“Dədə Qorqud”un möcüzələr dünyası
52
semantik yükü “Baybörənin yeddi kürəkəni olub” fikrini də real-
laşdırır.
gəlini – Banıçiçək (Baybicanın qızı)
qudası – Baybican
oğlunun qaynı – Dəli Qarçar (Baybicanın oğlu)
qudasının əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar
(Qıyan Səlcikin oğlu)
Bayındır xan. Bu ad Drezden nüsxəsində iki cür yazılıb:
Bayandar, Bayındır. Semantik yükü daha çox “varlanmaq”, “var-
landırmaq” kimi izah olunur. Atasının adı antroponimik mode-
lində konkret olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan
qızı Boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi” cümləsi, eyni
zamanda Qazanın bədii təyinlərindən biri kimi işlənmiş “Bayındır
xanıŋ göygüsü” ifadəsi qızı Burla xatun və kürəkəni Qazan barədə
müəyyən təəssürat yaradır. Bayındır xanın qohumluq əlaqələri də
həmin detallar və ümumən “Kitab”ın poetik strukturu kontektində
açılır ki, bu da, əsasən, aşağıdakıları əhatə edir:
babası, nənəsi və anası haqqında heç bir detala təsadüf
olunmur
arvadı – mətndə görünmür, amma Burla xatuna görə bərpa
oluna bilər
atası – Qam Ğan
qızı – Burla xatun
qudası – Ulaş (Qazanın atası)
kürəkəni – Qazan
nəvəsi – Uruz (Qazanın oğlu)
nəvəsinin əri – Qarabudaq (Qazanın qardaşı oğlu, Qaragünə-
nin oğlu)
kürəkəninin qardaşı – Qaragünə (Qazanın qardaşı)
kürəkəninin qardaşı oğlu – Qara budaq (Qaragünənin oğlu)
kürəkənin dayısı – Aruz (Qazanın dayısı)
kürəkənin dayısı oğlu – Basat
kürəkənin dayısı oğlu – Qıyan Səlcik
kürəkənin dayısı nəvəsi– Dondar (Qıyan Səlcikin oğlu)
“Dədə Qorqud”un möcüzələr dünyası
53
kürəkənin dayısının əmizadələri – Baybican və onun övladla-
rı: Dəli Qarçar; Banıçiçək... (Aruzun əmizadələri)
Uruzla bağlı sintaktik bütövlərdə dədə (baba) və baba (ata)
sözlərinin mənasına aydınlıq gətirilir, daha doğrusu, Qazanın ata,
Bayındırın isə baba statusunda çıxış etməsi obrazlı şəkildə canlan-
dırılır: “Məgər sən xan Qazanın oğlı degilsən?” – dedi. Uruz qaq-
dı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmidir?”
Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir”. Bir cəhəti də
qeyd edək ki, Drezden nüsxəsinin 67-ci səhifəsində Qarabudaq
Bayındır xanın oğlu kimi təqdim olunur: “Bayındır xanıŋ qarşu-
sunda oğlı Qarabudaq bay tayanub turmışdı”. M.Ergin Vatikan
nüsxəsində Qarabudağın məhz Qaragünənin oğlu kimi verildiyini
göstərir: “Hanuŋ karşusında Kara Göne oğlı Kara Budak yay ta-
yanup turmış – idi” (Ankara, 1958, s.116). Bu mənada Qarabudaq
Bayındırın yox, Qaragünənin oğlu kimi təhlil olunmalıdır.
Baybican. Müxtəlif formalarda transkripsiya olunub: Baybe-
can, Pay Piçen, Baybican. Semantikasına görə biçən, kəsən, doğ-
rayan anlamlı “peçeneq” etnonimi elə eyni xətdə birləşir. Onun
qohumluq münasibətlərini daha çox “...mənim qızım Baybörə bəg
oğlına beşikkərtmə yavuqlı olsun!...”; “...bu otağ Baybican bəg
qızı Banıçiçəgiŋdir”; “Ay oğul, Banıçiçəgiŋ bir dəli qartaşı vardır,
adına Dəli Qarçar deyirlər” kimi cümlələrin məna tutumu əsasında
müəyyənləşdirmək olar:
babası və nənəsi, atası və anası barədə heç bir informasiya
yoxdur
arvadı – mətn kontekstində anlaşılır (...Baybican bəgə bir qız
verdi...)
oğlu – Dəli Qarçar
qızı – Banıçiçək
kürəkəni – Beyrək
qudası – Baybörə
əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar (Qıyan Səl-
cikin oğlu)
“Dədə Qorqud”un möcüzələr dünyası
54
Beyrək. Balaca qurd mənasında izah olunur, bədii təyinində
bir sıra keyfiyyətləri qabardılır: “Parasarıŋ Bayburd hasarından
parlayıb uçan, ap-alca gərdəginə qarşu gələn, yedi qızıŋ umıdı,
Qalın Oğuz imrəncisi, Qazan bəgin yınağı, Boz ayğırlu Beyrək...”
(D-61). Oğuz igidi Beyrəyin qohumluq münasibətlərini bir sıra
cümlələrin semantikasına əsasən dəqiqləşdirmək mümkündür:
“Qam börəniŋ oğlı Bamsı Beyrək boyını bəyan edər...” (D-
66) – atasının adı birbaşa ifadə olunur;
“Oğıl, məgər sən istədigiŋ qız Baybican bəg qızı Banıçiçək
ola?!” (D-81) – qayınatası Baybicana işarə olunur. Bu qohumluq
dərəcəsi boyun sonunda tam real şəkildə təqdim edilir: “Baybörə
bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı...” (D-121).
Bu nümunələrə, eyni zamanda “Kitab”dakı digər sintaktik
bütövlərə istinad edərək Beyrəyin qohumluq əlaqələri ilə bağlı
aşağıdakıları söyləmək olar:
babası və nənəsinin kimliyi barədə məlumatlara rast gəlinmir
atası – Baybörə
anası – adı çəkilmir, amma mətndə epizodik bir obraz kimi
görünür: “Beyrəgiŋ anası – atası aydır: Dilüŋ içün öləyiŋ gəlinci-
güm!” (D-117)
bacıları – adları çəkilməsə də, onlara “Kitab”da açıq şəkildə
işarə olunur: “Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi”
(D-121). Bu cümlənin semantik tutumu Beyrəyin yeddi yeznə-
sindən də bəhs etməyə imkan verir.
arvadı – Banıçiçək (Baybicanın qızı)
qayınatası – Baybican
qaynı – Dəli Qarçar
qayınatasıının əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Don-
dar
qayınatasının əmizadəsinin bacısı oğulları – Qazan, Qaragü-
nə (Baybicanın əmizadəsi Aruzun bacısı oğulları)
qayınatasının əmizadəsinin bacısı nəvələri – Uruz,
Qarabudaq... (Baybicanın əmizadəsi Aruzun bacısı nəvə-ləri)...
Dostları ilə paylaş: |