Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 

Milli Kitabxana  

 

 



 

226


ağırlaşırdı. Çünki pişiyin iştahası hər gün artır,  siçanların tapıb 

gətirdikləri şeylərin demək olar ki, hamısını tələb edirdi. 

—Əlinizə düşən  ən ləzzətli  şeyləri mənə  gətirə bilər-

siniz, sizə  qətiyyən acığım tutmaz, — deyə Pişik onlara 

mehribanlıq göstərirdi.  İlk vaxtlar bu mehribanlıq siçanların 

ürəyindən idi. Onlar belə bir padşahları olduğu üçün hətta 

günlərlə ac qalmağı özlərinə şərəf hesab edirdilər. Amma şərəf 

öz yerində, yeməsən ölə bilərsən, axı! Siçanlar həqiqəti başa 

düşəndə artıq çox gec idi. Demək olar ki, hər gün kolların 

dibindən 3-4 siçan ölüsü tapılırdı. Pişik həmin siçan ölülərini 

görüb deyirdi: 

—Padşahın yolunda ölümə gedən siçanlar da bizim 

üçün əzizdir. Bu siçanların ətini yeməliyik ki, onların da ruhu 

şad olsun. Bu sözləri deyib özü işə girişirdi. Siçanlar gözlərini 

açana qədər Pişik onları yeyib qurtarırdı. 

Günlərin bir günü siçanların ən axmağı dedi: 

—Deyəsən bu Pişik bizim axırımıza çıxacaq axı.  

Ağıllı siçanlar o saat axmaq yoldaşlarını başa saldılar 

ki, boş-boş danışmasın. Belə danışdığı üçün onu hamı sarsaq 

adlandırırdı. 

—Yox, axı, — deyə  həmin o sarsaq siçan davam etdi. 

—Necə edək ki, bu Pişikdən canımız qurtarsın. 

Yaxşı deyiblər ki, dəlidən doğru xəbər. Siçanlar elə bil 

indicə ayıldılar və başa düşdülər ki, Pişik həqiqətən onların 

axırına çıxacaq. 

Pişik gələndə hamıdan zirək tərpənən, padşahın 

ayaqlarını çiynində gətirən həmin o siçanlar indi deşiklərindən 

çölə çıxmayıb əhvalatın axırını gözləyirdilər. Dünyanın işini nə 

bilmək olardı. Siçanlar sözü bir yerə qoyub yuvalarından çölə 

çıxmadılar. Pişik  əvvəlki kimi yuxudan durub gərnəşdi, 

bığlarını yağlayıb iştahla dedi: 

—Acımışam mənə yağlı kökə gətirin! 

Amma nə  qədər gözlədisə ona yağlı kökə  gətirən 

olmadı. 



Milli Kitabxana  

 

 



 

227 


 

Bura baxın, siz deyəsən kar olmusunuz, eşitmirsiniz, 

yağlı kökə istəyirəm? 

Siçanlar balaca yuvalarından balaca burunlarını çıxarıb 

diqqətlə baxırdılar. Onlar Pişiyin çıxıb getməsini istəyirdilər. 

Amma hələ Pişik işin nə yerdə olduğunu başa düşmürdü. 

Bayaqkı axmaq siçan balaca burnunu bir az da çölə 

çıxardıb dedi: 

—Biz daha sənin padşahlığını istəmirik, çıx get! 

Bu zaman yüzlərlə yuvadan eyni vaxtda hər siçan iki 

dəfə "ah" və üç dəfə "uyy" edib işin axırını gözlədi. Pişik işi 

belə görüb yuvalara hücum çəkdi. Amma siçanlar o saat geri 

çəkildilər. Pişiyin pəncəsi onlara çatmadı. 

Axşamüstü Pişik o qədər acıdı ki, haldan düşdü. 

Bayaqkı sarsaq siçana dedi: 

—Bura bax, dost, bunların içində yenə sən yaxşısan, çıx 

çölə  səni yeyim. Onsuz da siçanlar arasında elə bir hörmətin 

yoxdu. Daha yaşamağının da bir mənası qalmayıb. 

—Mənasız yaşayan sənin kimi olar. Biz qazanırıq sən 

ötürürsən içəri. 

Bundan sonra daha siçanlarla danışmağına dəyməzdi. 

Beləcə Pişik çıxıb getdi və siçanlarla ömürlük düşmən oldu. 

İndi pişiklər harda siçan görsələr babaları Pişik padşahın 

intiqamını almaq üçün onların üstünə atılırlar. 



 

Milli Kitabxana  

 

 



 

228


 

 

PUL ŞƏHƏRİNİN ƏHVALATLARI 

 

iri var idi, biri yox idi, bir pul şəhəri var idi. Həmin 



bu pul şəhərində  Şahı  şahlıq edirdi. Günlərin bir 

günü bu Şahı fikirləşdi ki, bir halda ki, mən şaham, 

onda gərək ləqəbim də olsun. Yoxsa ləqəbsiz də şah 

olar? Axırda belə  qərara gəldi ki, özünə Abbası  ləqəbi 

götürsün. Doğrudur, tarixdə onun adına və ləqəbinə uyğun bir 

şah da yaşamışdı: Şah Abbas. Amma diqqətlə fikir versəydiniz 

bu  şahın həm adının, həm də  ləqəbinin axırına bir "ı" hərfı 

artırılmışdı ki, bunun da mən bilən çox böyük mənası vardı. 

Əvvəla  Şahı Abbası pul şəhərinin  şahı idi. İkincisinə qalanda 

onun fıkrincə o, Şah Abbasdan çox-çox ədalətli idi. Elə 

bugünkü nağılımız Şahı Abbasının ədalətli işləri haqqındadı. 

Elə ki, şahlıq tacını başına qoydu, əvvəl belə bir ədalətli  

qərar çıxardı.  Bütün  Şahılar,  üçqəpikliklər, ikiqəpikliklər və 

birqəpikliklər saraya işləməyə  dəvət olunur. Çünki Şahı 

Abbasının fıkrincə bu pullar onun nəslindən idi və şah gərək öz 

nəslinin qədrini biləydi.  Şahın dəvət etdiyi adamlar saraya 

toplaşandan sonra qohum əqrəbaları şahın ləqəbindən narazılıq 

etməyə başladılar. Necə ola bilərdi ki, bu qədər qohum 

əqrəbası olan bir şah özünə Abbası  ləqəbi götürsün. Axı sarı 

rəngli pullardan birini ləqəb götürmək olardı. Məsələn, 

Üçqəpiklik. Nəyi pis idi hə? Yox, bu şah deyəsən ağlını 

itirmişdi. Abbası  nə pul idi ki, onu da özünə  ləqəb götürsün. 

Axırda qohumlar arasında dedi-qodu o qədər genişləndi ki, 

gedib  şahın qulağına çatdı.  Şah qohum-əqrəbalarını başına 

yığıb dedi: 

Bilin və agah olun. Mənim sizdən başqa qohumum 

yoxdur. Abbası  ləqəbini isə ona görə götürmüşəm ki, qeyri 

ölkələrin şahları məni qohumbazlıqda təqsirləndirməsinlər. İndi 

isə mənim əmrimə qulaq asın. Ölkədəki bütün pullar siyahıya 




Milli Kitabxana  

 

 



 

229 


 

alınmalıdır. Kim nə işlə məşğuldur. Kimin əlindən nə gəlir və 

s. Axı bizim şahımızın özü bir iş görməlidir ya yox? Kənardan 

baxan elə bilər ki, əlimizdən padşahlıq-zad gəlmir. 

Qohumlar özlərinin işgüzarlığını bir-birinə sübut etmək 

üçün  əl-ayağa düşdülər.  Əvvəl bazarı  nəzərdən keçirməyə 

başladılar. 

Ay aman, bazarda nə  dəhşətli işlər baş verirmiş.  Əgər 

şahın adamları vaxtında bu işlərdən xəbər tutmasaydılar 

görəsən nə olardı.  Əvvəl qapının ağzında cındır geyimli bir 

adamla qarşılaşdılar: 

—Ey, adın nədir? 

—Qızıl, — deyə həmin cındır geyimli adam dilləndi. 

—Qızıl? — deyə birqəpiklik mümkün qədər özünü 

dartdı ki, onun daha qiymətli olduğunu başa düşsünlər. —

Yaxşı, ey qızıl, de görək nə işlə məşğul olursan.  

—Mən torpaq adamıyam.  Əkirəm, biçirəm, gətirib 

bazarda satıram. 

—De görək buğdanın pudunu neçəyə verirsən? 

— Kilosu bir şahıdı. Çox götürsən, tonunu bir qızıla 

verə bilərəm. 

Axmaq qoca, — deyə birqəpiklik necə hirsləndisə üç 

dəfə  fırlandı. — Bu necə bazardı belə?! Deməli kilosunu bir 

şahıya, tonunu bir qızıla? Nə danışdığını bilirsən? Bəs sən başa 

düşmürsən ki, əksinə danışmalısan. Məsələn belə: kilosu bir 

qızıl, tonu bir şahı. Şahı qızıldan bahadı axı.    Cındır geyimli 

kişi birqəpikliyin sözünü ağzında qoydu.  



Oğul, sən hələ cavansan, ona görə  də pulları yaxşı 

tanımırsan.  Şahı  nədi ki, qızıldan qiymətli ola. Ağzında qızıl 

deyirsən. 

—Gör bir nələr eşidirəm? — deyə üçqəpiklik qıyya 

çəkdi. — Necə  yəni qızıl  şahıdan bahadı?! Məgər sizə  xəbər 

verməyiblər ki, Şahı ölkənin padşahıdı. Sən, cındırından cin 

ürkən qoca, Şahdan qiymətlisən? 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə