Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   2   3   4   5   6   7   8   9   ...   37

sürmüş  və  iki  deputatın  seçilə  biləcəyi 
qədər  səs  toplayaraq  Məclisə  üzv 
olmuşdur. 
1970-ci  il  24  yanvarda  Ərbakan 
tərəfindən  “Milli  Görüş”  hərəkatının 
qurulan ilk partiyası olan “Milli Nizam” 
Partiyası  1971-ci  il  aprel  ayında  çevriliş 
üsul-idarəsinin də təzyiqi ilə antidemok-
ratik bir şəkildə Konstitusiya Məhkəməsi 
tərəfindən  bağlandı.  Ərbakan  bir  qədər 
istirahət etmək və müalicə olunmaq üçün 
İsveçrəyə  getdi  və  bir  müddət  orada 
qalmalı oldu. 
Daha  sonra  11  oktyabr  1972-ci  ildə 
qurulan “Milli Səlamət” Partiyası (MSP), 
Süleyman  Arif  Əmrənin  rəsmi  rəyasə-
tində, Ərbakan xocanın isə təbii liderliyi 
ilə  iştirak  etdiyi  seçkilərdə,  12  səslə  48 
deputat  və  3  senator  yeri  qazanaraq 
51
deputatla  Məclisə  daxil  olub  qrup 
yaratdı. 
1974-cü  ildə  MSP-CHP  koalisiya-
sında  Baş  Nazir  köməkçisi  və  İqtisadi 
Qurum  Sədarəti  vəzifələrini  öhdəsinə 
götürən  Nəcməddin  Ərbakan  beləcə 
Türkiyənin  maddi  və  mənəvi  inkişafı 
yolundakı  fəaliyyətini,  demək  olar  ki, 
başlamış oldu.
1977-ci  il  5  iyun  seçkilərindən  sonra 
qurulan  3  tərəfli  koalisiyada  da  bu 
vəzifəni  davam  etdirən  Ərbakan  lider-
liyindəki MSP, beləcə cəmi 4 il müddə-
tində hökumət ortağı oldu.
1974–1978-ci illər arasında qurulan 3 
hökumət  dövründə  də  Baş  Nazir  kö-
məkçisi  və  Nazirliklərarası  İqtisadi 
Qurum Sədarəti vəzifəsini icra edən Prof. 
Nəcməddin  Ərbakan  bu  dövrdə  Kipr 
 
Zəfərinin  qazanılmasında  böyük  rol 
oynamış, Kipr Barış Hərəkatından sonra 
adanın  hamısının  ələ  keçirilməsi  fikrini 
müdafiə etmiş, böyük tarixi “Ağır Sənaye 
Kampaniyası”nın  həyata  keçirilməsi  və 
müvəffəqiyyətlə  davam  etməsinə  rəh-
bərlik etmiş, Türkiyənin İslam Konfran-
sına tam üzv olmasını təmin etmiş, yeni 
nəsillərin milli və mənəvi dəyərlərə bağlı 
olaraq  yetişməsində  böyük  önəm  daşı-
yan “İmam-Xətib Məktəbləri”nin açılma-
sında və yayılmasında önəmli xidmətlər 
etmişdir.
Bu  dövrdə  rant  iqtisadiyyatı  yerinə 
real  iqtisadiyyatı  tətbiq  etmiş,  milli 
qaynaqlara  söykənərək  Anadolunun 
bütünlüklə  inkişafı  və  sənayeləşməsi
MİLLİ  GÖRÜŞ
9
Ərbakan Xoca xüsusi buraxılış


istiqamətində  müvəffəqiyyətli  addımlar 
atmışdır.  Türkiyənin  iqtisadi  inkişafını 
və  güclənməsini  özləri  üçün  uyğun 
görməyən  xarici  düşmənlərin  təsiri  ilə 
koalisiya  ortağı  “Ədalət”  Partiyasından 
11  şəxsin  müxalifət  partiyasına  daxil 
olması və nazir qoyulmaları hadisəsi ilə 
TBMM-də iqtidarın çoxluğu qalmayınca 
bir  müxalifət  partiyasının  lideri  olaraq 
parlament  çalışmalarında  böyük  təsir 
göstərmişdir.
1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 
sentyabrına qədər müxalifətdə qalan və 
MSP-yə  sədrlik  edən  Nəcməddin  Ərba-
kan  12  sentyabr  çevrilişinin  gətirdiyi 
antidemokratik  tətbiqat  və  yasaqlarla 
1987-ci ilin sentyabrına qədər siyasətdən 
rəsmən uzaqlaşdırıldı. 
1987-ci  ilin  sentyabrında  keçirilən 
referendumda  yenidən  siyasi  haqlarını 
əldə  edən  Ərbakan  1983-cü  il  19  iyulda 
qurulan “Rifah” Partiyasının 1987-ci il 11 
oktyabrda  keçirilən  tarixi  qurultayında 
yekdilliklə təkrarən sədr vəzifəsinə təyin 
edildi. 1991-ci il 20 oktyabr seçkilərində 
yenidən  deputat  seçilən  Ərbakan  daha 
sonra  bələdiyyələr  inqilabını  həyata 
keçirmiş  və  nəhayət,  1995-ci  il  ümumi 
seçkilərdə  böyük  bir  müvəffəqiyyət 
qazanaraq  “Rifah”  Partiyasını  birinci 
partiya  məqamına  gətirmişdir.  Buna 
görə  də  28  iyunda  hökuməti  qurma 
vəzifəsini  alaraq  7  iyulda  referendumla 
Türkiyənin  Baş  Naziri  olmuşdur.  Prof. 
Nəcməddin  Ərbakan  54-cü  T.  R.  Baş 
Naziri olaraq 1996-cı il 28 iyundan 1997-
ci  il  2  iyula  qədər  1  illik  hakimiyyət 
dövründə  uğurlu  addımlar  atmışdır. 
Faiz və borc spiralları içərisində çıxılmaz 
bir vəziyyətə düşən türk iqtisadiyyatını 6 
aylıq qısa bir müddət içərisində daxili və 
xarici  borc  almadan,  qiymətləri  artır-
madan  tamamilə  milli  qaynaq  paketlə-
rini  hərəkətə  gətirməklə  düzəltmiş, 
Türkiyəni iqtisadi krizlərdən xilas etmiş, 
milli  mənbələrdən  istifadə  yolu  ilə 
dövlətə 30 milyard dollardan çox qaynaq 
yaratmışdır.  Şirin  reseptlərlə  kəndli, 
fəhlə,  məmur,  tacir,  təqaüdçü,  dul  və 
yetimlərə qısa zamanda görülməmiş orta 
rifah  artımı  gerçəkləşdirmişdir.  Etdiyi 
müxtəlif  islahatlar  içərisində  ictimai 
təşkilatlar  arasında  “Hovuz  sistemi”nin 
qurulmasını da göstərmək olar. 
10
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Atdığı  bu  addımlarla  iqtisadiyyatı 
gücləndirən Ərbakan 1997-ci il büdcəsini 
balanslaşdırılmış büdcə olaraq formalaş-
dırmağa müvəffəq olmuş və bu büdcəni 
yanvar  və  fevral  aylarında  balanslaş-
dırılmış  büdcə  olaraq  idarə  etmişdir. 
Xalqın dəstəyini alan bu çox əhəmiyyətli 
nailiyyətlərin yanında beynəlxalq sahədə 
də  inkişaf  etməkdə  olan  8  ölkənin 
əməkdaşlığına liderlik edərək böyük bir 
cəhdlə bir il kimi qısa bir müddətdə D-8 
təşəkkülünü meydana gətirməsi önəmli 
bir dünya hadisəsidir. 
Xalqdan  alınan  vergilərin  və  milli 
imkanların  haqsız  bir  rant  iqtisadiyyatı 
ilə kiçik bir zümrəyə ötürülməsi, beləcə 
milyonların  əzilməsi,  fəqirləşməsi  və 
milli  iqtisadiyyatın  təxribata  uğraması 
siyasətinə son qoyan Prof. Dr. Nəcməd-
din  Ərbakanın  müəyyən  üsullardan 
istifadə  etməsi  və  onu  həyata  keçirməsi 
rant  iqtisadiyyatı  ilə  dolanan  bir  dəstə 
rantçı  zümrənin  xoşuna  gəlməmiş,  bu 
zümrə 1997-ci ilin yanvarından etibarən 
əlindəki mətbuat və sərmayə gücü ilə 54-
cü  hökumətin  müvəffəqiyyətli  addım-
larına təsir etmək üçün müxtəlif yollara 
baş vurmuşdur. Müxtəlif təsirlərlə koali-
siya  ortağı  “Doğru  Yol”  Partiyasının 
deputatlarının hökumətdən dəstəklərini 
çəkməyə  məcbur  edilməsi  fəaliyyətləri 
qarşısında bir ilin sonunda bir dəyərlən-
dirmə aparılmış, 550 şəxslik parlamentin 
RP+DYP+BBP-dan  meydana  gələn  278 
nəfərlik  deputatın  imzası  ilə  məclisdə 
çoxluq olaraq ən qısa müddətdə yenidən 
seçkilərə  gedilərək  daha  güclü  şəkildə 
işləmək  şərti  ilə  hazırlanmış  “Yenidən 
Böyük  Türkiyə”  layihəsinin  istiqrar  və 
hüzur  içində  təmin  olunmasına  qərar 
verilmişdir. 
Koalisiya  Protokolunun  tələbinə  əsa-
sən seçkiyə qədər baş nazirlik vəzifəsini 
icra  etməli  olan  Prof.  Dr.  Nəcməddin 
Ərbakan  bu  vəzifəni  dünyada  bənzəri 
olmayan  nümunəvi  davranışı  ilə  DYP 
sədri Prof. Dr. Tansu Çillərə vermək istə-
mişdir.  Prezident  Süleyman  Dəmirəlin 
daha öncə siyasi həyatı boyunca uğrunda 
mübarizə  apardığı  demokratik  prinsip-
ləri bir tərəfə qoyub yanlış bir yol tutaraq 
MİLLİ  GÖRÜŞ
11
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə