Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə9/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   5   6   7   8   9   10   11   12   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

27

 

V.V.Bartold həmin yazılış şəklini “imdi” kimi başa düşdüyü-



nə görə “тогда” (onda, o vaxt, o zaman) kimi  tərcümə edib (Кни-

га Моего Деда Коркута. Москва-Ленинград, 1962). 

S.Əlizadə hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı 

“imdi” (indi) sözünün mətnlə  səsləşmədiyini, həm də Drezden 

nüsxəsində “indi” anlamlı  “şimdi” sözünün işləndiyini nəzərə 

alaraq yazır: “...birinci sözü “əmdi” kimi oxuyub başa düşmək 

olar. Müasir dil üçün də təbii görünməyən “əmdi” feli ismi “əm-

zik” mənasında işlənmişdir. Belə quruluşda feli isimlərə başqa ya-

zılı abidələrdə və müasir türk dillərində də təsadüf edilir”

1

. Burada 



bir cəhəti də qeyd edək ki, “Kitab”ın 1988-ci il Bakı  nəşrində 

“əmdi qardaşlar” ifadəsi “süd qardaşıyıq”  şəklində sadələşdiril-

mişdir. 

Heç  şübhəsiz ki, fərqli transkripsiyalara münasibət bildi-

rərkən, ilk növbədə, mətnin semantik yükünə  əsaslanmaq lazım 

gəlir. Bu mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək:  



Basatın dilində:  

“...Atam adın deirsəŋ - Qağan Aslan 

     Mənim adım sorarsaŋ, -  

     Aruz oğlı Basatdır, dedi”. 



Təpəgözün dilində: 

     “Əmdi qardaşlar, qıyma maŋa!” – dedi” 

Bu qarşılaşdırma birbaşa diktə edir ki, həmin yazılış  şəkli 

“imdi” kimi oxunsa belə, yenə  də söhbət Basatı özünə qardaş 

hesab edən, onu aldadaraq məhv etmək istəyən Təpəgözdən gedir. 

Bu isə öz təsdiqini ən azı “qıyma maŋa” ifadəsində tapır.  Çünki 

qardaş qardaşa qıymaz, öldürməz. Bəs Təpəgözlə Basat necə 

qardaşlardır? 

“Kitab”da Təpəgözün atası və anası konkret olaraq göstərilir: 

atası – Sarı çoban, anası  Pəri qızı. Deməli, Təpəgözlə Basat nə 

qandaş (atabir qardaş), nə də ki ikdişdirlər (anabir qardaş). Bu mə-

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud, Bakı, 1988, s.249. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

28

 

nada “süd qardaşı” anlamlı “əmdi” sözü mətnlə səsləşir. Belə ki, 



Aruzun dilindən verilmiş “Xanım, munı maŋa, veriŋ, oğlum. Ba-

satla yaşlıyayın!” cümləsinin, eyni zamanda  təhkiyəçinin dilində 

işlənmiş “Aruz Dəpəgözi aldı, evinə gətürdi. Buyurdı bir dayə gəl-

di.  Əmcəgini ağzına verdi” cümlələrinin  semantik yükü “Təpə-

gözlə Basat eyni dayədən süd əmmişdir” qənaətini söyləməyə im-

kan verir.  Bu məsələyə nisbətən başqa bucaqdan yanaşan M.Ka-

zımoğlu maraqlı mülahizələr irəli sürür: “...Mətnin alt qatında 

Basat aslan balaları ilə qardaş olduğu kimi, müəyyən mənada Tə-

pəgözlə də qardaşdır... Nə qədər çətin olsa da (neçə dayənin canını 

alandan sonra əcaib uşağa qazan-qazan süd içirmək lazım gəlsə 

də), Təpəgözü Basatla bir yerdə  bəsləyib boya-başa çatdırmaq 

mümkün olur... Oğuz elinə düşmən kəsilən Təpəgöz hardasa 

Basatı özünə qardaş bilir və qardaş bildiyi adama qarşı vuruşur... 

Hərəkətləri Alp Aruzun niyyətinə uyğun gəlməyən Təpəgöz Basa-

tın həqiqi yox, yalançı qardaşına çevrilir”

1

. Deməli, həmin yazılış 



şəklinin məhz “süd qardaşı” anlamlı  “əmdi” kimi transkripsiyası 

daha real görünür. Yekun olaraq onu da qeyd edək ki, “Kitab”dakı 

“əmdi” sözü fonetik tərkibi və semantikasına görə M.Kaşğarinin 

“Divan”ındakı “süd qardaşı” anlamlı  “əmikdəş” sözü ilə eyni 

xətdə birləşir: “Eyni məmədən əmən iki uşağa “əmikdəş” deyilir, 

“əmmədə arkadaş” deməkdir” (MK. I c., Bakı, 2006, s.405). 

M.Qıpçaq “əmdi” sözündəki “di” hissəsinə başqa prizmadan yana-

şıb: “Dədə Qorqud kitabı”nın dilində  əmdi sözü “bir anadan süd 

əmən”, “süd qardaşı mənasında işlənir... əmdi sözü əmmək felinə 

sözdüzəldici -di şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. 

Əmdi sözünü əmələ gətirən -di şəkilçisinin tarixən sifət düzəldən 

şəkilçi kimi işlənən -dik şəkilçisindən sonuncu “k” səsinin  

düşməsi nəticəsində yaranmasını güman etmək olar”

2

.  



                                                            

1

 M.Kazımoğlu. Epos, nəsr, problemlər. Bakı, 2012, s.32-34.     



2

 M.Qıpçaq. “Dədə Qorqud kitabı”nın dilində əlamət və keyfiyyət bildirən sözlər. 

Bakı, 2012, s.53. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

29

 

 ينازق   Drezden nüsxəsinin 256-cı  səhifəsində verilmiş bu 



yazılış şəklinin transkripsiyası və izahına diqqət yetirək: 

O.Ş.Gökyayın nəşrində: kızanı – genc; deliqanlı; erkek 

cocuk; qız cocuk (İstanbul, 2000); 

M.Erginin nəşrində: kızanı – cocuk, erkek cocuk... (Ankara, 

1958); 

F.Zeynalov və S.Əlizadənin nəşrində: qızanı – qızla (Bakı, 



1988); 

V.V.Bartold yuxarıdakı yazılış  şəklini “içində xörək 

bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab” anlamlı 

“qazan” (котел) kimi tərcümə edib (M.,-Л., 1962). 

Göründüyü kimi, həmin yazılış  şəkli dörd cür mənalandı-

rılıb: dəliqanlı; erkək cocuq; qız; qazan (qab-qacaq). A.Hacıyev 

bu izahlardan birinə - daha dəqiqi, O.Ş.Gökyayın təqdim etdiyi 

dörd variantdan (genc; deliqanlı; erkek cocuk; qız cocuk) ikin-

cisinə üstünlük verərək yazır: “... Göstərilən cümləyə kompleks 

yanaşdıqda onun sadə, aydın bir fikri ifadə etdiyi müəyyənləşir: 

«Gördü ki, yetim oğlan bir dəliqanlıyla çəkişir (yaxalaşır)”

1

. Bu 



qeydlərin hər biri ilə müəyyən  mənada  razılaşmaq da olar. Am-

ma həmin yazılış  şəkli işlənmiş sintaktik bütövün semantikası 

problemə başqa bucaqlardan baxmağı diktə edir. İlk olaraq qeyd 

edək ki, həmin yazılış şəkli təkcə kızanı, qızanı yox, həm də “qa-

zanı” kimi oxunur. “Qazanı” oxunuş formasının düzgünlüyünü isə 

belə arqumentləşdirmək olar: M.Kaşğarinin “Divan”ındakı kazğan  

( نغ زق) (MK.II, Bakı, 2006, s.249) sözünün ilk hissəsi (زق) Drez-

den nüsxəsindəki həmin yazılış şəklinin ilk hissəsi iləزق  eynidir; 

V.V.Bartold həmin yazılış şəklini “qazan” (qab-qacaq) kimi başa 

düşdüyündən “котел” kimi tərcümə edib. 

“Qazan” feli sifətinə diaxronik müstəvidə münasibət bildirən 

Q.Bağırov türkoloji araşdırmalara istinad edərək yazır: “...abidə-

lərdə qazan – qazğan felinin işlənməsi bu sözün ta qədimdən 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.193. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə