Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 

Milli Kitabxana  

 

 



 

202


ulayırdı. Boğazını mümkün qədər göyə uzatmışdı ki, ulduzun 

işığını lap tez söndürə bilsin. 

Bir anlıq dayanıb baxdı. Ulduzun işığı deyəsən  əməlli 

başlı azalmışdı. Bundan sonra Qaplanı saxlamaq olmazdı. 

Demək olar ki, səhərəcən uladı  və günəş doğmağa az qalmış 

hiss etdi ki, bоğazı bərk ağrıyır. Dincini almaq üçün dayananda 

gördü ki, təkcə o parlaq ulduz deyil, göydəki ulduzların hamısı 

görünməz olub. 

—Bax belə — deyə Qaplan bir-iki ağız da hürdü ki, 

hamı onun igidliyini başa düşsün. Bəli bir dəfə Qaplan belə bir 

igidlik göstərə bilmişdi.  

 



Milli Kitabxana  

 

 



 

203 


 

 

 



 

 

 



QAPLAN VƏ KƏPƏNƏKLƏR 

 

 

ir dəfə Qaplan gördü ki, həyətlərində bitən sarı 

çiçəklər bir anda qanadlanıb uçdular. Əlbəttə uçan 

sarı  kəpənəklər idi, amma Qaplan işin nə yerdə 

olduğunu başa düşənə kimi onlar həyətin ortasına 

qədər uçdular. 

—Hav, hav, hara belə, sarsaqlar?! Harda görünübdü ki, 

çiçək uçsun?! 

Kəpənəklər Qaplanı heç veclərinə  də almadılar. Bir-

birini qova-qova dağlara tərəf üz tutdular. Yox, yox, buna 

dözmək olmazdı. Bu ağılsız çiçəkləri harda olsa tutub öz 

yerlərinə qaytarmaq lazımdı. 

—Kimin ağlına nə  gəlir, onu da edir — deyə Qaplan 

kəpənəklərin dalınca yorta-yorta qaçır və fikirləşirdi. 

Kəpənəklər isə bal arılarının yanına uçurdular. Arılar 

dağın gözəl bir yarğanında bal hazırlayıb öz qonaqlarını 

gözləyirdi. Kəpənəklər sarı yaylıq kimi süzür, bəzən də uçan 

sarı çiçəkləri xatırladırdılar. Qaplan isə boğazı  yırtılana qədər 

hürürdü və onları bir an da gözdən qoymurdu. Kəpənəklər 

dərin dərələrin üstündən asanca keçdikləri halda Qaplan 

dərənin dibinə kimi gedib yenidən dağa dırmaşmalı olurdu. 

Buna görə də kəpənəklər ondan xeyli uzaqlara uça bilmişdilər. 

Qaplan uzaqdan baxıb gördü ki, kəpənəklər nəhəng qoz 

ağacının yaxınlığındakı çəmənliyə qondular. 

—İndi sizin ağlınızı başınıza gətirərəm — deyə fikirləş-

di və çəmənliyə doğru götürüldü. 




 

Milli Kitabxana  

 

 



 

204


Çəmənlikdə isə arılar öz dostlarını çox mehriban 

qarşıladılar. Soruşdular ki, nə olub, niyə belə həyəcanlıdırlar. 

—Odur bax, deyə Sarıköynək dilləndi. — Bax bu avara 

bizi səhərdən qovur. 

Sarıköynək bu kəpənəyin adı idi. Onun dostunun isə adı 

Ballıbəy idi. Sarıköynək sözünü təzəcə qurtarmışdı ki, 

Sarıləçək gözünün yaşını tökdü: 

—Siz bir buna baxın, kənddən bura kimi bizi qovub. — 

Sarıləçəyin sözü Dadlı  bəyi riqqətə  gətirdi. Axı Dadlıbəy də 

Sarıləçəyin dostu idi. 

—Eybi yoxdur — deyə Dadlı  bəy xəncərini qurşadı, 

nizəsini götürdü və döyüşə hazır dayandı. Qaplan isə  hələ  də 

çiçəklərin arasında öz həyətlərindən uçan çiçəkləri axtarırdı. 

Birdən arılar onun üstünə atıldılar. Ballıbəy onun qırmızı 

burnundan vaxtında bir dişdəm ala bildi. Dadlıbəy də xəncərini 

Qaplanın dodağına sancdı. Bundan sonra nələr baş verdiyini 

Qaplan özü də başa düşmədi. Ayağı gəldikcə bu çəmənlikdən 

qaçır, başının üstündə isə bal arıları vızıldaşırdı. Onlar Qaplanı 

düz evlərinə qədər qovdular. 

Qaplan kölgədə başını qoltuğunun altına soxub xeyli 

zingildədi. Ağlı başına gələndən sonra baxıb gördü ki, sarı 

çiçəklər elə öz yerlərindədir. Amma daha onlar tərəfə baxmaq 

belə istəmədi. 

 

 




Milli Kitabxana  

 

 



 

205 


 

 

 

QAPLAN VƏ ARABA KÖLGƏSI 

 

 

ay günəşi göydən od ələyirdi. Bir ulaq arabanı 



çəkib apara bilmirdi və buna görə  də yolun 

qırağında dayanmışdı ki, dincini alsın. Bu zaman 

hardansa Qaplan gəlib çıxdı  və arabanın 

kölgəsində dincəlməyə başladı. Kölgə  sərin və  ləzzətli idi. 

Bayaqdan istidən dili çıxan itin keyfi kökəlmişdi. Quyruğunu 

şeşəliyib gərnəşdi. Birdən gözünə uzunqulaq dəydi. İt fikirləşdi 

ki, bu uzunqulaq deyəsən özünü yaman dartır.  Əslində isə o, 

qanmaz və avaradır. 

—Hav-hav, deyərək uzunqulaqa hürdü. Sən avara bir 

uzunqulaqsan: Camaat işində gücündədir, amma sən bu yolun 

qırağında avaralanırsan. 

—Mən avaralanmıram — deyə uzunqulaq izah etdi. Bir 

az dincimi alıram. Arabanı çəkmək sənə asan gəlməsin. 

—Hav-hav, inandıra bilməzsən. Yer üzündəki bütün 

uzunqulaqlar sarsaq və avaradır. 

—Başqaları ilə  nə  işin var? — deyə uzunqulaq 

qəzəbləndi və arabanı dartıb apardı. 

Aydın məsələdir ki, araba ilə birlikdə onun kölgəsi də 

getməyə başladı. Özünü ağıllı hesab edən Qaplan əvvəl 

qulağını salladı və sonra quyruğunu dik tutub arabanın dalınca 

qaçmağa başladı. 

—Kölgəni hara aparırsan? Onu özüm tapmışam. Axıra 

qədər də mənim olmalıdır. 

Uzunqulaq isə mümkün qədər sürətlə qaçırdı ki, itin 

zəhlətökən səsini eşitməsin. Kölgə də eyni sürətlə yolun qırağı 

ilə şütüyürdü. 



 


 

Milli Kitabxana  

 

 



 

206


 

 

 



QAR ŞƏHƏRİ 

 

 



ir  şəhər vardı, burda adamlar da, heyvanlar da 

qardan yaranmışdılar. Adamlar səhərdən-axşamacan 

bir-birinə qonaq gedirdilər. Bir də görürdün ki, qar 

adamların, qar telefonları zəng çalır. 

—Xrıp, хrıp, хrıp! 

Bəs necə! Bu sənə adi telefonu deyil ha, belə etsin: 

Dzınn! Dzınn! Dzınn! 

Ya da cingildəsin «Cırrınt!» Ya da quş kimi oxusun 

«Fia-fia-fia». Hətta yəqin beləsini də  еşitmisən «Dalalay!» 

«Dalalay!» 

Amma ağzında qar tеlеfоnu dеyirsən.  О, hökmən belə 

səslənə bilər: Xırıp! Xırıp! 

—Bəli — deyə Qargəlin dəstəyi qaldırdı. 

—Salam! Sizinlə danışan Qarxanımıdı. Axşama hamı-

nızı qonaq çağırıram. Gələndə Qarbəbəni də  gətirməyi 

unutmayın. Çox zaman yekə qarınquluların hamısı gəlir, yazıq 

Qarbəbələr evdə  çığıra-çığıra qalır. Heç insafınız-zadınız 

yoxdu. 


Qarxanım beləcə üyüdüb tökdü və axırda dedi: 

—Əla qarplovu hazırlamışam. Qardan kokteyli də 

yanında. 

—Bəh-bəh — deyə Qargəlininin ağzı sulandı Kokteylə 

buz lülələri qoymağı unutma. Qartоrtu da olsa daha bu 

qonaqlığın heç əvəzi olmaz. 

—Bir halda ki, ürəyinizə qartоrtu düşüb, daha neynə-

yim, onu da hazırlayaram Onlar ordan-burdan danışıb 

xudahafizləşdilər. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə