“Dədə Qorqud”un möcüzələr dünyası
30
yayılıb ümumtürk dillərinin zonasında işlənən bir söz olduğunu
göstərir.
S.Y.Malov Gültəkin abidəsinin böyük mətnində və Tonyu-
kuk abidəsində bu felin qozğan variantını göstərərək, onun əldə
etmək (приобработать, добывать), əldə etmək üçün hərislik gös-
tər, qibtə et və qısqanclıq göstərmək (ревновать) mənalarında iş-
ləndiyini və oradaca Radlova əsaslanaraq qazğan felinin yeni
dövrlərdə qazan şəklinə düşdüyünü qeyd edir. ...çox güman ki,
qazan feli möhtəkirlik anlayışı ilə bağlı olan bir prosesdən əmələ
gəlmişdir”
1
.
Bu izahlardakı hərislik göstərən, qısqanclıq göstərən, möhtə-
kirlik edən anlamlı “qazan” (qazğan) sözü “Kitab”dakı “qazanı”
(yeni təqdim etdiyimiz transkripsiya) sözünün semantikası ilə
səsləşir; “...Yemək-içmək etdilər. Səgrək məst oldu. Tışra ayaq
yoluna çıqdı. Gördi kim, öksüz oğlan bir qazanı çəkişür. “Mərə
noldıŋız?” deyü bir şillə birinə, bir şillə birinə urdı... Biri aydır:
“Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə urarsan?..” (D-
256). Bu parçanı belə səciyyələndirmək olar: hər iki oğlan yetim-
dir; hər ikisi şadlıq məclisini kənardan seyr edir; hər ikisi şadlıq
məclisi qurtardıqdan sonra əldə edəcəkləri ərzağı (yeməyi) səbir-
sizliklə gözləyir; Çox güman ki, onların çəkişməsi də bu motivlə -
süfrədə qalan yeməyə kimin sahib çıxa bilməsi ilə bağlıdır. Bu
mənada həmin yazılış şəklinin “qızanı” (qız) formasında transkrip-
siyası, eyni zamanda qab-qacaq anlamlı “qazan” kimi başa düşül-
məsi mətnin semantikasına ziddir. O ki qaldı “kızanı” (qızanı)
şəklində transkripsiya və onun “dəliqanlı” mənasında yozulması-
na... Bu da mətnin semantik yükünə yapışıqlı görünmür: ona görə
ki ikinci yetim “dəliqanlı” olsa idi, Səyrəyin şilləsini cavabsız
qoymazdı. Ən azı şillə ilə cavab verərdi. Çünki “dəli nərə dəliqan-
lılığın ən qabarıq, ən nümayişkaranə və ən parlaq ifadə forması-
1
Q.Bağırov.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı.Bakı, 1971, s.103.
“Dədə Qorqud”un möcüzələr dünyası
31
dır”
1
. Bu da o deməkdir ki, həmin ac-yalavac yetimlər Səyrəkdən
ən azı üç-dörd yaş kiçik uşaqlardır.
Nəyisə əldə etməyə həris, paxıl, qısqanc anlamlı “qazanı”
sözünün sonundakı “-ı” isə -la morfemi funksiyasında çıxış edir.
Diqqətçəkən məqamlardan biri də budur ki, həmin yazılış şəklini
müxtəlif cür yozanlar da “-ı” şəkilçi morfemini (birgəlik – alət
halın arxaikləşmiş forması) məhz “-la” kimi sadələşdirib: qızla
(F.Zeynalov və S.Əlizadə); dəliqanlıyla (A.Hacıyev).
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.108.
“Dədə Qorqud”un möcüzələr dünyası
32
QORQUDŞÜNASLAR, DİLÇİLƏR YAZIR,
“DƏDƏ QORQUD KİTABI” TƏKZİB EDİR
Son əlli ildə araşdırma obyekti olan abidələrimiz sırasında,
heç şübhəsiz ki, “Kitab”ın yeri birincidir. Nə qədər qəribə görün-
sə də, biz “Kitab”ı öyrəndiyimiz, araşdırdığımız kimi, “Kitab”da
bizi öyrədir, bizə borclu qalmır, mənəvi dünyamızın qaranlıq
səhifələrinə işıq salır. Bu məqamda Kamal Abdullanın bir fikri
yada düşür: “Bu gün də hətta bir çox mənəvi bəşəri dəyərləri o
uzaq Qorqud dövrünə aparmaq necə də cəlbedici görünür... Oğuz
cəmiyyətində hər hansı bir keyfiyyəti və ya dəyəri mütləq tam
şəkildə, bütün mənfi-müsbəti ilə, hərtərəfli götürməliyik. Çünki
yalnız belə olarsa, obyektiv həqiqət ortaya çıxa bilər”
1
. Bu
baxımdan “Kitab”ın ən mötəbər mənbə olduğu unudulmamalı, ona
zərgər dəqiqliyi ilə yanaşılmalı, onun nəinki mikro və makromətn-
ləri, hətta hər sözü, səsi belə diqqətdən yayınmamalıdır. Təəssüf
ki, bəzən bunun əksini görürük. Konkret desək, düzgün olmayan
transkripsiyaların, “Kitab”da öz çəksini real olaraq tapmayan bir
sıra məsələlərin “Kitab”a zorla aid edilməsinin, “Kitab”a istinad
olunmadığı üçün çıxarılmış nəticələrin qeyri-dəqiqliyinin şahidi
oluruq. Açığını deyim ki, bir sıra yazılarımda həmin məsələlərə az
da olsa münasibət bildirmişdim... Amma “Kitab”la bağlı qeyri-
dəqiq fikirlərin əhatə dairəsinin genişlənməsi problemə yenidən
qayıtmaq zərurəti yaradır. İlk olaraq qeyd edim ki, bu vaxta qədər
müəyyənləşdirdiyim nöqsanların, daha doğrusu, yanlış izahların
bir hissəsi aşağıdakılardır:
– “Kitab”ın nə Drezden, nə də ki Vatikan nüsxəsində “Gəli-
nə ayran demədim mən Dədə Qorqud” misrası ilə başlanan şeir
parçası yoxdur. Alimlərimizin bəziləri isə həmin şeir parçasının
“Kitab”da olduğunu göstərir;
1
K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.302.
“Dədə Qorqud”un möcüzələr dünyası
33
– bir sıra qorqudşünasların fikrincə, “Kitab”da dağ qayınata
statusunda çıxış edir, Oğuz qadını dağı görəndə yaşmaqlanır.
Halbuki “Kitab”da bu cür hadisələrin təsvirinə rast gəlinmir;
– təkcə sadə vətəndaşlarımız yox, hətta bəzi elm adamları-
mız “Dədə Qorqud” filminə əsaslanaraq deyirlər ki, “Kitab”da
Günel və Tural obrazları var. Bu səhvi etməmək üçün “Kitab”a
müraciət etmək, onu oxumaq lazımdır;
– “Uruz xub söylədi, şəkər yedi” cümləsindəki gözəl danış-
maq, xoş danışmaq anlamlı “şəkər yemək” ifadəsinin şirni, şəkər,
şirin şey mənasında, yaxud “Bədəvi atlar issin görüb oğradıqda”
cümləsindəki kişnəmək anlamlı “oğramaq” sözünün oğru (başqa-
sına məxsus əşyanı gizlincə götürüb mənimsəmək) mənasında
təqdiminə təsadüf olunur. Heç şübhəsiz ki, bu, birbaşa “Kitab”ı
linqvopoetik baxımdan normal mənimsəməməklə bağlıdır;
– qön (gön) sözünün “qum” (D-176), atam sözünün “anam”
(D-232) şəklində təqdimi “Kitab”ın bütün nəşrlərində müşahidə
olunur ki, bu da həmin tip cümlələrin semantikasını olduğu kimi
qavramağa imkan vermir;
– Buğac adının izahı “Kitab”da tam aydın şəkildə verilsə də
(Bir buğa öldürmüş səniŋ oğlıŋ, adı Buğac olsun), bəzi alimləri-
miz heç bir əsas olmadan onu “buğaya qalib gələn xaç – od” kon-
tekstində izah edir...
– Drezden nüsxəsinin 121-ci səhifəsindəki “məlikin” sözü
“Kitab”ın 1988-ci il Bakı nəşrində “bəgin” sözü ilə əvəz edilib,
daha dəqiqi, “Baybican məlikin” birləşməsi “Baybican bəgin”
birləşməsi şəklində verilib: “Baybörə bəgiŋ oğlancuğı Beyrək
Baybican bəgin qızın aldı” (bax: Kafirlərin qohumluğu);
Banıçiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım!”
ifadəsindəki “qodığım” feli sifəti “Kitab”ın 1988-ci il Bakı nəşrin-
də “qoyduğum” deyil, “qoyacağım” şəklində sadələşdirilib ki, bu
da mətni olduğu kimi başa düşməyə imkan vermir (bax: Banıçi-
çəyin qohumluğu);
– “Kitab”dakı “kişi” sözünün həm də qadının əri, həyat yol-
daşı mənasında işlənməsinə, demək olar ki, münasibət bildiril-
Dostları ilə paylaş: |