“Dədə Qorqud”un möcüzələr dünyası
34
məyib. Halbuki bu cəhət “Kitab”da aydın şəkildə ifadə olunub:
“Kişi, qoynunda yatan həlalına sirrin deməzmi olur” (D-242).
Yuxarıda qeyd etdik ki, “Kitab”a istinad etməmək bir sıra
səhv nəticələrin meydana çıxmasına səbəb olur. Bu mənada qo-
humluq münasibəti bildirən “həyat yoldaşı” anlamlı “yoldaş” sö-
zünün dilçiliyimizdəki ümumi mənzərəsini nəzərdən keçirək;
F.Ağayeva arvad və yoldaş sözlərini sinfi jarqon kon-
tekstində təqdim edir, “yoldaş” sözünün (arvad mənasında) bir
evfemizm kimi yeni yarandığını isə C.Cabbarlı və M.İbrahimov-
dan gətirdiyi dialoqlarla, eyni zamanda F.Köçərlinin fikirlərinə
istinad etməklə əsaslandırmağa çalışır: “F.Köçərli keçmişdə
qadınların vəziyyətindən bəhs edən “həqiqi gözəllik və hərəkətsiz
nisfimiz” adlı məqaləsində göstərir ki, “arvad tayfası” anadan
kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və
yoldaşına “ər” və “yoldaş” deməyib, sahibim deyir... Sinfi jarqon
baxımından haqqında mübahisə və mübarizələr gedən sözlərdən
biri də “arvad” sözüdür. C.Cabbarlının “Yaşar” pyesində kəndli
qızı Yaqut sanki “arvad” sözünün evfemizmlə əvəzlənməsindən
nisgilli-nisgilli danışır:
“Yaqut. ... O sizinlə gələn arvad kimdir?
Yaşar. O mənim yoldaşımdır.
Yaqut. Yoldaşın, yəni arvadın da...
Yaşar. Yox mənim arvadım yoxdur, evlənməmişəm. Xalis
subayam ki, varam.
Yaqut. Burada indi adamlar öz arvadlarına yoldaş da deyirlər
axı”.
Bu söz ətrafında gedən çəkişmələr indi də davam etməkdə-
dir. M.İbrahimovun “Kəndçi qızı” komediyasından misal:
“Vahid. ... Elə qız ki, mənə arvad olsun.
Ayxanım. Arvad yox, yoldaş.
Vahid. İkisi də birdir.
“Dədə Qorqud”un möcüzələr dünyası
35
Ayxanım. Yox, bir deyil...”
1
.
A.Aslanov evfemizmlərə müxtəlif bucaqlardan münasibət
bildirsə də, həyat yoldaşı ifadəsinin son zamanlarda yarandığını
göstərir: “Hətta kişilər başqasının qadınının adını çəkməyi belə
qəbahət hesab edirlər. Buna görə də bəzən filankəsin əyalı, filan-
kəsin zövcəsi, Əhmədin külfəti kimi ifadələr işlədirlər. Özünün və
ya başqasının qadınının, kişisinin adını çəkmək o dərəcədə
qəbahət hesab edilirdi ki, hətta danışan şəxs onların adları əvəzinə
evfemizmlər işlətməklə kifayətlənməyir, üstəlik üzrxahlıq edir.
Son zamanlarda mənim arvadım əvəzinə həyat yoldaşım, ömür
yoldaşım kimi yeni evfemistik ifadələr yaranmışdır ki, bu da tabu
ilə əlaqədardır”;
2
B.Xəlilov həyat yoldaşı, ömür-gün yoldaşı kimi ifadələri
tabu sözlər hesab edir, eyni zamanda bu tip sözlərin milli-mənəvi
dəyərlərlə bağlı olduğunu qeyd edir: “Tabu sözlərin bir qismi
mental xüsusiyyət, milli-mənəvi dəyərlərlə bağlı olaraq meydana
çıxır. Məsələn: özünün və ya başqasının qadınının, kişisinin adını
çəkmək üçün (müsəlman aləmində ad çəkmək qəbahət hesab
olunmuşdur) həyat yoldaşım, ömür-gün yoldaşım, uşaqların atası,
uşaqların anası və s. ifadələr işlədilir”
3
.
“Yalnız mənası təzə olan neologizmlər semantik neologizm
adlanır”, – deyən A.Qurbanov yazır: “...yoldaş sözü əvvəllər birgə
səfərə çıxan, yol gedən mənasını bildirdiyi halda, indi həyat
yoldaşı, həmfikir və s. mənaları ifadə edir”
4
.
H.Həsənov yoldaş sözünün “arvad” mənasında işlənmə tari-
xini konkret olaraq göstərməsə də, onun izahlarından, xüsusən də
fikri təsdiq üçün təqdim etdiyi nümunələrdən belə anlaşılır ki,
“həyat yoldaşı” anlamlı “yoldaş” sözü sovet dövrünün məhsu-
1
Z.Verdiyeva, F.Ağayeva, M.Adilov. Azərbaycan dilinin semasilogiyası. Bakı,
1979, s.45-46.
2
Müasir Azərbaycan dili. I cild, Bakı, 1978, s.225.
3
B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, s.200.
4
A.Qurbanov. Müasir Azərbaycan dili. Bakı, 1985, s.224.
“Dədə Qorqud”un möcüzələr dünyası
36
ludur: “Sözün mənaca dəyişməsi nəticəsində mənaca genişlənən
sözlərə istismar, imtahan, böyük yoldaş və s. leksik vahidləri gös-
tərmək olar. Burada ilk əsas məna qalmaqla yeni mənalar meyda-
na gəlmişdir... imtahan – hər hansı bir fənn üzrə keçirilən yoxla-
ma, imtahan komissiyası, sınaq – məni imtahana çəkir: yoldaş-
dost, rəfiq-məktəb yoldaşı, vətəndaş - bir yoldaş sizi soruşurdı,
arvad-həyat yoldaşı...”
1
.
Fikrimizcə, yuxarıda adları çəkilən müəlliflər (onların sayını
artırmaq da olar) üç mənbəni nəzərə almayıblar: 1) “Kitab”ı; 2)
Azərbaycan dili şivələrini; 3) “Kitab”ın rus dilinə V.V.Bartold
tərəfindən tərcüməsini. Bu mənbələrdəki faktları ayrılıqda
nəzərdən keçirək:
“Kitab”da “yoldaş” sözünün arvadı mənasında işlənməsi
açıq-aydın şəkildə ifadə olunur: “Dəli Domrul yüz qırq yıl dəxi
yoldaşıyla yaş yaşadı” (D-169). Bu, mətnin müasir şəklində (Zey-
nalov – Əlizadə nəşri, Bakı, 1988) düzgün verilib (yoldaş=ömür
yoldaşı); haşiyə: A.Məmmədova digər qorqudşünaslardan fərqli
olaraq “yoldaş” sözünün həm də “həyat yoldaşı” mənasında işlən-
diyini göstərir: halal – xatun – övrət – yoldaş, “arvad, həyat yol-
daşı”: Qaçan Qazan evin yağmalatsa, halalınıŋ əlin alur, dışra çı-
qardı...; Əzrayıl xatunıŋ canın olmağa gəldi. Adəmlər əvrəni yol-
daşına qıyamadı; Övrətiŋdəŋmi ögrəndiŋ sən bu işi, qavat?! Bu
sözlərdən hər biri ayrı-ayrılıqda başqa mənalar da ifadə edə bilər
(məs.: halal – qadın, xatun – xanım, yoldaş – dost və s.). Lakin
kontekstdən asılı olaraq sinonim cərgəyə qoyduğumuz bu lek-
semlər “arvad, həyat yoldaşı” mənalarındadır”
2
.
Azərbaycan dilinin bir sıra şivələrində, o cümlədən qərb
şivələrində “arvadı” və ya əri əvəzinə “yoldaşı” sözünün işlə-
dilməsi müşahidə olunur; “A bala, yoldaşıŋ kimlərdəndir, kimin
qızıdı”; Qızım, yoldaşıŋ hası tayfadandı, kimiŋ oğludu?
1
H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, s.18-19.
2
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.79.
Dostları ilə paylaş: |