Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

Milli Kitabxana  

 

 



 

207 


 

Əgər axşam orda olsaydınız görərdiniz ki, bu qonaqlar 

necə qarşılanır.  Əvvəlcə qar karetalarda qargəlin gəldi. Onun 

qar  şlyapası parıldayır, gümüşü boyunbağısı  bərq vururdu. 

Yanında Qaroğlan durmuşdu. Hər ikisi dümağ yay 

kostyumunda idi. Qarbəbənin bələyi də ağ idi və ayın işığında 

parıldayırdı. 

Sonra qar maşınlarda başqa qonaqlar gəldilər. 

Təkcə Qarqırmızıpapaq bu qonaqlığa piyada gəlirdi. 

Onun fikrincə dünyada açıq havada gəzməkdən ləzzətli heç nə 

yox idi. Birdən Qarqırmızıpapağın qabağına bir Qarcanavar 

çıxdı: 


—Hara belə, ay Qırmızıpapaq. Yoxsa yenə də nənənin 

yanına gedirsən, hə? Əlindəki də yəqin ki, yeməkdir. 

—Yox, nənəmin yanına getmirəm — deyə  Qırmızıpa-

paq canavarın ağ ağzından çıxan dümağ dişlərindən hеç nə ilə 

fərqlənməyən ağ dilinə bic-bic baxdı. İndi qonaqlığa gedirəm. 

Əlimdəki də  hədiyyədir. Qarxanımı tanıyırsan? Yenə  də 

qonaqlıq edir. Şəhərimizin adamlarının demək olar hamısını 

evinə dəvət edib. Bir vurçartlasın olacaq ki, gəl görəsən. 

—Bəs mən nеynəyim — deyə Qarcanavar dilləndi. Ac-

susuz bu şəhərdə yaşa görüm, necə yaşayırsan?! 

—Bilirsən — deyə Qarqırmızıpapaq dеdi: 

—Əgər keçən dəfəki kimi məni udmaq fikrinə düşsən 

bəri başdan bir şeyi yadında saxla. Hökmən angina olacaqsan.

 

—Eh, orasını mən də bilirəm — deyə acığından Qarca-

navarın alt dodağı sallandı. Qar yeməkdən az qalıram öləm. 

Bu zaman onların yanından bir qardovşanı qaçdı. 

Amma Qarcanavarı onu heç qovmadı da. Bu şəhərdə Qar-

dovşanı Qarcanavarlarından Qartülkülərindən və Qarçaq-

qallarından qətiyyən qorxmurlar. Hətta Qarpələnglərini də 

veclərinə almırlar. Qarpələngləri hərdən hirslənib deyirlər: 

—Bu necə ölkədir belə, dovşanlar da səndən qorxmur?! 



 

Milli Kitabxana  

 

 



 

208


Amma onlar nə  qədər bağırsalar da xeyri yoxdur. 

Qardovşanları onları heç veclərinə də almırlar. 

Qarcanavarı baxıb gördü Qarqırmızıpapaqla danışmağın 

heç bir xeyri yoxdur. Buna görə də çıxıb gеtdi işinin dalınca. 

Qarxanımın evindəki qonaqlıq isə düz səhərəcən davam 

etdi. Adamlar yalnız gündoğana yaxın evlərinə dağılışdılar. 

Onlar danışırdılar ki, ömürlərində belə gözəl qonaqlıq 

görməmişdilər. Qarxanım doğrudan da səxavətli imiş və onunla 

dostluq etməyinə dəyərmiş. 

 



Milli Kitabxana  

 

 



 

209 


 

 

 



 

 

 



QAR ADAMLAR 

 

evlağa hələ heç zaman belə qar yağmamışdı. 



Hətta Kürün sahili bоyu uzanıb gedən yarğanlar 

da qarla örtülmüşdü. Cəfərlə  Səfər çoxdan belə 

bir fürsət gözləyirdilər. Onlar səhər açılan kimi 

meşəyə  gəldilər və qardan adam düzəltməyə başladılar. Cəfər 

kişi qar adamı düzəldirdi. Bu adamın burnu qırmızı kökdən, 

bığları şam budaqlarından, papağı isə köhnə bir vedrədən idi. 

Eh siz bir bu adamın qollarına baxaydınız. Cəfər fərəhlə 

deyirdi: 

—Mənim düzəltdiyim adam boksyordur bəlkə  də lap 

karate ustasıdır. Qollarının musquluna baxın.  

Doğrudan da onun musqulları qurbağa kimi belini 

qaldırmışdı. Bu adamın enli kürəyi onun çox güclü olduğunu 

bildirirdi. Amma Səfərin düzəltdiyi adam gözəl bir qız idi. 

Səfər  оnun burnunu fındıqdan düzəltmişdi. Dodaqlarına 

qırmızı plastilin yapışdırmışdı. Gözlərinə isə kömür qoymuşdu. 

Bir sözlə bu, dünyanın ən gözəl qızı idi.  

Cəfər ilə Səfər o qədər işlədilər ki, bir də baxdılar daha 

axşamdır. 

Qar adamları da meşədə qoyub evlərinə getdilər. Bax 

bütün  əhvalatlar bundan sonra başladı. Cəfərin düzəltdiyi kişi 

öskürüb ayağa qalxdı və dedi: 

—Pah atonnan, nə yaman yatmışıq. Qaranlıq düşüb ki! 

Səfərin düzəltdiyi gözəl qız da yuxudan ayıldı  və  hər 

tərəfin bu qədər ağ olduğuna heyrət etdi:  

—Doğrudan da əməli-başlı yatmışıq — dedi. 



 

Milli Kitabxana  

 

 



 

210


—Mən bilən sənin adın Qarçiçək xanımdır. Elə 

deyilmi? 

Qız bu adı xoşladı  və kömür gözlərini süzdürüb 

dilləndi: 

—Tamamilə haqlısınız. Mən bilən sizin də adınız 

Qarkişi bəydir. 

Qarkişi bəy adını  eşidən kimi qolunda bir az da artıq 

güc hiss etdi və dedi: 

—Əlbəttə Qarkişi bəydir. Mən bilən boş dayanmaq-

dansa qaçdı-tutdu oynasaq yaxşıdır. 

Qarçiçək xanım Qarkişi bəyin bu təklifini  еşidən kimi 

başa düşdü ki, bu adam çox ağıllıdır. 

Onlar qaçdı-tutdu oynamağa başladılar. Gecənin bir 

aləmində meşənin içində hay-küylə qaçışan bu adamları 

görəndə  dələlər qorxudan ağac koğuşunun lap dərin qatına 

endilər və bu işlərin axırını gözləməyə başladılar. Yalquzaq 

canavarlar bir az da bərk uladılar ki, bəlkə qar adamlar 

onlardan qorxarlar. Amma qar adamlar bu vəhşini heç 

veclərinə də almadılar. 

Bir dəfə Qarkişi bəyin dəmir papağı başından düşüb 

yerdə  dığırlandı  və  bərk səs çıxartdı. Bir dəfə  də Qarçiçək 

xanımın ağ sırqaları qarın içinə düşdü və onlar ay işığında xeyli 

bu sırqaları axtarmalı oldular. 

Bir sözlə Qar adamlar beləcə oynadılar və bir-birini 

ürəkdən sevdilər. Onlar o qədər oynadılar ki, axırda əriyib bir-

birinə qarışdılar. 

 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə