Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə18/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   14   15   16   17   18   19   20   21   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

55

 

Yuxarıdakı qohumluq əlaqələrini (sonuncular nəzərdə tutu-



lur) dayı-bacıoğlu müstəvisində araşdıran S.Rzasoyun fikirləri 

maraq doğurur: “...İç Oğuz – Daş Oğuz münasibətləri qohumçuluq 

(qohumluq – Ə.T.) korrelyasiya oxunu ortaya qoymuş olur... 

Qazan-Aruz və Beyrək-Aruz qoşalıqları  İçoğuzların Daşoğuzla-



rın bacısı uşaqları olması korelyativ oxu ilə birləşir. İlk baxışdan 

adama elə gəlir ki,  sonuncu boy süjetinin epik konfliktinin kon-

tekstində Dayı – Bacıoğlu qoşalığının təhlil səviyyəsi kimi götü-

rülməsi təsadüfidir. Ancaq yada salaq ki, sonuncu boyda məhz bu 

model (Aruzun Qazanın dayısı olması və Beyrəyin Daşoğuzlar-

dan qız alması) xüsusi olaraq qabardılır (süjet aktuallığı qaza-

nır)... Diqqət edək: Qazan Aruzun bacısı  oğludur. Beyrək daş-

oğuzlardan qız almışdır. Bu iki informasiya bloku paradiqmatik 

düzümdə semiotik aspekti ortaya qoymuş olur: 

 

 

Qazan Aruzun  bacısı oğludur 



Beyrəyin uşağı Daşoğuzların bacısı oğludur 

 

Daşoğuzlu qızdan doğulmuş Qazanla Beyrəyin daşoğuzlu 



qızdan doğulacaq potensial uşağı eyni sütunda dayanır və  Bacı-

oğlu invarinatına girir...”

1

. Bu fikirləri belə  səciyyələndirmək 



olar: 

– bir sıra paradiqmatik düzümlərdə semiotik aspektlər müəy-

yənləşdirilib ki, bu da “Kitab”ı linqvopoetik baxımdan tam 

mənimsəmədən mümkün deyil; 

– bərpa olunan strukturlar “Kitab”ın poetik sistemi və se-

mantikası ilə birbaşa bağlanır; 

– semiotik aspektin nəticəsi olaraq verilmiş sxem assosiativ 

olaraq “Qazanla Beyrəyin oğlu xalaoğludur”  qənaətini də 

reallaşdırır ki, bu da “Kitab”ın semantik yükünə uyğun gəlir. 

K.Abdulla isə “Kitab”dakı dayı-bacıoğlu münasibətlərini 

daha çox dayının fetişi və ananın fetişi kontekstində araşdırıb: 

                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.101-102. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

56

 

“...Dayı ilə bacıoğlu münasibətlərinin fetişləşdirilməsi, başqa  şə-



kildə desək, adi avankulat olan bu hal Dastanda açıq  şəkildə ol-

masa da, hər halda Qazan-Aruz münasibətlərində öz əksini tapır. 

Aydındır ki, dayının fetişi ananın fetişi ilə, yəni bütövlükdə götür-

sək, matriarxatın bizim təhlilin dilində desək, keşmişlə bağlı bir 

haldır və bu mənada dayı öz-özlüyündə artıq köhnəni simvolizə 

edən bir qüvvə kimi özünü göstərir. Dayı timsalında köhnəyə - 

keçmişə münasibət Qazanın, Beyrəyin ölümü ilə əlaqədar gördüyü 

tədbirlərdə də öz əksini tapır”

1



“Kitab”ın poetik strukturundan aydın olur ki, Qazanın anası 



Aruzun bacısıdır, yəni Aruz Qazanın dayısıdır. Beyrək də Aruzun 

nəslindən qız alıb, yəni qayınatası Baybicanla Aruz eyni nəsildən-

dir: “...Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir”. (D-

295). Bu mənada Beyrəyin digər qohumluq dərəcəsini, daha 

doğrusu, uzaq qohumluğunu şərti olaraq belə bərpa etmək olar: 

bacanağı – Ulaş (Qazanın atası) 

bacanağının qudası – (Ulaşın qudası Bayındır) 

bacanağının qudasının atası – Qam Ğan (Ulaşın qudası 

Bayındırın atası) 

bacanağının oğlu – Qazan (Ulaşın oğlu) 

bacanağının oğlu – Qaragünə (Ulaşın oğlu) 

bacanağıının oğlunun arvadı – Burla xatun (Qazanın arvadı) 

bacanağının oğlunun qayınatası – Bayındır (Qazanın qayına-

tası) 


bacanağının nəvəsi – Uruz (Ulaşın nəvəsi) 

bacanağının nəvəsi – Qarabudaq (Ulaşın nəvəsi)... 

Bu şəcərəyə əsaslanmaqla “Kitab”dakı başqa qohumluq əla-

qələrinə də işıq salmaq olar: Banıçiçək – Qazanın dayısı qızı kimi, 

Beyrək – Qazanın dayısı  qızının  əri kimi, Qazan – Banıçiçəyin 

bibisi oğlu kimi, Uruz – Banıçiçəyin bibisi nəvəsi kimi götürülə 

bilər. Belə bir qohumluq əlaqəsi assosiativ olaraq bəzi məqamları 

da yada salır: Aruz tərəfindən qılınclanmış Beyrək can verərkən 

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.43-44. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

57

 

Banıçiçəyin gələcək taleyini də düşünür. O istəmir ki, “üç öpüb – 



bir dişləyib, qızıl üzüyü barmağına taxdığı” Banıçiçək ömrünü 

Basatla çürütsün (qeyd etdiyimiz kimi, Basat Banıçiçəyin əmiza-

dəsidir): “Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-

299).  Əksinə, təkidlə deyir ki, Qazan Banıçiçəyi oğluna (Uruza) 

alsın: “Qazan maŋa yetişsün. Mənim qanım Aruza qomasun. Ağca 

yüzlü görklümi oğlına alı versün” (D-299). Boyun, həm də 

“Kitab”ın sonunda bəlli olur ki, Qazan Beyrəyin qanını dayısından 

alır: “...Qaragünə atdan endi. Aruzın başın kəsdi” (D-302). Bu 

detal isə Banıçiçəyin sonrakı taleyi ilə bağlı müəyyən süjetləri 

bərpa etməyə imkan yaradır: göz açaraq gördüyü, könül verib 

sevdiyi Beyrəyin  ölüm xəbərini eşidəndə payız alması kimi al 

yanağını dartan, yırtan Banıçiçək Basata yox, Uruza könül verir

qayınatası Qazanın, qayınanası Burla xatunun hörmət və  məhəb-

bətini qazanır, xanımlar xanımı Burla xatunun ən layiqli davam-

çısı statusunda çıxış edir... Onu üç öpüb, bir dişləyən Beyrəyi isə 

qəlbinin dərinliklərində saxlayır,  şam kimi yandığını, için-için 

ağladığını bir kimsəyə bildirmir, taleyin hökmü ilə barışır... 

Bəkil. Etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Konkret 

desək, gözləmək, qorumaq, elin bəyi və s. kimi mənalarda izah 

olunub. Bəkilin qohumluq münasibətlərini əks etdirən nümunələrə 

isə az təsadüf olunur: Oğlancıqları qarşu gəldi, oxşamadı (D-238); 

Oğlancuğı  Əmran bəhadır babasına qarşu gəldi (D-240); Xatun 

ayıtdı: ...Kişi, qoynında yatan həlalına sirrini deməzmi olur? (D-

242). Bu cümlələrin semantik yükü Bəkilin qohumluq dərəcəsi ilə 

bağlı aşağıdakıları qeyd etməyə imkan verir: 

babası  və  nənəsi, atası  və anasının kimliyini əks etdirən 

nümunələrə rast gəlinmir  

arvadı (xatunu, halalı) – mətndə adı  çəkilməsə  də,  əsas 

obrazlardan biri kimi çıxış edir 

oğlu – Əmran 

digər oğlu – mətndə ona birbaşa işarə olunur 

(yuxarıdakı nümunələrə bax) 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə