Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə16/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   12   13   14   15   16   17   18   19   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

49

 

lüb. Qeyd edək ki, qorqudşünaslıqda  Ğəflət qoca “qoqar”, İlək 



qoca isə ilik (eliq) etnonimi ilə əlaqələndirilir. Buŋlu qoca ilə Ya-

pağlu qoca isə, əslində, adi adamlar deyil. ən azı ona görə ki, Tə-

pəgöz kimi qaniçənin yemək bişirəni statusunda çıxış edirlər. Həm 

də bu statusu reallaşdıran müdriklər müdriki Dədə Qorquddur: 

“Dədə Qorqud döndi. Oğuza gəldi. Aydır: “Buŋlu qoca ilə Yapağ-

lu qocayı Dəpəgözə verüŋ, aşın pişürsün!” (D-220).  

– “toquz qoca başları” rütbəsindəki “toquz” uğurlu, sakral bir 

rəqəm kimi düşünülə bilir. Bu da M.Kaşğarinin “Divan”ında iş-

lənmiş “tokuz tuğluğ xan=doqquz tuğlu xan və ya xaqan” ifa-

dəsindəki “tokuz” sözü ilə eyni xətdə birləşir: “Xanın vilayəti nə 

qədər çox, dərəcəsi nə qədər yüksək olursa-olsun, tuğu doqquzdan 

artıq ola bilməz. Çünki bu, uğurlu rəqəmdir” (MK. III, Bakı, 2006, 

s.135.). 

Basat. VIII boyun əsas qəhrəmanlarından biridir; XII boyda 

da müşahidə olunur. Basat adının mənası barədə 1999-cu ildə 

“boy”un semantik tutumuna əsasən söylədiklərimi cüzi dəyişmə-

lərlə yenidən təqdim etməyi məqsədəuyğun bilirəm: “İgidlik sim-

vollu Basat şəxs adında “at basubən” feli birləşməsinin (“...apul-

apul yürüyişi adam kibi. “At basubən, qan sümürər” cümləsindəki 

birləşmə  nəzərdə tutulur) sintaktik-semantik yükü daşlaşmış  və-

ziyyətdədir. Dəqiq desək, “at basubən” birləşməsində -uban feli 

bağlama  şəkilçisi ellipsisə uğramış, qeyri-müəyyən təsirlik halda-

kı “at” zooleksemi isə “bas” felindən sonra işlənmişdir: at basu-

bən=at bas=basat (Basat)”

1

. Bir sıra ifadələrdə Basatın səciyyəvi 



cəhətləri göstərilir, igidliyi qabardılır. Onun bədii təyini kimi çıxış 

edən bəzi misralara diqqət yetirək: 

 

Avcına sığmayan əlüklü oxlı, 



Ərdil təkə buynızından qatı yaylı 

İç Oğuzda, Taş Oğuzda adı bəllü, 

Aruz oğlı xanım Basat, maŋa mədəd! 

                                                            

1

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, s.68. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

50

 

Bu misralarda Basatın iki keyfiyyəti açıq-aydın görünür: 



lələkli oxu ovucuna sığmır, bərk yayı təkə buynuzundandır; adı İç 

Oğuz və Daş Oğuzda məşhurdur. 

“...Mənim adım sorarsaŋ – Aruz oğlı Basatdır” cümləsinin 

məna yükü Basatın qohumluq əlaqələrini dəqiqləşdirməyə, əsasən, 

kifayət edir (bax: Aruzun qohumluq əlaqələri). Amma dəqiq-

ləşdirmə prosesində Basatın dilindən verilmiş bir sıra cümlələrin 

də rolunu inkar etmək olmaz. Belə ki, həmin cümlələrdə Basat 

doğma qardaşı “Qıyan”ın adını konkret olaraq ifadə edir: “Qarın-

daşım Qıyanı öldür-mişsən”. Basatın dilindən verilmiş bu misraya 

sintaktik bütöv daxilində nəzər salaq:  

 

“Mərə qavat! Ağ saqallu babamı ağlatmışsan,  



Qarıcıq ağbirçəklü anamı bozaltmışsan. 

Qarındaşım Qıyanı öldürmişsən. 

Ağca yüzlü yengəmi tul eləmişsən. 

Ala gözlü bəbəklərin öksüz qomışsan....” 

Məhz bu tip parçaların sintaktik-semantik tutumuna söykən-

məklə bir neçə məsələyə aydınlıq gətirmək olar: Təpəgöz Basatın 

atasını ağladıb, anasını incidib, Qıyan adlı qardaşını öldürüb, yen-

gəsini (böyük qardaşının arvadını) dul, uşaqlarını yetim qoyub... 

Burada bir cəhəti də qeyd etmək lazım gəlir: digər sintaktik bü-

tövlərdə Qıyan Səlcikin arvadı və uşaqları barədə informasiyalara 

təsadüf olunmur. Beləliklə, Basatın qohumluq əlaqələri barədə 

aşağıdakıları söyləmək olar: 

atası – Aruz 

anası – adı  çəkilməsə  də, mətndə ona işarə olunur (qarıcıq 

ağbirçəklü anam) 

qardaşı – Qıyan Səlcik 

qardaşı oğlu – Dondar (Qıyan Səlcikin oğlu) 

qardaşı arvadı, yengəsi – Qıyan Səlcikin arvadı (mətndə ona 

birbaşa işarə edilir ... ağca yüzlü yengə) 

bibisi – Aruzun bacısı, Qazanın və Qaragünənin anası 

bibisinin əri – Ulaş 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

51

 

bibisi oğlu – Qazan (Ulaşın oğlu) 



bibisi oğlunun arvadı, bibisi gəlini – Burla xatun 

bibisi oğlunun qayınatası – Bayındır 

bibisi oğlu – Qaragünə (Ulaşın oğlu) 

bibisi oğlunun oğlu, bibisi nəvəsi– Uruz (Qazanın oğlu) 

bibisi oğlunun oğlu, bibisi nəvəsi - Qarabudaq (Qara-

günənin oğlu) 

bibisi oğlunun qızı, bibisi nəvəsi – Qazanın qızı, Qarabuda-

ğın arvadı (“...gəlübən Qazanıŋ  qızın  ərliklə alan... Qarabudaq). 

Bu cümlənin semantikası obrazların qohumluq şaxəsini bir az da 

genişləndirməyə imkan verir: Qarabudaq Qazanın təkcə qardaşı-

oğlu yox, həm də kürəkənidir; Basatın bibisi nəvələri ailə qurub 

(Qaragünənin oğlu ilə Qazanın qızı); Basatın bibisi oğulları quda-

dır (Qazan və Qaragünə) 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 

Şübhəsiz ki, Basatın Oğuz cəmiyyətindəki rolunu həm də bu 

cür qohumluq əlaqələri kontekstində  işıqlandırmaq mümkündür 

(sonrakı səhifələrə bax). 

Baybörə. “Kitab”da Qam börə, daha çox isə Baybörə  şək-

lində  işlənmişdir. Qorqudşünaslıqda bu adın komponentləri belə 

izah olunur: qam-şaman, börü-qurd, bay-varlı, dövlətli. “Qam  bö-

rəniŋ oğlı Bamsı Beyrək” modelində onun Beyrəyin atası olması 

birbaşa görünür. “Baybican bəg aydır: ...mənim qızım Baybörə 

bəg oğlına beşikkərtmə yavuqlı olsun!” cümləsində isə Baybörə 

ilə Baybicanın quda olacağına açıq-aydın işarə olunur. Baybörənin 

qohumluq münasibətlərinə  də  məhz bu tip detallar kontekstində 

aydınlıq gətirmək olar:  

babası, nənəsi, atası  və anası haqqında məlumatlara rast 

gəlinmir 

arvadı – mətn kontekstində anlaşılır (...Beyrəgiŋ atası-anası 

aydır...) 

oğlu – Beyrək 

qızları – mətndə adları  çəkilmir, amma onlara işarə edilir: 

“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi”. Bu cümlənin 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə