MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   74   75   76   77   78   79   80   81   82

Qazanxana inzibati-istehsal binasına görə külək əsən istiqamətdə yerləşdirilir. 
Yaşayış  binalarında  müəssisənin  yerləşdirilməsi  zamanı  sakinlər  istehsaldakı 
zərərli  maddələrdən  qorunmalıdır.  Bu  məqsədlə  yaşayış  evləri  binalarında  yalnız 
böyük olmayan kafe və 50 yerdən artıq olmayan yeməkxana və ticarət müəssisələri 
layihələndirilir.  Bu  zaman  yaşayış  evlərinə  istinin,  səs-küyün,  istehsaldakı  iyin 
daxil  olması  qarşısını  alan  izolyasiya  qurğularının  qurulması  nəzərdə  tutulur. 
Yaşayış  binalarında  müəssisə  layihələndirərkən,  həmçinin  onu  maksimum 
dərəcədə  binanın  sanitar-texniki  xidmətindən  (ventilyasiya,  kanalizasiya) 
izolyasiya (təcrid etmək) etmək lazımdır. 
Qida  məhsullarında  istehsalı  və  emalı  ilə  əlaqədar  müəssisələrin  istehsal 
binasında emal  ilə əlaqədar zəhərli  maddələrin tətbiqinə  və epidemioloji cəhətdən 
təhlükəli materialların (dəri, ipək, tullantı) olmasına icazə verilmir. 
Anbar  binaları  üçün  tələblərə  xüsusi  fikir  verilməlidir.  Cünki,  anbar  binasının 
əsas  vəzifəsi  saxlanma  prosesi  zamanı  məhsulun  bioloji  və  qidalıq  dəyərini 
saxlamaqdır.  Bu  qrup  binaların  gigiyenik  cəhətdən  təhlükəli  olması,  xammalda 
mikroorqanizmlərin  olması  ilə  əlaqədardır.  Belə  ki,  onlar  hazır  məhsulların 
çirklənmə  mənbəyi  ola  bilər.  Hazır  məhsulların  təmizliyi  pozulduqda  bu  məhsulun 
keyfiyyətinin  aşağı  düşməsinə  səbəb  olur.  Ona  görə  də  anbar  binasını 
layihələndirərkən aşağıdakı gigiyenik qaydalar əsas götürülr:  
  məhsulun saxlanması növlər üzrə bölünməlidir;  
  məhsulun növünə uyğun olaraq anbarda nəmlik və temperatura rejiminə 
riayət olunmalıdır.  
Anbar  binasının  düzgün  layihələndirilməməsi  məhsulun  bu  və  ya  digər 
orqanoleptik xassəsinin pozulmasına, qidanın potensial bakterial zəhərlənməsinə və 
infeksiya təhlükəsinə, onun saxlanma davamlılığının azalmasına səbəb olur.  
Anbar  binası  bir  qayda  olaraq,  zirzəmidə  və  yaxud  əsas  binanın  birinci 
mərtəbəsində  yerləşdirilir.  İkimərtəbəli  bina  üçün  anbar  binasının  bilavasitə 
istehsalat sexinin altında yerləşdirilməsi daha optimal variant hesab olunur. 
Çoxmərtəbəli binalarda anbarı zirzəmidə və onun yanında yüksək temperatura 
və nəmlik olduqda yerləşdirmək məsləhət görülmür. 
Anbar binasının sahəsi və otaqların sayı müəssisənin gücü ilə müəyyən edilir. 
Soyuducu  kameraları  layihələndirərkən,  onların  aşağıdakı  məhsullar  üçün 
ayrıca 
saxlınması 
və 
müxtəlif 
temperatur 
rejimi 
təmin 
olunmalıdır. 
Mikroorqanizmlər  inkişaf  edən  və  onların  çoxalması  üçün  yaxşı  qida  mühiti  olan 
mənbələrə  ət,  balıq,  süd  xammalı;  qastronomiya  məhsulları  və  hazır  kulinariya 
məmulatları, əlavə  istilik emalı  tələb etməyən  birbaşa  istifadə oluna  bilən qidalar; 
torpaq çirklənməsi labüdlüyü olan tərəvəz və meyvə xammalı aiddir. 
Soyuducu  kameraların  daxili  qurğularına  əsas  gigiyenik  tələblər  aşağıdakılar 
hesab  edilir:  giriş  astanası  tamamilə  olmayan  və  xüsusi  təchiz  olunmuş  qapılara 
(izolyasiya  ilə),  panelə  üz  çəkilməlidir,  kamera  su  keçirməyən  döşəməyə  malik 
olmalıdır.  İstilik  kəməri,  su  kəməri  və  kanalizasiya  borusunda,  hava  keçirən 
boruların yanından, ümumi ventilyasiya olan yerlərdən keçməməlidir. 
Müəssisənin soyuducusuz anbarında  isə quru  məhsulların  və  tərəvəzin ayrıca 
saxlanması nəzərdə tutulur. İaşə müəssisələri üçün tərəvəz anbarını tərəvəz sexinin 
yanında  yerləşdirmək  məsləhət  görülür.  Anbar  otaqları  süni  işıqlandırılmalıdır. 


Çünki  günəş  işığı  tərəvəzin  keyfiyyətli  saxlanma  qabiliyyətini  azaldır  və 
vitaminləri  isə  parçalayır.  Quru  məhsulların  saxlanması  anbarı  birinci  mərtəbədə, 
istehsalat  binasına  yaxın  zonada  layihələndirilir.  Ora  divardan  25  sm  aralı  və 
döşəmədən 15 sm məsafədə yerləşən rəflər ilə təchiz olunur. 
Gigiyenik  cəhətdən  nəqliyyat  yükboşaltma  yerinin  layihələndirilməsinə  olan 
müəyyən  tələbə  riayət  olunması  da  əhəmiyyətlidir.  Yemək  zalı  500  nəfərlik  yer 
tutan  iaşə  müəssisələrində  hündürlüyü  1,1m,  eni  3,5m  və  uzunluğu  4,5m-dən  az 
olmayan  yükboşaltma  platforması  layihələndirilir.  Az  yerlik  müəssisələr  üçün  isə 
qaldırıcı-endirici  mexanizmlərlə təchiz  olunmuş  yükboşaltma  meydançası  nəzərdə 
tutulur. Tərəvəzi ayrıca yerə və yaxud birbaşa anbara boşaltmaq məsləhət görülür. 
Boşaltma  meydançası  təsərrüfat  həyəti  tərəfdə  layihələndirilir  və  o  örtüklə 
(talvarla) təchiz edilir. 
Böyük  güclü  iaşə  müəssisələrində  (100  sayda  yerdən  çox)  tara  və  inventarı 
saxlamaq  üçün  də  anbar  layihələndirilir.  Gigiyenik  tələblərə  görə  onu  parça 
materiallar  alt  paltarlar  saxlanan  otaqla  (ağ  tuman-köynək,  xalat,  süfrələr,  alt 
paltarı  saxlanılan)  birləşdirmək  qadağandır  və  burada  inzibati-məişət  binası  olan 
qrup da olmalıdır. Böyük olmayan (100 yerdən çox olmayan) iaşə müəssisələrində 
inventar  və  dəyişəkli  alt  paltarın  və  s.  bir  anbarda  saxlanması  sanitar  qaydalarına 
görə qadağan edilmir, lakin tövsiyyə də edilmir. 
 
2. İstehsal binalarına göstərilən sanitargigiyenik tələblər 
Qida  sənayesi  və  iaşə  müəssisələrində  istehsal  binalarına  olan  əsas  gigiyenik 
prinsiplər aşağıdakıların cəmindən ibarətdir:  
1.  istehsalın  arasıkəsilməz  texnoloji  proseslərinə  (fasiləsizliyinə)  riayət 
etmək;  
2.  məhsulların mexaniki və istilik emalı bölgüsünə;  
3.  müxtəlif  dərəcədə  çirklənmiş  xammalın  emal  və  saxlanma  yerlərinin 
bir-birindən ayrı olmasına;  
4.  qısa texnologiyanı və nəqliyyat yükaxınını maksimum təmin etmək;  
5.  qida  məhsullarının təhlükəsizliyini  və qidalılıq dəyərini saxlamaq  üçün 
sanitar rejiminə ciddi riayət etmək;  
6.  əmək  mühafizəsini,  texniki  təhlükəsizliyi  və  istehsalın  sanitar 
mədəniyyətini təmin etmək. 
İstehsal  müəssisənin  tərkibi  və  yerləşməsi  müəssisənin texnoloji prosesinə  və 
tipinə uyğun gəlməlidir. 
Tərəvəz  sexi.  Tərəvəz  sexi  (tərəvəz  emalı  olan  bölmələr)  xammalın  torpaqla 
çirklənmə  mənbəyi  olduğuna  görə,  gigiyenik  nöqteyi-nəzərincə  təhlükəlidir.  Pis 
yuyulmuş  tərəvəz  bağırsaq  infeksiyasının  törədicisi  kimi  bağırsaq  qurdu 
xəstəliklərinin yayılmasına səbəb ola bilər. Bundan başqa, yuyulmuş tərəvəzlə qum 
və daşlar kanalizasiya sisteminin tutulmasına səbəb olur.  
Bununla əlaqədar olaraq, istehsal sexləri layihələndirilərkən onların istehsalat 
sahəsindən  maksimum  təcridliyi  nəzərdə  tutulur.  Müəssisələr  iki  mərtəbəli 
planlaşdırıldıqda, tərəvəz sexi birinci mərtəbədə lahiyələndirilir və yarımfabrikatlar 
üçün xüsusi qaldırıcı qurğularla təchiz edilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə