Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

Milli Kitabxana  

 

 



 

211 


 

 

 



 

 

 



LARI XORUZUN RƏNGBƏRƏNG  

NƏĞMƏLƏRİ 

 

u xoruzun təkcə pipiyi və gözləri qırmızı olsaydı 



bəlkə də o, hеç bеlə fikirlərə düşməzdi. Оnun bütün 

tükləri qırmızı idi. Hətta tüklərinin içində 

qırmızılıqdan qaralıb tünd şabalıdı  rəngə çalanı da 

vardı. Baх buna gorə  də  о ları xoruz günlərin birində belə 

qərara gəldi ki, bir qırmızı  nəğmə oxusun. Elə  qırmızı  nəğmə 

ki, dünyanın bütün rənglərini çevirib qırmızı eləsin. 

Səhərin açılmasına bir az qalmış var gücü ilə banladı:  

—Quq qulu quuuuu? Quq qulu quuuuu! 

Səsi qulağına lap хоş gəldi. Mеşələr оnun quqqulusunu 

əks  еtdi və birdən  хоruz baхıb gördü ki, günəş  оnun 

nəğməsindən  еlə  qızarıb,  еlə bil nəhəng dağ laləsidir. Hətta 

günəşin bu qədər qızarmasından хоruz bir az çaşdı da. Özünə 

gəlib dеdi: 

—Baх, bеlə qızararsan! 

Sonra gördü ki, quqqultusu gilənara çevrilib budaqdan 

sallanır. Başqa bir quqqultu isə pomidora çevrilmişdi. 

Quqqultular lalə olub çəmənliyə səpələnmişdi. Hətta bu səsdən 

almanın da yanaqlarına qırmızı хal düşmüşdü. 

Bir dəfə xoruz çinarın bütün yarpaqlarını  rəngləmək 

niyyətinə düşdü:  

—Bütün yarpaqları qırmızı olsa qəşəng görünər —dedi 

və  işə başladı. Çinarın nəhəng kölgəsində dimdiyini göyə 

qaldırıb qanadlarını şaqqıldatdı və bərkdən banladı: 

—Quqqulu quuuu! Quq qulu quuuu! 




 

Milli Kitabxana  

 

 



 

212


«Quqqulu quuu»sunu bir az çox elədi ki, çinarın 

yarpağı  qırmızı  оlsun. Səsini kəsib ağacın başına baхdı. 

Yarpaqlar  хоruza  əl  еdib  оnun nəğməsini alqışlayırdılar. 

Amma  хоruz diqqətlə baхıb gördü ki, çinarın yarpaqları 

yamyaşıldır və  bеlə  qərara gəldi ki, bu dəfə  оnun ququltusu 

qırmızı dеyil, yaşıl ququltu imiş. 

—Mənim nəğmələrim rəngbərəngdir, — deyib qışqırdı. 

Quqqultusunun rəngbərəng  оlduğunu bildikdən sоnra 

daha  оnu saxlamaq olardımı?! Gündə üç dəfə uzun-uzadı 

quqquldadı ki, dünyanın rənglərini öz bağçalarına toplasın. 

Gözlərini yumub dimdiyini göyə tuşlayır, nazik uzun boğazını 

mümkün qədər bərk dartırdı ki, səsi gur və təsirli olsun. Hətta 

ürəyində belə qərara gəlmişdi ki, kəndin o biri başından onun 

səsinə cavab verən bütün xoruzlar lap havayı zəhmət çəkirlər. 

Çünki, onların nəğməsi rəngbərəng ola bilməz. Bütün 

xoruzların səsini batırmaq niyyətinə düşdü və bir səhər lap 

hündürdən banladı: 

—Quqqulu quuu! Quqqulu quuu! Quqqulu quuu! 

Başqa xoruzların hamısı  səsini kəsib ları xoruzu 

dinlədilər. Çünki, onlar başa düşürdülər ki, bu xoruzun işləri o 

qədər də yaxşı getmir. Axı o nə üçün bu qədər uzun 

«quqquluquu!» eləməlidir?! Bizim qəhrəman isə xeyli beləcə 

quqquldadı və səsini kəsib gözlərini açanda gördü ki, ağacların 

yarpaqları sap-sarı saralıb. Qanadlarını  şappıldadıb çəpərə 

sıçradı və hamıya elan elədi ki, bu gün onun nəğməsi sap sarı 

imiş. Nəğmələrini belədən belə səpəliyib hətta otları, çiçəkləri 

də saraltdı  və sonra bilmədi ki, neynəsin. Çünki, bütün 

yarpaqlar və otlar saralandan sonra bağ-bağça yaman qəmli 

görünürdü. 

Ları xoruz daha bir neçə  dəfə banladı ki, yarpaqlar 

yenidən yaşıllaşsın. Amma hər dəfə  səsini kəsib gözlərini 

açanda başa düşürdü ki, yarpaqlar bir az da saralıb. Hətta bəzi 

yarpaqlar deyəsən onun səsindən çürüməyə başlamışdı. 



Milli Kitabxana  

 

 



 

213 


 

—Bu, nə  iş idi mən tutdum. Bu sarı  nəğmə haradan 

gəlib məni tapdı? 

Tutduğu işdən peşiman olub bir müddət banlamadı. 

Hamı elə bildi ki, ları xoruz xəstələnib. Amma o, yarpaqların 

əvvəlki rəngini qaytarmaq haqqında düşünür və bilmirdi necə 

banlasın ki, dünyanın əvvəlki gözəlliyi geri qayıtsın. 

Bir dəfə xoruz gördü ki, çil toyuq bərkdən qaqqıldayır. 

—Buna nə olub, — deyə hirsləndi. Hinə baxıb gördü ki, 

çil toyuq yumurtlayıb. EIə o saat başa düşdü ki, yumurtanı belə 

ağardan çil toyuğun qaqqıltısıdır. 

—Yumurtanı  ağartdın bəsindir, səsini kəs! — deyə 

onun üstünə xoruzlandı. 

Amma çil toyuq səsini kəsmədi. Axşamacan qaqqıldadı 

və bir də baxıb gördülər ki, qar yağır. 

Xoruz hirslənməyib neyləyəydi? Çil toyuq o qədər 

qaqqıldadı ki, axırda bütün dünya ağardı. İndi yazıq ları xoruz 

nə  qədər banlamalı idi ki, qar əriyəydi və dünya əvvəlki 

qırmızı, yaşıl, sarı, mavi rəngini alaydı?! 

 



 

Milli Kitabxana  

 

 



 

214


 

 

 



QUYUNUN DIBINDƏKI ADAM 

 

 

ir quyu var idi və  həmin quyunun lap dibində bir 



adam oturmuşdu. Bu adam quyuya ona görə 

girmişdi ki, öz

 

nəğmələrini yaratsın. Bu adam 



quyunun dibində bir-birindən gözəl nəğmələr 

bəstələyir və onu insanlara çatdırmaq haqqında fikirləşirdi. 

Fikirləşdi, fıkirləşdi, axırda belə qərara gəldi ki, öz nəğmələrini 

quyunun suyu ilə yuxarı göndərsin. Belə  də elədi. Quyunun 

suyunu içən qamışlar özləri də bilmədən həmin nəğmələri də 

içdilər. Sonra bu qamışlardan kimsə tütək düzəltdi və çalmağa 

başladı.  İlahi, bunlar necə gözəl nəğmələr idi. Adamlar bu 

nəğməni dinlədikcə xoşbəxt xəyala dalırdılar. Başqa bir nəğmə 

isə onları oynamağa məcbur edirdi. Adamlar sümükləri 

ağrıyana qədər oynadılar və bu nəğmələri çalanlara təşəkkür 

edib getdilər. Amma heç kəsin ağlına gəlmədi ki, həmin 

nəğmələri yaradan adam ömrü boyu quyunun içində yaşayır və 

insanlara xoşbəxtlik gətirən həmin bu nəğmələri yaradır. 

Quyunun dibindəki adam öz nəğmələrinin çalındığını 

eşidəndə çox sevindi. Hətta durub quyunun dibində əməlli başlı 

oynadı da. Bəs necə, onun nəğmələri adamları xoşbəxt edə 

bilmişdi!                

Adamlar eviərinə dağılışandan sonra o, əyləşib təzə 

nəğmələr haqqında düşünməyə başladı. Eh, bəzən həyatda elə 

işlər olur ki, adam az qalır inanmasın. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə