək 

bir az da şiddətləndi ki, bəlkə söyüdü yola gətirə. Amma söyüd 

daha böyük qəzəblə onu rədd edirdi. 

Kölgələr isə eynilə öz sahiblərini yamsılayır, başlarını 

bulayır və beləliklə balıqlara yandı-qındı verirdilər. Bir sözlə 

aləm bir-birinə dəymişdi. 

—Eybi yoxdur, yaramazlar, deyə kölgələr balıqları 

hədələyirdilər. İndi görərsiniz! 

Bir azdan doğrudan da maraqlı bir iş oldu. Hardansa 

ördəklər bu gölə qondular. Bu zaman kölgələr heç bilirsinizmi 

neylədilər? Onlar başlarını qaldırıb ördəklərin ayaqlarını 

sığallamağa başladılar. Ördəklər isə bədənlərində xoş bir sığal 

hiss etdikləri üçün xoşbəxt-хоşbəхt üzməyə başladılar. Bax bu 

zaman həmin ördəklərin xoşbəxtliyinin bir hissəsi kölgələrin 

payına düşdü. Aхı onlar kimisə xoşbəxt edə bilmişdilər. 




 

Milli Kitabxana  

 

 



 

190


 

 

 



 

 

KAĞIZ PARÇASI 



 

 

ir kağız parçası çoxdan bəri göyə uçmaq istəyirdi. 



Amma  əlinə bir fürsət düşmürdü. Günlərin birində 

burulğana oxşar bir külək onu göyün yeddinci 

qatına qaldırdı və kağız parçası gözünü açıb özünü 

buludların yanında görəndə fikirləşdi: 

—Nəhayət ki, ədalətli bir gün gəlib çatdı.

 

Külək isə təkcə onu uçurmamışdı. Yarpaqları, köşkləri, 

hətta bəzi avtomaşınları da havaya qaldırmışdı. Bir sözlə 

dünyada hələlik belə bir tufan görünməmişdi. Onunla birlikdə 

az qala bütün şəhərin göyə qalxdığını görən kağız parçası 

coşmuşdu: 

—Bax buna deyərəm səyahət! 

Kağız parçası bir də ona görə sevinirdi ki, göyə 

uçanların demək olar ki, hamısı ondan aşağıda idi. O isə gah 

buludun içində yox olur, gah da yoldaşlarına baxmaq üçün 

arabir aşağı enib qışqırırdı: 

—Yolumuz mavi dənizin üstündən keçir. Ehtiyatlı olun, 

aşağı çox enməyin. 

Əslinə qalsa uçanların komandiri elə bu Kağız parçası 

idi və burada ədalətsiz bir şey yox idi. Çünki o, hamıdan 

yuxarıda uça bilirdi. Amma heç kəs ona əhəmiyyət vermirdi. 

Hər kəs öz başının hayında idi. 

Kağız parçası bircə  şeyi başa düşə bilmirdi ki, axı  nə 

üçün adamlar bu qədər narahatdır. Onların rəngi saralmış, 

özlərini itirmişdilər. Uçmağın nəyi pisdir ki? Uçuruq, 

vəssalam. 



Milli Kitabxana  

 

 



 

191 


 

Xoşbəxtlikdən külək yavaş-yavaş azalmağa başladı  və 

uçanlar eynilə təyyarə kimi yavaş-yavaş torpağa düşdülər. Heç 

kəsin burnu belə qanamadı. Təkcə kağız parçası havada xеyli 

ləngər vurduqdan sonra yerə düşdü. Xeyli heç kəs ona 

əhəmiyyət vermədi. Nəhayət bir uşaq götürüb ondan quş 

düzəltdi və havaya atdı. Amma nə  qədər göyə tulladısa kağız 

uçmadı ki, uçmadı. Kağız parçası isə ürəyində fikirləşirdi: 

«Görünür qocalmışam. Heç elə bil dünən buluda kimi uçan 

mən deyildim. Eh namərd qocalıq». Kağız parçası beləcə 

qocalıb bu dünyadan köçdü. Amma heç kəs bilmədi ki, o, 

göyün yeddinci qatına kimi qalxa bilmişdi. 

 



 

Milli Kitabxana  

 

 



 

192


 

 

 

 

 

PƏNCƏRƏ PƏRDƏSININ ÜSTÜNDƏKI  

DOVŞAN 

 

 

əncərə pərdəsinin üstünə bir dovşan şəkli çəkil-



mişdi. О, səhərdən axşama kimi küçəyə baxırdı. 

Pərdə nazik olduğu üçün dovşan çölü əla 

görürdü. Pəncərə qalın meşəyə baxırdı. 

Bir dəfə  səhərə yaxın bir tülkü gəlib çıxdı  və  ağzının 

suyunu axıda-axıda gözünü pəncərəyə zillədi. 

—Nə var? — deyə dovşan ona gözlərini ağartdı. 

Tülkü dovşanın ondan qorxmadığını görüb çaşdı  və 

qorxusundan bir az geri çəkildi. Sonra ürəklənib quyruğunun 

üstündə şöngüdü. Adətən canavarlar belə oturur. Tülkü qəsdən 

belə  əyləşmişdi ki, bəlkə dovşan qorxa və  pərdənin üstündən 

düşüb qaçmağa başlaya. Onda onu tutmaq olardı. Amma 

deyəsən o, pərdənin üstündən düşmək istəmirdi. 

—Məndən qorxmursan? Bir bax, Uuuuuuu! 

—Bu nədir? Sən çaqqalsan, yoxsa tülkü! Məgər tülkülər 

belə ulayır? 

«Yox deyəsən dünya tamam dəyişir.  İndi dovşanlar 

tülküyə ulamaq öyrədir. Bundan sonra acından ölmə görüm, 

necə ölmürsən». 

Tülkü beləcə fikirləşib dovşanı qorxutmaq üçün başqa 

yollar axtardı. 

—İstəsəm, qarı bu saat sənin gözünə sovuraram! 

—Bunun sənə elə bir xeyri olmaz, — deyə dovşan çox 

sakitcə dilləndi. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə