Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə13/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   9   10   11   12   13   14   15   16   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

40

 

 



“DƏDƏ QORQUD KITABI”NDA KİŞİ VƏ QADIN 

 OBRAZLARININ QOHUMLUĞU 

 

“Kitab”da kişi və qadın obrazlarının qohumluq əlaqələri  ən 



az öyrənilən məsələlərdəndir. Dəqiq desək, bir sıra məqalə  və 

monoqrafiyalarda “Dastan”dakı qəhrəmanların qohumluq dərəcəsi 

ilə bağlı izahlara təsadüf olunur. Burada bəzi faktları qeyd etməklə 

kifayətlənirik: “Kitab”dakı  qəhrəmanların qohumluq əlaqələrinə 

dair ilk  fikir söyləyənlərdən biri O.Ş.Gökyaydır. Müəllif Oğuz 

bəyləri və xanımlarının qohumluq əlaqələrindən bəhs edərkən 

mətndə birbaşa görünən, eyni zamanda mətn kontekstində müəy-

yənləşə bilən qohumluq münasibətlərinə aydınlıq gətirməyə çalış-

mışdır. Məsələn, “Banıçiçək” barədə yazır: “Bamsı Beyrək hika-

yesinde (III) baş yeri olan kadın. “Han” olarak sifatlanan, demək 

ki Oğuz beylerinden olan Bay Bican Bey`in kızı”

1

. O.Ş.Gökyayın 



bu izahı “Kitab”da tam aydın şəkildə ifadə olunub: “Bəg yigidim, 

bu otağ Baybican bəg qızı  Banıçiçəgiŋdir” (D-77). Yaxud “Don-

dar” barədə yazır: “Aruz”un torunu olan Dündar, genc Oğuz baha-

dırları kümesindendir”

2

. “Kitab”da Dondarın  Aruzun nəvəsi ol-



ması konkret olaraq ifadə olunmayıb. Deməli, O.Ş.Gökyay Aruzla 

Dondarın qohumluq əlaqəsini məhz “Kitab”ın poetik strukturuna 

istinad etməklə, mətn semantikasına söykənməklə müəyyənləşdi-

rib. Burada xüsusi olaraq vurğulamaq lazım gəlir ki, O.Ş.Gökya-

yın bu cür izahları cəmi bir-iki sözü əhatə edir.  

“Dastan”da  bəzi adların xəsisliklə anıldığını xüsusi olaraq 

qabardan K.Abdulla yazır: “... yaddaşımızın ən müxtəlif qatlarını, 

dərinliklərini bir daha işə salmağa çalışaq. Hanı dediyin bəy 

ərənlər, gəlimli-gedimli dünya?! Hanı? 

Qıyan Səlcuq – Basatın qardaşı. Təpəgöz tərəfindən həlak 

edilib. 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun Kitabı. İstanbul, 2000, s.183. 



2

 Yenə orada. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

41

 

Qaragünə - Salur Qazanın qardaşı... 



Qırqqunuq – Qara Çəkurun oğlu. Niqabla gəzən dörd igiddən 

biri. 


Alp Rüstəm – iki qardaş bəbəyin öldürüb zəlil gəzən cənga-

vər. 


Əmən – Yeynəyin dayısı. Adı  bəlli bəylərlə düşmən üstünə 

getməyən, beş axçalı ülüfəçilər (muzdlu əsgər?) özünə yoldaş 

edən Oğuz bəyi. Peyğəmbərin üzünü görən Oğuz zadəganı. 

Qıyan Səlcuq oğlu Dəli Dondar – Basatın qardaşı  oğlu. At 

ağızlı Aruzun nəvəsi. Dəmir qapı Dərbənddəki dəmir qapını yıxıb 

alan Qazanı üç dəfə atından yıxa bilən Oğuz qəhrəmanı... 

Elin Qoca oğlu Alp Ərən – Əlli yeddi qələnin kilidin alan, 

otuz yeddi qələ  bəyinin məhbub qızları ilə  eşq qılan yeganə 

“qızbaz” Oğuz cəngavəri. 

Dəli Budaq – Qaragünənin oğlu, Salur Qazanın qardaşı oğlu 

və kürəkəni. Hamidlə Mardin qələlərini yıxıb alan cəngavər. Na-

nı?... Əslində, cavab sualda gizlənir. Sual da, cavab da böyük və 

ulu Dədə Qorqudun əsrlər boyu bizə verdiyi dərslərin içində, bö-

yük və müqəddəs həyat təcrübəsinin mayasında, canındadır

1

. Bu 


təqdimat bir neçə baxımdan maraqlıdır: “Kitab”da az görünən 

qəhrəmanların qohumluq münasibətlərinə müəyyən qədər aydınlıq 

gətirilir; qəhrəmanların bədii təyinlərindəki bir sıra gizli məqamla-

ra işıq salınır; qəhrəmanların sonrakı taleyi barədə fikir yürüdülər-

kən mətnin semantik tutumuna istinad olunur ki, bu da postmoder-

nizm baxımından dəyərlidir. 

Qorqudşünaslığın son nailiyyətləri göstərir ki, kişi və qadın 

obrazlarının qohumluq münasibətləri K.Əliyevin də diqqətindən 

yayınmayıb. Müəllif Aruz haqqında belə yazır: “...Bəs daha geniş 

mənada Aruz  kimdir? İlk anlamda Dış Oğuzun ağsaqqalı, Qazan 

xanın dayısı”

2

. Yaxud Qazan xanla Uruzun, Bayındır xanla 



Uruzun qohumluğunu obrazlı desək, Dədə Qorqudsayağı  təqdim 

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.343-344.  



2

 K.Əliyev.Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, s.43. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

42

 

edir: “Uruz bəylərbəyi Qazan xanın oğlu, hətta bir az irəli getmiş 



olsaq, xanlar xanı Bayındır xanın nəvəsidir... Uruz tanınmaq area-

lına görə belə qəhrəmandır, çünki o, Qazan xanın oğlu, Bayındır 

xanın nəvəsidir”

1



Bu qeydlər onu deməyə əsas verir ki, problemə kompleks və 

sistemli  şəkildə yanaşılmayıb. Fikrimizcə, bütövlükdə “Kitab”ın 

poetik strukturuna mətn semantikası kontekstində yanaşılarsa, bir 

sıra gizli qatları asanlıqla müəyyənləşdirmək olar. Məsələn, dəqiq-

ləşdirmək olar ki, Aruzla Qam Ğan uzaq qohumluq xəttində birlə-

şir: Aruz, Qam Ğanın oğlu Bayındır xanın qudası Ulaşın qaynıdır; 

Qam  Ğan, Aruzun bacısı  oğlu Qazanın qayınatası Bayındırın 

atasıdır. Yaxud Uruzla Dondarın uzaq qohumluğuna bir aydınlıq 

gətirmək olar:  Dondar, Uruzun atasının dayısı nəvəsidirsə, Uruz 

da Dondarın atasının bibisi nəvəsidir (sonrakı səhifələrə bax). 

“Kitab”da işlənmiş ata, baba, dədə, oğul, qız, qardaş kimi 

qohumluq bildirən sözlər monoqamiya (təknikahlılıq, təkarvadlı-

lıq) dövründə yaranmış vahidlər hesab olunur. Bu mənada “Ki-

tab”da qohumluq əlaqələri araşdırılarkən həm də  təkarvadlılıq 

məsələsinə münasibət bildirmək lazım gəlir.  

Yeri gəlmişkən, E.Əlibəyzadə “Kitab”da çoxarvadlılığın mü-

şahidə olunmasından bəhs edərkən V.V.Bartoldun belə bir fikrini 

verir: “Eposda çoxarvadlılıqdan əsər-əlamət  yoxdur: hər bir igidin 

“göz açıban  gördüyü”, “könül verib sevdiyi” ancaq bir həyat 

yoldaşı var”. Müəllif fikrini qüvvətləndirmək üçün C.Lyuisin də 

şərhlərini təqdim edir: “Hər cür imkan və  şəraitə baxmayaraq, 

“Oğuz bəylərinin ancaq bir arvadı olur” və ömürlərinin sonunadək 

ona sadiq qalırlar”

2



“Kitab”dakı kişi və qadın obrazları,  əsasən, üç istiqamətdə 

qruplaşdırılır: Oğuz bəyləri, Oğuz xanımları, kafirlər (yaxud kafir 

bəyləri). Bu baxımdan “Kitab”dakı kişi və qadın obrazlarının 

qohumluq  əlaqələrini məhz həmin istiqamətlərə uyğun  şəkildə 

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”.Bakı,2011,s.52-53. 



2

 E.Əlibəyzadə. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, s.28. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə