Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə11/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   7   8   9   10   11   12   13   14   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

34

 

məyib. Halbuki bu cəhət “Kitab”da aydın  şəkildə ifadə olunub: 



“Kişi, qoynunda yatan həlalına sirrin deməzmi olur” (D-242). 

Yuxarıda qeyd etdik ki, “Kitab”a istinad etməmək bir sıra 

səhv nəticələrin meydana çıxmasına səbəb olur. Bu mənada qo-

humluq münasibəti bildirən “həyat yoldaşı” anlamlı “yoldaş” sö-

zünün dilçiliyimizdəki ümumi mənzərəsini nəzərdən keçirək;  

F.Ağayeva arvad və yoldaş sözlərini sinfi jarqon kon-

tekstində  təqdim edir, “yoldaş” sözünün (arvad mənasında) bir 

evfemizm kimi yeni yarandığını isə C.Cabbarlı  və M.İbrahimov-

dan gətirdiyi dialoqlarla, eyni zamanda F.Köçərlinin fikirlərinə 

istinad etməklə  əsaslandırmağa çalışır: “F.Köçərli keçmişdə 

qadınların vəziyyətindən bəhs edən “həqiqi gözəllik və hərəkətsiz 

nisfimiz” adlı  məqaləsində göstərir ki, “arvad tayfası”  anadan 

kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və 

yoldaşına “ər” və “yoldaş” deməyib, sahibim deyir... Sinfi jarqon 

baxımından haqqında mübahisə  və mübarizələr gedən  sözlərdən 

biri də “arvad” sözüdür. C.Cabbarlının “Yaşar” pyesində  kəndli 

qızı Yaqut sanki “arvad” sözünün evfemizmlə  əvəzlənməsindən 

nisgilli-nisgilli danışır: 

“Yaqut. ... O sizinlə gələn arvad kimdir? 

Yaşar. O mənim yoldaşımdır. 

Yaqut. Yoldaşın, yəni arvadın da... 

Yaşar. Yox mənim arvadım yoxdur, evlənməmişəm. Xalis 

subayam ki, varam. 

Yaqut. Burada indi adamlar öz arvadlarına yoldaş da deyirlər 

axı”. 

Bu söz ətrafında gedən çəkişmələr indi də davam etməkdə-



dir. M.İbrahimovun “Kəndçi qızı” komediyasından misal: 

“Vahid. ... Elə qız ki, mənə arvad olsun. 

Ayxanım. Arvad yox, yoldaş. 

Vahid. İkisi də birdir. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

35

 

Ayxanım. Yox, bir deyil...”



1

A.Aslanov evfemizmlərə müxtəlif bucaqlardan münasibət 



bildirsə  də, həyat yoldaşı ifadəsinin son zamanlarda yarandığını 

göstərir: “Hətta kişilər başqasının qadınının adını  çəkməyi belə 

qəbahət hesab edirlər. Buna görə də bəzən filankəsin əyalı, filan-

kəsin zövcəsi, Əhmədin külfəti kimi ifadələr işlədirlər. Özünün və 

ya başqasının qadınının, kişisinin adını  çəkmək o dərəcədə 

qəbahət hesab edilirdi ki, hətta danışan şəxs onların adları əvəzinə 

evfemizmlər işlətməklə kifayətlənməyir, üstəlik üzrxahlıq edir. 

Son zamanlarda mənim arvadım  əvəzinə  həyat yoldaşım, ömür 

yoldaşım kimi yeni evfemistik ifadələr yaranmışdır ki, bu da tabu 

ilə əlaqədardır”;

2

 

B.Xəlilov həyat yoldaşı, ömür-gün yoldaşı kimi ifadələri 



tabu sözlər hesab edir, eyni zamanda bu tip sözlərin milli-mənəvi 

dəyərlərlə bağlı olduğunu qeyd edir: “Tabu sözlərin bir qismi 

mental xüsusiyyət, milli-mənəvi dəyərlərlə bağlı olaraq meydana 

çıxır. Məsələn: özünün və ya başqasının qadınının, kişisinin adını 

çəkmək üçün (müsəlman aləmində ad çəkmək qəbahət hesab 

olunmuşdur) həyat yoldaşım, ömür-gün yoldaşım, uşaqların atası, 

uşaqların anası və s. ifadələr işlədilir”

3

.  



“Yalnız mənası  təzə olan neologizmlər semantik neologizm 

adlanır”, – deyən A.Qurbanov yazır: “...yoldaş sözü əvvəllər birgə 

səfərə  çıxan, yol gedən mənasını bildirdiyi halda, indi həyat 

yoldaşı, həmfikir və s. mənaları ifadə edir”

4



H.Həsənov yoldaş sözünün “arvad” mənasında işlənmə tari-



xini konkret olaraq göstərməsə də, onun izahlarından, xüsusən də 

fikri təsdiq üçün təqdim etdiyi nümunələrdən belə anlaşılır ki, 

“həyat yoldaşı” anlamlı “yoldaş” sözü sovet dövrünün məhsu-

                                                            

1

 Z.Verdiyeva, F.Ağayeva, M.Adilov. Azərbaycan dilinin semasilogiyası. Bakı, 



1979, s.45-46. 

2

 Müasir Azərbaycan dili. I cild, Bakı, 1978, s.225. 



3

 B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, s.200. 

4

 A.Qurbanov. Müasir Azərbaycan dili. Bakı, 1985, s.224. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

36

 

ludur: “Sözün mənaca dəyişməsi nəticəsində  mənaca genişlənən 



sözlərə istismar, imtahan, böyük yoldaş və s. leksik vahidləri gös-

tərmək olar. Burada ilk əsas məna qalmaqla yeni mənalar meyda-

na gəlmişdir... imtahan – hər hansı bir fənn üzrə keçirilən yoxla-

ma, imtahan komissiyası, sınaq – məni imtahana çəkir: yoldaş-

dost, rəfiq-məktəb yoldaşı, vətəndaş - bir yoldaş sizi soruşurdı, 

arvad-həyat yoldaşı...”

1

.  


Fikrimizcə, yuxarıda adları çəkilən müəlliflər (onların sayını 

artırmaq da olar) üç mənbəni nəzərə almayıblar: 1) “Kitab”ı; 2) 

Azərbaycan dili şivələrini; 3) “Kitab”ın  rus dilinə V.V.Bartold 

tərəfindən tərcüməsini. Bu mənbələrdəki faktları ayrılıqda 

nəzərdən keçirək: 

“Kitab”da “yoldaş” sözünün arvadı  mənasında işlənməsi 

açıq-aydın  şəkildə ifadə olunur: “Dəli Domrul yüz qırq yıl dəxi 

yoldaşıyla yaş yaşadı” (D-169). Bu, mətnin müasir şəklində (Zey-

nalov – Əlizadə  nəşri, Bakı, 1988) düzgün verilib (yoldaş=ömür 

yoldaşı); haşiyə: A.Məmmədova digər qorqudşünaslardan fərqli 

olaraq “yoldaş” sözünün həm də “həyat yoldaşı” mənasında işlən-

diyini göstərir: halal – xatun – övrət – yoldaş, “arvad, həyat  yol-

daşı”: Qaçan Qazan evin yağmalatsa, halalınıŋ əlin alur, dışra çı-

qardı...; Əzrayıl xatunıŋ canın olmağa gəldi. Adəmlər əvrəni yol-

daşına qıyamadı; Övrətiŋdəŋmi ögrəndiŋ  sən bu işi, qavat?! Bu 

sözlərdən hər biri ayrı-ayrılıqda başqa mənalar da ifadə edə bilər 

(məs.: halal – qadın, xatun – xanım, yoldaş – dost və s.). Lakin 

kontekstdən asılı olaraq sinonim cərgəyə qoyduğumuz bu lek-

semlər “arvad, həyat yoldaşı” mənalarındadır”

2



Azərbaycan dilinin bir sıra  şivələrində, o cümlədən qərb 

şivələrində “arvadı” və ya əri  əvəzinə “yoldaşı” sözünün işlə-

dilməsi müşahidə olunur; “A bala, yoldaşıŋ kimlərdəndir, kimin 

qızıdı”; Qızım, yoldaşıŋ hası tayfadandı, kimiŋ oğludu? 

                                                            

1

 H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, s.18-19. 



2

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.79. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə