Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə12/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   8   9   10   11   12   13   14   15   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

37

 

V.V.Bartoldun tərcüməsində yoldaş sözü “супруга” kimi 



verilib (Москва – Ленинград, 1962, с.63).  

Yəqin ki, bu mənbələrə istinad olunsa idi, “yoldaş” (həyat 

yoldaşı  mənasında) sözü semantik neologizm, yeni yaranmış ev-

femistik ifadə  və s. başlıqlar altında  şərh edilməzdi. Görünür, 

burada sovet dövlətinə inam və sevgi, sovet ideologiyası ilə 

silahlanma və s. də öz işini görüb. Bu tezislərlə müəyyən mənada 

razılaşmaq da olar. Amma bu da var ki, həmin qeyri-dəqiq izahlar 

bu gün də dilçiliyimizə dair yazılmış əsərlərdə təkrarlanmaqdadır. 

Yəni nə yuxarıdakı üç mənbəyə, nə  də ki 1999-cu ildə çap 

olunmuş “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə  (burada yoldaş 

sözü “həyat yoldaşı”, “yaxın adam” mənasında verilib) istinad 

olunmadan fikirlər söylənilir. Bu mənada “Kitab”da işlənmiş “yol-

daş” sözünü daha geniş müstəvidə izah etmək  zərurəti yaranır. 

Bəri başdan qeyd edək ki, arvad anlamlı “yoldaş” sözünə yalnız V 

boyda – “Duxa qoca oğlu Dəli Domrul boyu”nda  təsadüf olunur. 

Heç  şübhəsiz ki, bu, birbaşa situasiya, uyğun sintaktik mühitlə 

bağlıdır: “Adəmlər  əvrəni yoldaşına qıyamadı” (D-168); “Dəli 

Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı” (D-169). “Ki-

tab”da arvadı anlamlı “yoldaş” sözü ilə müqayisədə dost, yaxın 

adam və s. anlamlı “yoldaş” sözü üstün mövqedə görünür: “Hey 

qıq eşüm, qırq yoldaşım! Qurban olsun sizə  mənim başım!” (D-

190). Bundan əlavə, “yoldaş” sözünün metafora kimi işlənməsinə 

də rast gəlinir. Beyrək atını öyərkən onu özünə, həm də ən yaxın  

dost, yoldaş hesab edir: “Başıma iş gəldi, yoldaş deyərəm” (D-99). 

Maraqlıdır ki, görkəmli qorqudşünas O.Ş.Gökyay “yoldaş” sö-

zünün yalnız “yol arkadaşı, arkadaş” mənalarından bəhs edir, yəni 

yoldaş sözünün “arvadı” mənasını ifadə etməsinə, eləcə də meta-

fora yaratmada iştirakına münasibət bildirmir

1

. Azərbaycan dilçi-



ləri də, yuxarıda qeyd etdiyimiz kimi, həyat yoldaşı birləşməsinin 

bir evfemistik ifadə kimi sovet dövründə yarandığını xüsusi olaraq 

vurğulayıblar. Bu mənada “həyat yoldaşı” ifadəsi ilə “Kitab”da 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, s.313. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

38

 

arvadı mənasında işlənmiş “yoldaşı” sözünə müxtəlif bucaqlardan 



yanaşmaq lazım gəlir: “həyat yoldaşı” ifadəsi “Kitab”dakı “yol-

daşı” (arvadı anlamlı) sözündən yalnız birinci komponentinə - so-

vet ideologiyası ilə  səsləşən həyat sözünə görə (müq.et: yeni hə-

yat, yeni dövr...) fərqlənir; “Kitab”da “yoldaşı” sözü II növ təyini 

söz birləşməsinin ikinci tərəfi kimi işlənmişdir ki, bu da asanlıqla 

bərpa oluna bilir. Daha doğrusu, birləşmənin birinci tərəfini 

danışıq dilindəki “baş yoldaşı” (arvad, ər, həyat yoldaşı) ifadəsinə 

söykənməklə bərpa etmək olur; belə bir bərpa isə “Kitab”da Banı-

çiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım! “ağısının, 

yaxud boylardakı – həlal, övrət,  bir yastığa baş qoymaq = baş yol-

daşı (arvadı) sözlərinin zəncirvari bağlılığını əks etdirən sintaktik 

bütövün, daha dəqiqi, Dəli Domrulun yoldaşının (arvadının) dilin-

dən verilmiş “Bir yasdıqda baş qoyub əmişdigim” misrasının  se-

mantik tutumu (bir yastığa baş qoymaq – bir yerdə yatmaq, ər-ar-

vad olmaq) ilə bağlanır, mətnə yapışıqlı görünür; bir yastığa baş 

qoymaq= baş yoldaşı olmaq – baş yoldaşı; “Kitab”ın poetik struk-

turunda arvadı anlamlı “yoldaşı” sözü ilə yanaşı, “Xan qızı” (Dir-

sə xanın arvadına müraciəti), “Xan babamın göygüsü – Xan ata-

mın kürəkəni (Burla xatunun Qazana müraciəti) kimi evfemistik 

ifadələr də üstün mövqedə görünür... Bütün bunlar yoldaşı, həyat 

yoldaşı kimi evfemistik ifadələrin sovet dövründə yaranmadığını, 

minilliklərdən süzülüb gəldiyini sübut edir. Burada bir reallığı da 

qeyd etmək yerinə düşür: “Dədə Qorqud kitabı”nı Azərbaycana 

bağlayan çoxsaylı faktlar sırasına arvadı  mənasında işlənmiş 

“yoldaşı”  sözünü də aid etmək olar. Belə ki, Azərbaycan dilindəki 

arvadı və ya əri anlamlı baş yoldaşı, həyat yoldaşı kimi evfemistik 

ifadələr Türkiyə türcəsində müşahidə olunmur. Konkret desək, 

həmin vahidlərin Türkiyə türkcəsində qarşılığı belədir: baş yoldaşı 

– eş, zevce; yoldaşı, yoldaşım – eşi, ailesi (eşim, ailem), kocası, 

kocam; həyat yoldaşı – eş, zevce, koca. Fikrimcə, O.Ş.Gökyay bu 

cür detalları nəzərə alsa idi, yəqin ki, “Kitab”ın dili ilə bağlı qeyri-

dəqiq mülahizələr söyləməzdi. Müəllif yazır: “...Azeri lehçesi o 

yüzyılda (XIV yüzyıl) henüz müstakil bir lehçe olarak ortada 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

39

 

yoktur”



1

. Türkologiyada bu fikrin yanlışlığı tutarlı faktlarla arqu-

mentləşdirildiyi üçün cəmi bir faktı qeyd etməklə kifayətlənirəm: 

XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada olmasa idi, 

“üzünü məndən nihan etmək dilərsən, etməgil...”, - deyən Nəsimi 

Azərbaycan dilində poetik siqlətli “Divan” yarada bilməzdi. 

“Duxa qoca oğlu Dəli Domrul boyu”nda həlal (qanuni izdi-

vac,  ər-arvad), övrət (arvad) və yoldaş (arvad) sözlərinin ardıcıl 

verilmiş sintaktik bütövlərdə sinonimik cərgə  təşkil etməsi, daha 

doğrusu, sinonimik cərgə kimi çıxış etməsi müşahidə olunur: həlal 

– Sürdi həlalı yanına gəldi (D-166); övrət – Övrət burada soylamış 

görəlim, xanım, nə soylamış... (D-167); yoldaş – Adəmilər əvrəni 

yoldaşına qıyamadı (D-168); yoldaş – Dəli Domrul yüz qırq yıl 

dəxi yoldaşıyla yaş yaşadı (D-169). Bu sözlər sintaktik bütövləri 

bir-birinə bağlayan  ən  əsas detallar kimi görünür. Burada 

diqqətçəkən məqamlardan biri də budur ki, sinonimik cərgədə türk 

mənşəli “yoldaş” daha intensivdir, həm də sinonimik cərgə məhz 

“yoldaş”  sözü ilə tamamlanır. 

“Dəli Domrul yüz qırq  yıl dəxi yoldaşıyla yaş yaşadı” cüm-

ləsində ahəngdarlıq, melodiyalılıq, poetik semantika çox  qüvvətli-

dir. Burada təkcə onu qeyd etmək kifayətdir ki, həmin cümlədə 

“y” samitinin alliterasiyası (y-y-y-y-y-y), şadlıq mənasını qüvvət-

ləndirən “ş” alliterasiyası, daha  doğrusu, üç dəfə kök morfemində 

təkrarlanmış “aş” hissəsi (daş, yaş, yaş) birbaşa sintaktik bütövün 

ilk hissəsi ilə bağlanır: “...yoldaşına qıyamadı. Allah təalaya bu-

rada yalvarmış, görəlim, necə yalvarmış... Yucalardan yucasan... 

(D-168) (y-y-y-y-y-y-y; aş-ş-ş). Deməli, mətndə  şadlıq mənasını 

qüvvətləndirən vasitələrdən biri məhz “y” və “ş” alliterasiyalarının 

zəncirvari bağlılığıdır, uyğun sintaktik mühitin uyğun forma ilə 

ifadəsidir. 

 

 

 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, s.CXCIV. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə