MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

siçanların  qidalanmasına  və  su  içməsinə  yol  verməmək,  onların  çoxalmasına  mane 
olmaq  və  s.  aiddir.  Məhvedici  tədbirlərə  mexaniki  (tələ  ilə  tutmaq),  kimyəvi  –  qaz 
halında olan kimyəvi  maddələrdən  (sian,  xlorpikrin, kükürd  qazı,  xlor  və b.)  istifadə 
aiddir.  Aldadıcı  yemlər  ilə  qarışdırıb  vermək  də  bunlardandır.  Bunun  üçün  arsen 
(mərgümüş),  fosfor  kimi  maddələrdən  istifadə  olunur.  Aldadıcı  yemlər  kimi  un, 
kolbasa, ət və s.-dən istifadə olunur.  
 
MÜHAZİRE 14. TEXNOLOJİ AVADANLIQLARA, İNVENTARA, 
QABLARA, TARALARA VƏ QABLSAŞDIRMA 
MATERİALLARINA SANİTAR GİGİYENİK TƏLƏBLƏR 
 
Plan 
1.  Mexaniki avadanlıqların sanitar səciyyəsi 
2.  Qeyri-mexaniki avadanlıqların, inventarların sanitar səciyyəsi 
3.  Qablara qöstərilən sanitar-gigiyenik tələblər 
4.  Tara və qablaşdırma materiallarına sanitar-gigiyenik tələblər 
 
 
1. Mexaniki avadanlıqların sanitar səciyyəsi 
 
Qida  sənayesi  və  iaşə  müəssisələrində  mexaniki  avadanlıqların  tətbiqi  əmək 
şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaqla yanaşı, həm də onun məhsuldarlığını 
yüksəldir və müəssisələrin sanitar rejimini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. 
İaşə  müəssisələri  kütləvi  qidalanma  müəssisələri  kimi  qüvvədə  olan 
normalara  müvafiq  olaraq  mexaniki,  yanacaq,  ticarət  və  soyuducu  avadanlıqlarla 
təchiz  edilməlidir.  Hazırda  məhsulların  kulinar  emalı  əvvəlcədən  təyin  edilmiş 
ayrıca texnoloji əməliyyatları, bir çox mexaniki prosesləri maşın və mexanizmlərin 
köməkliyi  vasitəsi  ilə  həyata  keçirilir.  Texnoloji  avadanlıqların  yerləşdirilməsi 
onlara  keçmə  yolunu  təmin  etməli,  bu  zaman  istehsal  proseslərinin  axınına  əməl 
olunmalı,  həmçinin texnoloji təhlükəsizlik  qaydalarının  yerinə yetirilməsinə riayət 
edilməlidir. 
Mexaniki  avadanlıqlar  qida  məhsulları  ilə  daimi  əlaqədə  olduğu  üçün,  onlar 
müəyyən  sanitar-gigiyenik  tələblərə  cavab  verməlidirlər.  Belə  ki  materialın 
təhlükəsizliyinə,  konstruksiyanın  sadəliyinə,  sanitar  emalının  asanlığına, 
mexanizmlərin  təyinatına  və  müəyyən  olunmuş  məhsullara  görə  onların  istifadəsi 
asan olmalıdır. 
İaşə  müəssisələrində  iqtisadi  cəhətdən  əlverişli  və  rahat  universal  ötürücülər 
kimi  (P
1
-0,6-1,1;  P-11;  UMM;  PUVR-0,4)  markalı  intiqallar  geniş  yayılmışdır. 
Sanitar  nöqteyi-nəzərincə  bir  mexanizmdən  çiy  və  bişmiş  məhsulların  emalı  üçün 
istifadəyə yol verilmir.  
Böyük  olmayan,  kiçik  müəssisələrdə  müxtəlif  qida  məhsullarının  emalı  üçün 
kiçik  qabaritli,  bir  dəst  növbəli  dəyişən  ötürücülərdən  istifadəyə  icazə  verilir.  İri 
müəssisələrdə  isə  əsasən  bir  növ  məhsulun  emalının  texnoloji  əməliyyatını,  yaxud 
ayrıca sex üçün kompleks əməliyyatı yerinə yetirən xüsusi universal ötürücülər tətbiq 
edilir. 


İaşə müəssisələrində məhsulların mexaniki kulinar emalı zamanı ən çox ayrıca 
texnoloji  əməliyyatı  yerinə  yetirən  maşınlar  tətbiq  edilir.  Məsələn,  tərəvəzin  emalı 
zamanı  yuyucu,  tərəvəz  təmizləyən  maşınlar,  tərəvəzi  doğramaq  üçün  maşın  və  s. 
istifadə  olunur.  Tərəvəz  emalı  üzrə  mexanikləşdirilmiş  axın  xətti  çox  effektli  və 
perspektivlidir. Bu xəttə yuma, təmizləmə, doğrama əməliyyatları  və bəzən onların 
isti emalı üçün maşınlar daxildir. Əti və balığı emal edən zaman məhsulu xırdalayan, 
əti  yumşaldan,  qiymə  qarışdıran,  kotleti  formalaşdıran  maşınlarda  tətbiq  edilir. 
Həmçinin çörək və qastronomiya məhsullarını doğramaq üçün maşınlardan da geniş 
istifadə  edilir.  Qida  məhsullarının  emalında  müxtəlif  texnoloji  əməliyyatlar  üçün 
istifadə  olunan  çoxlu  mexaniki  avadanlıqlardan  istifadə,  əmək  məhsuldarlığını 
artırmaqla  yanaşı  sanitar  cəhətdən  də  effektlidir.  Belə  ki,  maşın  istifadə  edilən 
vəziyyətdə bakteriyaların qida məhsullarına düşməsi kəskin azalır.  
İaşə  müəssisələrində  qabyuyan  maşınlardan  istifadənin  mühüm  gigiyenik 
əhəmiyyəti  vardır.  Qabların  yuyulması  –  ən  mühüm  və  çox  zəhmət  tələb  edən 
proseslərdən  biridir.  Qabların  yuyulmasının  mexanikləşdirilməsi  bir  sıra 
əməliyyatların ardıcıllığından təşkil olunmuşdur: 
- qida qalıqlarının soyuq və isti axan su ilə kənar edilməsindən (təmizləmək); 
- qabların yuyucu – dezinfeksiyaedici isti məhlullarla yuyulmasından; 
-temperaturu  58°C-dən  az  olmayan  sirkulyasiya  olunan  su  ilə  ilkin 
yaxalanmanın təmin edilməsindən; 
-temperaturu 85°C-dən az olmayan isti axan su ilə ikinci yaxalanmanın təmin 
edilməsindən; 
-qabların  məcburi  verilən  isti  hava  ilə,  yaxud  isti  qabların  (yaxalamadan 
sonra) temperatur fərqi və ətraf mühitin havası hesabına qurudulmasından.  
Lazım  olan  vəziyyətdə  qabların  yüksək  keyfiyyətli  yuyulmasını  xüsusi 
maşınlar təmin edir. 
Hazırda  müəssisələr  üçün  universal  və  ixtisaslaşmış  qabyuyan  maşınlar 
buraxılır.  Bu  maşınlar  yeməkxana  qablarının  bir  neçə  növünü  (stəkan,  boşqab, 
yeməkxana  alətləri)  yumaq  üçün  istifadə  edilir.  İxtisaslaşmış  maşınlar  bir  növ 
qabları – stəkanları, yeməkxana qablarını, alətləri yumaq üçün istifadə edilir. 
Gigiyenik  tələbatlara  ən  çox  cavab  verən  qabların  yuyulması  prosesini 
bütövlükdə  mexanikləşdirmək  üçün  şöbəsinin  olmasıdır.  Burada  qablar  zaldan 
yuyucuya  konveyerlə  gətirilir,  maşınla  yuyulur  və  təmiz  halda  paylanmaya  daxil 
edilir.  Son  zamanlar  daha  çox  istilik,  soyuduculu  və  soyuducusuz  bölməli-
modullaşdırılmış  avadanlıqlar  geniş  tətbiq  edilir.  Onlar  istehsal  sahəsindən  daha 
səmərəli istifadə etməyə və ayrı-ayrı əməliyyatlar arasında rahat əlverişli əlaqə ilə 
vahid  texnoloji  xəttin  yaranmasına  imkan  verir.  Daha  sonra,  belə  xəttin  istifadəsi 
zamanı müəssisənin sanitar vəziyyəti və işçilərin əmək şəraiti əhəmiyyətli dərəcədə 
yaxşılaşır. 
 
2. Qeyri-mexaniki avadanlıqların, inventarların sanitar səciyyəsi 
Qida  məhsullarının  və  kulinar  məmulatlarının  emalı  üçün  istifadə  olunan 
stolların işlədilməsinə Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün istifadəsinə 
icazə verilən örtük olmalıdır. Stolların örtüyü tikişsiz, küncləri dəyirmi, örtük səthi 
hamar olmalı və onlar stolun əsasına yatmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə