Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

Milli Kitabxana  

 

 



 

197 


 

Əslində  işıqda çox şey parıldadı.  Əgər Qara Mirzə 

onların hamısını  məhv etmək niyyətinə düşsəydi kim bilir nə 

olardı. 


Göydə isə aləm qarışmışdı. 

Buludlar dəhşətə gəlmişdilər. Bu, açıq düşmənçilik idi. 

Ən yaxın dostların üzünə belə gülüb onları  təhqir etmək 

dözülməz idi. Buludlar sözü bir yerə qoyub Qala Buludu 

dəstədən çıxartdılar. Qala Bulud öz dostlarını da götürüb aran 

yerlərinə çəkildi ki, oralara yağış yağdırıb tarlaları suvarsın. 

Qala Bulud gedəndən sonra buludlar belə  qərara 

gəldilər ki, onun Günəşlə qohumluğu varmış. Yoxsa necə ola 

bilər ki, bircə gülüşüylə bu qədər şimşək və ildırım yarada bilir. 

—Aydın məsələdir ki, Qala Günəşin doğmaca qardaşı-

dır — deyə Ala Bulud mübahisələrə yekun vurdu. Onu bizim 

dəstəmizə yaxın qoymaq olmaz. 

Sonra hər  şey qaydaya düşdü. Buludlar dərəyə azca 

yağış göndərməklə Qara adamlara xəbər verdilər ki, sözümüz 

sözdür, sabah Günəşi məhv etməliyik. 

Buludlar da silahlandılar. Nəhəng buludlar qılınc 

taxdılar, qalxan götürdülər. Bir sözlə  səhərin açılmasını 

səbrsizliklə gözlədilər. 

Günəş isə  hər  şeydən xəbərsiz gülümsünə-gülümsünə 

dağların dalından qalxmağa başladı. O elə gülürdü ki, bu qədər 

xoş  təbəssümün qabağında təkcə Qara adamlar və Qara 

Buludlar deyil bütün qara fikirlər  əriyib heç oldu. Maraqlı bu 

idi ki, Qara adamlar o saat başlarını itirdilər və qışqırdılar. 

—Geri çəkilin, düşmən odlu nizələrdən istifadə edir. 

Qara adamlar ağacların altında kölgəyə çevrildilər ki, 

Günəş onlardan əl çəksin. Günəş isə demək olar ki, heç onları 

görmürdü. Öz qızılı  şölələrini səpələyirdi ki, dünyanın otu, 

cücüsü, böcəyi bu şüalardan cana gəlsin. 




 

Milli Kitabxana  

 

 



 

198


O vaxtdan gör neçə illər keçib. Amma həmin o Qara 

adamlar və Qara buludlar hələ də Günəşi yox etmək fikrindən 

dönməyiblər. 

Təkcə Qala bulud öz dostları ilə uzaqda gəzir.  İstidən 

yanan tarlaları, bağları sulayır və  hərdən ildırım çaxdırmaqla 

bu Qara adamlara və Qara buludlara öz nifrətini bildirir. 

Qara adamlar demək olar ki, hər gecə bir yerə  yığışır, 

Günəşi məhv etmək haqqında danışırlar. Amma hələ ki, onlar 

Günəşin gözünə belə görünə bilmirlər. 

 



Milli Kitabxana  

 

 



 

199 


 

 

 

 

 

 

KARVANA HÜRƏN QAPLAN 

 

 

u balaca küçükcüyəzin adı Qaplan idi. Kənddə 



demək olar ki, onu  it yerinə qoyan yox idi: 

—Buna baxın, deyirdilər, Qaplan da özünü it hesab 

edir. 

Onu pişiklər daha çox lağa qoyduqları üçün Qaplan lap 



bərk hirslənirdi. 

—Eybi yoxdur — deyirdi bir gün sizə göstərərəm. 

Amma həmin o gün gəlib çıxmırdı ki, çıxmırdı. Qaplan 

böyüdükcə daha da qorxaq olurdu və  kənddəki pişiklərin 

demək olar ki, hamısı onu cırmaqlayıb vaxtında aradan çıxa 

bilirdi. 

Bir dəfə kəndin içindən böyük bir dəvə karvanı keçirdi. 

Qaplan əvvəlcə öz həyətlərindən alçaq səslə hürməyə başladı. 

—Havvvv, havvvv! 

Amma ona əhəmiyyət verən olmadı.  İşi belə gördükdə 

Qaplan bir az ürəkləndi və  həyət qapısından çölə  çıxıb xeyli 

aralıda gedən dəvələrə hürdü: 

—Haaaavvv, haaaavvv! 

Dəvələr addımlarını yavaşıtmadan gedirdilər. Onların 

dodaqları aramla açılıb-yumulur, gövşəyirdilər. İri və yaraşıqlı 

gözlərini qabağa zilləyərək gedir, Qaplana əhəmiyyət belə 

vermirdilər. Qaplan bundan daha da cəsarətləndi və irəli cumub 

karvanın beş-altı metrliyinə gəldi və hürməyə başladı: 

—Huuuuvvw, huuuuvvvv! 

Ona flkir verilmədiyini görüb hirsləndi. 




 

Milli Kitabxana  

 

 



 

200


—Karsınız nədi, görmürsünüz hürürəm? 

—Görürük ki, boğazını  yırtırsan. Amma neyniyək? 

Sənin borcun hürmək, bizim borcumuz getməkdi. Nə  qədər 

istəyirsən hür. 

Karvan aramla yoluna davam edib getdi. Gözəl bir 

fürsəti əlindən buraxdığına görə Qaplan özünü danlamaq üçün 

bir iki ağız da hürdü: 

—Uuuuaaa, uuuuaaa! 

Bax belə. 

 

 




Milli Kitabxana  

 

 



 

201 


 

 

 



 

 

 



QAPLAN ULDUZU NECƏ SÖNDÜRDÜ 

 

 

ir dəfə Qaplan ağzını göyə tutub hürürdü. Elə belə. 



Darıxdığı üçün ağzını göyə tutub zingildəyirdi. 

—Uuuuuuaaaaa! 

Gecənin bu vaxtında göydə  nə ola bilərdi?! 

Heç olmazsa gecəquşu uçsaydı, Qaplan onu məmnuniyyətlə 

qorxudardı. Amma onlar da yox idi. Yəqin ki, hardasa başqa 

yerlərdə uçurdular və onları başqa küçüklər qorxudurdular. 

Qaplanın gecəquşularını qorxudan itlərə paxıllığı tutdu və 

onların acığına bir az da bərkdən hürdü: 

—Uuaauuaauuuuuuu! 

Birdən göyün tən ortasında gözünə parlaq bir ulduz 

dəydi. Bu ulduz o qədər parlaq idi ki, az qala Qaplanın gözünü 

qamaşdıracaqdı. Qaplan həmin o sarsaq ulduza hürməyə 

başladı: 

—Uuuu! 


Səsini kəsib bir anlıq dayandı. Kəndin başqa itləri də 

ona səs verdilər. Bu lap yaxşı oldu. Qaplan bu dəfə cani-dildən 

hürdü: 

—Uuuuuuuuuuuu! 



Bir anlıq dayanıb ulduza baxdı. Eləbil ulduzun işığı 

azca azalan kimi oldu.

 

—Aha, yaxşı  əlimə düşmüsən.  İndi mən səni kömür 



kimi qaraldaram. — Bu sözləri deyib Qaplan uzun bir səslə 

uladı. O elə uladı ki, kəndin bütün itləri səslərini kəsib 

dinşədilər, görsünlər Qaplana nə olub. Amma Qaplan elə 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə