“Dədə Qorqud”un möcüzələr dünyası
58
gəlini – mətndə ona işarə edilir (“Ala gözlü oğlına al duvaxlı
gəlin aldı”)
Bəgdüz Əmən. Onun ləqəbi kimi işlənmiş “bığı qanlı” ifadə-
si igidlik məzmunludur. “Bəgdüz Əmən” modelində “bəg” titul,
“düz” doğru, sədaqətli, “əmən” isə məşhur, nəcib mənalarında
şərh olunur. Bəgdüzün bir sıra xarakterik cəhətləri onun bədii təyi-
nində obrazlı şəkildə canlandırılıb: “Varıban peyğəmbəriŋ yüzini
görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarında
qan çıqan bığı qanlu Bəgdüz Əmən...” “Kitab”ın poetik struktu-
runda Bəgdüzün qohumluq əlaqələrinin ifadə edən detallar yox
dərəcəsindədir. Diqqətçəkən nümunələrdən biri isə Qazılıq qoca
oğlu Yeynəyin dilində müşahidə olunur: “Dayım Əmən imiş, anı
bildim. Döndüm ol ərə səlam verdim” (D-207). Bəgdüzün qohum-
luq münasibətlərinə də, əsasən, bu cümlə kontekstində aydınlıq
gətirmək mümkündür (şübhəsiz ki, şərtilik nəzərə alınmaqla):
bacısının əri, kürəkəni – Qazılıq qoca
bacısı oğlu – Yeynək (Qazılıq qocanın oğlu)
Şərti olaraq təqdim etdiyimiz bu qohumluq əlaqələri ilə bağlı
bəzi detallara aydınlıq gətirmək lazım gəlir: O.Ş.Gökyayın fikrin-
cə, “Kitab”da “Əmən” adlı üç qəhrəman var: Emen (Bin Bügdüz
başları), Emen (Bıyığı – kanlu Bügdüz), Emren (İstanbul, 2000,
səh.322). Fikrimizcə, bu, eyni qəhrəmanın müxtəlif adlarla təqdi-
mindən başqa bir şey deyil: birincisi, ona görə ki “Emen (Bin
Bügduz başları) – Əmən (biŋ Bəgdüz başları)” IV boyda Aruzla
birlikdə, daha dəqiqi, ardıcıl sıralanmış cümlələrdə təqdim olunur:
“Anuŋ ardınca biŋ Bəgdüz başları Əmən yetdi. Anuŋ ardınca
toquz qoca başları Aruz yetdi” (D-151); ikincisi, “Emen (Bıyığı –
kanlu Bügdüz) – Əmən (Bığı qanlu Bəgdüz)” VIII boyda yenə də
Aruzla birlikdə məhz ardıcıl sıralanmış cümlələr kontekstində
verilir: “Bığı qanlu Bəgdüz Əmən əlində zəbun oldı. Ağ saqallu
Aruz qocaya qan qusdırdı” (D-219); üçüncüsü, XII boyda Aruzun
köməyə çağırdığı bəylər sırasında Əmənin adı ilk olaraq çəkilir:
“Aruz qayət səxt oldı. Taş Oğuz bəglərinə adam saldı: “Əmən
gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü
“Dədə Qorqud”un möcüzələr dünyası
59
qalan bəglər həb gəlsün!” – dedi” (D-294) dördüncüsü, XII boyda
Aruz və Əmən adlarının nəinki ardıcıl verilmiş cümlələr, hətta
bir cümlə daxilində yanaşı işlənməsi müşahidə olunur: “Taş Oğuz
bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər...” (D-292).
Bu qənaətlər “Kitab”dakı digər cəhətlərə də işıq salır. İlk olaraq
Əmənin qohumluq əlaqəsinin əhatə dairəsinin genişlənməsinə
diqqət yetirək:
əmizadəsi – Qazanın qarıcıq anası
əmizadəsinin əri – Ulaş
əmizadəsinin oğlu – Qazan
əmizadəsinin oğlu – Qaragünə
əmizadəsinin nəvəsi – Uruz
əmizadəsinin nəvəsi – Qarabudaq
əmizadəsinin gəlini – Burla xatun
əmizadəsinin qudası – Bayındır xan...
Bügdüz Əmənlə bağlı digər cəhətləri isə belə ümumiləş-
dirmək olar: Daş Oğuzda ikinci şəxs statusunda çıxış edir; üç adla
tanınan qəhrəmandır (Əmən, Bügdüz başları Əmən, Bığı qanlu
Bəgdüz Əmən: buradakı bin “Bügdüz başları” titul, “Bığı qanlu”
isə ləqəbdir.
Maraqlıdır ki, Aruzla Qazanın arasındakı soyuq müna-sibət-
lər Əmən – Qazan münasibətlərində də özünü göstərir. Məsələn,
Aruzla Əmənin dialoqunda bu soyuq münasibət açıq-aşkar görü-
nür: “Aruz aydır ki, “Mərə qavat, biz Qazana düşmənüz” – dedim.
Əmən aydır: “Eyü demişsən” (D-295). Bu məqamda assosiativ
olaraq Əmənin bacısı oğlu Yeynəklə Qazan, eyni zamanda Yey-
nəklə Qazanın qardaşı oğlu və kürəkəni Budaq (Qarabudaq) ara-
sındakı münasibətlər də yada düşür: Yeynək bilərəkdən Qazanın
(xalası oğlunun; hər ikisinin anası Daş Oğuzdan olduğu üçün belə
bir qohumluq əlaqəsindən bəhs etmək olar) xristian keçmişinə işa-
rə edir: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğı-
rına bindi” (D-37) (bax: Kafirlərin qohumluğu); Qarabudaq Yey-
nəyi boşboğazlığına görə ittiham edir: “Budaq aydar: “Bunda laf
urub nedirsən? Çünki ər dilərsin, varub babaŋı qurtarsaŋa! Nə on
“Dədə Qorqud”un möcüzələr dünyası
60
altı yıldır tutsaqdırr?” – dedi” (D-204). Şübhəsiz ki, bu cür detal-
lar “Kitab”dakı başqa gizli motivlərin açılmasına da kömək edə
bilər.
Buŋlu qoca. Təpəgözün xidmətçilərindən biri olan Buŋlu
qoca epizodik obrazlardandır. Qorqudşünaslıqda “Buŋlu” adı izti-
rablı, kədərl; dəlisov, sərsəm kimi mənalarda izah olunur ki, bu da
həmin obrazın boydakı statusu ilə birbaşa səsləşir. Buŋlu qocanın
qohumluq əlaqələri ilə bağlı heç nə söyləmək mümkün deyil.
Buğac. Yalnız I boyda işlənib. Bu adın mənası “Kitab”da
tam aydın şəkildə ifadə edildiyi üçün heç bir şərh vermir və onu
eynilə təqdim edirik: “Bayındır xanıŋ ağ meydanında bu oğlan
cəng etmişdir. Bir buğa öldürmüş səniŋ oğlıŋ” adı Buğac olsun...”.
Buğacın qohumluğunu təsdiqləyən bir neçə nümunəyə nəzər
salaq: “Dirsə xan oğlu Buğac xan boyını bəyan edər...” (D-10);
“Bəri gəlgil, aq südin əmdigim, qadunım ana!” (D-28).
babası və nənəsi ilə bağlı heç bir detala təsadüf olunmur
atası – Dirsə xan
anası – mətndə adı konkret olaraq çəkilməsə də, boyun əsas
obrazlarından biri kimi görünür
Dədə Qorqud. “Kitab”da üstün mövqedə görünən bu
modelin dörd dəfə “Qorqud ata” şəklində işlənməsinə rast gəlinir.
Qorqudşünaslıqda bu modellərdəki sözlərin məna yükü barədə
kifayət qədər bəhs olunub: dədə – yol göstərən, aqil, müdrik, ağ-
saqqal...; ata-rəhbər, tərbiyəçi, yolgöstərən...; qorqud – ruzi verən,
ruzulu ata, xeyir qoruyan, xoşbəxtlik odu, bəxt odu, od tanrısı...
Burada dədə və ata sözlərinin eyni semantik yuvaya daxil olmasını
xüsusilə vurğulamaq lazımdır.
“Dastan”da Dədə Qorqudun bayat tayfasından olmasına bir-
başa işarə edilir: “Rəsul Əleyhissəlam zəmanına yaqın Bayat bo-
yından, Qorqut ata diyər, bir ər qopdı” (D-2). Qohumluq əlaqələ-
rini ifadə edən konkret nümunələrə isə təsadüf olunmur. Amma
bunu da unutmaq olmaz ki, Dədə Qorqud Oğuz elinin kamil bilici-
si, yol göstərəni, məsləhət verəni, boy boylayanı, soy soylayanı-
dır... Oğuz elinin beşikdəki körpəsi də, at belində döyüşən igidi
Dostları ilə paylaş: |