“Dədə Qorqud”un möcüzələr dünyası
55
Yuxarıdakı qohumluq əlaqələrini (sonuncular nəzərdə tutu-
lur) dayı-bacıoğlu müstəvisində araşdıran S.Rzasoyun fikirləri
maraq doğurur: “...İç Oğuz – Daş Oğuz münasibətləri qohumçuluq
(qohumluq – Ə.T.) korrelyasiya oxunu ortaya qoymuş olur...
Qazan-Aruz və Beyrək-Aruz qoşalıqları İçoğuzların Daşoğuzla-
rın bacısı uşaqları olması korelyativ oxu ilə birləşir. İlk baxışdan
adama elə gəlir ki, sonuncu boy süjetinin epik konfliktinin kon-
tekstində Dayı – Bacıoğlu qoşalığının təhlil səviyyəsi kimi götü-
rülməsi təsadüfidir. Ancaq yada salaq ki, sonuncu boyda məhz bu
model (Aruzun Qazanın dayısı olması və Beyrəyin Daşoğuzlar-
dan qız alması) xüsusi olaraq qabardılır (süjet aktuallığı qaza-
nır)... Diqqət edək: Qazan Aruzun bacısı oğludur. Beyrək daş-
oğuzlardan qız almışdır. Bu iki informasiya bloku paradiqmatik
düzümdə semiotik aspekti ortaya qoymuş olur:
Qazan Aruzun bacısı oğludur
Beyrəyin uşağı Daşoğuzların bacısı oğludur
Daşoğuzlu qızdan doğulmuş Qazanla Beyrəyin daşoğuzlu
qızdan doğulacaq potensial uşağı eyni sütunda dayanır və Bacı-
oğlu invarinatına girir...”
1
. Bu fikirləri belə səciyyələndirmək
olar:
– bir sıra paradiqmatik düzümlərdə semiotik aspektlər müəy-
yənləşdirilib ki, bu da “Kitab”ı linqvopoetik baxımdan tam
mənimsəmədən mümkün deyil;
– bərpa olunan strukturlar “Kitab”ın poetik sistemi və se-
mantikası ilə birbaşa bağlanır;
– semiotik aspektin nəticəsi olaraq verilmiş sxem assosiativ
olaraq “Qazanla Beyrəyin oğlu xalaoğludur” qənaətini də
reallaşdırır ki, bu da “Kitab”ın semantik yükünə uyğun gəlir.
K.Abdulla isə “Kitab”dakı dayı-bacıoğlu münasibətlərini
daha çox dayının fetişi və ananın fetişi kontekstində araşdırıb:
1
S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.101-102.
“Dədə Qorqud”un möcüzələr dünyası
56
“...Dayı ilə bacıoğlu münasibətlərinin fetişləşdirilməsi, başqa şə-
kildə desək, adi avankulat olan bu hal Dastanda açıq şəkildə ol-
masa da, hər halda Qazan-Aruz münasibətlərində öz əksini tapır.
Aydındır ki, dayının fetişi ananın fetişi ilə, yəni bütövlükdə götür-
sək, matriarxatın bizim təhlilin dilində desək, keşmişlə bağlı bir
haldır və bu mənada dayı öz-özlüyündə artıq köhnəni simvolizə
edən bir qüvvə kimi özünü göstərir. Dayı timsalında köhnəyə -
keçmişə münasibət Qazanın, Beyrəyin ölümü ilə əlaqədar gördüyü
tədbirlərdə də öz əksini tapır”
1
.
“Kitab”ın poetik strukturundan aydın olur ki, Qazanın anası
Aruzun bacısıdır, yəni Aruz Qazanın dayısıdır. Beyrək də Aruzun
nəslindən qız alıb, yəni qayınatası Baybicanla Aruz eyni nəsildən-
dir: “...Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir”. (D-
295). Bu mənada Beyrəyin digər qohumluq dərəcəsini, daha
doğrusu, uzaq qohumluğunu şərti olaraq belə bərpa etmək olar:
bacanağı – Ulaş (Qazanın atası)
bacanağının qudası – (Ulaşın qudası Bayındır)
bacanağının qudasının atası – Qam Ğan (Ulaşın qudası
Bayındırın atası)
bacanağının oğlu – Qazan (Ulaşın oğlu)
bacanağının oğlu – Qaragünə (Ulaşın oğlu)
bacanağıının oğlunun arvadı – Burla xatun (Qazanın arvadı)
bacanağının oğlunun qayınatası – Bayındır (Qazanın qayına-
tası)
bacanağının nəvəsi – Uruz (Ulaşın nəvəsi)
bacanağının nəvəsi – Qarabudaq (Ulaşın nəvəsi)...
Bu şəcərəyə əsaslanmaqla “Kitab”dakı başqa qohumluq əla-
qələrinə də işıq salmaq olar: Banıçiçək – Qazanın dayısı qızı kimi,
Beyrək – Qazanın dayısı qızının əri kimi, Qazan – Banıçiçəyin
bibisi oğlu kimi, Uruz – Banıçiçəyin bibisi nəvəsi kimi götürülə
bilər. Belə bir qohumluq əlaqəsi assosiativ olaraq bəzi məqamları
da yada salır: Aruz tərəfindən qılınclanmış Beyrək can verərkən
1
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.43-44.
“Dədə Qorqud”un möcüzələr dünyası
57
Banıçiçəyin gələcək taleyini də düşünür. O istəmir ki, “üç öpüb –
bir dişləyib, qızıl üzüyü barmağına taxdığı” Banıçiçək ömrünü
Basatla çürütsün (qeyd etdiyimiz kimi, Basat Banıçiçəyin əmiza-
dəsidir): “Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-
299). Əksinə, təkidlə deyir ki, Qazan Banıçiçəyi oğluna (Uruza)
alsın: “Qazan maŋa yetişsün. Mənim qanım Aruza qomasun. Ağca
yüzlü görklümi oğlına alı versün” (D-299). Boyun, həm də
“Kitab”ın sonunda bəlli olur ki, Qazan Beyrəyin qanını dayısından
alır: “...Qaragünə atdan endi. Aruzın başın kəsdi” (D-302). Bu
detal isə Banıçiçəyin sonrakı taleyi ilə bağlı müəyyən süjetləri
bərpa etməyə imkan yaradır: göz açaraq gördüyü, könül verib
sevdiyi Beyrəyin ölüm xəbərini eşidəndə payız alması kimi al
yanağını dartan, yırtan Banıçiçək Basata yox, Uruza könül verir,
qayınatası Qazanın, qayınanası Burla xatunun hörmət və məhəb-
bətini qazanır, xanımlar xanımı Burla xatunun ən layiqli davam-
çısı statusunda çıxış edir... Onu üç öpüb, bir dişləyən Beyrəyi isə
qəlbinin dərinliklərində saxlayır, şam kimi yandığını, için-için
ağladığını bir kimsəyə bildirmir, taleyin hökmü ilə barışır...
Bəkil. Etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Konkret
desək, gözləmək, qorumaq, elin bəyi və s. kimi mənalarda izah
olunub. Bəkilin qohumluq münasibətlərini əks etdirən nümunələrə
isə az təsadüf olunur: Oğlancıqları qarşu gəldi, oxşamadı (D-238);
Oğlancuğı Əmran bəhadır babasına qarşu gəldi (D-240); Xatun
ayıtdı: ...Kişi, qoynında yatan həlalına sirrini deməzmi olur? (D-
242). Bu cümlələrin semantik yükü Bəkilin qohumluq dərəcəsi ilə
bağlı aşağıdakıları qeyd etməyə imkan verir:
babası və nənəsi, atası və anasının kimliyini əks etdirən
nümunələrə rast gəlinmir
arvadı (xatunu, halalı) – mətndə adı çəkilməsə də, əsas
obrazlardan biri kimi çıxış edir
oğlu – Əmran
digər oğlu – mətndə ona birbaşa işarə olunur
(yuxarıdakı nümunələrə bax)
Dostları ilə paylaş: |