MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   74   75   76   77   78   79   80   81   82

1.  Qida sənayesi müəssisələri və iaşə müəssisələrinin 
layihələndirilməsinəgöstərilən sanitar-gigiyenik tələblər 
2.  İstehsal binalarına göstərilən sanitargigiyenik tələblər 
3.  Yeməkxana və mətbəx qablarının yuyulması şöbələrinə göstərilən 
tələblər 
4.  Qarşılıqlı yerləşmiş binalarda istehsalın fasiləsizliyinin arası 
kəsilmədən təminatı və onların bir-birilə əlaqəsi 
5.  Binanın tikinti materialına və daxili interyerinə gigiyenik tələblər 
 
1.  Qida sənayesi müəssisələri və iaşə müəssisələrinin 
layihələndirilməsinəgöstərilən sanitar-gigiyenik tələblər 
Yeni qida sənayesi müəssisələri və iaşə müəssisələrinin layihələndirilməsi və 
fəaliyyətdə  olan  müəssisələrin  yenidən  qurulması  zamanı  mühüm  gigiyenik 
məsələlərin  həll  olunması  təmin  olunmalıdır.  Qida  sənayesi,  ticarət  və  iaşə 
müəssisələrinin layihələndirilməsinə gigiyenik tələblər aşağıdakılardan asılı olaraq 
müəyyən olunur:  
  istehsalın  mərkəzləşdirilməsi  dərəcəsindən  (tədarük  müəssisələrində 
yarımfabrikatlar üçün xammalın emal edilməsindən), 
   istehsal  dövrünün  (sikli)  davam  etməsindən  (xammalla  işləyən 
müqavilə ilə yarımfabrikatla işləyən), 
   müəssisənin  tipindən  (kompleks  müəssisə,  supermarket,  restoran, 
yeməkxana, kafe, bar, qəlyanaltı, kulinariya mağazası və b.),  
  funksional təyinatından (hamı üçün, fəhlə və qulluqçulara xidmət edən, 
məktəblilər üçün, istirahət evi), 
   xidmətin 
formasından 
(ofisiantla, 
özü-özünə 
xidmət, 
avtomatlaşdırmanın tətbiqi ilə),  
  gücü və yer tutumundan (iri, orta və xırda),  
  texniki təchizat səviyyəsindən (lüks, əla, I, II, III kateqoriyalı). 
Qida  sənayesi,  ticarət  və  iaşə  müəssisələrinin  tipindən  və  orada  aparılan 
texnoloji  proseslərin  müxtəlifliyindən  asılı  olmayaraq,  onların  hamısında  işçilərin 
və  istehlakçıların  (iaşə  sistemində)  normal  qidalanması  üçün  keyfiyyətli 
yeməklərin buraxılmasını təmin edən ümumi sanitar norma və tələblər mövcuddur. 
Layihələndirmə  üçün  əsas  normativ  sənədlər  kimi  Dövlət  tikintisi  təşkilatları 
tərəfindən  təsdiq  edilmiş  «Tikinti  norma  və  qaydaları»  (SNİP-lər)  hesab  olunur. 
İdarələrdə  ticarət  və  iaşə  müəssisələrinin  layihələndirilməsi  isə  idarə  tikinti 
normaları  (İTN)  ilə  müəyyən  olunur.  Ayrı-ayrı  qida  sənayesi  və  iaşə 
müəssisələrinin  tipli  layihələri  dövlət  sanitar  nəzarəti  orqanı  ilə  razılaşdırılır. 
Razılaşma  üsulu  (qaydası)  texniki  layihənin  və  iş  çertyojların  mövcud  normalara 
və qaydalara uyğunluğundan asılıdır. Layihələndirilən kompleksin sxem miqyasına 
daxil  edilən  baş  plana  (binanın  yerləşməsi  və  qurğuları,  əsas  giriş,  ərazinin 
yaşıllaşması  və  abadlığı,  su  kəmərinin,  kanalizasiyanın,  elektrik  şəbəkəsinin 
keçdiyi yer) uyğun olaraq aşağıdakılar təmin edilməlidir: 


-  müəssisənin  zərərli  istehsalından  ətraf  mühiti  qorumaq,  işçilərin  əmək 
şəraitinin  lazımi  sanitar-gigiyenasının  təminatı,  müəssisədə  əlverişli  makroiqlim, 
tikintinin sıxlıq və yaşıllaşma göstəricilərinə riayət etmək. 
Torpaq  yeri  gigiyenik  normalara  uyğun  seçilməli,  yəni  müəssisənin  atmosfer 
şəraiti və torpağının çirklənməsi minimum həddə olmalıdır. 
Belə  ki,  tikinti  sahələri  mümkün  olan  çirklənmə  mənbəyindən  uzaqda 
olmalıdır: zibillikdən – 1 km az olmayaraq, üzvi tozlar ayıran müəssisələrdən (yun, 
dəri emal edən və s.) – 100m;  yaşayış məhəllələrindən – 50-500m aralı olmalıdır. 
Ərazini seçərkən  yerin relyefi, süxur sularının  yerinin  hündürlüyü, sənaye  və 
kommunal obyektlərin yaxınlığı nəzərə alınmalıdır. İri sənaye və iaşə müəssisələri 
üçün  (kulinar  yaxud  tədarük  fabriki)  50  m  radiusa  qədər  sanitar-müdafiə  zonası 
nəzərdə  tutulur.  Müəssisəni  yerləşdirərkən  küləyin  istiqaməti  nəzərə  alınmalıdır. 
Sahə  sənaye  obyektinə  doğru  küləklənən  istiqamətdə,  santexnika  və  kommunal 
təyinatlı qurğular olan yerlərdə yerləşməlidir. 
Gigiyenik  nöqteyi-nəzərincə  binalararası  sanitar  əlaqənin  kəsilməsinə  riayət 
etmək  vacibdir.  Müəssisənin  binası  qarşıdakı  binanın  hündürlüyündən  aşağı 
olmamalıdır. 
Sahənin 
epidemioloji 
cəhətdən 
uyğunluğu 
(rahatlığı, 
əlverişliliyi, 
müvəffəqiyyəti)  torpağın  mexaniki  xassəsi  ilə  –  məsaməliyi,  onun  qurumasının 
intensivliyi,  havanın  dərinliyə  daxil  olma  səviyyəsi  və  s.  müəyyən  edilir.  Sahə 
üçün  ən  əlverişlisi  aerob  öz-özünə  təmizləmə  prosesidir.  Ərazinin  sahəsi 
müəssisələrin  gücü  ilə  müəyyən  edilir.  Onun  gigiyenik  cəhətdən  rahatlığında 
binanın  yerləşməsi,  yaşıllığı,  dəmir  yolunun,  piyadalar  üçün  yolun,  həmçinin 
təsərrüfat zonasının təcridliyi və təchiz olunmasının da əhəmiyyəti vardır. Binanın 
kifayət  qədər  aerasiyası  və  insolyasiyası
4
  üçün  torpaq  sahəsinin  30-40%-dən  artıq 
olmayaraq  tikinti  altına  verilməsi  məsləhət  görülür.  Ərazinin  yaşıllıqla  təmin 
olunması  mühüm  gigiyenik  tələb  hesab  edilir.  Çıxış  və  piyada  yolu 
asfaltlanmalıdır.  
Daş  tullantılarından  istifadə  etməklə  gediş  yollarının  və  keçidlərin 
örtülməsinə, xüsusən kapilyar süxurların varlığına yol vermək olmaz. 
Təsərrüfat  zonasının  düzgün  yerləşdirilməsi,  abadlığı  və  təcrid  olunmasının 
(izolyasiya olunmasının) da  xüsusi sanitar-gigiyenik əhəmiyyəti  vardır. Təsərrüfat 
zonasının  tərkibinə  bütün  köməkçi  binalar  və  qurğular  daxil  edilir.  Onlar  istehsal 
binasından,  qida  xammalının  və  hazır  məhsulların  saxlandığı  yerdən  50  m 
məsafədən az olmayaraq, istehsal binasına görə külək əsən tərəfdə yerləşdirilir.  
Həyətdəki  ayaqyolu  və  zibil  yığılan  yerlər  su  kəmərinin  yerləşməsini  nəzərə 
almaqla,  istehsal  binasının  qapı  və  pəncərəsindən  25-30  m  məsafədə  yerləşdirilir. 
Bu  zonanın  istifadəsində  sanitar  qaydalarının  pozulması,  müəssisənin  çirklənmə 
mənbəyi ola bilər. 
Təsərrüfat  zonası  elə  layihələndirilməlidir  ki,  inzibati-istehsal  zonasının 
yaşıllıq sahələrindən təcrid olunsun, qida məhsulları olan və qida olmayan yüklərin 
daşınması  üçün  isə  ayrı  yol  olsun.  Əgər  ərazidə  bir  yol  olarsa,  diametri  20m-ə 
qədər olan xüsusi yükboşaltma məntəqəsi nəzərdə tutulmalıdır. 
                                                
4
 İnsolyasiya – vahid zamanda bir sm
2
 yer səthinə günəşdən düşən işıq enerjisinin miqdarı.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə