Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

Milli Kitabxana  

 

 



 

193 


 

—Baxarıq — tülkü hirslənib canavarları yamsılamağa 

başladı. Arxasını  pəncərəyə  tərəf çevirib  qarı  sоvurmağa 

başladı. Qar sovruğu pəncərəyə  dəydikcə dovşan uğunub 

gedirdi. Doğrudur onun güluşünü eşidən olmurdu. Çünki 

dovşan ürəyində gülürdü ki, ev sahibi oyanmasın. Amma 

pəncərə  şaqqıltısı ev sahibini yuxudan oyatdı  və o, tülkünün 

cani-dildən necə  işlədiyini görəndə  bərkdən  şaqqanaq çəkib 

güldü. Tülkü bu gülüş səslərini qətiyyən gözləmirdi. Bircə anda 

işin nə yerdə olduğunu başa düşdü və qaçıb meşədə gözdən 

itdi. 

Dovşan isə ev sahibini ehtiyatsızlıq üstündə qınadı. Axı 



belə bir səfeh tülküyə kim bilir, bir də  nə zaman rast 

gələcəkdilər. 




 

Milli Kitabxana  

 

 



 

194


 

 

 



 

 

QARA ADAMLAR 



 

 

iz bəlkə  də belə adamları ömrünüzdə görməmi-



siniz. Onlara Qara adamlar deyirlər. Bədənləri, 

paltarları, hətta gözləri də qara olur. Gecə 

qaranlığında gəzəndə onları görmək demək olar 

ki, mümkün deyil. Elə güman etməyin ki, mən zəncilərdən 

danışıram. Yox canım, zəncilərin dişləri və bəbəkləri qar kimi 

ağ olur. Elə  zənci var ki, hətta adam onun nə  qədər gözəl 

olduğuna heyran qalır. 

Amma Qara adamlar başqadır. Belələrinin fikri xəyalı 

da qara olur. Ona görə  də gecələr gəzirlər ki, onları görüb 

tanıyan olmasın. Onların adları da bir-birinə oxşayır: Qara 

Mirzə, Qara Gürzə, Qara Fərzə, Qara Hürzə... 

Günəş olan yerdə qara adamları görmək çətindir. Çünki 

Günəş onların gözlərini qamaşdırır. Bir də onlar qorxur ki, 

günəş bu adamların ürəyindəki qara-qura fikirləri açıb göstərə 

bilər. Bax buna görə  də onlar həmişə qaranlıq yerlərdə  gəzib 

dolanırlar. 

Bir dəfə qara adamların hamısı  dərin bir dərəyə 

toplaşdı. Bura o qədər qaranlıqlaşdı ki, göz-gözü görmədi. 

Qara adamlar çox danışdılar, az danışdılar bilmirəm, axırda 

belə qərara gəldilər ki, dünyada onların yeganə düşməni varsa 

o da Günəşdi. Günəş olmasa xalqın canı rahatlanar, camaatın 

gözü qamaşmaz, qara adamlar bu dünyada rahat ömür sürər. 

Onlar axırda belə qərara gəldilər ki, Günəşi söndürsünlər. 

Qərar qəti idi. Qara adamların  ən güclüləri bir yerə 

toplandı. Onlar qaranlığın  ən qatı yerindən özlərinə  qılınc 



Milli Kitabxana  

 

 



 

195 


 

qalxan düzəltdilər. Qara fikirlərdən patron hazırladılar. 

Doğrusu çox qaranlıq olduğu üçün onların daha nə  iş 

gördüklərini ayırd edə bilmədim. Qapqara döyüş paltarlarını 

geyinib Günəşin yolunu gözləməyə başladılar. 

—Sabah xalqın canı bu parlaq avaradan qurtaracaq —

deyə bir—birinə ürək dirək verirdilər. 

Qara Mirzə üzünü qara buludlara tutub dedi: 

—Hətta buludlar da bizimlədir. Bütün xalq bizim 

tərəfimizdədir. 

Qara Hürzə ehtiyatla onun sözünü kəsib dedi: 

—Mən bir dəfə təyyarənin kölgəsinə çevrilib buludun o 

biri üzünü görmüşəm. O, ikiüzlü və yaltaqdır. Yerə baxan 

üzünün qaralığı sizi aldatmasın. Günəşə baxan tərəfdə onun 

rəngi ağdır. Özü də o biri üzü ilə Günəşə elə yaltaqlanır ki, 

görsəniz hirsinizdən ağararsınız. 

Qara Mirzə onun sözünü kəsdi: 

—Sən hələ  uşaqsan və  yəqin ki, belə  şeyləri başa 

düşməzsən. Buludlar bizim dostumuzdur. Birləşməsək Günəş 

kimi bir düşmənin öhdəsindən gələ bilmərik. Qara Gürzə, Qara 

Fərzə  və başqa qara adamlar Qara Mirzənin sözünü təsdiq 

etdilər və Qara Hürzə daha danışmadı. 

Bu zaman buludlar da baş-başa verib Qara adamların 

barəsində düşünürdülər. Onların üst üzü də daha elə sən deyən 

ağ deyildi. Günəş görünmədiyinə görə onlar kimə yaltaqlana 

bilərdilər?! Qara buludların da ürəyində qara sular cövlan 

edirdi. Onların da maraqlı adları vardı: Ala Bulud, Tala Bulud

Qala Bulud, Çala Bulud... 

—Biz sabah bütün gücümüzü göstərməliyik. Günəşin 

nazı ilə bu qədər oynamağın mənası yoxdur — deyə Ala bulud 

coşmuşdu. 

—Qara adamlar da bizim tərəfimizdədir, — deyə Tala 

Bulud onun sözünə qüvvət verdi. 



 

Milli Kitabxana  

 

 



 

196


—Ancaq onlar olduqca qorxaq və yaramazdılar. —Heç 

bilmirəm bu söz Qala Buludun dilindən necə  çıxdı. Orasını 

deyim ki, Qala Bulud cavan olsa da sözü üzə deyə bilirdi və 

buna görə də o biri buludların ondan xoşu gəlmirdi. 

—Nə danışırsan, canım, Qara adamlar bu sözü eşitsə 

bizdən inciyə bilər və bütün işlərimiz alt-üst olar — deyə Ala 

Bulud Qala Buludu danladı  və  bərkdən guruldadı ki, Qara 

adamlar onun səsini eşidib ürəklənsinlər. Amma birdən Qala 

Bulud  Şimşək yaratdı  və  Şimşək dərəni necə  işıqlandırdısa 

Qara adamlar bir anda gözdən ilim-ilim itdilər. Onların bu 

qədər qorxaq olduğunu görən Qala Bulud necə şaqqanaq çəkib 

güldüsə dağ-daş lərzəyə gəldi. Belə anlarda onun gözündən bir 

qığılcım çıxıb ildırıma cevrildi və qaranlıq dərədəki nəhəng bir 

qayanı parça-parça elədi. 

—Bir az yavaş gül də, deyə yoldaşları onu danladı. Bir 

də belə gülsən dünyanı yandırarsan ki. 

Amma Qara adamların qorxaqlığı Qala Buludu elə 

həyəcanlandırmışdı ki, o, uzun müddət gülüşünü saxlaya 

bilmədi və gözlərindən çıxan ildırımlar daha bır neçə qayanı 

оvхaladı.  

İldırım çaxanda dərədəki daşlar bir anda necə 

parıldadısa elə bil nəhəng bir tonqalın qığılcımlarıdı. İşıq sönən 

kimi Qara adamlar dərəyə toplaşdılar və parıldayan daşların 

hamısını yığıb çaya tulladılar: 

—Onlar hamısı Günəşin qohumlarıdı.  İldırım çaxanda 

bir görsəydiniz sevincdən necə parıldaşırdılar —deyə Qara 

Mirzə bütün daşları çaya tulladı ki, daha heç zaman parıldaya 

bilməsinlər. 

Amma Qara Mirzə çayın necə parıldadığını görməmiş-

di. Göydə ildırım parıldayanda çayın gümüşü ləpələri xоşbəxt-

xoşbəxt gülümsünmüşdü və bununla da Günəşin dostu 

olduğunu bildirmişdi. 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə