“Dədə Qorqud”un möcüzələr dünyası
37
V.V.Bartoldun tərcüməsində yoldaş sözü “супруга” kimi
verilib (Москва – Ленинград, 1962, с.63).
Yəqin ki, bu mənbələrə istinad olunsa idi, “yoldaş” (həyat
yoldaşı mənasında) sözü semantik neologizm, yeni yaranmış ev-
femistik ifadə və s. başlıqlar altında şərh edilməzdi. Görünür,
burada sovet dövlətinə inam və sevgi, sovet ideologiyası ilə
silahlanma və s. də öz işini görüb. Bu tezislərlə müəyyən mənada
razılaşmaq da olar. Amma bu da var ki, həmin qeyri-dəqiq izahlar
bu gün də dilçiliyimizə dair yazılmış əsərlərdə təkrarlanmaqdadır.
Yəni nə yuxarıdakı üç mənbəyə, nə də ki 1999-cu ildə çap
olunmuş “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə (burada yoldaş
sözü “həyat yoldaşı”, “yaxın adam” mənasında verilib) istinad
olunmadan fikirlər söylənilir. Bu mənada “Kitab”da işlənmiş “yol-
daş” sözünü daha geniş müstəvidə izah etmək zərurəti yaranır.
Bəri başdan qeyd edək ki, arvad anlamlı “yoldaş” sözünə yalnız V
boyda – “Duxa qoca oğlu Dəli Domrul boyu”nda təsadüf olunur.
Heç şübhəsiz ki, bu, birbaşa situasiya, uyğun sintaktik mühitlə
bağlıdır: “Adəmlər əvrəni yoldaşına qıyamadı” (D-168); “Dəli
Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı” (D-169). “Ki-
tab”da arvadı anlamlı “yoldaş” sözü ilə müqayisədə dost, yaxın
adam və s. anlamlı “yoldaş” sözü üstün mövqedə görünür: “Hey
qıq eşüm, qırq yoldaşım! Qurban olsun sizə mənim başım!” (D-
190). Bundan əlavə, “yoldaş” sözünün metafora kimi işlənməsinə
də rast gəlinir. Beyrək atını öyərkən onu özünə, həm də ən yaxın
dost, yoldaş hesab edir: “Başıma iş gəldi, yoldaş deyərəm” (D-99).
Maraqlıdır ki, görkəmli qorqudşünas O.Ş.Gökyay “yoldaş” sö-
zünün yalnız “yol arkadaşı, arkadaş” mənalarından bəhs edir, yəni
yoldaş sözünün “arvadı” mənasını ifadə etməsinə, eləcə də meta-
fora yaratmada iştirakına münasibət bildirmir
1
. Azərbaycan dilçi-
ləri də, yuxarıda qeyd etdiyimiz kimi, həyat yoldaşı birləşməsinin
bir evfemistik ifadə kimi sovet dövründə yarandığını xüsusi olaraq
vurğulayıblar. Bu mənada “həyat yoldaşı” ifadəsi ilə “Kitab”da
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, s.313.
“Dədə Qorqud”un möcüzələr dünyası
38
arvadı mənasında işlənmiş “yoldaşı” sözünə müxtəlif bucaqlardan
yanaşmaq lazım gəlir: “həyat yoldaşı” ifadəsi “Kitab”dakı “yol-
daşı” (arvadı anlamlı) sözündən yalnız birinci komponentinə - so-
vet ideologiyası ilə səsləşən həyat sözünə görə (müq.et: yeni hə-
yat, yeni dövr...) fərqlənir; “Kitab”da “yoldaşı” sözü II növ təyini
söz birləşməsinin ikinci tərəfi kimi işlənmişdir ki, bu da asanlıqla
bərpa oluna bilir. Daha doğrusu, birləşmənin birinci tərəfini
danışıq dilindəki “baş yoldaşı” (arvad, ər, həyat yoldaşı) ifadəsinə
söykənməklə bərpa etmək olur; belə bir bərpa isə “Kitab”da Banı-
çiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım! “ağısının,
yaxud boylardakı – həlal, övrət, bir yastığa baş qoymaq = baş yol-
daşı (arvadı) sözlərinin zəncirvari bağlılığını əks etdirən sintaktik
bütövün, daha dəqiqi, Dəli Domrulun yoldaşının (arvadının) dilin-
dən verilmiş “Bir yasdıqda baş qoyub əmişdigim” misrasının se-
mantik tutumu (bir yastığa baş qoymaq – bir yerdə yatmaq, ər-ar-
vad olmaq) ilə bağlanır, mətnə yapışıqlı görünür; bir yastığa baş
qoymaq= baş yoldaşı olmaq – baş yoldaşı; “Kitab”ın poetik struk-
turunda arvadı anlamlı “yoldaşı” sözü ilə yanaşı, “Xan qızı” (Dir-
sə xanın arvadına müraciəti), “Xan babamın göygüsü – Xan ata-
mın kürəkəni (Burla xatunun Qazana müraciəti) kimi evfemistik
ifadələr də üstün mövqedə görünür... Bütün bunlar yoldaşı, həyat
yoldaşı kimi evfemistik ifadələrin sovet dövründə yaranmadığını,
minilliklərdən süzülüb gəldiyini sübut edir. Burada bir reallığı da
qeyd etmək yerinə düşür: “Dədə Qorqud kitabı”nı Azərbaycana
bağlayan çoxsaylı faktlar sırasına arvadı mənasında işlənmiş
“yoldaşı” sözünü də aid etmək olar. Belə ki, Azərbaycan dilindəki
arvadı və ya əri anlamlı baş yoldaşı, həyat yoldaşı kimi evfemistik
ifadələr Türkiyə türcəsində müşahidə olunmur. Konkret desək,
həmin vahidlərin Türkiyə türkcəsində qarşılığı belədir: baş yoldaşı
– eş, zevce; yoldaşı, yoldaşım – eşi, ailesi (eşim, ailem), kocası,
kocam; həyat yoldaşı – eş, zevce, koca. Fikrimcə, O.Ş.Gökyay bu
cür detalları nəzərə alsa idi, yəqin ki, “Kitab”ın dili ilə bağlı qeyri-
dəqiq mülahizələr söyləməzdi. Müəllif yazır: “...Azeri lehçesi o
yüzyılda (XIV yüzyıl) henüz müstakil bir lehçe olarak ortada
“Dədə Qorqud”un möcüzələr dünyası
39
yoktur”
1
. Türkologiyada bu fikrin yanlışlığı tutarlı faktlarla arqu-
mentləşdirildiyi üçün cəmi bir faktı qeyd etməklə kifayətlənirəm:
XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada olmasa idi,
“üzünü məndən nihan etmək dilərsən, etməgil...”, - deyən Nəsimi
Azərbaycan dilində poetik siqlətli “Divan” yarada bilməzdi.
“Duxa qoca oğlu Dəli Domrul boyu”nda həlal (qanuni izdi-
vac, ər-arvad), övrət (arvad) və yoldaş (arvad) sözlərinin ardıcıl
verilmiş sintaktik bütövlərdə sinonimik cərgə təşkil etməsi, daha
doğrusu, sinonimik cərgə kimi çıxış etməsi müşahidə olunur: həlal
– Sürdi həlalı yanına gəldi (D-166); övrət – Övrət burada soylamış
görəlim, xanım, nə soylamış... (D-167); yoldaş – Adəmilər əvrəni
yoldaşına qıyamadı (D-168); yoldaş – Dəli Domrul yüz qırq yıl
dəxi yoldaşıyla yaş yaşadı (D-169). Bu sözlər sintaktik bütövləri
bir-birinə bağlayan ən əsas detallar kimi görünür. Burada
diqqətçəkən məqamlardan biri də budur ki, sinonimik cərgədə türk
mənşəli “yoldaş” daha intensivdir, həm də sinonimik cərgə məhz
“yoldaş” sözü ilə tamamlanır.
“Dəli Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı” cüm-
ləsində ahəngdarlıq, melodiyalılıq, poetik semantika çox qüvvətli-
dir. Burada təkcə onu qeyd etmək kifayətdir ki, həmin cümlədə
“y” samitinin alliterasiyası (y-y-y-y-y-y), şadlıq mənasını qüvvət-
ləndirən “ş” alliterasiyası, daha doğrusu, üç dəfə kök morfemində
təkrarlanmış “aş” hissəsi (daş, yaş, yaş) birbaşa sintaktik bütövün
ilk hissəsi ilə bağlanır: “...yoldaşına qıyamadı. Allah təalaya bu-
rada yalvarmış, görəlim, necə yalvarmış... Yucalardan yucasan...
(D-168) (y-y-y-y-y-y-y; aş-ş-ş). Deməli, mətndə şadlıq mənasını
qüvvətləndirən vasitələrdən biri məhz “y” və “ş” alliterasiyalarının
zəncirvari bağlılığıdır, uyğun sintaktik mühitin uyğun forma ilə
ifadəsidir.
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, s.CXCIV.
Dostları ilə paylaş: |