Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

Milli Kitabxana  

 

 



 

219 


 

—Yaxşısı budur ki, təzə tacı hər zərgər öz bildiyi kimi 

bəzəsin. — dedi. — Onda o həm gözəl olar, həm də başıma 

ağıllı fikirlər gətirər. 

Zərgərlər işə başladı, nə başladı. Sən demə padşahın 

sarayına yeddi min yeddi yüz yetmiş yeddi zərgər gəlibmiş. 

Onların hamısı tacı  bəzəməklə  məşğul oldu. Bax buna 

deyərəm tac! Doğrudur o adi taclardan on dəfə böyük idi. Sizə 

zarafat gəlməsin yeddi min yeddi yüz yetmiş yeddi zərgər ona 

yeddi min yeddi yüz yetmiş yeddi naxış vurub, yeddi min 

yeddi yüz yetmiş yeddi qiymətli daş asmışdı. Tac təxminən 

pendir çəlləyi boyda olardı. Onun üstündə müxtəlif qiymətli 

daşlar parıldayırdı. Hətta bu qəşəng tacın üstündə çay 

daşlarından tutmuş mərmərə qədər hər şey var idi. Hansı zərgər 

isə onun üstünə iki qılınc, bir qalxan və iyirmi pudluq bir 

dəyirman daşı da bağlamışdı. Tac hazır olandan sonra padşah 

saraya gəlib  əmr etdi ki, böyük bir məclis düzəlsin. Yemək-

içmək, başlandı, nə başlandı. Çalğıçılar istedadlarını 

göstərdilər. Zurnaçı ordunu elə  şişirtmişdi ki, elə bil hər 

ordunda bir qarpız gizlətmişdi. Bəs, necə, belə bir məclisdə də 

çalmayıb daha harada çalacaqdı?! Sonra tacqoyma mərasimi 

başlandı.  Əvvəlcə iki pəhləvan tacı  gətirməyə getdi. Sonra 

deyəsən onların gücü çatmadığı üçün daha iki pəhləvan da 

onların köməyinə yetişdi. Padşah sevindiyindən bilmirdi ki, 

neyləsin. Hələ ömründə heç bir padşah bu ağırlığında tac 

qoymamışdı. Belə gündə də sevinməyib nə vaxt sevinməliydi? 

Pəhləvanlar bu nəhəng tacı padşahın başına qoyub aralandılar. 

Padşah boğuq bir səs çıxartdı. Əvvəlcə camaata elə gəldi ki, bu 

səs quyunun dibindən gəlir. Sonra gördülər xeyr bu pələng 

bağırtısına oxşayan səs padşahın ağzından çıxır. Adamlar lap 

sevindilər. Həmişə olduğu kimi zirək adamlar yenə də özlərini 

hamıdan çox bilən kimi göstərib dedilər: 



Tac dünyanın bütün ağlını bizim padşahın başına 

yığır. 



 

Milli Kitabxana  

 

 



 

220


Camaat sevinclə yemək-içməyə başladı. Zurnaçı ordunu 

daha bərk doldurub necə üfürdüsə padşahın pələng bağırtısına 

oxşayan səsi o saat eşidilməz oldu. 

Camaat  yeyib-içməkdən  ayılandan  sonra  baxıb 

gördülər ki, padşah tacın ağırlığına davam gətirməyib çoxdan 

ölüb. Kimsə dilləndi: 

—Heyf, əcəl imkan versəydi şahımız dünyanın ən ağıllı 

əmrlərini verəcəkdi. Onda əlbəttə yaşamağına dəyərdi. 



 

 

 

 

 




Milli Kitabxana  

 

 



 

221 


 

DÜNYANI ÖZÜ İLƏ APARMAQ 

İSTƏYƏN BƏŞİR 

nsafla desək, Bəşirin bu işdə  qətiyyən təqsiri 

yox, idi. Axı bu adam neyləsin ki artıq qocalmış-

dı  və  yəqin ki, bir neçə aydan sonra daha 

dünyadan köçməli idi. — Hara köçməliyəm? — 

deyə özündən soruşurdu.  

Hə, yadıma düşdü... Yadına düşməyinə düşürdü, amma 

Bəşir hara köçəcəyini qətiyyən dilinə gətirmirdi. Bunun elə bir 

mənası da yox idi. Axı hamı bilir ki, insan öləndən sonra hara 

köçür. 


Bəşir tədbirli adam idi. Bu qədər var-dövlətini qoyub 

hara köçürdü? Heç olmazsa qızıl küpəsini özüylə apara bilsəydi 

qətiyyən dərdi olmazdı. Bir dəfə o qəbiristanlığa gəlib özünə 

qəbir qazdırdı.  Əvvəl xahiş elədi ki, qəbiri elə ev boyda 

qazsınlar. Amma qəbirqazanların gözləri heyrətdən elə böyüdü 

ki, yazıq Bəşir dediyinə peşman oldu. Axı bu qəbirqazanlar 

hardan biləydi ki, Bəşir evini qəbirə daşıyıb özü ilə o dünyaya 

aparmaq istəyir. Bir düşünün. Axı yazıq Bəşir paltarlarını, 

qızıl-gümüşünü bu dünyada qoyub hara gedə bilərdi? Heç bu 

paltarlarını çoxunu bircə dəfə də geyinməmişdi. Eləcə bayram 

günlərində onları çıxarıb bir-iki dəfə sığallamış, sonra güzgüyə 

baxıb göz vurmuşdu. Bu o demək idi ki, öz aramızdı, heç kəsin 

belə  qəşəng paltarları yoxdu. Sonra həmin paltarları büküb 

sandığın lap altında gizlətmişdi ki, ələ-zada keçməsin. Hələ bir 

dəfə  də  işlətdiyi maqnitofonu, televizoru, tozsoranı, 

paltaryuyanı, qatı açılmamış xalçaları, ömründə içində 

yatmadığı yorğan-döşəkləri demirəm. Bəs bu necə ədalətsizlik 

idi? Bəşir indi başa düşdü ki, qəbirqazanlar dünyanın  ən 

ədalətsiz adamları imiş. Axı bu qəbiri bir az iri qazmaq nə çətin 

işdir ki, Bəşiri belə zülmə salırlar. 

Çox fıkirləşəndən sonra Bəşir belə  qərara gəldi ki, 

əvvəlcə  qızıl küpəsini aparıb qəbirdə gizlətsin. Bu elə  sən 




 

Milli Kitabxana  

 

 



 

222


deyən çətin iş deyil. Gecə əl-ayaq çəkiləndə Bəşir əyilə-əyilə, 

bütün dünyadan gizlənə-gizlənə  qəbiristanlığa gəldi. Təzəcə 

qazılmış  qəşəng qəbirin qırağına qalanmış  nəm torpağın 

yanında çömbəlib saqqalını qaşıdı. Sonra ətrafda kimsənin 

olmadığını görüb qəbrin içinə düşdü. 

Qoltuğunun altında gizlətdiyi bellə qəbirin içində balaca 

bir quyu qazdı. 

—Bu da sənin qəbrin, — deyə qızıl küpəsinə göz vurdu 

—bu gündən sən də öldün. İkimiz də birlikdə gedirik o 

dünyaya. Bəşir küpəni basdırandan sonra gəldiyi kimi də əyilə-

əyilə, bütün dünyadan gizlənə-gizlənə geri qayıtdı.  

İndi qaldı bunlar, — deyə o ev əşyalarına baxıb 

dərindən bir ah çəkdi. O necə yanıqlı ah çəkdisə ağzından iki 

qığılcım çıxdı  və döşəkağına düşüb yandırdı. Bəşir yanğın 

düşməsin deyə tez su gətirib döşəkağını söndürdü. 

—Bu dünya niyə belə  ədalətsiz qurulub? — deyə o 

dərin fikrə getdi. Necə dərin fikrə getdisə birdən qonşu Sənəm 

arvad və onun üç nəvəsi gəlib durdu Bəşirin qabağında. 

—Məndən nə istəyirsiniz? — deyə  Bəşir bağırdı. —

Yox, sizə bağışlamağa heç nəyim yoxdur. Çıxın gedin. 

Sonra inildəməyə başladı.  

—Sənəm arvad, yalvarıram sənə, mən öləndən sonra 

paltarlarıma heç kəs toxunmasın. Uşaqlara tapşır ki, 

maqnitafonu qurdalamasınlar. Özün bilirsən ki, bir ətək pul 

vermişəm. Kasıb adamam. Televizor, tozsoran, paltaryuyan hər 

saat alınmır. Üstünə bir şey atın ki, paslanmasın. 

—Arxayın ol, Bəşir qardaş. Lap arxayınca ölə bilərsən. 

Ancaq Sənəm arvad gedəndən sonra Bəşir lap dərin fikrə getdi. 

Arvadın səsinin ahəngi Bəşirin qətiyyən xoşuna gəlmədi. Necə 

yəni "arxayın ol, Bəşir qardaş". Yəni, Bəşir qardaş, lap arxayın 

öl! Sən öləndən sonra bütün var—yoxunu götürüb 

özümüzünkü edəcəyik. 

Buna Bəşir deyərəm. Elə həmin dəqiqədən işə başladı. 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə