Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə19/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   15   16   17   18   19   20   21   22   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

58

 

gəlini – mətndə ona işarə edilir  (“Ala gözlü oğlına al duvaxlı 



gəlin aldı”) 

Bəgdüz Əmən. Onun ləqəbi kimi işlənmiş “bığı qanlı” ifadə-

si igidlik məzmunludur.  “Bəgdüz  Əmən” modelində “bəg” titul, 

“düz” doğru, sədaqətli, “əmən” isə  məşhur, nəcib mənalarında 

şərh olunur. Bəgdüzün bir sıra xarakterik cəhətləri onun bədii təyi-

nində  obrazlı şəkildə canlandırılıb: “Varıban peyğəmbəriŋ yüzini 

görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarında 

qan çıqan bığı qanlu Bəgdüz  Əmən...” “Kitab”ın poetik struktu-

runda Bəgdüzün qohumluq əlaqələrinin ifadə edən detallar yox 

dərəcəsindədir. Diqqətçəkən nümunələrdən biri isə Qazılıq qoca 

oğlu Yeynəyin dilində müşahidə olunur: “Dayım Əmən imiş, anı 

bildim. Döndüm ol ərə səlam verdim” (D-207). Bəgdüzün qohum-

luq münasibətlərinə  də,  əsasən,  bu cümlə kontekstində aydınlıq 

gətirmək mümkündür (şübhəsiz ki, şərtilik nəzərə alınmaqla):  

bacısının əri, kürəkəni – Qazılıq qoca  

bacısı oğlu – Yeynək (Qazılıq qocanın oğlu) 

Şərti olaraq təqdim etdiyimiz bu qohumluq əlaqələri ilə bağlı 

bəzi detallara aydınlıq gətirmək lazım gəlir: O.Ş.Gökyayın fikrin-

cə, “Kitab”da “Əmən” adlı üç qəhrəman var: Emen (Bin Bügdüz 

başları), Emen (Bıyığı – kanlu Bügdüz), Emren (İstanbul, 2000, 

səh.322). Fikrimizcə, bu, eyni qəhrəmanın müxtəlif adlarla təqdi-

mindən başqa bir şey deyil: birincisi, ona görə ki “Emen (Bin 

Bügduz başları) – Əmən (biŋ  Bəgdüz başları)” IV boyda Aruzla 

birlikdə, daha dəqiqi, ardıcıl sıralanmış cümlələrdə təqdim olunur: 

“Anuŋ ardınca biŋ  Bəgdüz başları  Əmən yetdi. Anuŋ ardınca 

toquz qoca başları Aruz yetdi” (D-151); ikincisi, “Emen (Bıyığı – 

kanlu Bügdüz)  –  Əmən (Bığı qanlu Bəgdüz)” VIII boyda yenə də 

Aruzla birlikdə  məhz ardıcıl sıralanmış cümlələr kontekstində 

verilir: “Bığı qanlu Bəgdüz  Əmən  əlində  zəbun oldı. Ağ saqallu 

Aruz qocaya qan qusdırdı” (D-219); üçüncüsü, XII boyda Aruzun 

köməyə çağırdığı  bəylər sırasında  Əmənin adı ilk olaraq çəkilir: 

“Aruz qayət səxt oldı. Taş  Oğuz bəglərinə adam saldı: “Əmən 

gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

59

 

qalan bəglər həb gəlsün!” – dedi” (D-294) dördüncüsü, XII boyda 



Aruz  və    Əmən adlarının nəinki ardıcıl verilmiş cümlələr, hətta 

bir cümlə daxilində yanaşı işlənməsi müşahidə olunur: “Taş Oğuz 

bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər...” (D-292). 

Bu qənaətlər “Kitab”dakı digər cəhətlərə  də  işıq salır.  İlk olaraq 

Əmənin qohumluq əlaqəsinin  əhatə dairəsinin genişlənməsinə 

diqqət yetirək:  

əmizadəsi – Qazanın qarıcıq anası 

əmizadəsinin əri – Ulaş 

əmizadəsinin oğlu – Qazan 

əmizadəsinin oğlu – Qaragünə 

əmizadəsinin nəvəsi – Uruz 

əmizadəsinin nəvəsi – Qarabudaq 

əmizadəsinin gəlini – Burla xatun 

əmizadəsinin qudası – Bayındır xan... 

Bügdüz  Əmənlə bağlı digər cəhətləri isə belə ümumiləş-

dirmək olar: Daş Oğuzda ikinci şəxs statusunda çıxış edir; üç adla 

tanınan qəhrəmandır (Əmən, Bügdüz başları  Əmən, Bığı qanlu 

Bəgdüz Əmən: buradakı bin “Bügdüz başları” titul, “Bığı qanlu”  

isə ləqəbdir. 

Maraqlıdır ki, Aruzla Qazanın arasındakı soyuq müna-sibət-

lər  Əmən – Qazan münasibətlərində  də özünü göstərir. Məsələn, 

Aruzla  Əmənin dialoqunda bu soyuq münasibət açıq-aşkar görü-

nür: “Aruz aydır ki, “Mərə qavat, biz Qazana düşmənüz” – dedim. 

Əmən aydır: “Eyü demişsən” (D-295). Bu məqamda assosiativ 

olaraq  Əmənin bacısı  oğlu Yeynəklə Qazan, eyni zamanda Yey-

nəklə Qazanın qardaşı  oğlu və kürəkəni Budaq (Qarabudaq) ara-

sındakı münasibətlər də yada düşür: Yeynək bilərəkdən Qazanın 

(xalası oğlunun; hər ikisinin anası Daş Oğuzdan olduğu üçün belə 

bir qohumluq əlaqəsindən bəhs etmək olar) xristian keçmişinə işa-

rə edir: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğı-

rına bindi” (D-37) (bax: Kafirlərin qohumluğu); Qarabudaq Yey-

nəyi boşboğazlığına görə ittiham edir: “Budaq aydar: “Bunda laf 

urub nedirsən? Çünki ər dilərsin, varub babaŋı qurtarsaŋa! Nə on 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

60

 

altı yıldır tutsaqdırr?” – dedi” (D-204). Şübhəsiz ki,  bu cür detal-



lar “Kitab”dakı başqa gizli motivlərin açılmasına da kömək edə 

bilər. 


Buŋlu qoca.  Təpəgözün xidmətçilərindən biri olan Buŋlu 

qoca epizodik obrazlardandır. Qorqudşünaslıqda “Buŋlu” adı izti-

rablı, kədərl; dəlisov, sərsəm kimi mənalarda izah olunur ki, bu da 

həmin obrazın boydakı statusu ilə birbaşa səsləşir. Buŋlu qocanın 

qohumluq əlaqələri ilə bağlı heç nə söyləmək mümkün deyil. 

Buğac. Yalnız I boyda işlənib. Bu adın mənası “Kitab”da 

tam aydın şəkildə ifadə edildiyi üçün heç bir şərh vermir və onu 

eynilə  təqdim edirik: “Bayındır xanıŋ  ağ meydanında bu oğlan  

cəng etmişdir. Bir buğa öldürmüş səniŋ oğlıŋ” adı Buğac olsun...”. 

Buğacın qohumluğunu təsdiqləyən bir neçə nümunəyə  nəzər 

salaq: “Dirsə xan oğlu Buğac xan boyını  bəyan edər...” (D-10); 

“Bəri gəlgil, aq südin əmdigim, qadunım ana!” (D-28). 

babası və nənəsi ilə bağlı heç bir detala təsadüf olunmur  

atası – Dirsə xan 

anası – mətndə adı konkret olaraq çəkilməsə də, boyun əsas 

obrazlarından biri kimi görünür 

Dədə Qorqud. “Kitab”da  üstün mövqedə görünən bu 

modelin dörd dəfə “Qorqud ata” şəklində işlənməsinə rast gəlinir. 

Qorqudşünaslıqda bu modellərdəki sözlərin məna yükü barədə 

kifayət qədər bəhs olunub: dədə – yol göstərən, aqil, müdrik, ağ-

saqqal...; ata-rəhbər, tərbiyəçi, yolgöstərən...; qorqud – ruzi verən

ruzulu ata, xeyir qoruyan, xoşbəxtlik odu, bəxt odu, od tanrısı... 

Burada dədə və ata sözlərinin eyni semantik yuvaya daxil olmasını 

xüsusilə vurğulamaq lazımdır.  

“Dastan”da Dədə Qorqudun bayat tayfasından  olmasına bir-

başa işarə edilir: “Rəsul Əleyhissəlam zəmanına yaqın Bayat bo-

yından, Qorqut ata diyər, bir ər qopdı” (D-2). Qohumluq əlaqələ-

rini ifadə edən konkret nümunələrə isə  təsadüf olunmur. Amma 

bunu da unutmaq olmaz ki, Dədə Qorqud Oğuz elinin kamil bilici-

si, yol göstərəni, məsləhət verəni, boy boylayanı, soy soylayanı-

dır... Oğuz elinin beşikdəki körpəsi də, at belində döyüşən igidi 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə