Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

Milli Kitabxana  

 

 



 

215 


 

 

 



 

 

 



BAĞIRMAQ İSTƏYƏN ADAM 

Dostum Fikrət Sadığa 

 

lk baxışda onun qeyri-adi adam olduğunu hiss 



etmək çətindi. Enlikürək, kök adamdı. 

Gizlənqaç oyunu zamanı enli kürəyinin arxasın-

da dördünüz rahat gizlənə bilərsiniz. Ağarmış 

gur saçlarının dibi hələ  də qaralığını saxlayır. Bundan hiss 

olunur ki, əvvəl onun saçlarının ucu ağarmağa başlayıb. Nə isə, 

bu adam günlərin birində  bərkdən bağırmaq fikrinə düşdü. 

Amma şəhər yerində belə bir işi görmək qеyri-müşkül məsələ 

idi. Qarşısına çıxan dost-tanışa deyirdi: 

—Səsim gəldikcə bağırmaq istəyirəm. Amma bilmirəm 

neyləyim. 

—Meşəyə getmək lazımdır, qardaş, meşəyə, — deyə 

ona məsləhət görürdülər. 

Bu adamın axırda  əlacı  kəsildi və bağırmaq üçün 

meşəyə getdi. Gonbul budlarını oynada-oynada yeridikcə 

şalvarının enli balaqları yellənirdi. İşıq zolağı kimi ağaran dar 

cığırlar onu Şamaxı dağlarının qalın meşələrinə gətirib çıxartdı. 

— Bu başqa məsələ, — deyə bağırmaq istəyən adam 

canı-dildən nəfəs aldı.  Əlini qulağının dibinə qoydu, ağzını 

geniş açıb bağırmaq istədi və bu zaman gözü palıd ağacının 

başına sataşdı. Ağacda səbətə oxşayan bir yuva vardı. Yuvadan 

bir leylək baxırdı. Qanadlarını  və dimdiklərini  şaqqıldadırdı. 

Lap diqqətlə baxanda gördü ki, yuvada bir yumurta ağarır. Bu 

yumurtanın qırıldığını və onun içində ətcə leylək balasının necə 



 

Milli Kitabxana  

 

 



 

216


çıxdığını gözləri ilə gördü. Bu zaman bir sığırçın cır səslə 

qışqırdı: 

—Cır, cırrrr.  

—Suss! — deyə bağırmaq istəyən adam barmağını 

dodağına qoyub sığırçından xahiş etdi ki, oxumasın!  

Sığırçın isə cani-dildən cəh-cəh vurdu:  

—Cırrr, cırrr. 

—Elə bil meşədə böyümüsən, görmürsən təzə körpə 

doğulub? Sakit ol da! 

Yox, deyəsən bu sığırçın sakit olmaq fikrində deyildi. 

Bağırmaq istəyən adam sığırçın qonan budağı  bərk-bərk 

silkələdi, yalnız bundan sonra quş uçub getdi. 

Bağırmaq istəyən adam rahat nəfəs aldı. Yuvaya baxıb 

uzaqlaşdı. Leylək qanadlarını  şaqqıldatdı. Ona elə  gəldi ki

Leylək deyir: 

—Sağ ol, qardaş, sığırçını qovduğuna, bir də yuvamın 

yanında bağırmadığına görə sənə təşəkkür edirəm! 

Yollar onu yaşıl bir talaya çıxartdı. Göz işlədikcə 

çəmənlik idi. 

—Burda nə  qədər desən qışqırmaq olar, — deyə o 

düşündü. 

Torpağa uzandı  və  bərkdən bağırmaq üçün dərindən 

nəfəs aldı. 

—Ay aman, qarışqalara baxın! Bunlar neynəyir belə?!    

Qarışqalar sırayla yuvalarına dən daşıyırdılar. Qarşı-

qarşıya gələn qarışqalar hökmən  burun-buruna toxunur, bir-

birinə nəsə deyir, sonra yollarına davam edirdi.  

Körpə qarışqalar da böyüklərdən geri qalmır, buğdanın 

ən irisini aparmaq istəyirdi. 

Adam öz-özünə fikirləşdi ki, əgər bu saat bağırsa 

qarışqaların bağrı yarılar. Onda gör nə olar?! Buna görə  də 

qışqırmadı. Qarışqaların ürəklə işləmələrinə heyrətlə baxa-baxa 

qaldı... 



Milli Kitabxana  

 

 



 

217 


 

—Bura bax, gəlsənə elə  şəhərdə, lap bu mərkəzi 

küçələrin birində  qışqırasan, hə? — deyə bir dəfə o, öz-

özündən soruşdu və qəfıldən bağırdı. Bağırdı deyəndə ki, əvvəl 

bir nərə  çəkdi. Sonra boğuq bir gurultu adamları  səksəndirdi. 

Qarşıdakı  nəhəng binanın pəncərələri cingildədi, çilçıraqlar 

yelləndi. Adamlar heyrətlə  ətrafa boylanıb baxdılar ki, 

görsünlər nə olub. Qoca bir qarı deyirdi: 

—Qaz partladı. Evin bir qolu tamam uçdu. Başqa birisi 

qarının sözünü yarımçıq kəsdi: 

—Nə danışırsan? Bir bina elə dağıldı ki, daşı da 

qalmadı. 

Bu adam isə arzusuna çatmışdı. Nəfəsi gəlincə

bağırmışdı. Heç bir ev uçmamışdı, hətta bir adamın burnu belə 

qanamamışdı. Yox. Yox, belə bir iş  qətiyyən olmamışdı. 

Sadəcə olaraq bu qəribə adam ürəkdən bağırmışdı, vəssalam.  

Həmin adam hələ  də doğma  şəhərinin küçələrində xoşbəxt-

xoşbəxt gəzir. Axı o, səsi gəldikcə bağıra bilmişdi...     

 

 



 

Milli Kitabxana  

 

 



 

218


 

 

 

 

 

BÜTÜN DÜNYANI FƏTH EDƏN  

PADŞAHIN TACI 

 

ir padşah bütün dünyanı fəth etmişdi. Buna görə də 



belə qərara gəldi ki, dünyanı fəth edən padşahın tacı 

da gərək həm yekə, həm də yaraşıqlı ola. Əmr etdi 

ki, ölkənin bütün  zərgərləri  saraya  yığışıb,  ona  

təzə  bir  tac düzəltsinlər. 

Səhəri saraya o qədər zərgər yığışdı ki, hamısı  şahın 

sarayına yerləşmədi, xeyli hissəsi küçədə gözlədi ki, görsünlər 

onları niyə çağırıblar. Padşahın  əmri zərgərlərə çatdırıldı. 

Zərgərlər hərəsi bir fıkir söylədi. Birinci zərgər dedi: 

Mənə elə  gəlir ki, təzə tac yalnız brilyantlarla 

bəzənməlidir.                                   

İkinci dedi:  

Qətiyyən yox. Brilyant qiymətli olsa da tac üçün 

yaramır. Qoy onu qızlar barmaqlarında oynatsınlar.  Şah uşaq 

ha deyil, durub brilyant oynada. 

Doğrudan da şah uşaq deyildi ha.                  

—Tac almaz və yaqutla bəzənməlidi, — deyə ikinci 

usta təntənə ilə sözünü tamamladı. 

Üçüncüsü dedi: 

—Canım, yaqut, almaz nədi. Bunlar boş-boş şeylərdi. 

Tac balıq qulaqları ilə bəzənməlidir ki, şahımızın qulağı 

balıq kimi həssas olsun. Dördüncüsü dedi: 

—Məncə bu tac balaca çay daşları ilə  bəzənsə daha 

sadə görünər. 

Beləliklə, hər zərgərin ağzından bir avaz gəldi. Axırda 

padşah: 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə