“Dədə Qorqud”un möcüzələr dünyası
40
“DƏDƏ QORQUD KITABI”NDA KİŞİ VƏ QADIN
OBRAZLARININ QOHUMLUĞU
“Kitab”da kişi və qadın obrazlarının qohumluq əlaqələri ən
az öyrənilən məsələlərdəndir. Dəqiq desək, bir sıra məqalə və
monoqrafiyalarda “Dastan”dakı qəhrəmanların qohumluq dərəcəsi
ilə bağlı izahlara təsadüf olunur. Burada bəzi faktları qeyd etməklə
kifayətlənirik: “Kitab”dakı qəhrəmanların qohumluq əlaqələrinə
dair ilk fikir söyləyənlərdən biri O.Ş.Gökyaydır. Müəllif Oğuz
bəyləri və xanımlarının qohumluq əlaqələrindən bəhs edərkən
mətndə birbaşa görünən, eyni zamanda mətn kontekstində müəy-
yənləşə bilən qohumluq münasibətlərinə aydınlıq gətirməyə çalış-
mışdır. Məsələn, “Banıçiçək” barədə yazır: “Bamsı Beyrək hika-
yesinde (III) baş yeri olan kadın. “Han” olarak sifatlanan, demək
ki Oğuz beylerinden olan Bay Bican Bey`in kızı”
1
. O.Ş.Gökyayın
bu izahı “Kitab”da tam aydın şəkildə ifadə olunub: “Bəg yigidim,
bu otağ Baybican bəg qızı Banıçiçəgiŋdir” (D-77). Yaxud “Don-
dar” barədə yazır: “Aruz”un torunu olan Dündar, genc Oğuz baha-
dırları kümesindendir”
2
. “Kitab”da Dondarın Aruzun nəvəsi ol-
ması konkret olaraq ifadə olunmayıb. Deməli, O.Ş.Gökyay Aruzla
Dondarın qohumluq əlaqəsini məhz “Kitab”ın poetik strukturuna
istinad etməklə, mətn semantikasına söykənməklə müəyyənləşdi-
rib. Burada xüsusi olaraq vurğulamaq lazım gəlir ki, O.Ş.Gökya-
yın bu cür izahları cəmi bir-iki sözü əhatə edir.
“Dastan”da bəzi adların xəsisliklə anıldığını xüsusi olaraq
qabardan K.Abdulla yazır: “... yaddaşımızın ən müxtəlif qatlarını,
dərinliklərini bir daha işə salmağa çalışaq. Hanı dediyin bəy
ərənlər, gəlimli-gedimli dünya?! Hanı?
Qıyan Səlcuq – Basatın qardaşı. Təpəgöz tərəfindən həlak
edilib.
1
O.Ş.Gökyay. Dedem Korkudun Kitabı. İstanbul, 2000, s.183.
2
Yenə orada.
“Dədə Qorqud”un möcüzələr dünyası
41
Qaragünə - Salur Qazanın qardaşı...
Qırqqunuq – Qara Çəkurun oğlu. Niqabla gəzən dörd igiddən
biri.
Alp Rüstəm – iki qardaş bəbəyin öldürüb zəlil gəzən cənga-
vər.
Əmən – Yeynəyin dayısı. Adı bəlli bəylərlə düşmən üstünə
getməyən, beş axçalı ülüfəçilər (muzdlu əsgər?) özünə yoldaş
edən Oğuz bəyi. Peyğəmbərin üzünü görən Oğuz zadəganı.
Qıyan Səlcuq oğlu Dəli Dondar – Basatın qardaşı oğlu. At
ağızlı Aruzun nəvəsi. Dəmir qapı Dərbənddəki dəmir qapını yıxıb
alan Qazanı üç dəfə atından yıxa bilən Oğuz qəhrəmanı...
Elin Qoca oğlu Alp Ərən – Əlli yeddi qələnin kilidin alan,
otuz yeddi qələ bəyinin məhbub qızları ilə eşq qılan yeganə
“qızbaz” Oğuz cəngavəri.
Dəli Budaq – Qaragünənin oğlu, Salur Qazanın qardaşı oğlu
və kürəkəni. Hamidlə Mardin qələlərini yıxıb alan cəngavər. Na-
nı?... Əslində, cavab sualda gizlənir. Sual da, cavab da böyük və
ulu Dədə Qorqudun əsrlər boyu bizə verdiyi dərslərin içində, bö-
yük və müqəddəs həyat təcrübəsinin mayasında, canındadır
1
. Bu
təqdimat bir neçə baxımdan maraqlıdır: “Kitab”da az görünən
qəhrəmanların qohumluq münasibətlərinə müəyyən qədər aydınlıq
gətirilir; qəhrəmanların bədii təyinlərindəki bir sıra gizli məqamla-
ra işıq salınır; qəhrəmanların sonrakı taleyi barədə fikir yürüdülər-
kən mətnin semantik tutumuna istinad olunur ki, bu da postmoder-
nizm baxımından dəyərlidir.
Qorqudşünaslığın son nailiyyətləri göstərir ki, kişi və qadın
obrazlarının qohumluq münasibətləri K.Əliyevin də diqqətindən
yayınmayıb. Müəllif Aruz haqqında belə yazır: “...Bəs daha geniş
mənada Aruz kimdir? İlk anlamda Dış Oğuzun ağsaqqalı, Qazan
xanın dayısı”
2
. Yaxud Qazan xanla Uruzun, Bayındır xanla
Uruzun qohumluğunu obrazlı desək, Dədə Qorqudsayağı təqdim
1
K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.343-344.
2
K.Əliyev.Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, s.43.
“Dədə Qorqud”un möcüzələr dünyası
42
edir: “Uruz bəylərbəyi Qazan xanın oğlu, hətta bir az irəli getmiş
olsaq, xanlar xanı Bayındır xanın nəvəsidir... Uruz tanınmaq area-
lına görə belə qəhrəmandır, çünki o, Qazan xanın oğlu, Bayındır
xanın nəvəsidir”
1
.
Bu qeydlər onu deməyə əsas verir ki, problemə kompleks və
sistemli şəkildə yanaşılmayıb. Fikrimizcə, bütövlükdə “Kitab”ın
poetik strukturuna mətn semantikası kontekstində yanaşılarsa, bir
sıra gizli qatları asanlıqla müəyyənləşdirmək olar. Məsələn, dəqiq-
ləşdirmək olar ki, Aruzla Qam Ğan uzaq qohumluq xəttində birlə-
şir: Aruz, Qam Ğanın oğlu Bayındır xanın qudası Ulaşın qaynıdır;
Qam Ğan, Aruzun bacısı oğlu Qazanın qayınatası Bayındırın
atasıdır. Yaxud Uruzla Dondarın uzaq qohumluğuna bir aydınlıq
gətirmək olar: Dondar, Uruzun atasının dayısı nəvəsidirsə, Uruz
da Dondarın atasının bibisi nəvəsidir (sonrakı səhifələrə bax).
“Kitab”da işlənmiş ata, baba, dədə, oğul, qız, qardaş kimi
qohumluq bildirən sözlər monoqamiya (təknikahlılıq, təkarvadlı-
lıq) dövründə yaranmış vahidlər hesab olunur. Bu mənada “Ki-
tab”da qohumluq əlaqələri araşdırılarkən həm də təkarvadlılıq
məsələsinə münasibət bildirmək lazım gəlir.
Yeri gəlmişkən, E.Əlibəyzadə “Kitab”da çoxarvadlılığın mü-
şahidə olunmasından bəhs edərkən V.V.Bartoldun belə bir fikrini
verir: “Eposda çoxarvadlılıqdan əsər-əlamət yoxdur: hər bir igidin
“göz açıban gördüyü”, “könül verib sevdiyi” ancaq bir həyat
yoldaşı var”. Müəllif fikrini qüvvətləndirmək üçün C.Lyuisin də
şərhlərini təqdim edir: “Hər cür imkan və şəraitə baxmayaraq,
“Oğuz bəylərinin ancaq bir arvadı olur” və ömürlərinin sonunadək
ona sadiq qalırlar”
2
.
“Kitab”dakı kişi və qadın obrazları, əsasən, üç istiqamətdə
qruplaşdırılır: Oğuz bəyləri, Oğuz xanımları, kafirlər (yaxud kafir
bəyləri). Bu baxımdan “Kitab”dakı kişi və qadın obrazlarının
qohumluq əlaqələrini məhz həmin istiqamətlərə uyğun şəkildə
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”.Bakı,2011,s.52-53.
2
E.Əlibəyzadə. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, s.28.
Dostları ilə paylaş: |