Milli Kitabxana
197
Əslində işıqda çox şey parıldadı. Əgər Qara Mirzə
onların hamısını məhv etmək niyyətinə düşsəydi kim bilir nə
olardı.
Göydə isə aləm qarışmışdı.
Buludlar dəhşətə gəlmişdilər. Bu, açıq düşmənçilik idi.
Ən yaxın dostların üzünə belə gülüb onları təhqir etmək
dözülməz idi. Buludlar sözü bir yerə qoyub Qala Buludu
dəstədən çıxartdılar. Qala Bulud öz dostlarını da götürüb aran
yerlərinə çəkildi ki, oralara yağış yağdırıb tarlaları suvarsın.
Qala Bulud gedəndən sonra buludlar belə qərara
gəldilər ki, onun Günəşlə qohumluğu varmış. Yoxsa necə ola
bilər ki, bircə gülüşüylə bu qədər şimşək və ildırım yarada bilir.
—Aydın məsələdir ki, Qala Günəşin doğmaca qardaşı-
dır — deyə Ala Bulud mübahisələrə yekun vurdu. Onu bizim
dəstəmizə yaxın qoymaq olmaz.
Sonra hər şey qaydaya düşdü. Buludlar dərəyə azca
yağış göndərməklə Qara adamlara xəbər verdilər ki, sözümüz
sözdür, sabah Günəşi məhv etməliyik.
Buludlar da silahlandılar. Nəhəng buludlar qılınc
taxdılar, qalxan götürdülər. Bir sözlə səhərin açılmasını
səbrsizliklə gözlədilər.
Günəş isə hər şeydən xəbərsiz gülümsünə-gülümsünə
dağların dalından qalxmağa başladı. O elə gülürdü ki, bu qədər
xoş təbəssümün qabağında təkcə Qara adamlar və Qara
Buludlar deyil bütün qara fikirlər əriyib heç oldu. Maraqlı bu
idi ki, Qara adamlar o saat başlarını itirdilər və qışqırdılar.
—Geri çəkilin, düşmən odlu nizələrdən istifadə edir.
Qara adamlar ağacların altında kölgəyə çevrildilər ki,
Günəş onlardan əl çəksin. Günəş isə demək olar ki, heç onları
görmürdü. Öz qızılı şölələrini səpələyirdi ki, dünyanın otu,
cücüsü, böcəyi bu şüalardan cana gəlsin.
Milli Kitabxana
198
O vaxtdan gör neçə illər keçib. Amma həmin o Qara
adamlar və Qara buludlar hələ də Günəşi yox etmək fikrindən
dönməyiblər.
Təkcə Qala bulud öz dostları ilə uzaqda gəzir. İstidən
yanan tarlaları, bağları sulayır və hərdən ildırım çaxdırmaqla
bu Qara adamlara və Qara buludlara öz nifrətini bildirir.
Qara adamlar demək olar ki, hər gecə bir yerə yığışır,
Günəşi məhv etmək haqqında danışırlar. Amma hələ ki, onlar
Günəşin gözünə belə görünə bilmirlər.
Milli Kitabxana
199
KARVANA HÜRƏN QAPLAN
u balaca küçükcüyəzin adı Qaplan idi. Kənddə
demək olar ki, onu it yerinə qoyan yox idi:
—Buna baxın, deyirdilər, Qaplan da özünü it hesab
edir.
Onu pişiklər daha çox lağa qoyduqları üçün Qaplan lap
bərk hirslənirdi.
—Eybi yoxdur — deyirdi bir gün sizə göstərərəm.
Amma həmin o gün gəlib çıxmırdı ki, çıxmırdı. Qaplan
böyüdükcə daha da qorxaq olurdu və kənddəki pişiklərin
demək olar ki, hamısı onu cırmaqlayıb vaxtında aradan çıxa
bilirdi.
Bir dəfə kəndin içindən böyük bir dəvə karvanı keçirdi.
Qaplan əvvəlcə öz həyətlərindən alçaq səslə hürməyə başladı.
—Havvvv, havvvv!
Amma ona əhəmiyyət verən olmadı. İşi belə gördükdə
Qaplan bir az ürəkləndi və həyət qapısından çölə çıxıb xeyli
aralıda gedən dəvələrə hürdü:
—Haaaavvv, haaaavvv!
Dəvələr addımlarını yavaşıtmadan gedirdilər. Onların
dodaqları aramla açılıb-yumulur, gövşəyirdilər. İri və yaraşıqlı
gözlərini qabağa zilləyərək gedir, Qaplana əhəmiyyət belə
vermirdilər. Qaplan bundan daha da cəsarətləndi və irəli cumub
karvanın beş-altı metrliyinə gəldi və hürməyə başladı:
—Huuuuvvw, huuuuvvvv!
Ona flkir verilmədiyini görüb hirsləndi.
Milli Kitabxana
200
—Karsınız nədi, görmürsünüz hürürəm?
—Görürük ki, boğazını yırtırsan. Amma neyniyək?
Sənin borcun hürmək, bizim borcumuz getməkdi. Nə qədər
istəyirsən hür.
Karvan aramla yoluna davam edib getdi. Gözəl bir
fürsəti əlindən buraxdığına görə Qaplan özünü danlamaq üçün
bir iki ağız da hürdü:
—Uuuuaaa, uuuuaaa!
Bax belə.
Milli Kitabxana
201
QAPLAN ULDUZU NECƏ SÖNDÜRDÜ
ir dəfə Qaplan ağzını göyə tutub hürürdü. Elə belə.
Darıxdığı üçün ağzını göyə tutub zingildəyirdi.
—Uuuuuuaaaaa!
Gecənin bu vaxtında göydə nə ola bilərdi?!
Heç olmazsa gecəquşu uçsaydı, Qaplan onu məmnuniyyətlə
qorxudardı. Amma onlar da yox idi. Yəqin ki, hardasa başqa
yerlərdə uçurdular və onları başqa küçüklər qorxudurdular.
Qaplanın gecəquşularını qorxudan itlərə paxıllığı tutdu və
onların acığına bir az da bərkdən hürdü:
—Uuaauuaauuuuuuu!
Birdən göyün tən ortasında gözünə parlaq bir ulduz
dəydi. Bu ulduz o qədər parlaq idi ki, az qala Qaplanın gözünü
qamaşdıracaqdı. Qaplan həmin o sarsaq ulduza hürməyə
başladı:
—Uuuu!
Səsini kəsib bir anlıq dayandı. Kəndin başqa itləri də
ona səs verdilər. Bu lap yaxşı oldu. Qaplan bu dəfə cani-dildən
hürdü:
—Uuuuuuuuuuuu!
Bir anlıq dayanıb ulduza baxdı. Eləbil ulduzun işığı
azca azalan kimi oldu.
—Aha, yaxşı əlimə düşmüsən. İndi mən səni kömür
kimi qaraldaram. — Bu sözləri deyib Qaplan uzun bir səslə
uladı. O elə uladı ki, kəndin bütün itləri səslərini kəsib
dinşədilər, görsünlər Qaplana nə olub. Amma Qaplan elə
Dostları ilə paylaş: |