MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

keçirdikdə  onlarda    stafilokokklar,  hemolitik  sarılıq,  bağırsaq  çöpləri,  bəzən  də 
vərəm bakteriyaları tapırlar. 
Qab-qacağı əllə yumaq üçün üç bölməli vannalardan istifadə edirlər (40x45x40 
sm).  Əvvəlcə  boşqabların  dibində  qalan  xörəyi  silib  təmizləyirlər.  Sonra  birinci  iki 
bölməni 45-50
o
C-ə qədər qızdırılmış su ilə doldururlar. Qabları yağdan və başqa üzvi 
maddələrdən  daha  yaxşı  təmizləmək  üçün  isə  birinci  şöbəyə  yağı  yuyub  aparan 
maddələr  –  susuz  soda  (1%),  kül  və  s.  tökürlər.  Qabları  birinci  bölmədə  liflə 
yuduqdan sonra ikinci bölməyə yığırlar, burada yuma prosesini başa çatdırırlar. İkinci 
bölmədə dezinfeksiya üçün suyun hər litrinə 10%-li xlorlu əhənğ məhlulundan 10 ml 
tökürlər. Sonra boşqabları məftildən hörülmüş zənbilə qoyur və üçüncü şöbədə qaynar 
suyun  altında  yuyur,  yaxud  üzərinə  qaynar  su  gəzdirirlər.  2-3  dəqiqədən  sonra  isə 
boşqablarla birlikdə səbəti çıxarırlar. Təmizlənmiş və dezinfeksiya edilmiş boşqabları 
böyrü  üstə  tərəcələrə  yığırlar,  isti  qablar  tez  quruduğu  üçün  isə  onları  dəsmalla 
qurulamaq lazım gəlmir. Stəkan və nəlbəkiləri ayrı-ayrı vannalarda iki dəfə yuyurlar. 
İri  iaşə  müəssisələrində  (xüsusən,  özünəxidmət  müəssisələrində)  qabları  tez 
yumaq  və  dezinfeksiya  etmək  üçün  xüsusi  qabyuyan  maşınlar  vardır.  Bunlar  da 
qabları hərəkət edən konveyerlərə əvvəlcə yuyulmaq, sonra isə dezinfeksiya olunmaq 
üçün su şırnağı altında verirlər. 
Müştərilərə xidmət otaqlarına – vestibül, qarderob, ayaqyolu və əlüzyuyanlar 
aiddir.  Əlüzyuyulan  yerdə  «elektrik  əlüzyuyubqurudanı»  qoyulmalıdır  ki,  o  əlləri 
quru  isti  hava  ilə  qurudur.  Müştərilərə  xidmət  göstərmək  üçün  əsas  otaq  nahar 
salonudur, o rahat, təmiz, geniş (hər adama 1,25 m
2
), işıqlı olmalı və havası yaxşı 
dəyişilməlidir. 
Burada 
stollar 
bir-birindən 
azı 
1,5 
m, 
özünəxidmət 
yeməkxanalarında  isə  2  m-ə  qədər  aralı  olmalıdır.  Açıq  rəngli  plastik  kütlə 
çəkilmiş stollar gigiyenik cəhətdən çox əlverişlidir. 
Nahar  zallarında  və  ya  ayrıca  otaqda  bufet  də  olur.  Özünəxidmət 
yeməkxanalarında  bufeti  salona  girilən  yerdə  yerləşdirmək  lazımdır.  Bufetdə 
tozdan və milçəkdən qorumaq üçün yeyinti məhsullarının üzərini örtmək lazımdır. 
Tez  xarab  olan  yeyinti  məhsullarını  soyuducu  vitrinlərdə  və  soyuducu  şkaflarda 
saxlayırlar.  Bufetə  boşqabları  və  cihazları  ümumi  qabyuyulan  yerdən  gətirirlər. 
Stəkanlar  və  fincanlar  tez-tez  çirkləndiyi  üçün,  adətən  onları  bufetdə  yuyurlar. 
Bunların bayır tərəfi müştərilərin ağzına dəyib daha çox çirklənir deyə stəkanların 
həm  bayır  tərəfini,  həm  də  içərisini  yaxşı-yaxşı  yumaq  lazımdır.  Stəkan  və 
fincanları fəvvarə vuran su ilə yuyurlar. 
Ticarət  və kütləvi qidalanma  müəssisələrinə göstərilən sanitar tələblərdə əsas 
məqsəd  qida  məhsullarına  mikrobların  düşməməsini,  qida  zəhərlənmələrinin  baş 
verməməsini,  həmçinin  qida  məhsullarına  sağlamlıq  üçün  ziyanlı  olan  üzvi  və 
qeyri-üzvi maddələrin düşməsini minimuma endiriməkdən ibarətdir. 
 
6. Ticarət işçilərinin şəxsi gigiyenası 
Ərzaq  məhsullarının  ticarət  işçiləri  tərəfindən  patogen  mikroflora  ilə 
yoluxmasını  aradan  qaldırmaq  üçün  müəyyən  norma  və  qaydaları  gözləmək 
lazımdır. 
Ticarət  müəssisələrinə  daxil  olan  bütün  şəxslər  isə  bakteriya  daşıyıcıları 
olduğundan,  quru,  bərk  daşımaları  barədə  tibbi  müayinədən  keçməlidirlər.  İşə 


götürülmə  müalicə  idarələrindən  verilən  arayışı  təqdim  etməklə  qəbul  olunur. 
Müayinə  ticarət  müəssisəsi  rəhbərliyinin  göndərişi  ilə  aparılır.  Sonralar 
məhsulların saxlanması və satılması ilə əlaqədar rübdə bir dəfə onlar tibbi baxışdan 
keçirilir. İldə bir dəfə onlarda vərəmin yoxlanılması aparılmalıdır. 
Müəssisələrdə  rəhbərlik  hər  işçiyə  tibbi  kitabça  açır,  oraya  tibbi  müayinənin 
nəticələri  yazılır  və  keçirilən  xəstəliklər  qeyd  olunur.  Kitabçada  işçinin  hökmən 
məcburi peyvənd, sanitar minimumu verməsi barədə qeydiyyat aparılır. 
Ərzaqla  təmasda  olan  işçilər,  əllərinin  sanitar  vəziyyətinə  nəzər  yetirməli, 
onları çirkləndikcə yumalı, irinli xəstəliklərin baş verməsinə yol verilməməlidir. 
Hər  bir  ticarət  müəssisəsində  tibbi  aptek  qutusu  olmalıdır.  Bütün  işçilər 
müəssisə  tərəfindən  verilən  sanitar  paltarlardan  istifadə  etməlidirlər.  Onlar  tez 
yuyulan,  ağ  paltardan  hazırlanır.  Onlardan  yalnız  iş  zamanı  istifadə  etmək  olar. 
Sanitar  paltarlarında  küçəyə  çıxmaq,  tualetə  getmək  olmaz.  Onlar  çirkləndikcə, 
lakin iki gündən gec olmayaraq dəyişilməlidir. 
Təhlükəli  mikrofloranın  mənbəyi  kimi  istifadə  olunan  üst  paltarlar  da  ola 
bilər.  Saçlar  iş  zamanı  örtüyün,  beretin  (papaq)  altına  yığılmalıdır.  Üst  paltarları 
təmiz, səliqəli olmalıdır. 
Bütövlükdə  ərzaq  malları  satışının  sanitar  tələbləri  Azərbaycanın  Dövlət 
Nəzarəti  Nizamnaməsi  və  ərzaq  malları  üçün  sanitar  qaydaları  ilə  idarə  olunur 
(SanPinlər). 
Bu qaydalara  görə  mağaza  (satış)  işçilərinə  iş  yerində qida qəbulu  və siqaret 
çəkmək  qadağan  olunur.  Siqaret  çəkmək  əzələ        yorğunluğunu  artırır,  əməyin 
effektivliyini isə aşağı salır. 
Dezinseksiya.  Cürbəcür  həşəratların  tələf  edilməsi  üçün  aparılan  mübarizə 
tədbirlərinə 
dezinseksiya 
deyilir. 
Yoluxan 
xəstəliklərin 
xarici 
mühitdə 
yayılmasında, xəstəliyin bir insandan və heyvandan başqasına keçməsində və bəzi 
parazit  xəstəliklərin  əmələ  gəlməsində  buğumayaqlılar  böyük  rol  oynayırlar. 
Milçəklərin  və  ağcaqanadların  xəstəlik  yaymaları  çoxdan  aşkar  edilmişdir. 
Dezinseksiya tədbirləri 2 qrupa bölünür: 1) profilaktiki, 2) məhvedici dezinseksiya 
tədbirlərinə.    Profilaktiki  tədbirlər  iaşə  müəssisələri  binalarının  həşəratlardan 
mühafizə edilməsindən ibarətdir. Bunun üçün qapı və pəncərələrə tənzif vurulması 
və s. həyata keçirilir. 
Əsas tədbirlər həşəratları məhv etməkdən ibarətdir. Bu tədbirlər mexaniki, fiziki, 
kimyəvi, fiziki-kimyəvi və bioloji üsullarla aparılır. 
Fiziki  dezinseksiyaedici  vasitələr  sırasına  isə  od,  qızdırılmış  isti  hava,  isti  su 
və  su  buxarı  aiddir.  Bunlardan  başqa  yapışqan  kağız,  milçəkqovan,  tələ  qurğuşu, 
milçəktutan, dezinseksiya üçün qaz, maye və toz halında kimyəvi  maddələrdən də 
istifadə  olunur.  Qaz  halında  olan  maddələrdən  sianid,  formaldehid,  xlorpikrin  və 
karbon qazlarını qeyd etmək olar. 
Hazırda  kimyəvi  üsullardan  geniş  istifadə  edilir.  Bu  məqsədlə  2%-li  natrium 
salisilat məhlulu, 2% formalin məhlulu, piretrum və s. tətbiq edilir. 
Tarakanlara  –  mətbəx  böcəklərinə  qarşı  zəhərli  cəlbedicilər  (aldadıcılar), 
aerozollar istifadə olunur. 
Deratizasiya  siçan  və  siçovulların  tələf  edilməsindən  ibarətdir.  Bunun  bir-iki 
üsulları  vardır:  1)  profilaktiki  və  2)  məhvedici.  Profilaktiki  tədbirlərə  siçovul  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə