Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

Milli Kitabxana  

 

 



 

223 


 

Gecədən xeyli keçməsinə baxmayaraq ev əşyalarını 

yavaş-yavaş  qəbiristanlığa daşıdı. Qəbiri o qədər enlətdi ki, 

bütün əşyaları oraya sığışdırdı. Ancaq televizoru yerləşdirmək 

üçün yalan olmasın az qala səhərəcən əlləşdi. Axırı ki, hər şeyi 

qəbrin içində gizlədə bildi. Öz aramızdı, onu da deyim ki, Bəşir 

hətta Sənəm qarının axşamdan çöldə qalan səhəngini, 

qəbirqazanların burda qoyub getdikləri iki bel və bir külüngü 

də gətirib qəbirdə basdırdı ki, lazım olar. Sonra tərini silib, yaş 

torpağın üstündə oturdu və bərkdən güldü. 



Hi-hi-hi... Sənəm qarı, bax indi rahat ölə bilərəm. 

Lakin hər şeyi basdırandan sonra Bəşir yuxusuzluq xəstəliyinə 

düşdü. Axı onun gözlərinə yuxu necə getsin? Var-yoxun 

qəbiristanlıqda, özün get, evdə yat görüm, necə yatırsan. 

Gözlərini basdırdığı  əşyalara zilləyib  şirin xəyallara dalırdı. 

Bəli, onun var-dövləti hətta öləndən sonra da, özününkü 

olacaqdı. Ancaq bu ölüm zəhrimara qalmış hardaydısa gəlib 

çıxmırdı ki, çıxmırdı. Bəşir nə  qədər pencəyini çıxarırdı, 

qəbirin yanında lap lüt otururdu ki, ona soyuq dəysin, amma 

soyuq ona kar eləmirdi. Günlərin bir günü Bəşir 

yuxusuzluqdan öldü. Qəbirin yanında o qədər yuxusuz qalıb 

şirin xəyallara daldı ki, bir də baxdı ki, daha ölüb. Amma 

ədalətsiz bir iş oldu. Bəşir ölməmişdən bir az qabaq 

qəbiristanlığa təzə ölmüş bir adam gətirdilər və xahiş etdilər ki, 

adamı hazır qəbirlərdən birinə basdırsınlar. Həmin adamı 

Bəşirin qəbrində basdırdılar. Qəbirqazanlar Bəşirin öldüyünü 

sonra eşitdilər və bərk əl-ayağa düşdülər: 

—Kişinin yanında xəcalətli olduq. Tez olun, ona lap 

dərin bir qəbir qazaq. 

Bəşirə ürəyi istəyəndən də  dərin bir qəbir qazdılar və 

basdırdılar. 

Yazıq Bəşir... 




 

Milli Kitabxana  

 

 



 

224


 

 

 



SİÇANLARIN PADŞAHI PİŞİK 

 

ir ölkə vardı  və bu ölkədə siçanlar yaşayırdı. 



Siçanların ölkəsi o qədər sakit idi ki, ağac budağı 

qırılsaydı  səsi eşidilərdi.  Əlbəttə siçanlar bu sakit 

ölkədə çox rahat yaşayırdılar. Di gəl ki, bir iş 

həmişə çətinlik törədirdi. Onlar qazandıqlarını bölə bilmirdilər. 

Siçanlar fikirləşdilər-fikriləşdilər axırda belə qərara gəldilər ki, 

özlərinə bir padşah seçsinlər. Amma padşah seçmək məsələsi 

çox çətin oldu. Sən demə Siçanların özlərindən layiqli bir 

padşah tapmaq mümkün deyilmiş. Buna görə  də onlar Pişiyi 

özlərinə padşah seçməyi qərara aldılar. Dünyagörmüş siçanlar 

yığıb saxladıqları bir qab yağı Pişiyə aparıb dedilər: 

—Ey dünyanın ağıllı Pişiyi, bu yağı qəbul elə və bizim 

padşahımız ol! 

Pişik yağı yeyib, bığlarını yaladı  və qapısına gələnlərə 

dedi: 


Əgər bir qab da yağ gətirsəniz bu barədə fıkirləşmək 

olar. 


Daha dayanmaq olardımı? Siçanlar əl-ayağa düşdülər. 

Kəndə hücum edib, daha iki cam yağ  gətirdilər. Pişik həmin 

yağı da aşırıb dedi: 

—Bir halda ki, zəhmət çəkib gəlmisiniz, daha sizin 

sözünüzü yerə salmayacağam ki. Gedəyin!  

Görəydiniz ki, siçanlar bu işə necə sevinirdilər. Onlar 

bir-birinin quyruğundan tutub atıla-atıla gedir və qışqırırdılar: 

Yol verin, siçanlar ölkəsinin padşahı Pişik gəlir. Pişik 

fıkirləşdi ki, əgər o elə  əvvəlki kimi yerisə padşaha oxşamaz. 

Buna görə  də arxa ayaqlarının üstündə yeridi. Onun qabaq 

ayaqlarını iki siçan çiynində saxlamışdı.  Əlbəttə, padşahın 

ayaqlarını çiynində saxlamaq üstündə  bərk basabas düşdü. 



Milli Kitabxana  

 

 



 

225 


 

Hamı belə bir səadətə çatmaq istəyirdi. Amma hər yerdə 

olduğu kimi burada da zirəklər qabağa düşdü və Pişiyin qabaq 

ayaqlarını çiyninə götürüb, aramla irəliləməyə başladılar. 

Pişik  əlinin altında irəliləyən kök siçanlara baxıb 

ağzının suyunu güclə saxlayırdı. 

—Bura bax, — deyə o düşünürdü. — Bu qədər siçanın 

hamısını tək necə yeyəcəksən, hə?   

Pişik beləcə  şirin xəyallara dalmışdı ki, yuvasının 

ağzında dayanıb gözləri qamaşa-qamaşa siçanlara baxan bir 

porsuq soruşdu: 

—Ay camaat, bu nə vur-çatdasındı belə?!  

—Geri çəkil, ayaq altında qalıb  əzilərsən! Görmürsən 

padşah gəlir?! 

Porsuq yuvasına çəkilib yox oldu. 

Pişik siçanlar ölkəsinin padşahı olandan sonra doğrudan 

da hər  şey  ədalətlə bölünməyə başladı. Məsələn siçanlar bir 

sərnic yağ tapıb gətirmişdilər. Pişik onu ədalətlə belə böldü:  



Yarısı mənim, yarısı da sizin hamınızın.   

Siz görəydiniz siçanlar bu ədalətli bölgüdən sonra necə 

sevinirdilər. — Bax, padşah buna dеyərəm. Yoxsa indiyə kimi 

tapdığımızı bölə də bilmirdik, — deyə onlar atılıb düşürdülər. 

Siçanlar öz paylarını yuvalarına aparana qədər Pişik 

payını yeyib qurtardı və qışqırdı:  

—Bura baxın bəs öz payımzdan padşaha verməyəcək-

siniz? 


Siçanlar  əl-ayağa düşdülər. Doğrudan da bu qədər 

axmaqlıq  olmazdı. \Necə olub ki, onlar bu barədə fıkirləşmə-

yiblər. Axı hər kəs gərək öz payından padşaha da verəydi, ya 

yox?! 


Yenə  də zirəklər hamıdan qabağa düşdü. Onlar 

paylarının çoxunu pişiyə verib padşahın onu necə yediyinə 

baxıb ləzzət alırdılar. Siçanlar böyük pişiyin padşahlığı altında 

beləcə yaşayırdılar. Amma vəziyyətləri gündən-günə 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə