MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

Zibili  aparmaq  üçün  nəqliyyat  yalnız  təyinatı  üzrə  istifadə  olunmalıdır.  İaşə 
müəssisələri  binasının  girişində  ayaqqabını  təmizləmək  üçün  qurğu  ilə  təchiz 
olunmuş yer olmalıdır. 
Binanın saxlanmasına göstərilən sanitar tələblər. İaşə müəssisələrində bütün 
binaların  təmiz  saxlanılması  sanitar  rejiminə  riayət  etməyi  tələb  edir.  Bunun  üçün 
binanın zibilinin yığım qrafikinə ciddi riayət olunmalıdır. Lazımi təmizliyi saxlamaq 
üçün  bina  hər  gün  nəm  üsulla  təmizlənməlidir.  Binanın  əsas  təmizlənməsi  hər  gün 
işdən  sonra  aparılır.  Döşəmələr  gün  ərzində  çirkləndikcə  təmizlənməlidir.  Onlar 
əvvəlcə  nəm  üsulla  süpürülür,  sonra  isə  isti  su  ilə  və  quru  olana  qədər  silinirlər. 
Yağlı  döşəməni  yumaq  üçün  sanitar  nəzarəti  orqanları  tərəfindən  icazə  verilən 
yuyucu maddələrdən istifadə olunur. 
Divarlar,  karniz,  tavanlar  tozsoranla  və  yaxud  azca  nəmləndirilmiş  əski  ilə 
təmizlənir. 
Panellər  (otaq  divarının  aşağı  haşiyəsi)  hər  gün  yaş  əski  ilə  silinir.  Şirələnmiş 
pilətələrin  paneli  hər  gün  yuyucu  vasitələrin  tətbiqi  ilə  yuyulur,  yağlı  boyalarla 
örtülmüşü isə isti su ilə möhkəm yuyulur. 
Pəncərələrin çərçivəsi, pəncərə altlığı nəmli əski ilə silinir. Şüşələr isə tozdan 
və  hisdən  yuyucu  vasitələrlə  həftədə bir dəfə təmizlənir. Xarici qapılar 10 gündən 
az  olmayaraq,  çirkləndikcə  yuyulur.  Bütün  daxili  divarlar  hər  gün  yuyucu  maddə 
olan  su  ilə  yuyulur.  Xüsusilə  qapıların  çox  çirklənən  aşağı  hissəsi  və  tutacaqları 
diqqətlə yuyulur. 
Anbar binalarının təmizlənməsi hər gün aparılmalıdır. Həftədə iki dəfə rəflər, 
iri sandıqlar, stellajlar (bir şeyi dik halda saxlamaq üçün qurğu) isti su ilə yuyulur. 
Salonda  stolların  təmizlənməsi  hər  gün  aparılır.  Müəssisələrdə  nahar  stollarını 
təmizləmək  üçün  markası  olan  dəst  ağ  süfrələr  (əlsilən,  xörək  dəsmalı,  salfet), 
həmçinin  tör-töküntünü  süpürmək  üçün  şotkalar  olmalıdır.  Stolları  təmizləmək 
üçün  işlədilən  inventarlar  hər  həftə  yuyucu  maddə  məhlulunda  yuyulmalı  və 
qurudulub  xüsusi  şkaflarda  saxlanılmalıdır.  Təmizləmə  inventarlarının  başqa 
məqsədlərlə istifadəsi qəti qadağandır. 
İstehsalat və anbar binaları xüsusi heyət və yaxud köməkçi fəhlələr, sanitariya 
qovşağı isə bu məqsədlər üçün ayrılmış xadimələr tərəfindən təmizlənir. 
Cari  gündəlik  təmizləmədən  başqa,  bütün  iaşə  müəssisələrində  ayda  bir  dəfə 
sanitar günü müəyyən edilir ki, bu zaman əsaslı təmizləmə aparılır, sonra isə bütün 
bina  və  avadanlıqlar  dezinfeksiya  olunur.  Binanı  dezinfeksiya  etmək  üçün 
(döşəmə, divar, qapılar və b.) xlorlu əhəngin 1%-li məhlulu və ya xloraminin 1%-li 
məhlulu  tətbiq  edilir.  Əlüzyuyanlar,  tas  və  traplar  təmizlənməli,  yuyulmalı  və 
dezinfeksiya olunmalıdır. 
Hər gün işin axırında təmizləmə üçün olan inventarlar diqqətlə təmizlənməli, 
qaynar  su  ilə  yuyulmalı  və  xlorlu  əhəngin  2%-li  məhlulu  ilə  dezinfeksiya 
edilməlidir.  Bütün  inventarlar  markalanmalıdır  və  təyinatı  üzrə  istifadə 
olunmalıdır.  Onlar  xüsusi  şkaflarda  saxlanılır.  Ayaqyolu  otağını  təmizləyən 
inventarları ayrı saxlamaq lazımdır. 
Müəssisə binasının sanitar-texniki saxlanmasının da böyük əhəmiyyəti vardır. 
Bütün binalar ildə bir dəfədən az olmayaraq müntəzəm olaraq təmir olunmalıdır.  
 


4. Qab-qacaqların, avadanlıqların və inventarın yuyulmasına və 
zərərsizləşdirilməsinə göstərilən  sanitar tələbləri 
İaşə  müəssisələrində  qab-qacaqları  müxtəlif  markalı  yuyucu  maşınlarla, 
həmçinin  əl  ilə  yuyurlar.  Mexanikləşdirilmiş  yuma  üçün  fasiləsiz  və  dövrü 
hərəkətli  universal  yuyucu  maşınlardan  istifadə  olunur  (MMU-250,  MMU-500, 
MPU-350, MPU-700, MPU-1000, MMU-2000 və digər köhnə konstruksiyalar). 
Fasiləsiz  işləyən  maşınlarda  (məsələn,  MMU-200)  vanna  qablarının  texnoloji 
emalı  üçün  onlar  dörd  zonaya  bölünürlər.  Birincidə  qida  qalıqlarının  iti  axan  su  ilə 
təmizlənməsi aparılır, ikincidə 45°C temperaturadan aşağı olmayan yuyucu vasitələrlə 
resirkulyasiyalı  yuma  aparılır.  Üçüncü  zonada  58°C  temperaturada  qızdırılmış 
resilkulyasiyalı  su  ilə  birinci  yaxalanma  aparılır.  Dördüncü  zonada  qabların 
temperaturu  94-96°C  olan  axar  su  ilə  yaxalanması  həyata  keçirilir.  Belə  emaldan 
sonra  qab-qacaqlar  qurutmaq  üçün  boş  olan  sahəyə  düşürdülür.  Digər  yuyucu 
maşınlar da analoji prinsiplər üzrə işləyirlər.  
Maşına  iki  nəfər  –  biri  doldurmağa,  digəri  boşaltmağa  xidmət  edir.  Demək 
lazımdır  ki,  yaxşı  keyfiyyətli  yuma  üçün  bir  neçə  şərtə  riayət  etdikdə  nail  olmaq 
olur.  Əvvəlcə,  qab-qacaq  yuyan  maşinlara  yaxşı  qulluq  edilməli,  onların  vaxtında 
təmiri  aparılmalıdır  və  s.  Digər  əhəmiyyətli  şərt  isə  yuyucu  vasitələrin  düzgün 
seçilməsi və maşının gündəlik diqqətlə yuyulması hesab olunur. 
Qab-qacaqlar  o  vaxt  təmiz  yuyulmuş  hesab  edilirlər  ki,  onlarda  çirklik 
görünməsin,  bakterioloji  tədqiqat  zamanı  səthlərində  bağırsaq  çöpləri  tapılmasın, 
bütün səthində isə bakteriyaların ümumi miqdarı 1000-dən çox olmasın. 
Qab-qacaq  yuyan  maşınların  olmasından  asılı  olmayaraq  sanitar  qaydalara 
görə  müəssisələrdə  yeməkxana  və  şüşə  qab-qacaqların  əl  ilə  yuyulması  üçün  beş 
gözlü yuma vannalar nəzərdə tutulur. Sanitar qaydalarına görə iaşə müəssisələrində 
qab-qacaqları əl ilə yuduqda, onlar yeməkxana qab-qacaqları üçün yuyucu üçgözlü 
vanna  ilə  təchiz  olunmalıdır.  Üçüncü  gözdə  tor  və  qab-qacaqları  yaxalamaq  üçün 
elastiki şlanqa taxılmış duş olmalıdır. 
Şüşə qab-qacaqları yumaq üçün isə iki gözlü vanna kifayət edir. 
Mətbəx  qab-qacaqlarını  yumaq  üçün  iki  gözlü  vannalar qurulmalıdır.  Sanitar 
qaydalara  görə  bufetdəki  az  çeşidli  qabları  yumaq  üçün  ikigözlü  vannaların 
qurulmasına  icazə  verilir.  50-dən  çox  yeri  olan  iaşə  müəssisələrində  mətbəx  və 
yeməkxana  qab-qacaqlarının  yuyulması  xüsusi  ayrılmış  binalarda  ayrı-ayrı 
aparılmalıdır. 
Mətbəx  və  yeməkxana  qab-qacaqlarının  yuyucu  qurğuları  isti  su  ilə  kifayət 
qədər  təmin  olunmalıdır  (qaynar  su  təchizatı  şəbəkəsindən,  o  olmadıqda,  fasiləsiz 
işləyən qızdırıcıdan). 
Yeməkxana  və  çayxana  qab-qacaqlarının,  yeməkxana  alətlərinin  yuyulması 
da analoji qaydada aparılmalıdır. 
 
5. Mətbəx qablarının və qab-qacağın yuyulması və  dezinfeksiyası 
 
Xörəyi  yedikdə  qab-qacağa  müştərilərin  əllərinlən  və  ağzından  müxtəlif 
mikroorqanizmlər  düşə  bilər.  Qab-qacağı  pambıqla  silib  bakterioloji  analizdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə