“Dədə Qorqud”un möcüzələr dünyası
46
“Kitab”da Aruzun babası və nənəsi, atası və anası haqqında
heç bir informasiya yoxdur. Amma bir sıra dastan və rəvayətlərdə
onun Əfrasiyabın (Tuŋa Tegin) oğlu olduğu göstərilir. Bu istiqa-
mətdə araşdırmalar aparmış O.Ş.Gökyayın bir fikrini eynilə təq-
dim etmək yerinə düşür: “...Efrasiyab, Türk və İran rivayetlerine
göre Hazer Denizi`ni kuzeyden və güneyden dolaşmıştır. Türk
destanlarında Efrasiyabın oğlu Alp Aruz Demirkapı`yı, yeni Doğu
– Kafkasya`dakı Derbendi açmıştır”
1
. Şübhəsiz ki, Aruzun qo-
humluq əlaqələrinin heç də hamısını məhz “Kitab”a istinadən
müəyyənləşdirmək mümkün deyil. Amma bu da var ki, Aruzun
qohumluq əlaqələrinin böyük bir hissəsini “Kitab”dakı sintaktik
bütövlərdə təsadüf olunan “Mənim adım sorarsaŋ - Aruz oğlu Ba-
satdır” (Basatın dilindən). “Tayım Uruzı gördim (Qazanın dilin-
dən) tipli cümlələrin semantik yükünə əsaslanmaqla, eyni zaman-
da bu tip cümlələri digər parçaların məzmunu ilə əlaqələndirməklə
dəqiqləşdirmək mümkündür. Məsələn, Qazanın dilindən verilmiş
“Qartaşım Qaragünəyi gördim...”, “Tayım Urızı gördim” cümlələ-
rinin mətn semantikası müstəvisində qarşılaşdırılması Aruzla
Qaragünənin, Aruzla Qarabudağın, Aruzla Burla xatunun, Aruzla
Uruzun... hətta Aruzla Qam Ğanın qohumluğu barədə dəqiq fikir
söyləməyə imkan verir. Bu mənada Aruzun qohumluq əlaqələrini
aşağıdakı kimi sistemləşdirmək olar:
arvadı – adı çəkilməsə də, oğullarına görə müəyyən etmək
olur. Digər tərəfdən, Beyrəyin dilində Aruzun arvadına açıq-ay-
dın işarə olunur: “Aldayuban ər tutmaq övrət işidir, Övrətiŋdənmi
öyrəndiŋ sən bu işi qavat?! (D-297).
oğlu - Basat
oğlu – Qıyan Səlcik
nəvəsi – Dondar (Tundar,Tundaz)–Qıyan Səlcikin oğlu
gəlini – Qıyan Səlcikin arvadı, mətndə adı çəkilməsə də, ona
birbaşa işarə olunur: “Qarındaşım Qıyanı öldürmişsən. Ağca yüzli
yengəmi tul eləmişsən” (Basatın dilində)
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, CXLII.
“Dədə Qorqud”un möcüzələr dünyası
47
əmizadəsi – Baybican
əmizadəsi – Dəli Qarçar (Baybicanın oğlu)
əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası)
əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni)
bacısı – Ulaşın arvadı, Qazanın anası
bacısının əri – Ulaş
bacısı oğlu – Qazan (Ulaşın oğlu)
bacısı oğlu – Qaragünə (Ulaşın oğlu)
bacısı nəvəsi – Uruz (Qazanın oğlu)
bacısı nəvəsi – Qarabudaq (Qaragünənin oğlu)
bacısı gəlini – Burla xatun (Aruzun bacısının gəlini, Qazanın
arvadı)
bacısı oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası)
bacısı oğlunun qayınatasının atası – Qam Ğan (Qazanın
qayınatası Bayındırın atası)...
Bir sıra araşdırmalarda Təpəgözün atası - Qoŋur qoca Sarı
çoban Aruzun nəslindən, qanından hesab olunur: “...Elə məsələ-
nin canı ondadır ki, Alp Aruz insana bənzəməyən məxluqu (halbu-
ki Təpəgözdən doğma atası Sarı Çoban imtina etmişdi) öz qanın-
dan hesab edib evinə gətirmişdi. Deməli, qədim insanlar onlara ta-
nış ərazidə rastlaşdıqları bütün varlıqların bir-biri ilə “qan qohum-
luğuna” inanırdılar”
1
. Bu baxımdan “Qoŋur qoca Sarı çoban” da
şərti olaraq Aruzun əmizadəsi kimi verilə bilər.
Aruz qoca barədə bir cəhəti də qeyd edək ki, qorqudşünas-
lıqda onunla bağlı işlədilmiş “toquz qoca başları” rütbəsinin se-
mantikası hələ də kifayət qədər əsaslandırılmayıb. Xalıq Koroğlu
yazır: “...Aruz qocanın zahiri görünüşü və geyimi onun qəhrəman
xarakterindən xəbər verir. Bir yerdə onun doqquz qoca nəslinin
başçısı adlandırılması heç cür izah olunmur. Bəlkə, bu, Orxon-
Yenisey abidələrindəki doqquz oğuzla bağlıdır?”
2
. Bu tip suallara
Füzuli Bayat müəyyən qədər aydınlıq gətirir. Daha doğrusu, iki
1
R.Qafarlı. Mif və nağıl. Bakı, 1999, s.73.
2
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, s.177
“Dədə Qorqud”un möcüzələr dünyası
48
fikir söyləyir: “...Doquz qoca başları” isə doqquz Oğuz tayfasının
başçısı Qazan bəyin dayısı At ağızlı Alp Aruzdur. KDQ-dən
bilindiyinə görə Aruz Boz Oqlara (Daş Oğuz) daxil olan doqquz
tayfanın – boyun başçısıdır (M.Kaşqari Boz Oqlara on boyun
daxil olduğunu göstərir: kayı, bayat, qaraevli, yazır, döyər,
dodurqa, avşar, qızık, bəydili, qarkın)...”
1
; “...Aruz qocanın
ağsaqqallar Şurasına daxil olan Uşun Qoca, Qazılıq Qoca, Kanqlı
Qoca, Duxa Qoca, Əŋsə Qoca həm də tayfa bəyləridir (kanqlı,
usun, duxa, kazık və s. tayfalar. KDQ-də Aruza “doqquz qoca başı
Aruz qoca” deyilməsi və onun şuraya rəhbərlik etməsi göstərir ki,
əski doqquz Oğuz tayfa birliyi rudiment şəklində xatırlanmışdır.
Əslində isə qocaların sayı altıdır ki, bunlar da bozok-üçok
tayfalarının başçılarıdırlar...”
2
. Orxon-Yenisey abidələrindəki
“toquz oğuz bəgləri” tipli ifadələrə, M.Kaşğarinin “Divan”ına,
eləcə də “Kitab”a istinadən söylənilmiş bu fikirlərlə razılaşmaq da
olar. Amma ən sanballı mənbə elə “Kitab”ın özüdür – tezisinə
söykənərək aşağıdakıları qeyd etmək olar:
– “Kitab”da qocaların sayı altı yox, on birdir: Aruz qoca,
Buŋlu qoca, Duxa qoca, Əŋsə qoca, Ğəflət qoca, İlək qoca, Qaŋlı
qoca, Qazılıq qoca, Qoŋur qoca, Uşun qoca, Yapağlu qoca. Bu
qocalardan Qoŋur qoca daha çox mifik obrazlarla (Pəriqız, Tə-
pəgöz) bağlı təsvir olunduğu üçün həmin sistemdən kənarda qala
bilər. Aruz qoca isə “doqquz qoca”nın başçısıdır, yəni özündən
başqa doqquz qoca var. Deməli, “toquz qoca başları” rütbəsindəki
“doqquz qoca” “Kitab”ın poetik strukturunda paylanmış vəziy-
yətdədir. “Başçısı” anlamlı “başları” sözü isə Alp Aruzun Oğuz
cəmiyyətindəki statusu ilə səsləşir. Bu detal da “toquz qoca baş-
ları” rütbəsinin “Kitab”ın ümumi semantik yükü ilə bağlandığını
təsdiqləyir;
– yuxarıdakı izahlarda İlək qoca, Ğəflət qoca, Buŋlu qoca və
Yapağlu qoca nəzərə alınmadığı üçün qocaların sayı altı götürü-
1
Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild, Bakı, 2000, s.90.
2
Yenə orada, s.91
Dostları ilə paylaş: |